2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                 

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat
Tarix: 2-12-2023, 08:54 | Çap et
"Hərbçilərin pensiya yaşının  artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir"
“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. ”Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır" fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar, yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir. Ondan ötrü saat anlayışı yoxdur. Bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var. Bu təklifi verənlər çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbi sahəyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır. İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq”, - deyə o qeyd edib.

Ekspert hərbçilərlə bağlı bu cür yanaşmanı kökündən yanlış sayır: “Çox təəssüf ki, bugünkü parlamentdə və bəzi idarəetmədə olanlar hərb sahəsinin nə olduğunu anlamaq istəmirlər. ”Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanun var. Bütün dünyada belədir ki, harada hərbi sahə varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmətdə olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır".

Qanuna belə bir düzəliş edilərsə, həqiqətənmi ölkədə hərbiyə maraq azala bilər?

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Fazil Mustafa qeyd edib: “Əlbəttə, hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələlərdən biridir. Burda hər hansı bir şəkildə qənaət və yaxud az vəsait xərclənməsi nəzərdə tutulursa, bunu başqa kateqoriyalara aid etmək olar. Müdafiə Nazirliyi sferasında son illərdə mövcud olan müəyyən korrupsiya elementlərini azaltmaqla bunu etmək daha doğru olar. Əgər orada korrupsiya azalsa, artıq problem olmaz.

Sıradan hərbçilərin bu qədər əziyyətlə xidmət göstərdiyi bir mühiti bu cür alt-üst etmək müəyyən problemlər yarada bilər. Hərbçilər də elə kateqoriyadır ki, onları qətiyyən incitmək olmaz. Xüsusən də Qarabağ savaşını uğurla başa çatdırmış bu insanların belə bir uzatma ilə müəyyən problemlər yaşayacağını mütləq gözə almaq lazımdır. Ona görə də mən bu qərarın bir daha gözdən keçirilməsinin tərəfdarıyam. Yaxşılaşdırmağa doğru addım atmırsansa heç olmasa pisləşdirməyə də doğru addım atma. 50 faizli deyil, 65 faizli pensiya alınması nəzərdə tutulsa bu peşənin çətinliyini də gözə almaq lazımdır. Bu peşə çətinliyi uzun müddət davam edəndə ortaya müəyyən problemlər çıxa bilər. Bunları mütləq diqqətdə saxlamaq lazımdır. Əlbəttə ki, daha yüksək pensiya alınması müsbət xarakterizə bilər, amma bu peşədə olan insanların başqa bir peşəyə transfer olması çox çətin olur, xüsusən də mülki həyata qayıtdıqdan, yaşlandıqdan sonra. Beləliklə, bütün bunlar nəzərə alınmalıdır".

Hərbi ekspert Ramil Məmmədli isə ekspert həmkarının fikri ilə razılaşmadığını deyib:

“Hesab edirəm ki, hərbçilərin xidmət təqvim müddətinin artırılması heç də hərbi sahəyə marağın azalmasına gətirib çıxartmayacaq, mən bun fikirlə razı deyiləm. Amma fiziki baxımından təbii ki, 38-40 yaşında olan şəxslə 45-46 yaşında olanın fiziki hazırlığı fərqli olur. 40 yaşdan sonra əksəriyyət kişilərdə fiziki hazırlıqla bağlı geriləmələr olur. Özü də hərbidə fiziki hazırlıqla bağlı xüsusi amillər məqamlar var, məsələn, uzaq məsafəyə hərəkət və sairə. Amma ümumiyyətlə həqiqətən də bioloji baxımından 38-40 yaşdan sonra aktiv fiziki fəaliyyət bir qədər məhdudlaşdırılmalı, azaldılmalıdır.

Hərbi qulluqçuların aylıq maaşlarının bir neçə dəfə artırılması, həmçinin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması hərbi xidmətə marağı daha da artırar, bu da Azərbaycan ordusunun potensialının gücləndirilməsinə gətirib çıxarar".

Millət vəkili Vüqar Bayramov isə məsələyə bu cür münasibət bildirib:

“Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin-2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək.

Hərbçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmı? Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir".

Millət vəkili bu dəyişikliklərin yalnız hərbiçi və hərbi statuslu vətəndaşlara şamil olunduğunu vurğulayıb:

“Bu dəyişikliklər polislərə şamil olunmayacaq. Onlar mövcud qaydalar ilə pensiyaya çıxmaq hüququnu saxlayırlar. Sadəcə, dəyişiklik polis sistemində hərbi status ilə çalışanlara adi ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru