Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                 

"Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib" - Partiya sədri
Tarix: 30-11-2023, 16:00 | Çap et
"Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Sabah”a müsahibəsi:

- Azərbaycanla ABŞ arasındakı gərgin münasibətlərin yaranması fonunda ölkədə Qərb, daha dəqiq desək, ABŞ agentlərinin olması ehtimalı ilə çıxış edən şəxslərin sayı çoxalır. Sizcə, Azərbaycanda ən çox kimin agentura şəbəkəsi var? Rusiya, ABŞ, yoxsa İran?

- Bu gün Azərbaycanda ən çox agentura şəbəkəsi Rusiyaya məxsusdur. Çünki biz uzun müddət SSRİ-nin tərkibində olmuşuq və o vaxtdan, eləcə də sonradan ələ alınan agentlər ölkəmizdə var.

Əslinə baxsaq, bu gün ABŞ-Azərbaycan münasibətlərini süni surətdə gərginləşdirən də elə həmin qüvvələrdir. Bəziləri Rusiyanı açıq müdafiə edir, bəziləri də ABŞ-ın əleyhinə Azərbaycanı Rusiya tərəfə meylləndirirlər. Onlar Rusiya qoşunlarının Azərbaycanda saxlanmasının səbəbini izah edirlər, guya Rusiya ilə münasibətlərin vacibliyini vurğulayırlar. Heç kəs Rusiyaya qarşı düşmən olmağı tələb etmir. Əksinə, Rusiyanın Azərbaycana qarşı olan imperial maraqları ilə mübarizə aparmaq üçün bütün millət durmalıdır. Çünki casuslar durmurlar.

Biri deyir ki, Zəngəzura hücum edib oranı tutaq, ruslara verək, digəri söyləyir ki, rus qoşunlarının Azərbaycanda qalması bizim xeyrimizədir. O biri də xalqı qorxudur ki, ruslar çıxsa, ABŞ və Fransa gəlib buraya girəcək. Bunların hamısı rus agentura şəbəkəsinin ümumi ideoloji siyasi işinin mahiyyətini təşkil edir. Bunun məqsədi Azərbaycanı Rusiyanın təsir dairəsində saxlamaqdır.

- Bəs ABŞ-ın mövqeyindəki qərəz?

- Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib. Əslinə baxsaq, ABŞ-ın Cənubi Qafqazla bağlı atdığı addımların hamısı Ermənistanı Rusiyanın təsirindən xilas etməkdir, nəinki Rusiya kimi Ermənistanı qızışdırıb Azərbaycanın üstünə salmaq. Rusiyanın bu bölgədə ermənilərlə bağlı siyasəti ondan ibarətdir ki, onların əli ilə Azərbaycan və Gürcüstana təzyiq etsinlər. Ermənilər isə bu gün Rusiyadan uzaqlaşır deyə, Moskva istəyir ki, Azərbaycanla Ermənistan toqquşsun və hər 2 ölkə arasında sülh müqaviləsi imzalanmasın.

ABŞ da bunu başa düşüyünə görə, istəyir ki, tərəflər arasında tezliklə sülh müqaviləsi imzalansın. Burada tərəflərin fərqi bundan ibarətdir. ABŞ-ı bombalayanların çoxu Rusiyaya casusluq edənlərdir. Bu gün Amerikanın elə imkanları var ki, kosmosdan yerdəki maşının nömrəsinə qədər təyin edə bilər. Belə olan halda ABŞ-ın nə ehtiyacı var ki, Azərbaycanda primitiv agentura şəbəkəsi saxlasın? Bunlar Rusiyaya lazımdır.

- ABŞ-dan uzaqlaşıb Rusiyaya yaxınlaşmağın bizim mənfi və yaxud müsbət tərəfləri nələrdir?

- Məncə, heç bir müsbət tərəfi yoxdur. Hazırda ruspərəstlər çıxıb deyir ki, 20 Yanvar və Xocalı hadisələrini Qərb planlaşdırıb. O biri isə söyləyir ki, Rusiyada 3 milyon azərbaycanlı işləyir deyə onların xətrinə Rusiya deyənlə oturub-duraq.

Yəni ən müxtəlif bəhanələrlə onlar Rusiyanın təsir dairəsini burada saxlamaq istəyirlər. Casusluq deyəndə klassik mənada dövlət sirrini öyrənib onu Rusiyaya çatdırmaqdan söhbət gedir. Doğrudur, elə adamlar var və onlar Müdafiə Nazirliyi və hökumətdə işləyirlər. Amma bütövlükdə isə hökumətdən kənar qeyri-rəsmi dairələrdə Rusiyanın maraqlarını ifadə edən adamlar çoxluq təşkil edir. Bu insanlar Rusiyada oxuyub onun təsiri altındadırlar, ona görə də bunlar açıq şəkildə Rusiyanı müdafiə edirlər.

- Yəni münasibətlərimizi nəzərədn keçirməliyik...

- Biri var, Rusiya ilə normal münasibətlər, biri də var ki, Azərbaycanı Rusiyanın imperia maraqlarına tabe etdirmək. Bunlar fərqli-fərqli şeylərdir. Mən də istəyərəm ki, Rusiya ilə səmimi dostluq və əməkdaşlığımız olsun, lakin Rusiya bizə dostluq yox, köləlik təklif edib. Rusiyanın Ermənistanla münasibətləri yaxşı olanda Azərbaycanı hədələyib müstəqilliyimizi şübhə altına almaq istəyirdilər. Putin çıxışlarında dəfələrlə deyirdi ki, Qarabağ, eləcə də Kəlbəcərlə Laçını verək Ermənistana, onlar da işğalda olan 5 rayonu qaytarsınlar Azərbaycana. Bəs Rusiyanın dostluğu nədən ibarətdir?

Əgər Paşinyan Qarabağdan imtina etməsəydi, ruslar hələ də “Qarabağ kartı” üzərində Azərbaycanın gözünü çıxarırdı. Bunu unutmaq olarmı?! Azərbaycan bu gün poliqondur, çünki biz elə bir strateji bölgədəyik ki, burada İranın, ABŞ-ın və Rusiyanın agentura şəbəkəsinin yaradılmasını təbii hesab etməliyik. Azərbaycan dövləti isə sadəcə olaraq özünün strateji xəttini müəyyən edib o xəttin əleyhinə olan qüvvələri neytrallaşdırmalıdır. Yoxsa ki, bəzi bəyanatlar verən adamlara qarşı kəskin addımlar atmasına ehtiyac yoxdur, amma ən azı, biz onları ifşa etməliyik.

- Bu adamlar – yəni kimlər?

- Bu adamların dövlət sirrinə girişi yoxdur, yaxud dövlətdə strateji əhəmiyyətli bir vəzifə tutmur ki, ondan istifadə edib Azərbaycana ziyan vursun. Sadəcə olaraq bu adamlar Rusiyanın reytinqini Azərbaycanda yüksəltməyə xidmət edir. Biz onları Müdafiə Nazirliyində olan agentlərdən fərqləndirməliyik ki, onların dövlət sirlərinə girişləri olduğu üçün bunu Rusiyaya sata bilərlər.

Azərbaycan onsuz da onları neytrallaşdırmağa çalışır. Əhalimizin də gözü açıqdır və bu kəslər ağzını açanda bilinir ki, kim nəçidir. Onlar Rusiyaya xidmətlərini guya dövlət maraqlarımız ilə əlaqələndirməyə çalışırlar. Lakin alınmır, alına da bilməz, çünki bu xalqın 300 illik tarixində Rusiyanın Azərbaycanın başına açdığı oyunları hamı görüb, bilir və başa düşür.

Biz Qarabağın azad olunmasında 3 mindən çox şəhid vermişik. Hamı da bilir ki, şəhidlərimizin qanının tökülməsinin baiskarlarından birincisi elə Rusiyadır. Rusiya o silahları Ermənistana verməsəydi, onu qızışdırıb arxasında durmasaydı, Ermənistan cəsarət edib Azərbaycana qarşı hər hansı bir addım atmazdı. Bu gün Rusiya Ermənistanla bir yerdə deyil deyə İrəvan Azərbaycana gözünün ucu ilə baxmır. Amma Rusiya Ermənistanın arxasında olanda ermənilər nə Qarabağdan çıxırdı, nə də ərazi iddiasından əl çəkirdi, hətta Azərbaycana qarşı ağlına gələn hər cür düşmənçiliyi edirdi, çünki onu qızışdıran Rusiya idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru