"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                 

“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...” - deputat
Tarix: 14-11-2023, 08:50 | Çap et
“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...”
ABŞ Senatı uzun prosesdən sonra nəhayət, Azərbaycana yeni səfir təyinatını təsdiqləyib. Senat səsvermə yolu ilə Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinə “hə” deyib.

M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların ölkəmizdəki səfir postu ötən ilin iyulundan boş idi.

Yeni səfirin mürəkkəb regional şərtlər donunda əsas missiyası nə olacaq? Hələ ki ABŞ-ın heç bir səfiri Şuşaya getməyib. Libbi gedəcəkmi?

Bu suallarla müsahiblərə müraciət etdik.

Deputat Bəhruz Məhərrəmov ABŞ-ın Azərbaycanın yerləşdiyi bölgəyə baxışının dəyişdiyini qeyd etdi: “Sirr deyil ki, ABŞ-Azərbaycan münasibətləri özünün mürəkkəb dövrlərindən birini yaşayır. Bu ilin mayında Azərbaycanla əməkdaşlığı regionun təhlükəsizlik qarantı elan etməsinə baxmayaraq, daha sonra ABŞ-da korrupsiyalaşmış senatorların Azərbaycanla münasibətlərdə təşəbbüsləri ələ alması Vaşinqtonun ritorikasını dəyişməsinə səbəb oldu. Hətta əvvəllər yalnız ayrı-ayrı senatorlar və Dövlət Departamentinə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə ifadə olunan hücumlar artıq ABŞ xarici siyasət idarəsinin rəsmilərinin də dilindən səslənməyə başladı. Hətta ABŞ-ın Azərbaycana yeni səfir təyinatı uzun müddət ləngidildi. Bu gün statistikaya nəzər salsaq, ABŞ-ın Cənubi Qafqazda əsas ticari və iqtisadi tərəfdaşı Azərbaycandır. Amerikanın qlobal miqyasda təhlükəsizlik platformasında Azərbaycanla çox səmərəli əməkdaşlığı mövcuddur. Əslində ABŞ miqyasda dövlət üçün maraqlarının Ermənistan kimi əhəmiyyətsiz və suveren beynəlxalq subyektliyi belə sual doğuran dövlətin maraqlarına qurban verilməsi ağlabatan deyil. Bu mənada, diqqət etsək, aydın olar ki, əslində ABŞ üçün önəmli olan Ermənistanın maraqları yox, regionda hökm edə bilmək üçün güclü subyektlərin olmamasıdır. Təəssüf ki, Fransa kimi ABŞ da regionda Azərbaycan və Ermənistan arasında münaqişəyə fürsət kimi baxır, bu gün sülh ehtimallarını, Bakı və İrəvanın mümkün əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Digər tərəfdən, ABŞ da o qənaətdədir ki, Ermənistanda Rusiyadan "boşalan" yeri doldurmaq üçün yaxşı fürsətdir və bu mənada, Vaşinqton anti-Azərbaycan ritorikası ilə Ermənistanda yerini möhkəmlətməyə çalışır. Lakin Azərbaycan artıq elə bir reallıq formalaşdırıb ki, regionda maraqlarını təmin etmək istəyən qlobal subyektlər mütləq Bakı ilə hesablaşmalı və yalnız bərabərhüquqlu tərəfdaşlığa can atmalıdır. Görünən odur ki, Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və Azərbaycana yeni səfir təyinatının ləngidilməsinin əhəmiyyətsiz olduğunun fərqindədir. Yeni səfirin fəaliyyəti ilə bağlı proqnoz vermək asan olmasa da, başa düşmək çətin deyil ki, onun davranışları ölkəsinin konsepsiyası və Vaşinqtonun bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq".

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, yeni səfir Cənubi Qafqazdakı mövcud durumu düzgün dəyərləndirməlidir: “Səfir təyinatlarını Xarici Əlaqələr Komitəsi təsdiq edir. Bütövlükdə Libbi çevik əməliyyatlar missiyasının mütəxəssisidir. Məncə, onun Qafqaza təyin olunması təkcə müşahidəçi kimi deyil, böhran idarəçiliyində yaxşı mütəxəssis olmasından irəli gəlir. Nəzərə alaq ki, Qafqaz çox qaynar bölgədir. Buradakı böhran vəziyyətini Amerikanın mövcud səfiri yüksək peşəkarlıqla dəyərləndirməlidir. O zaman sizin ritorik olaraq səsləndirdiyiniz Şuşaya gedəcəkmi sualınızın arxasında atacağı bir addım olmalıdır. Massaçusets ştatının Tafts Universitetində bakalavr dərəcəsi alıb. Bu arada qeyd edim ki, Azərbaycanla məhz bu ştat dost ştat sayılır. Bu da çox önəmli məsələ sayılmalıdır. İkinci vacib missiya budur ki, indiki Bayden administrasiyasının erməni lobbisindən asılılıq dərəcəsi yüksəkdir. Bu mənada Libbi və başqa kiminsə səfir təyin olunmasının o qədər də önəmi yoxdur. Sadəcə olaraq, ABŞ-dan verilən tapşırığa əsasən addımlar atmalıdırlar. Bunun, sadəcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi ilə bağlı ölçülməsi doğru deyil”.

Politoloq Yeganə Hacıyeva ABŞ səfirinin Şuşaya səfər etməməsinə heç bir əsas görmür: “Burada məsələ ondadır ki, indiyə kimi Amerikanın səfirinin olmamasını onunla əlaqələndirirdilər ki, səfir yoxdur, müvəqqəti işlər üzrə nümayəndə var, Şuşaya getmək onun səlahiyyətində deyil kimi izah verirdilər. O üzdən də müxtəlif səfərlərdən yayınırdılar, istər Şuşa şəhərinə olsun, istərsə də digər azad edilmiş ərazilərimizə olsun. Sonradan Menendes haqqında cinayət işlərinin açılması ilə Libbi səfir təyinatı aldı. Düşünürəm ki, Libbinin gəlişi ilə Amerikanın Azərbaycanla bağlı siyasəti yenilənməlidir. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münasibətlərindəki konfliktin həllindən sonrakı dövrdə bir sıra narahatlıq doğuran mövqelər formalaşdırıblar. Bu da Amerikanın regionda maraqlarını risk altında qoyur. Çünki nə qədər özünü elə göstərməyə çalışsa da, Ermənistan Cənubi Qafqazda Amerikanın strateji tərəfdaşı deyil. Bütün proseslər də bunu göstərib. Bu da Dövlət Departamentində belə hamıya məlumdur. Bu baxımdan da yeni səfirin gəlişi ilə bağlı müəyyən yenilənmələr olmalıdır. Digər səfirlər kimi, bu səfir də Şuşaya səfər etməlidir. Səfər edəcəkmi sualınıza gəlincə, bəli, edəcək deyərdim. Çünki Amerika səfirinin bu gün Şuşaya səfər etməməsinin heç bir əsası yoxdur. Sadəcə, əvvəldə dediyim kimi, səfər olunmamasını əsaslandıran arqumentləri var idi. Amma indi artıq buna qərar verəcək şəxs gəlib çıxıb”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru