"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

İqbal Ağazadə 24 saatın nəticələrini ANALİZ ETDİ - "Təəssüf ki, bundan qaçmaq mümkün olmadı..."
Tarix: 21-09-2023, 17:06 | Çap et
İqbal Ağazadə 24 saatın nəticələrini ANALİZ ETDİ
DİA.AZ: - "Siyasət “mümkün olanı əldə etmək sənətidir”. Hamı bilir. Bir də xalq deyimi var: “Allah bir şər işləsin, mənim də xeyrim içində olsun”. Ermənistan-Azərbaycan münasibətlərinin dinamikasının Rusiya müəyyən edir. Bu, indi belə deyil". DİA.AZ bildirir ki, bunu Ümid Partiyasının lideri İqbal Ağazzadə Qarabağda son baş verən olayları şərh edərkən bildirib. Qeyd edək ki, "Ümid" lideri xüsusi analiz xarakterli yazı ilə çıxış edib. Həmin yazını diaaz.space olaraq təqdim edirik:

***

Siyasət “mümkün olanı əldə etmək sənətidir”. Hamı bilir.
Bir də xalq deyimi var: “Allah bir şər işləsin, mənim də xeyrim içində olsun”.
Ermənistan-Azərbaycan münasibətlərinin dinamikasının Rusiya müəyyən edir. Bu, indi belə deyil. Əsrlərdir ki, Cənubi Qafqazda bütün gərginlikləri yaradan, müvəqqəti sülh və atəşkəs formalaşdıran, etnik-milli separatizmə rəvac verən, xalqları döyüşdürən, “barışdıran” Rusiyadır. Kimlərsə kənardan bu və ya digər şəkildə müdaxilə etmək istəsə də, baş rolda Rusiya oynayıb.
Heç zaman da bizdən yana olmayıb. Kimsədən də yana deyil. Bəzən strateji, arada da taktiki maraqlarını gerçəkləşdirir. Bu reallığı əsrlərdir dəyişə bilmirik. Təkcə biz yox, heç dünya da dəyişməyib, dəyişə bilməyib. Hələ də belə davam edir.
Bu gün də Rusiya öz maraqları üçün oynayır. Amma oyunçu da hər oyunda qazanmır, qazana bilmir. Ən mükəmməl və peşəkar olsa da.
Haşiyə: Qumar oyununda xəbərdar olanlar bilir ki, oyunçulardan çox bəzən sk (yer pulu) yığanlar daha qazanclı çıxır.
Ermənistan-Azərbaycan qarşıdurmasının tarixi səbəbləri bu gün də aktualdır. Dəyişən heç nə yoxdur.
Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir. Demokratik və azad cəmiyyətlərin yaranmasından “it ağacdan qorxan kimi” qorxur.
Azad, demokratik Cənubi Qafqaz Şimali Qafqazı qan gölünə çevirib. Rusiyanı yıxacaq demokratiya Rusiyanın sərhədinə dirənəcək, imperialist Rusiya parça-parça olacaq, “Xalqlar həbsxanası”nın divarları uçacaq.
Çeçenistan, Tatarıstan, Dağıstan, İnquşetiya, Osetiya, Qaraçay-Çərkəz, Udmurtiya, Çuvaşıstan və s. - hamısı Rusiya ilə illərin hesabını çəkməyə başlayacaq.
Yaponiya, Almaniya, Çin, Azərbaycan vaxtilə əllərindən gedənləri geri qaytarmaq həvəsinə düşəcək. Bir sözlə, uçan divarların daşları altında Rusiya adlı nəhəng div inildəyəcək. Heç bunu açığı, demokratik dünya da arzulamır. Hələ buna hazır deyil. Dünyanın bu cür şəkillənməsi yeni geosiyasi konfliktlər və maraqlar yaradacaq. Dünya köhnə düzənini pozmaq istəmir. Ona görə də Rusiyanın yaratdığı konfliktlərə və etnik-milli savaşlara daha çox bəyanatlarla cavab verir, kiçicik maraqlardan o tərəfə keçmir, keçmək istəmir.
Cənubi Qafqazda Rusiya inildəyir. Xalqlar Rusiyanı sevmir. “Sevmir” sözü bəlkə yumşaq ifadədir, nifrət edir. Azərbaycanlı da, gürcü də, erməni də Rusiyanı özünə düşmən bilir. Rusiyanın ən son qalası olan Ermənistan da yıxılır. Əslində Ermənistan yox, Ermənistanda Rusiya yıxılır. Hələlik düşüncədə, psixologiyada.
Rusiya erməni düşüncəsində yıxılmamaq üçün oyunlar qurur, düşmənçiliyin (Azərbaycan-erməni düşmənçiliyi) miqyasını və dərəcəsini artırmağa çalışır. Gah Ermənistana, gah Azərbaycana “göy muncuq” dağıdır.
Rusiya Ermənistanla oyun qura bilmir. Paşinyan höküməti gözəl anlayır ki, Rusiya-Ukrayna savaşı postsovet ölkələrində yeni reallıqlar yaradacaq. Batan gəmidən ilk qaçan olmaq istəyir.
Azərbaycan Rusiya gəmisində deyil, lakin fürsətləri də qaçırmaq istəmir. Doğru da edir. Batan gəmidən nə qənimət götürülsə, kar olar. Azərbaycan öz çıxarına oynayır, həm də çox peşəkar və uğurlu taktika ilə...
Son hadisələrdə də Rusiya gəmini tərk etmək istəyən Paşinyanı cəzalandırmağı qarşısında əsas məqsəd qoymuşdu. Azərbaycan tərəfi bunu bilirdimi?
Təbii...
Lakin vəziyyətdən öz məqsədi üçün yararlanmaq Azərbaycan hakimiyyətinin ali strategiyası idi.
44 günlük savaşda necə məharətlə yararlandısa, Laçın keçid məntəqəsini necə qurdusa, bu gün də hər şeyi görə-görə, bilə-bilə professionallıqla hədəflərə doğru irəlilədi.
Biz qazandıq...
Qazancımız nədir?
- Erməni əsilli vətəndaşlara kimsə “status ver” deməyə Azərbaycanı məcbur edə bilməz, çünki özləri reinteqrasiya üçün masaya otururlar. Onları masadan qaldırmaq savaşa və konfliktə dəstəkdir. Rusiya xaric, (bu barədə əlavə) Qərb bu təşəbbüsdə bulunmayacaq, əksinə bu prosesi dəstəkləyəcək;
- Son hadisələrə kimi Peskov, Lavrov və s. dili ilə “sülhməramlıların sayı artırılmalıdır” tezisini irəli sürən Rusiyanın təklifi əhəmiyyətini itirdi. Çünki sahə daraldı, münaqişə üçün əsas olan qeyri-qanuni silahlı dəstə təksilah qərarı verdi, döyüşəcək tərəflər yoxdur;
- Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı dəstənin son qalıqlarını darmadağın etdi, qalanlar isə həm hərbi texnikanı təhvil verməyi, həm də hərbi mundiri çıxarmağı öhdəlik kimi üzərinə götürdü;
- Paşinyan hökümətinin bu tədbirlərdə müdaxilə etməməsi bir daha Qərb dünyasına problemin Azərbaycanın daxili işi olması mesajını verdi;
- “Böyük qayıdış” planına əsasən geri dönən məcburi köçkünlərimizin təhlükəsizliyinin təmin olunacağına əminlik artdı;
- Azərbaycanın bu problemin həllində nə qədər israrlı və reinteqrasiyada səmimiliyi sübut olundu.
Ermənistan qazandımı?
Bəli...
- Ermənistan cəmiyyəti bu problemin fonunda pul və hakimiyyət əldə etmək istəyən (Revanşist) qüvvələrin yanlış yerdə olduğunu gördü;
- Qarabağ problemini həll etməklə, Azərbaycan və Türkiyə ilə yeni münasibətlər üçün əlverişli mühit yarandı;
- Sülh müqaviləsi üçün bir addım da yaxınlaşdı, 29.2 kv.m ərazisinin təminatını aldı;
- Yeni büdcəsində Qarabağa və silahlanmaya əlavə vəsaitlərin ayrılmayacağı bəlli oldu;
- Paşinyan hökümətinin Rusiyanı bölgədən çıxarmaq siyasətinin doğruluğu bir daha təsdiqləndi. Məlum oldu ki, illüziyalara qapılıb, Rusiyanın həmişəki kimi Azərbaycan torpağından onlara pay ayıracağı bir xülyadır;
- Revanşistlərin hakimiyyət sevdası yavaş-yavaş tarix olmağa başladı.
Kim itirdi?
İlk növbədə Rusiya...
- Qarabağda hərarəti qaldırmaqla, Paşinyanı devirəcəyinə ümid edən Rusiya xəyal qırıqlığına uğradı. Baxmayaraq ki, aylardır, buna ciddi hazırlıq görürdü.
Azərbaycanın qanuni haqlarını tanımaqla, haqqı müdafiə etdiyi qənaətinə, təbii ki, kimsə inanmırdı. Hamı bilirdi ki, məsələ regionda təzyiqi qaldırmaq, Rusiyanın bölgədə vacibliyini hər kəsə sübut etmək, həmçinin Paşinyan əleyhdarlarına əlavə imkanlar yaratmaqdır.
(Azərbaycan hakimiyyəti öz maraqlarını qorumaq və illərdir, pozulan haqqımızı bərpa etmək üçün şansı qaçırmamaq peşəkarlıq məsələsi idi, öhdəsindən gəldi, həm də layiqincə...)
Elə son günlər hətta sərhəddən Rusiya pasportu ilə çoxsaylı ermənilərin Qarabağı tərk etməsi də son hadisələrlə eyni anda Ermənistanda baş verən olayların lokomotivi olmaq üçün idi.
Haşiyə: Tutulanlardan ikisi məhz Rusiya pasportlu Qarabağ ermənisi idi.
Rusiya bacarmadı...
Paşinyan öz cəmiyyətinə bir daha Rusiyanın üzünü göstərdi.
Rusiya Ermənistanda nüfuzunu yenidən itirdi!
- Qarabağda öz kontingentinin sayını artırmağı hədəfləyən Rusiya “offside”da qaldı. Sahə daraldı, silahlılar öz silahlarını təhvil verməklə Rusiyanı çətin durumda qoydu. Döyüşən tərəflər yoxsa, sayı da artırmağa lüzum yox;
- Reinteqrasiya prosesi uğurlu olacaqsa, 2025-ci ildə Rusiyanın bölgədən çıxması şərt;
- Yer gəlmişkən, Türkiyə prezidenti cənab Ərdoğan da NATO-nun Pribaltika Sammitindən sonra eyni məzmunlu bəyanat vermişdi. Demək, bu, həm də NATO-nun mövqeyidir;
- Separatçılara Azərbaycanın şərtləri ABŞ-ın vasitəçiliyi ilə çatdırıldı, bu (Blinken-Əliyev telefon danışığı) da Rusiyanın heç də hər şeyə nəzarət etmədiyinin göstəricisidir. Baxmayaraq ki, masada hələ də Rusiya var;
- Ermənistan vətəndaşları və Rusiya yançıları bir daha anladılar ki, Rusiyanın istədiyini verməyəndə rahatlıqla hər şeyi fərqli edir, bir sözlə, o, dost və strateji müttəfiq deyil. Bu da Cənubi Qafqazda Rusiyanı saxlayan Ermənistan üçün bir dərs idi. Rusiya sonuncu qalasında hələ ki, düşüncələrdə yıxılır. Bu, tezliklə sahədə də özünü göstərəcək.
Cənubi Qafqaz yeni dövrün başlanğıcındadır...
- Rusiya Yevlax danışıqlarını pozmağa çalışsa da, məğlubdur. O, bundan qazanclı çıxa bilməyəcək. Bir az peşəkarlıq və oyunçu məharəti bizi – Azərbaycanı yeni bəlalardan qurtararaq, fərqli müstəviyə daşıyacaq;
- Növbəti mərhələ Türkiyə-Ermənistan münasibətlərinin qurulması, Cənubi Qafqazda Rusiyanın dominantlığına son qoyulması, Zəngəzur dəhlizinin açılmasıdır;
- Uzaq perspektivdə isə Cənubi Qafqaz Birliyidir – Avropa Birliyi modelinə yaxın bir birlik. Həm də Rusiyasız;
- Biz ermənilərlə dost olmağa məcbur deyilik, amma qonşu olmaq qismətimizə yazılıb.
Haşiyə: Bizim də itkilərimiz var. Allahdan Şəhidlərimizə rəhmət, yaralılarımıza acil şəfalar diləyirik. Bu itkilərimiz gələcək Azərbaycanda balalarımızın təhlükəsizliyi üçündür. Təəssüf ki, bundan qaçmaq mümkün olmadı.
P.S. Azərbaycan Ümid Partiyası və şəxsim bu dönəmlərdə dövlətin yanında oldu, Ali Baş Komandana “hamımız əsgərik” mesajını verdi. Siyasi partiyaların müraciətinə imzamızı qoyduq. Dövlətimizin, millətimizin marağı olan yerdə imzamız deyil, başımızla hazırıq.
P.P.S. Ermənilər bu bölgədən gedəcək, bu gün də olmasa, sabah. Səbrlə bu prosesi aparmaq lazım...

İqbal Ağazadə - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru