"Payız aylarına doğru proses səngiməyə başlayacaq" - Ekspert danışır
Tarix: 12-08-2023, 19:00 | Çap et
 Ermənistanda özlərinə “Səlibçilər” adını qoyan terrorçu-təxribatçı dəstənin üzvləri İrəvanda keçirdikləri aksiyadan sonra Laçın dəhlizi yaxınlığına gətirilən yük maşınlarının yerləşdiyi Kornidzor (Gorus) şəhərinə gəliblər. Dəstənin “komandiri” Sarkis Poqosyan saylarının 150-yə yaxın olduğunu söyləyib və sülhməramlılarla danışıqlar apardıqlarını deyib. Separatçı nəticənin olmayacağı təqdirdə ən ekstremal variantlara əl atacaqlarını bildirib. Lakin hökumətdən və sülhməramlılardan cavab almayan erməni təxribatçıları rüsvayçı vəziyyətdə geriyə, Qorunxur kəndinə qaçıblar. Kənd sakinləri isə onların bölgəni tərk etməsini, əks halda Azərbaycan Ordusunun qəzəblənəcəyini söyləyiblər. Buna rəğmən, revanşistlər aksiyalarını davam etdirəcəklərini vurğulayaraq, anti-Azərbaycan qüvvələrdən yardım istəyiblər. Daşnaksütyun Partiyası da "Səlibçilər"ə dəstək verib. Daşnak İşxan Saqatelyan deyib ki, erməni gəncləri "Artsax" uğrunda döyüşməyə hazırdırlar. DİA.AZ-ın məlumatına görə, revanşistlərin fəallaşması ilə bağlı "Sherg.az"a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, ermənilər iddia etdikləri kimi döyüşkən olsaydılar, 44 günlük müharibə zamanı 10 min fərariləri olmazdı. Partiya rəhbərinin sözlərinə görə, erməni generalları özləri etiraf edirdilər ki, Azərbaycanın 15-20 əsgərinin qarşısında minlərlə erməni qaçırdı:
"Bu, ermənilərin yenidən döyüş arzusunda olmasına, qarşımıza çıxmaq niyyətlərinə cavabdır. Ermənilərin "Səlibçilər" adı altında postumuza doğru hərəkət etmələri, orada teatr qurmaları xaricə mesajlar vermək məqsədi daşıyır. Burada bir neçə məqam var. İlk növbədə beynəlxalq aləmə demək istəyirlər ki, "əgər müdaxilə etməsəniz, toqquşmalar olar, dinc əhali postlara hücum çəkər, hərbi vəziyyət yenidən alovlanar" və s. Bu yolla istəklərinə nail olmağa çalışırlar. Rusiyanın burada marağı başqadır. Fikir verirsizsə, əvvəl Qarabağda olan proseslər eyniylə İrəvanda da baş verməkdədir. Bunlar eyni mərkəz tərəfindən idarə olunur. Bir qrup ermənini posta doğru hərəkət etdirməklə, aksiyalarla, hay-küylə göstərməyə çalışırlar ki, baxın, Qarabağ erməniləri əllərindən gələni edir, mübarizə aparır, amma Ermənistan rəhbərliyi onlara dəstək vermir. Prosesi İrəvana daşıyan Rusiya istəyir ki, Ermənistanda hökuməti, Nikol Paşinyanı əvəzləsin. "Qarabağ erməniləri savaşır, Paşinyan hakimiyyəti isə dəstəyini əsirgəyir" görüntüsünü bu məqsədlə hazırlayırlar". Müsahibimiz vurğulayıb ki, Azərbaycandan heç nə qopara bilməyəcəklərindən tam əmin oldular: "Azərbaycan tərəfinin Laçın yolunda sərt tədbirlərindən, "humanitar yük"lə dolu TIR-ları öz ərazisinə buraxmamasından sonra rəsmi Bakıya təzyiqlərin olacağını və geri addım atacağımızı gözləyirdilər. Amma bu, baş vermədi və əksinə, terrorçu V.Xaçaturyan saxlanılaraq Bakıya gətirildi. Aydın oldu ki, Azərbaycan belə məsələrdə kompramisə getmir və ciddi addımlar atmaqda israrlıdır. Bunu müşahidə edəndən sonra geri çəkildilər. İndiki proseslərdə bir məqam Rusiya ilə bağlıdır. Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə çalışır. Digər yandan, Qarabağdakı ermənilərə "ağsaqqallıq" edənlərə müəyyən mesajlar vermək istəyirlər. Ancaq bunların hamısı son çırpınışlar, axırıncı "doğuş sancıları"dır. Payız aylarına doğru proses səngiməyə başlayacaq".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44 |
|
|
|
• Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42 |
|
|
|
• Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37 |
|
|
|
• “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23 |
|
|
|
• Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19 |
|
|
|
• İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
• Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12 |
|
|
|
• Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07 |
|
|
|
• "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05 |
|
|
|
• Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03 |
|
|
|
• Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59 |
|
|
|
• Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51 |
|
|
|
• BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Dünən, 14:42 |
|
|
|
• Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Dünən, 14:40 |
|
|
|
• Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Dünən, 14:38 |
|
|
|
• Miri Yusifi bir də belə görün - FOTO
Dünən, 14:36 |
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Dünən, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Dünən, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Dünən, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Dünən, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Dünən, 12:33 |
|
|
|
|