
Son günlər Azərbaycanda social media şəbəkələrində AzadlıqRadiosunun bəzi keçmiş əməkdaşları və digər şəxslər radionun rəhbərliyinə qarşı müxtəlif iddialar səsləndirirlər. AzadlıqRadiosu avqustun 4-də bu iddialarla bağlı açıqlama yayıb.
DİA.AZ radio adından yayılan açıqlamanı təqdim edir:
“AzadAvropa/AzadlıqRadiosu social mediada yayılan, Azərbaycanda jurnalistika fəaliyyətimizi ləkələməyə çalışan əsassız iddialardan dərin narahatlıq bildirir. AzadAvropa/AzadlıqRadiosu azad və ədalətli jurnalistikaya sadiqdir”.