YAP deputatları İnsanov mövzusunda danışmaqdan çəkinirlər - NƏ BAŞ VERİR?
Tarix: 12-07-2023, 08:57 | Çap et
 Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb. Bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində məlumat yayıb.
HƏP-dən istefa verən İdarə Heyətinin üzvü:
Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib.
Qeyd edək ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ötən gün müxbirimizlə söhbət zamanı bu barədə danışmaq istəməyib. Məclis sədri “gələn də olur, gedən də” deməklə kifayətlənib. Aldığımız məlumata görə, özünü əvvəl radikal, sonra konstruktiv müxalifət partiyası elan edən HƏP-də sular bulanıb. Buna səbəb kimi HƏP sədri, keçmiş siyasi məhbus Əli İnsanovun sürüşkən siyasi mövqeyə sahib olması göstərilir. Partiyadakı mənbələrdən aldığımız məlumata görə, həm mərkəzi strukturlarda, həm də rayon təşkilatlarında təmsil olunan HƏP-çilər rəhbərliyin fəaliyyətindən narazıdır. Onlar siyasi hakimiyyətlə mübarizə aparmaq, gələcəkdə hökumətdə yüksək post tutmaq üçün Əli İnsanovun ətrafında birləşsələr də, artıq xəyal qırıqlığına uğradıqlarını bildirirlər. İndi partiya kuluarlarında tez-tez “Əgər belədirsə, gedib YAP-a üzv olaq” məzmunlu fikirləri eşitmək mümkündür.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Abşeron və Culfa təşkilatlarından üst-üstə 572 nəfərin istefa verməsi HƏP üçün ciddi problem yarada bilər. Belə ki, hazırda partiya siyasi mövcudluğunu davam etdirmək üçün Ədliyyə Nazirliyinin tələb etdiyi 5.000 nəfərlik siyahını bu quruma təqdim edib. Həmin siyahıda 2 gün əvvəl HƏP sıralarından istefa verən 572 nəfərin adı, telefon nömrəsi və başqa bilgiləri də var. Ədliyyə Nazirliyinin müəyyən etdiyi vaxt isə iyulun 11-də başa çatıb. HƏP-in məlum siyahını geri götürüb 3 gün ərzində sıralarına 572 yeni üzv cəlb edərək, onların adını Ədliyyə Nazirliyinə təqdim etməsi inandırıcı görünmür. Bu isə o deməkdir ki, HƏP qeydiyyat prosesində ciddi problemlə üzləşəcək.
Məlumata görə, partiyada siyasi təlatümün baş verməsi Əli İnsanovu bir o qədər də narahat etmir. Çünki o, bundan sonra siyasi fəaliyyətini müstəqil partiya sədri kimi deyil, YAP funksioneri kimi davam etdirməkdə maraqlıdır. Partiyadaşlarından biri bizimlə söhbət zamanı HƏP-in qeydiyyatdan keçməyəcəyi təqdirdə, Əli İnsanovun hakim partiyaya qayıdacağını iddia edib.
Bu, gözləniləndirmi? Əli İnsanov belə bir addım atsa, YAP tərəfindən necə qarşılanar? Hakim partiya Əli İnsanovu qəbul edə və hətta funksioneri olmasına şərait yaradarmı?
Yeni Azərbaycan Partiyasının bir neçə deputatı ünvanladığımız bu suallara cavab vermək istəmədiklərini, adlarının bu mövzuda heç bir halda çəkilməsini arzulamadıqlarını bildirdilər. Əli İnsanovun YAP-a qayıtmaq istəyinin olacağı halda bu istəyə necə cavab verilməsinin onlardan asılı olmadığını vurğulayan deputatlar bu məsələni partiyanın rəhbərliyindən başqa heç kimin həll etmək imkanında olmadığını dedilər. YAP deputatlarının İnsanov mövzusunda danışmaqdan çəkindikləri “adımı çəkməyin” xahişlərindən bir daha bəlli oldu. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40 |
|
|
|
• "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36 |
|
|
|
• Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34 |
|
|
|
• NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18 |
|
|
|
• Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10 |
|
|
|
• Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06 |
|
|
|
• "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03 |
|
|
|
• "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34 |
|
|
|
• Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32 |
|
|
|
• "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30 |
|
|
|
• "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28 |
|
|
|
• Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21 |
|
|
|
• Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17 |
|
|
|
• Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12 |
|
|
|
• Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06 |
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44 |
|
|
|
|