Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     "Yevlax görüşündə iştirak etməmişəm" .....                     “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” .....                     "Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" .....                     Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? .....                     Əməkdar artist Türkiyəyə köçüb? .....                     Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı .....                     “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” .....                     Vətəndaş xəbəri olmadan borclanır... .....                     Bizə dərs keçən “Xudayar bəylər”... .....                     Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI .....                     Gəncə Dövlət Universiteti adlı bazar və... .....                     Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... .....                     Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır .....                     Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU .....                     ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib .....                     Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları .....                     Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                     20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                 

2022 seçki və referendum ili olacaq? - TƏKLİF VAR...
Tarix: 6-01-2022, 10:29 | Çap et
2022 seçki və referendum ili olacaq?
Bundan sonra məlumatlar yayıldı ki, seçkilər 2022-ci ilin mart və ya aprel ayında keçirilə bilər. Bəzi məlumatlara görə isə ölkə bütövlükdə böyük seçkiyə və referenduma hazırlaşır. Referendum söhbətləri ötən ilin yayından gündəmdə idi. “Yeni Müsavat” 28 iyul tarixində bu mövzuda geniş məqalə hazırlamışdı. O məqalədə göstərilirdi ki, referendumun əsas hədəfi ölkədə proporsional seçki sisteminin bərpa olunması, Milli Məclisin say tərkibinin artırılması, siyasi mübarizənin parlamentə keçməsidir.

Məlumatlara görə, referendumun hədəflərindən biri də işğaldan azad edilən bölgələrdə bəzi inzibati ərazi vahidlərinin dəyişdirilməsi, yenilərinin yaradılmasıdır. Məsələn, işğaldan azad edilən rayonlarda son aylarda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması prosesi gedir. Bu, həm də paralel olaraq icra hakimiyyəti sisteminin yenilənməsi və tədricən ləğv edilməsi anlamına gəlir. Ola bilsin, ilk nümunə kimi Qarabağ və ətraf rayonlarda icra hakimiyyəti sisteminin ləğvi təcrübəsi tətbiq edilsin. Referendumdan dərhal sonra Milli Məclisə seçkilərin keçiriləcəyi də deyilir. Məlumata görə, hakimiyyət siyasi mühiti əlverişli saysa, bütövlükdə Milli Məclisi buraxa və yeni seçkilərin vaxtı elan oluna bilər.

Referendumun bir hədəfinin də paytaxt Bakı daxil olmaqla, bir neçə bölgədə bəzi rayonların birləşdirilməsi olduğu deyilir. Eyni zamanda Bakı şəhərinə mer seçkilərinin keçirilməsi məsələsi də həll olunmamış qalır. Avropa Şurası qarşısında götürülən bu öhdəlik hələ icra edilməyib. Bu məsələnin də həlli üçün ana qanunumuzda dəyişiklik edilməsi istisna deyil.

Qeyd edək ki, Azərbaycan parlamentində boş qalmış deputat yerləri var. Milli Məclisdə boş deputat yerlərinin sayı 6-ya çatıb. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. 2020-ci ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən, Eldəniz Səlimovun isə deputat mandatının ləğvi və həbsindən sonra parlament üzvlərinin sayı 119 nəfərə enib. Qanunvericiliyə əsasən, deputatsız olan dairələr üzrə təkrar seçki keçirilməlidir.

Artıq 2022-ci ildir, iddialara və Məzahir Pənahovun bir ay öncəki açıqlamalarına əsaslansaq, təkrar seçkilər zamanı yaxınlaşmış hesab olunmalıdırmı?

DİA.AZ-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Məzahir Pənahovun təxminən bir ay əvvəl verdiyi açıqlama daha çox ehtimal xarakterli idi. Sonradan bu açıqlamanı müxtəlif rakurslardan təqdim etdilər: “Əslində MSK sədrinin məlum açıqlamasında konkretliyin olmaması təbiidir, çünki boş qalan yerlərə seçkilərin keçirilməsi ilə bağlı qərar vermək səlahiyyəti Azərbaycan Prezidentinə məxsusdur. Boş qalan dairələrdə seçkilərdə iştirak etməyə gəldikdə isə bir daha onu deyə bilərəm ki, biz AMİP olaraq ümimilikdə parlamentin yenidən formalaşmasının tərəfdarıyıq. Bu səbəbdən də parlament seçkisindən öncə referendumun keçirilməsi təklifini irəli sürmüşük. Referendumla konstitusiyaya düzəlişlər edilərək proporsional seçki sisteminin bərpa olunması və növbəti parlament seçkilərinin proporsional seçki sistemi və ya ən azından qarışıq, yəni majoritar və proporsional seçki sistemi əsasında keçirilməsinin tərəfdarıyıq. Bununla bağlı hakimiyyətə həm şifahi, eləcə də yazılı formatda təkliflərimizi vermişik. O səbəbdən də 6 dairə üzrə seçkilərin keçirilməsini hazırkı dönəmdə doğru hesab etmirik. Lakin bununla bağlı qərar veriləcək və seçkilər təyin olunacaqsa, o zaman partiyanın adekvat qərarı olacaq. Yalnız partiyanın qərarından sonra bu məsələyə birmənalı münasibət bildirə bilərəm.

Şəxsi mövqeyimə gəldikdə isə bir daha altını cızaraq vurğulamaq istəyirəm ki, yalnız boş qalan yerlərə seçkilərin keçirilməsi ölkədə ciddi bir dəyişikliyə səbəb olmayacaq və o baxımdan da yalnız boş qalan yerlərə deyil, yeni parlament seçkiləri keçirilməlidir".

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş və boş qalan seçki dairələrində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur.

Qanuna görə, seçki ölkə Prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı Prezident sərəncamı verildikdən sonra bəlli olur. Seçkinin günü ancaq ölkənin Prezidenti bu barədə sərəncam imzalayanda bəlli olacaq. Nə zaman seçkilər təyin olunacaqsa, o zaman da seçkilər keçiriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19
Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13
Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru