Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     "Yevlax görüşündə iştirak etməmişəm" .....                     “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” .....                     "Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" .....                     Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? .....                     Əməkdar artist Türkiyəyə köçüb? .....                     Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı .....                     “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” .....                     Vətəndaş xəbəri olmadan borclanır... .....                     Bizə dərs keçən “Xudayar bəylər”... .....                     Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI .....                     Gəncə Dövlət Universiteti adlı bazar və... .....                     Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... .....                     Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır .....                     Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU .....                     ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib .....                     Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları .....                     Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                 

“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik” - Deputat ANONS ETDİ
Tarix: 22-12-2021, 08:24 | Çap et
“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik”
Dekabrın 20-də Prezident təhsil sahəsini əhatə edən iki sərəncam imzaladı. Sərəncamlardan biri regional təhsil idarələrinin yaradılması, digəri isə bağçaların yerli icra strukturlarının tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsi ilə bağlı idi. DİA.AZ bildirir ki, AYNA bu yeniliklərin hansı zərurətdən irəli gəldiyini və hansı dəyişiklərə səbəb olacağını aydınlaşdırmağa çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, regional təhsil idarələrinin yaradılması həm də regional idarəetmə sisteminə keçidin siqnalı ola bilər: “Hər bir rayonda təhsil idarələrinin saxlanılması, onların maliyyələşdirilməsi yəqin ki, effektiv olmayıb. Eyni zamanda da regional idarəetmə prosesi daha da asanlaşdıracaq və koordinasiyanı gücləndirəcək. Təhsil Nazirliyi statistikanı, hesabatları, problemlərin həlli yollarını və s. ayrı-ayrı rayonlardan deyil, bir regional mərkəzdən alacaq. Bu, resurs, zaman, maliyyə, idarəetmə baxımından daha effektiv olacaq. Regional təhsil idarələrinin yenilənmiş fəaliyyət planları ilə tanış olmamışam, amma ümumilikdə demək mümkündür ki, bu addım daha effektiv idarəetmə üsuluna keçiddir”.

“Biz çox vaxt nümunə gətirirdik ki, Gürcüstandakı idarəetmə üsuluna – az işçi və çox işə keçək. Bu idarəetmə üsulu davam etsə, deməli, hökumət effektiv idarəetmə üsuluna keçib. Təhsil sahəsində bu, qaçılmaz idi. Elə bir sahədir ki, bütün həyatımıza təsir edir. Bu baxımdan yeni qərar regional idarəetmə problemlərinin bir az daha asan həll olunmasına səbəb olacaq. Burada söhbət koordinasiyadan gedir. Bu gün hansısa məsələ ilə bağlı müraciət etdiyimizdə, biri deyir: “mənim işim deyil, o etməlidir”, o biri deyir: “mənim işim deyil, başqası etməlidir”. Burada isə vahid koordinasiya olacaq ki, bu da işləri asanlaşdırıcaq”, - deyə həmsöhbətimiz bildirib.

Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi və bu istiqamətdə gözləntilərlə bağlı danışan Səfərovanın sözlərinə görə, bu cür dəyişikliklər dərhal nəticə verməyə də bilər: “Ümumiyyətlə, siyasi səviyyədə dəyişikliklər uzunmüddətli zaman üçün hesablanmış olur. Amma ümumilikdə bir təhsil müəssisəsinin Təhsil Nazirliyinin tabeliyində olması qədər təbii heç nə yoxdur. Bağçaları təhsil prosesinə qaytarırlar. Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi standartlarını müəyyənləşdirən və təhsil siyasətini formalaşdıran qurumdur. Onlar yerli icra strukturlarına verildikdən sonra nə qədər neqativ hallar olduğunu gördük. Korrupsiya, uşaqların qida rasionu ilə bağlı narazılıqlar, metodistlərin təhsil idərələrini qəbul etməmələri ilə bağlı yüzlərlə faktlar var”.

“Bəli, uşaq bağçaları indiki uşaqların sayına cavab vermir. Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə o deməkdir ki, bu məsələnin doğru araşdırılmasına və standartlarının müəyyən edilməsinə kömək edəcək. Axı bağça uşağın yalnızca yemək yeyib yatdığı yer deyil. Uşaqlar bağçada təhsil prosesinə də cəlb olunurlar. Oradakı müəllimlərin bilik-bacarıqları, uşaqlarla davranışları, uşaqların qida rasionunun müəyyənləşməsi və s. məsələlər var. Buna görə təhsillə bağlı müəssisələr Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi labüd idi və yəqin ki, yaxın bir neçə il ərzində biz bunun müsbət tərəflərini görəcəyik”, - deyə sədr fikrini yekunlaşdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da o fikirdədir ki, regional idarəetməyə keçid mövcud vəziyyətin tələblərindən irəli gəlir və labüddür: “Bu gün istər idarəçilikdə, istərsə də təhsil sistemində gedən proseslər daha çevik, adekvat, operativ qərarların və idarəçiliyin həyata keçirilməsini tələb edir. Bu baxımdan hesab edirəm və ümumi prosesin təhlili də onu göstəririr ki, biz bölgələrdə təhsil sistemini idarə etmək üçün, ümumiyyətlə, digər strukturlarda da idarəetməni həyata keçirmək üçün regional idarəetməyə keçirik. Bir müddət əvvəl Mədəniyyət Nazirliyində də bu proses baş verdi”.

“İcra stuktukturları ilə bağlı da bu məsələlər müzakirəyə çıxarılmışdı. Təhsil sahəsində də bu məsələ bir neçə ildir müzakirə olunurdu. Regional idarələrin yaradılmasında əsas məqsəd və hədəf ondan ibarətdir ki, bölgələrdə, rayonlarda baş verən hadisələrlə, ümumiyyətlə, həllini gözləyən məsələlərlə bağlı daha adekvat, çevik qərarlar qəbul edilsin. Regional idarələrin konkret səlahiyyətləri var və müəyyən məsələlərlə bağlı özləri qərar qəbul edə, həyata keçirə bilərlər. Bu baxımdan hesab edirəm ki, regional idarələrin yaradılması idarəetmədə işin düzgün qurulmasından asılı olaraq çevik qərarların qəbul edilməsinə, operativ reaksiyaların verilməsinə öz ciddi töhfəsini verəcək”, - deyə deputat vurğulayıb.

O, hesab edir ki, regionların bölgüsü də düşünülmüş formada aparılıb: “Bu da imkan verəcək ki, təhsillə bağlı bölgələrdə, rayonlarda qarşımıza çıxan, həllini gözləyən məsələləri tez bir zamanda həll edə bilək”.

Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirən müsahibimiz bunun da düzgün yanaşma olduğunu düşünür və fikrini belə əsaslandırıb: “Bütün hallarda bağçada tərbiyə, təhsil, təlim məsələsi daha çox olduğuna görə, hesab edirəm ki, bağçaların idarəçiliyinin Təhsil Nazirliyində olması düzgün bir yanaşmadır. Bağçalarda söhbət yalnız inzibati idarəçilikdən getmir, həm də bağçalarda təlim-tərbiyə işinin təşkili məsələsi var. Metodoloji baxımdan, təlim-tərbiyənin təşkili baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha uyğundur”.

“Təhsil Nazirliyi indiki halda bağçalarla bağlı neqativ halların aradan qaldırılmasına nail ola biləcəkmi?” sualını cavablandıran Məmmədovun sözlərinə görə, bu iş çətin və məsuliyyətli olsa da, nazirlik vətəndaşların gözləntilərini doğrultmaq üçün çalışmalıdır: “Bir müddətdir ki, cənab Prezidentin sərəncamı ilə yeni nazir təyin olub. Səlahiyyət verilib, etimad göstərilib. Artıq dövlət tərəfindən də lazım olan bütün dəstəklər göstərilir. Hesab edirəm, burada artıq yük nazirliyin üzərinə düşür ki, nazirlik öz işini şəffaf, obyektiv, günümüzün tələblərinə uyğun qursun. Zaman-zaman problemlər bizə də gəlir, tərəfimizdən Milli Məclisdə qaldırılır. Təhsillə bağlı həllini gözləyən məsələlər var. Amma bütün hallarda onlar bir-birinə qarışdırılmamalıdır və nazirlik özü də çalışmalıdır ki, bu çətin, məsuliyyətli işin öhdəsindən gəlsin, vətəndaşların gözləntilərini doğrultsun. Bunun üçün də daha çox addım atılmasına, işlərin görülməsinə ehtiyac var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19
Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13
Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru