Ermənistanı buna vadar etmək lazımdır... - deputat
Tarix: 16-12-2021, 08:28 | Çap et
 “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”. Bunu Prezident İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. Növbəti dəfə Ermənistan hökumətinə xəbərdarlıq edən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın mövqeyi açıq-aydındır. Ölkə rəhbəri bəyan edib ki, Bakı sülh istəyir, müharibə yox: “Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”. Bölgədəki vəziyyətə toxunan Prezident hazırkı durumun nisbətən sabit olduğunu vurğulayıb:
“Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”. Dövlət başçısı əlavə edib ki, Ermənistanın müharibədə məğlubiyyəti yüksək gözləntilər və hərbi-siyasi potensialın qeyri-real qiymətləndirilməsi səbəbindən onların cəmiyyətində psixoloji travma yaradıb. O baxımdan ölkə rəhbəri bildirib ki, Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır:
“Biz qonşuyuq və heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”.
DİA.AZ xəbər verir ki, dövlət başçısının nüfuzlu media orqanına müsahibəsində diqqət çəkdiyi məqamları “Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanın konstruktiv mövqeyi ilə bağlı heç bir ölkənin, siyasi dairələrin şübhəsi yoxdur. Deputat vurğulayıb ki, rəsmi Bakı Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün bütün zəruri addımları atır:
“44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə regiondakı prosesləri dəyişib. Azərbaycan münaqişəyə son qoymaqla Cənubi Qafqazın təhlükəsizliyini təmin etmək üçün ilkin şərtləri formalaşdırıb. Bölgədə müxtəlif aspektlərdə maraqları olan subyektlər Azərbaycanın bu töhfəsini yüksək qiymətləndirməlidir. Hamı yaxşı bilir ki, regionun təhlükəsizliyi üçün təhdid yaradan ölkə Ermənistandır. Postmünaqişə mərhələsində atılacaq addımları əngəlləyən İrəvan özünün təxribatçı mövqeyini nümayiş etdirməkdədir. Azərbaycan tərəfi Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyasının aparılmasını təklif edir, bunun üçün lazım olan addımları atır. Regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində təşəbbüslər irəli sürür. Amma Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Xüsusən, noyabr ayının ikinci ongünlüyündən etibarən ardıcıl təxribatlar törətməyə başladı. Məqsəd münaqişənin hələ davam etdiyi təəssüratını yaratmaq, sərhədlərin müəyyən olunmasına mane olmaq və yekun sülh sazişinin imzalanması prosesini uzatmaq idi. Ermənistan tamamilə başqa mövzuları müzakirə predmetinə çevirmək niyyəti güdürdü”. Parlament üzvü vurğulayıb ki, Ermənistan tərəfi dekabrın 15-də Brüsseldə keçirilmiş görüşdə süni gərginliyin əsas müzakirə mövzusu olmasını istəyirdi: “Bununla Ermənistan əlavə vaxt qazanmış olacaqdı. Lakin bunlar baş vermədi. Brüsseldə baş tutmuş görüşdə sərhədlərin müəyyənləşməsi, üçtərəfli bəyanatların icrasına uyğun addımların atılması prioritet oldu. Bu da Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda dəmiryol xəttinin açılması ilə bağlı razılaşmanın əldə olunması, qarşılıqlı nəzarət mexanizminin vacibliyinin vurğulanması rəsmi Bakının mövqeyinə uyğundur. Bütün hallarda Azərbaycanın tələbləri beynəlxalq müstəvidə dəstəklənir. Cənubi Qafqazda özünün bu və ya digər maraqlarını tətbiq etmək istəyən subyektlər yaranmış yeni geosiyasi konfiqurasiyanı qəbul edir. Müharibədən öncə siyasi qələbələr qazanırdıqsa, 44 gündə hərbi qələbəmizi də təmin etdik. İndi tarixi Zəfərimizə söykənərək siyasi qələbələri davam etdiririk. Hazırda əsas təzyiq və təsir obyekti Ermənistandır. İrəvan hökuməti yeni reallıqlara uyğun konstruktiv addım atmalı, hərbi-siyasi təxribatlardan uzaq durmalıdır. Cənab Prezidentin vurğuladığı məqam ondan ibarətdir ki, Ermənistan öz imzasına hörmətsiz yanaşır, öhdəliklərinə əməl etmir. Ona görə də Ermənistanı buna vadar etmək lazımdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26 |
|
|
|
• Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24 |
|
|
|
• Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19 |
|
|
|
• AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14 |
|
|
|
• Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09 |
|
|
|
• Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00 |
|
|
|
• Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55 |
|
|
|
• Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50 |
|
|
|
• Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48 |
|
|
|
• Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45 |
|
|
|
• Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44 |
|
|
|
• Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32 |
|
|
|
• Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28 |
|
|
|
• Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27 |
|
|
|
• “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25 |
|
|
|
• Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20 |
|
|
|
• Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18 |
|
|
|
• AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13 |
|
|
|
• Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10 |
|
|
|
• Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09 |
|
|
|
• Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07 |
|
|
|
• "Biz şokda idik" - İranlı general
Bu gün, 13:02 |
|
|
|
• Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45 |
|
|
|
• Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35 |
|
|
|
• 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29 |
|
|
|
• Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20 |
|
|
|
• SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18 |
|
|
|
• Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16 |
|
|
|
• Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13 |
|
|
|
• “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06 |
|
|
|
• Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04 |
|
|
|
• Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59 |
|
|
|
• Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55 |
|
|
|
• Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53 |
|
|
|
• İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49 |
|
|
|
• Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31 |
|
|
|
• "Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27 |
|
|
|
• “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03 |
|
|
|
• Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54 |
|
|
|
• Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52 |
|
|
|
• “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46 |
|
|
|
• Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42 |
|
|
|
• Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27 |
|
|
|
• Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22 |
|
|
|
|