“Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     "Yevlax görüşündə iştirak etməmişəm" .....                 

Parlamentdə deputatların SAYI ARTIRILIR? - GƏLİŞMƏ
Tarix: 14-12-2021, 08:33 | Çap et
Parlamentdə deputatların SAYI ARTIRILIR?
“Bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, inşallah, sizinlə bərabər”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon sakinləri ilə görüşdə şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidovun “İlham Əliyev Azərbaycanın daimi prezidenti olsun” fikrinə münasibət bildirərkən demişdi.

Prezidentin dedikləri, gələn il ölkədə referendum keçiriləcəyi və idarəçilik sistemində ciddi yenilənmələrin olacağı barədə xeyli müddətdir siyasi kuluarlarda dolaşan söz-söhbətləri daha da canlandırdı. Müşahidəçilər əsas vurğunu ölkə başçsının “mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir…” fikrinin üzərinə salırlar. Bu açıqlamanın təsadüfi olmadığı, siyasi sistemdə gözlənilən yenilənmələrin anonsu olduğu qeyd olunur.

Siyasi kuluarlarda gedən müzakirələrdə bildirilir ki, 44 günlük müharibədəki zəfərdən reytinqini yüksəldə bilmiş hakimiyyət dünyada və regionda cərəyan edən siyasi kataklizmlərə daha dayanıqlı idarəçilik sisteminə keçid etmək istəyir. Bu məqsədlə ölkədə referendum keçirilir və icra hakimiyyəti, qanunverici hakimiyyət və yerli özünüidarə orqanları ilə bağlı vacib dəyişikliklər əhalinin seçiminə çıxarılır. Siyasi mühitdə dolaşan bu mülahizələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

– Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılır.

– Deputat seçkiləri proporsional və majoritar qaydada – qarışıq sistem üzrə keçirilir.

– Güc strukturlarının tabe olduğu, ölkənin müdafiə və xarici siyasət də daxil, bütün strateji məsələlərində həlledici söz sahibi olduğu Dövlət Şurası yaradılır. Onun rəhbəri Milli Məclis tərəfindən ömürlük olaraq seçilir. Eyni zamanda, Konstitusiya ilə ona toxunulmazlıq hüququ verilir. (Qazaxıstanda olduğu kimi – red.)

– Prezidentin iki dəfədən artıq seçilməsi qaydası ləğv olunur. Prezident seçkiləri 5 ildən bir ümumi səsvermə qaydasında seçilir.

– Vitse-prezidentlik institutu gücləndirilir və bu postu tutan şəxslər prezidentlə bərabər seçilir.

– Nazirlər Kabineti ləğv edilir, onun bütün səlahiyyətləri Vitse-prezident institutuna həvalə edilir.

– Yerli icra hakimiyyətləri ləğv olunur, onları prezidentin sərəncamı ilə yaradılmış 14 iqtisadi zona əvəzləyir. Xatırladaq ki, həmin sərəncama görə, Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları yaradılıb.

– Bələdiyyələrin yerli idarəçilikdə rolu artırılır və inzibati qurumların səlahiyyətlərinin bir hissəsi seçkili qurumlara qaytarılır və s.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun dekabrın 12-də verdiyi açıqlama da gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı gözləntiləri daha da artırıb. O, bildirib ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq. MSK sədri vurğulayıb ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq.

Maraqlıdır, M.Pənahov “Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır” deyərkən, nəyə işarə vurub? Əlbəttə, söhbət iki ilə yaxındır deputatsız qalan dairələrdən getmir. Qanunvericiliyə görə, nəticələri ləğv olunmuş seçki dairələri üzrə MSK 3 ay ərzində əlavə seçkilər elan etməli idi, amma bu baş verməyib və hakimiyyət üçün əhəmiyyətli məsələ deyil. Deməli, Məzahir Pənahov daha ciddi qərarların anonsunu edib ki, bu da referendum hazırlığından xəbər verə bilər.

Ötən 21 ildə Azərbaycan Konstitusiyası 3 dəfə dəyişdirilib və Əsas Qanuna əlavələr siyasi hakimiyyətin möhkəmləndirilməsi xarakteri daşıyıb. Bu zaman hakimiyyət daxildə müxalifətin və beynəlxalq təşkilatların müqaviməti ilə qarşılaşsa da onlara əhəmiyyət verməyib. Amma təxmini konturları yuxarıda qeyd olunan, ehtimal olunan növbəti dəyişiklikdə bütün maraqlı tərəflərin maraqları qismən nəzərə alınıb.

İlk növbədə, dövlət hakimiyyətinin nüvəsi seçki sisteminin nəzarətindən çıxarılır. Dövlət Şurasının (başqa ad da ola bilər – red.) rəhbəri ömürlük təyin olunduğuna görə, onun postu heç vaxt müzakirə mövzusuna çevrilmir. Siyasi, iqtisadi və təhlükəsizlik sistemini legitim bir mərkəzdə cəmləyəcək bu dəyişiklik hazırki hakimiyyətin əsas hədəfidir.

Prezidentin 5 ildən bir seçilməsi, bir şəxsin iki dəfədən artıq namizəd ola bilməməsi (hazırda bu müddət 7 ildir və bir şəxs istədiyi qədər seçilə bilər) demokratik norma kimi daxili və xarici qüvvələrin dəyişikliyə dəstəyinin əldə olunmasına hesablanıb. Eyni zamanda, parlamentin majoritar və proporsional qaydada seçilməsi, tərkibinin genişləndirilməsi də ölkədə siyasi iştirakçılığı artırmağa, qanunverici hakimiyyətin nüfuzunun bərpasına və ona beynəlxalq dəstəyin təmin olunmasına şərait yarada bilər. Məsələn, əksər partiyaların parlamentdə təmsilçiliyinə şərait yaradılması mümkündür.

Yerli icra hakimiyyətlərinin ləğvi və bələdiyyə institutunun gücləndirilməsi də sözsüz ki, həm daxildə, həm də xaricdə məmnunluqla qarşılana bilər.

Sual oluna bilər ki, hakimiyyət adətən daxili oyun qaydalarını müəyyənləşdirərkən, yaxud onları dəyişdirərkən heç bir qüvvənin marağını nəzər almayıb, bu dəfə niyə mümkün qədər balanslaşdırmaya çalışsın?

Azərbaycan Avropa Şurasının monitorinqi altında olan ölkədir, üzərinə götürdüyü öhdəliklərə görə, hakimiyyət sistemi ilə bağlı bütün qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Bu dəyişiklik fundamental xarakter daşıdığı üçün ona beynəlxalq dəstəyin əldə olunması vacib şərtdir. Həmçinin hazırki geosiyasi toqquşmalardan sığortalanmaq üçün də bu keçid uyğun zamanda və mümkün qədər razılaşdırılaraq həyata keçirilməlidir.
//PRESSKLUB.AZ//

DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru