Ayı ilə öz dilində danışmaq lazımdır .....                     Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar .....                     Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? .....                     Ölkəyə ekstazi gətirən Ramazanov .....                     Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə .....                     Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama .....                     ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR .....                     Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb .....                     Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb .....                     Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR .....                     Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib .....                     Memarlıqda... təhlükəli DURUM... .....                     Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? .....                     Məktəb direktoru faciəvi şəkildə vəfat etdi .....                     Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi .....                     Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək .....                     “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...” .....                     İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır .....                     Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir .....                     Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                     Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... .....                     Fərid Əsgərovun təyinatdan sonra ilk .....                     Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib .....                     Məşhur tikinti şirkəti yarım milyon borca düşdü .....                     KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək .....                     Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! .....                     Agentlik sədri onu departament müdiri təyin etdi .....                     Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” .....                     Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb .....                     Qarabağ qazisindən icra başçısına MÜRACİƏT .....                     Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib .....                     “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı .....                     Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi .....                     Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir .....                     “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR .....                     “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” .....                     Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... .....                 

“Onun barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib” - Partiya sədri
Tarix: 9-12-2021, 08:39 | Çap et
“Onun barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib”
Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev son günlərdə yenidən gündəmə gəlib. O deyib ki, istədiyi vaxt Azərbaycana gələ bilər. Eks-spiker bu barədə LAF.TV-də çıxışı zamanı fikirlər səsləndirib.

Sitat: “Hesab edirəm ki, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm”.

Sabiq spikerin qayıdışı ilə bağlı bu açıqlamaları hər zaman olduğu kimi yenə də ciddi müzakirələrə səbəb olub. Bu da səbəbsiz deyil. Çünki onun barəsində parlamentin spikerliyindən istefa verib ABŞ-a getdikdən sonra Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. 1998-ci ildən İnterpolun axtarışındadır.

Bu da haqlı olaraq suallar yaradır:

R.Quliyev barəsində qaldırılmış cinayət işinə xitam verilib? Verilibsə, bu, niyə ictimaiyyətdən gizlədilib? Yox, xitam verilməyibsə, o zaman Azərbaycana necə gələcək?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Rəsul Quliyevin Azərbaycana gəlişi təmin olunmalıdır: “Hər bir şəxsin ölkəsində normal yaşamaq hüquqi var. Onun barəsində cinayət işinə xitam verilib-verilmədiyi barədə məlumatsızam. Rəsul Quliyev barəsindəki axtarış qərarı ləğv oluna da, saxlanıla da bilər. Hökumətlə istər şifahi, istərsə də yazılı formada razılıq əldə edib, ölkəyə qayıtması mümkündür. Onu da qeyd edim ki, Rəsul Quliyev barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib. Onun işinə xitam verilə və o ölkəsinə qayıda bilər. Düşünürəm ki, indiki vaxtda sabiq spikerin Azərbaycana qayıdışına icazə verilməlidir”.

Tanınmış vəkil Əsabəli Mustafayev R.Quliyevin ölkəsinə qayıdacağı təqdirdə Gürcüstanın sabiq prezidenti, hazırda məhkəməsi gedən Mixail Saakaşvilinin taleyini yaşaya biləcəyini zənn edir: “Məndə olan məlumata görə, Rəsul Quliyev barəsindəki cinayət işinin icraatı dayandırılıb, yəni xitam verilməyib. Bəlkə də sonradan gizlikcə cinayət işinə xitam verilib və ona görə də, o, israrla Azərbaycana qayıdacağını deyir. Ancaq mən bilən hələ xitam verilməyib. Əgər xitam verilməyibsə, Azərbaycana gələn kimi həbs olunacaq və cinayət işinin icraatı bərpa ediləcək. Nəticədə Rəsul Quliyev həbs olunacaq, cinayət işinin istintaqı davam etdiriləcək. Əks təqdirdə, xitam verilibsə, ölkəsinə gələcək, Azərbaycanda yaşayacaq, istədiyi peşə ilə məşğul olacaq, hər bir ölkə vətəndaşı kimi. Bu məsələ şəffaf deyil. Açıqlanmayan çox məqamlar var. Rəsul Quliyevin israrla qayıdışı barədə açıqlamalar verməsi adamda belə təəssürat yaradır ki, o işə xitam verilib. Lakin burada Mixail Saakaşvili nümunəsi də ola bilər. Yəni mən qayıdım, bir az imicimi qaldırım, beynəlxalq aləm müdafiəmə qalxsın. Bu istəyin də olması mümkündür. Lakin bu istəyin olduğuna açığı inanmıram. Çünki Rəsul Quliyev gördü ki, beynəlxalq aləmdə çox böyük nüfuzu olan Mixail Saakaşvili hələ də həbsdədir. Heç bir dövlət onun dərhal azad olunmasına nail ola bilmədi. Bu da Rəsul Quliyev üçün çəkindirici faktor ola bilər. Xüsusilə nəzərə onu da alaq ki, onun ölkə daxilində və xaricində Mixail Saakaşvili kimi imici yoxdur”.

R.Quliyev barəsindəki cinayət işinə xitam verilib-verilmədiyi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu göndərmişik. Cavab gələcəyi təqdirdə onu dərc edəcəyik.

Xatırladaq ki, Rəsul Quliyev bir zamanlar hakimiyyətin mühüm simalardan sayılıb. Ancaq 1996-cı ildə təmsil olunduğu hakim komandası ilə ixtilaf yaşaması səbəbindən o vaxt Konstitusiyayla hakimiyyətdə ikinci önəmli vəzifə sayılan postundan, yəni qanunverici orqanın rəhbəri postundan istefa verərək, “müalicə olunmaq” adı ilə ABŞ-a gedib.

Daha sonra ona cinayət işi qaldırılıb və barəsində axtarış qərarı çıxarılıb.

1998-ci ilin prezident seçkilərini boykot qərarı verən 5 əsas iddiaçıdan olub.

2005-ci ilin parlament seçkiləri ərəfəsində - 17 oktyabrda Rəsul Quliyevin xüsusi reyslə Bakıya qayıdacağı gözlənsə də, o, son anda bundan imtina edib və yanacaq üçün Ukraynaya enən təyyarəsində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ancaq bir neçə saat sonra sərbəst buraxılıb və təkrar ABŞ-a dönüb.

Son 15 il ərzində dəfələrlə Rəsul Quliyevin hakimiyyətlə barışdığı və ölkəyə qayıdacağı xəbərləri yayılsa da, bunlar şayiədən o tərəfə keçməyib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Bu gün, 18:05
Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Bu gün, 18:03
Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Bu gün, 18:00
Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Bu gün, 17:57
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Bu gün, 17:52
Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Bu gün, 17:49
ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Bu gün, 17:48
Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Bu gün, 17:35
Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Bu gün, 17:34
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Bu gün, 16:17
Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Bu gün, 16:07
Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Bu gün, 16:01
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24
Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18
Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46
Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43
“Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55
TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52
Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48
“Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru