AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                 

"Ortada aydın fakt var - 1 milyon köçkünümüz..." - deputat
Tarix: 3-12-2021, 08:52 | Çap et
"Ortada aydın fakt var - 1 milyon köçkünümüz..."
BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məhkəmənin saytında yer alan məlumatda deyilir. Elə həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə də qərar çıxarılacaq. Azərbaycan və Ermənistan bu ilin sentyabrında bir-birinə qarşı iddia qaldırıb. Qarşılıqlı ittihamlar vətəndaşların milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, etnik təmizləmələr, ədavət salınması ilə bağlıdır.

Oktyabrda BMT məhkəməsi Haaqada Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçirib. Bəs Haaqa Məhkəməsinin qərarı necə olacaq? 30 il ərzində torpaqlarımızı işğalda saxlayaraq etnik təmizləmə aparan, 1 milyondan çox insanımızı qaçqın həyatı yaşamağa vadar edən Ermənistan cəzalanacaqmı? 44 günlük müharibənin nəticələrini təhrif edən, özlərini guya bu müharibədə zərərçəkən, erməni əhalisini “torpaqlarından qaçqın düşdüyü” barədə yalanlar uyduraraq həyasızca Azərbaycana qarşı iddia qaldırmış Ermənistan nəyə ümid edir? Haaqa Məhkəməsi hər iki tərəfi razı salmaq üçün iddiaları təmin edə bilərmi? Amma Azərbaycan 44 günlük müharibədə nə mülki erməni həyatına son qoyub, nə onların kilsələri, erməni qəbirləri dağıdılıb, nə də etnik təmizləmə siyasəti aparıb. Əksinə, Soçi görüşündə Rusiya lideri açıqladı ki, müharibədən sonra 52 min nəfər daim yaşayış yerinə qayıdıb. Söhbət Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərdən gedir. Halbuki Ermənistan 30 ilə yaxın 1 milyon insanı yurd-yuvasından didərgin salıb. O halda BMT məhkəməsi nizam-tərəzini düzgün qura biləcəkmi? Beynəlxalq femidadan nə gözləyə bilərik?

Hakim partiyadan deputat, parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, hər iki tərəf BMT İnsan Hüquqları Məhkəməsinə müraciət edib: “Həqiqəti görmək üçün mikroskop götürüb hadisələri izləməyə ehtiyac yoxdur. Gün kimi həqiqət var. BMT-nin 4 qətnaməsində erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən çıxması qeyd olunub, amma 30 ildə icra olunmadı. Ortada aydın fakt var - 1 milyon köçkünümüz... Həmçinin işğaldan azad edilən ərazilərdə diplomatik korpusların nümayəndələri olublar, gözləri ilə görüblər, İSESCO prosesdə iştirak edib, UNESCO da bu məsələləri nəzarətə götürüb. Yəni ermənilər bütün tarixi, dini və mədəni abidələri məhv edib, 67 məsciddən 65-ni dağıdıb, Xocalı soyqırımını törədib, bəşəri cinayətə imza atıb, müharibə cinayətinə yol verib. Bir var 100 il keçə, tarixi kitablarla açıb sübut edəsən, bir də var ”görünən dağa nə bələdçi", BMT nümayəndələri gəlib azad edilən ərazilərimizə baxsınlar, qeyd aparsınlar".

E.Nəsirov hesab edir ki, BMT 30 il torpaqların işğalda qalmasına göz yumub: “Ona görə ki, BMT-nin nizamnaməsinin 5-ci maddəsinə görə qətnamələrin icrası məcburidir, xoşuna gəlməsə də icra olunmalıdır. Təəssüflə qeyd edirəm ki, BMT 30 ildə Ermənistana qarşı təzyiq mexanizmini işə salmaq istəmədi. O baxımdan 44 günlük müharibəni başlayan, yeni ərazi iddiasını ortaya qoyan da erməni tərəfi oldu, yaşayış məntəqələrini atəşə tutdu, dinc əhalini gülləbaran etdi. Odur ki, indi erməni tərəfinin qaldırdığı iddiaların heç bir hüquqi əsası yoxdur. Yenə deyirəm ki, bir var sənədləri, tarixi qaldırıb araşdırasan, bir də var tarix göz qabağındadır. Əgər BMT məhkəməsi öz imicini qorumaq istəyirsə, ədalətli qərar qəbul etməlidir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, əgər haqq-ədalət varsa, qanunun aliliyinə hörmət qoyulacaqsa, düzgün qərar çıxarılacaq: “Düzgün qərar olmasa şübhələr yaradacaq. Ən azından Azərbaycan tərəfi müraciət etməlidir. Biz hərbi cinayətkarların mühakiməsinə nail olmalıyıq. Necə ki, Ruanda, Serebrenitsa qatilləri mühakimə edilib, Xocalıda qətliamlar törətmiş canilər də hökmə cəlb olunmalıdır. Ona görə peşəkar hüquqşünaslar fəaliyyət göstərməlidirlər. Ancaq siyasi maraqlar hüququn aliliyini üstələsə, erməni tərəf qaldırdığı iddiaların təmin edilməsinə nail ola bilər”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, bu ilin sentyabrında Ermənistan Azərbaycana qarşı iddia qaldırıb: “Onların işğalçı tərəf olduğu halda bu iddianı qaldırması tam bir absurddur. Çünki ərazilərimizdə vandallıq edilib, mədəni irsimiz məhv olunub, Azərbaycan xalqına qarşı nifrət hissində siyasət aparılıb. Bu vəhşiliklərə imza atan erməni tərəfidir. O zaman bizə qarşı hansı iddia irəli sürürlər? Sadəcə, elədikləri həyasızlıqdan ibarətdir”.

Hüquq müdafiəçisi yada saldı ki, bir həftə fərq olmaqla sentyabrın 21-də Azərbaycan iddia qaldırıb: “Ermənilərin iddiaları əsasən Bakıdakı Hərbi Qənimətlər Parkında olan maketlərin götürülməsi ilə bağlıdır. Ancaq nəzərə alsaq ki, həmin maketlər artıq götürülüb, o halda İrəvanın Haaqada iddiaları əsassızdır”.

Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan faktlara əsaslanaraq tutarlı sənədlər əsasında iddia qaldırıb: “Xalqımızın I Qarabağ müharibəsində diskriminasiyaya məruz qalması, soyqırım törədilməsi faktı göz qabağındadır. İkinci müharibədən sonra da minaların xəritələrinin verilməməsi faktı qalır. Əgər hakimlər obyektivlik nümayiş etdirəcəksə, o zaman ermənilərin iddialarını təmin etməyəcəklər. Hər halda Haaqa hakimlərinin ədalətli qərar verəcəyinə ümid edirik. Zənnimcə, Azərbaycanın qaldırdığı iddiaların əsaslı olduğuna dair qərar qəbul olunmalıdır”.

Qeyd edək ki, rəsmi olaraq Beynəlxalq Ədalət Məhkəməsi kimi tanınan məhkəmə ölkələr arasında mübahisələri həll etmək üçün BMT məhkəməsidir. Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmə hakimləri əsasən BMT-yə üzv dövlətlər arasından seçilir, amma yalnız Statusuna üzv olan dövlətlər də Baş Assambleyanın qərarı ilə öz hakimliyə namizədlərini irəli sürə bilərlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Bu gün, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Bu gün, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Bu gün, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Bu gün, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Bu gün, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru