ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                 

“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var” - ÇAĞIRIŞ
Tarix: 13-11-2021, 08:44 | Çap et
“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var”
“Azərbaycanda məhkumların saxlanması üçün ayrılan vəsait azaldıla bilər. Çünki hər bir məhbusun cəzaçəkmə müəssisələrində saxlanılması vəsait tələb edir”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. “Gələcəkdə ağır cinayət törətməyən məhbusların evdə və digər yerlərdə saxlanılması məsələsinə də baxıla bilər. Biz bununla da xərclərimizi azalda bilərik. Bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib”, - nazir vurğulayıb.

Onun bu təklifi ekspertlər tərəfindən də dəstəklənib. Bu şəkildə həm dövlət büdcəsi üzərindəki həbsxanaların saxlanılması yükü bir qədər azala bilər, həm də yüngül cinayət törədənlər həbsxanalara düşüb oradakı mühitin təsiri ilə islah olmaq əvəzinə daha qatı cinayətkara, potensial qatilə dönüb illər sonra cəmiyyətə qatılmazlar. Ev həbsində onların üzərindəki sabit məhkum damğası da daha zəif olar və adaptasiya prosesində çətinlik çəkməzlər.

Mövzu ilə bağlı şərh verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda məhbusların sayı və ümumiyyətlə, Cinayət Məcəlləsində olan müddəalarının dəyişdirilməsi bir neçə illərdir müzakirə mövzusudur: “Təbii ki, Azərbaycanda ilk növbədə bu addımı atmaq üçün Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var. Yüngül və az ağır cinayətlərlə bağlı ola bilər ki, cərimə sistemi tətbiq edilsin. Bəzi ölkələrdə olduğu kimi cərimələr tətbiq oluna və ya məhkəmə xərclərinin həmin şəxsin üzərinə qoyulması yolu ilə çəkindirici addım kimi maliyyə sanksiyaları ola bilər. Təbii ki, ev həbsi və yaxud elektron qolbaqların tətbiqi də mümkündür ki, bir çox ölkələrin praktikasında da bu xərclərin xeyli azalmasına gətirib çıxarıb. Hətta yüngül və az ağır cinayətlər törətmiş şəxslərə böyük maliyyə sanksiyalarının tətbiqi ilə məhkəmə sistemində və hüquq-mühafizə orqanları sistemində müəyyən dərəcədə büdcə yükünün azaldılmasına nail olmaq olar. Yəni xərclərin bir hissəsinin həmin cərimələr vasitəsilə ödənilməsi mümkündür. Amma dediyim kimi, bunun üçün ilk növbədə Cinayət Məcəlləsinə ciddi dəyişikliklərin olunmasına ehtiyac var. Ümumiyyətlə, Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var. Çünki bir çox müddəalar ya sovetin təcrübəsinə, ya da Rusiya qanunvericiliyinə əsaslanıb. Cinayət Məcəlləsinə yenidən baxılmasına və yeni yanaşmanın ortaya qoyulmasına ehtiyac var”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə də bildirdi ki, bu fikri dəstəkləyir və həbsxanalarda həddindən artıq sıxlıq faktı var: “Samir müəllimin konkret bir sahə üzrə maliyyə yükünün ağırlığı ilə bağlı verdiyi açıqlama və narahatlıq başa düşüləndir və biz hüquq müdafiəçiləri olaraq bu fikri dəstəkləyirik. Uzun zamandır müəyyən yollar axtarılır ki, dövlətin müxtəlif sahələrdə lazımsız maliyyə yükü azaldılsın. Elə onlardan biri də pentensiar sahə ilə bağlıdır. Hazırda penitensiar sahədə çox böyük sıxlıq müşahidə olunur. Cənab prezidentin təşəbbüsü ilə verilmiş amnistiya aktın 16 min insana şamil ediləcəyi qeyd edilir. Amma onu da nəzərə almalıyıq ki, 3 min nəfər şəxs cəzaçəkmə müəssisəsindən azad olunacaq. Yerdə qalanların cəzası azaldılacaq və ya cəzanın digər növləri şamil olunacaq. Təxminən 3 min nəfər həbsxanalardan azad olunacaq, bu azdır. İndi ümid edirik ki, cənab prezident növbəti dəfə böyük bir əfv aktı imzalanacaq. Yenə də xeyli sayda insan cəzaçəkmə müəssisəsindən azad olunacaqlar.

Amma bunlar fərdi addımdır. Ümumilikdə biz elə etməliyik ki, cəzaçəkmə müəssisələrinə daxilolmalar azalsın. Ona görə təbii ki, biz həm Cinayət Məcəlləsinə, həm Cinayət Prosessual Məcəlləsinə yenidən baxmalıyıq. İndiyə qədər iki ilə qədər sanksiyada həbs cəzası nəzərdə tutulmurdu, iki ildən az olmamaq şərtiylə nəzərdə tutulurdu. İki ildən az idisə onlar barəsində həbs qətimkan tədbiri seçilmirdi. Elə hesab edirəm ki, bu cəza müddətini artırmaq lazımdır. Yəni 2 yox, hardasa 3-5 ilə qədər həbs cəzası nəzərdə tutulan maddələrlə istintaq aparılırsa, onların haqqında qətimkan tədbirinin seçilməsi ən son günə, yəni məhkəmənin hökmü elan etdiyi günə qədər təxirə salınmalıdır. Şəxs azadlıqda olmalıdır, dəymiş zərərin ödənilməsinə çalışmalıdır və dövlət onun təminat yükündən azad olmalıdır. Bir də ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı məsələyə yenidən baxılmalıdır. Cəza məsələsinə yenidən baxmaq lazımdır. Ümumiyyətlə, kompleks şəkildə düşünülməlidir".

Ç.Qənizadə vurğuladı ki, həqiqətən dövlətin bu sahədə maliyyə yükünü azaltmaq üçün biz qanunvericiliyə yenidən baxmalıyıq: “Məhkəmə istintaq təcrübəsində həbsli cəzaların və həbs qətimkan tədbirlərinin seçilməsində, eyni zamanda lazımsız yerə 4 ay müddətində həbs qətimkan tədbirlərinin seçilməsindən uzaq olmalıyıq. Çünki bəzən törədilən əmələ görə 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi başa düşülən deyil. O baxımdan bunlar hamısı təbii ki, yükdür. İstər istintaq təcridxanasında olanlar, istər barəsində hökm çıxarılanlar hamısı dövlət təminatındadır. Məhkumların sayı azalmalıdır və istintaq altında olan, barələrində həbs qətimkan tədbiri seçilib istintaqı gedən şəxslərin barəsində humanist addımlar atılmalı, dərhal həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməməlidir. Bunu da elə etmək lazımdır ki, şikayətçi və zərərçəkən tərəf dövlətdən və hüquq-mühafizə orqanlarından narazı qalmasın. Sadəcə, dəyən zərərin ödənilməsi üçün, törədilən cinayətin nəticələrinin aradan qaldırılması üçün insanlara müəyyən müddətə şans verilməlidir. Ən azı istintaqın həbssiz aparılıb, məhkəmənin hökmünə qədər onlara bu şəraitin yaradılmasını təmin etmək lazımdır. Amma ağır, xüsusilə ağır cinayətlər törədənlər var ki, təbii ki, burda tərəfin biri də Azərbaycan vətəndaşıdır, onlar narazı qalmasınlar deyə bu məsələyə həssas yanaşmaq, lazımi cəzaları təyin etmək olar. Ümumiyyətlə, ölkədə cəza siyasətinə yenidən baxılmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru