“ATƏT-in Minsk Qrupu öz uğursuz misiyasını başa vurub” - deputat
Tarix: 11-11-2021, 08:20 | Çap et
 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatı imzalamalarının ildönümü münasibətilə ABŞ Dövlət Departamenti Bakı və İrəvanı, ATƏT-in xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etməyə çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yazılı açıqlamasında bildirilir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi zəfər əldə etməsi ilə işğal altında olan torpaqlarımız azad olunub. Bununla da faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinə yekun vurulub. Fəaliyyət göstərdiyi müddət ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmayan ATƏT-in Minsk Qrupunun yenidən prosesə cəlbi istiqamətində çağırışlar birmənalı qarşılanmır. Bir çoxları hesab edirlər ki, illərdir torpaqlarımızın işağl altında qalmasına göz yuman beynəlxalq dairələr bununla məsələyə subyektiv yanaşdıqlarını bir daha ortaya qoyurlar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, bu təklifi verənlər ilk növbədə ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyətinə aydınlıq gətirməlidirlər: “İlk növbədə onu qeyd edim ki, bu qurum çox bərbad fəaliyyət göstərib. Münaqişənin həlli istiqamətində heç bir real addım atmayıb. Məhz 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işağldan azad edib. Yalnız bundan sonra münaqişə əsas etibarilə başa çatıb”.
“Müharibədən sonra Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı cənab Prezident açıq şəkildə bəyan etdi ki, onlar konkret təkliflərlə çıxış etməlidirlər. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapıb. Bundan sonra onların missiyası nədən ibarət olacaq? Bu məsələyə aydınlıq gətirə bilmirlərsə, demək, yenidən fəaliyyət göstərmələrinin də bir mənası yoxdur. Onsuz da bu qurumun uzun illik fəaliyyəti mənasız olub. Bundan sonra daha çox humanitar fəaliyyətlə məşğul ola bilirlər. Yəqin ki, belə də olacaq”, - deyə deputat bildirib.
Məhəməliyevin sözlərinə görə, bəzi qüvvələr Azərbaycanın əldə etdiyi tarizi zəfərdən dolayı narahatlıq keçirirlər: “Təəssüf ki, hər fürsətdə bunu nümayiş etdirirlər. Xüsusilə Vətən müharibəsi dövründə, ondan sonra Azərbaycanla Türkiyə arasında müşahidə olunan birlik, Şuşa Bəyannaməsinin imzalanması da bu qüvvələri narahat edir”.
Politoloq Samir Feyruzov da AYNA-ya şərhində söyləyib ki, ATƏT-in Minsk Qrupunu ölü doğulmuş uşaq idi, artıq çoxdan dəfn olunub: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün 28 il mandat daşıdılar. Ancaq münaqişənin həlli yolları daha da dalana dirəndi. Yeganə yol qalırdı - düşməni müharibə ilə sülhə məcbur etmək. Azərbaycan öz hüquqlarından istifadə edərək anti-terror əməliyyatlarına start verdi və 44 gün ərzində torpaqlarını azad etdi. ATƏT-in Minsk Qrupu 28 il ərzində heç bir iş görmədi, həmsədrlərin səfərlərinin heç bir siyasi əhəmiyyəti yox idi”.
“2020-ci ilin dekabr ayında Prezident İlham Əliyev həmsədrləri qəbul edərkən ATƏT-in Minsk Qrupuna tarixi qiymətini verdi: “Hazırda bizim üçün Dağlıq Qarabağ münaqişəsi adlı məsələ yoxdur, müharibə bitib və biz azad etdiyimiz torpaqlarda öz suverenliyimizi bərpa etmişik. Bundan sonra da qoruyacağıq”. Bunun müqabilində, ABŞ-dan belə bir fikir səsləndirilməsi Ermənistan auditoriyasına hesablanmış addımdır. ABŞ bu üsulla Ermənistan siyasi elitası üzərində özünün etimad limitini artırmaq məqsədi güdür”, - politoloq vurğulayıb.
Qeyd edib ki, hazırda Vaşinqton Ermənistanda özünə siyasi-iqtisadi dayaqlar yaratmaq üçün Moskva ilə ciddi nöqtələrdə üz-üzə gəlir: “Rusiya Prezidenti Putin də bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur. Digər tərəfdən, ABŞ-ın indiki məqamda belə bir məntiqsiz fikir səsləndirməsi Ermənistandakı qisasçı, şovinist qüvvələrin mövqeyinin gücləndirilməsinə hesablanıb. Əgər ABŞ sülh tərəfdarıdırsa, əlindəki resurslardan istifadə edərək Ermənistanın tezliklə sülh müqaviləsinə imza atmasına çalışsın”.
“Əks halda uduzan yenə də başqaları olacaq. Biz artıq Qarabağı bərpa edirik, Xankəndidə yaşayan ermənilər də ağır sosial şərtlər altında yaşamaqdan beziblər. Minsk Qrupu öz funksiyasını itirib, düşünürəm ki, ABŞ, Fransa və Rusiya Ermənistanı mövcud şərtlər daxilində reallıqlara söykənən addımlar atmağa səsləməlidir. Bununla region terrorçu dövlətdən və onun himayəçilərindən də xilas olmuş olacaq. Minsk Qrupunun mövcudluğu isə bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Problemi biz özümüz həll etmişik, BMT-nin qərarlarını icra etmişik və bundan sonra atılan daşlar topuğa dəyəcək”, - deyə Feyruzov fikrini yekunlaşdırıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Bu gün, 18:02 |
|
|
|
• AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Bu gün, 18:00 |
|
|
|
• YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Bu gün, 17:57 |
|
|
|
• Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Bu gün, 17:54 |
|
|
|
• Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Bu gün, 17:50 |
|
|
|
• Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33 |
|
|
|
• Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31 |
|
|
|
• Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27 |
|
|
|
• Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16 |
|
|
|
• “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03 |
|
|
|
• "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58 |
|
|
|
• Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56 |
|
|
|
• "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51 |
|
|
|
• Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48 |
|
|
|
• DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41 |
|
|
|
• Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38 |
|
|
|
• Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33 |
|
|
|
• “Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30 |
|
|
|
• “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26 |
|
|
|
• Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24 |
|
|
|
• Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19 |
|
|
|
• AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14 |
|
|
|
• Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09 |
|
|
|
• Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00 |
|
|
|
• Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55 |
|
|
|
• Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50 |
|
|
|
• Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48 |
|
|
|
• Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45 |
|
|
|
• Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44 |
|
|
|
• Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32 |
|
|
|
• Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28 |
|
|
|
• Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27 |
|
|
|
• “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25 |
|
|
|
• Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20 |
|
|
|
• Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18 |
|
|
|
• AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13 |
|
|
|
• Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10 |
|
|
|
• Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09 |
|
|
|
• Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07 |
|
|
|
• "Biz şokda idik" - İranlı general
Bu gün, 13:02 |
|
|
|
• Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45 |
|
|
|
• Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35 |
|
|
|
• 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29 |
|
|
|
• Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20 |
|
|
|
• SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18 |
|
|
|
• Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16 |
|
|
|
• Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13 |
|
|
|
|