“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar” - Partiya sədri
Tarix: 2-11-2021, 10:56 | Çap et
 Ötən həftənin cümə günü “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TVMusavat-da canlı yayımlanan “Dərin Təhlil” analitik proqramında regiondakı son proseslərlə bağlı kifayət qədər əhəmiyyətli fikirlər, proqnozlar, həmçinin təkliflər səsləndi. R.Arifoğlunun moderatorluğu ilə baş tutan polemikada parlamentin üç üzvü - Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa iştirak edirdilər. İki saatdan çox davam edən müzakirələrin gedişində deputat Həsənquliyev dərhal etirazla qarşılanan təklif və ehtimal irəli sürdü. Onun sözlərinə görə, Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi razılaşdırıla bilər.
Amma onun bu fikrinə həmkarı Z.Oruc etiraz etdi və Azərbaycanın bir qarış ərazisinin də Ermənistana güzəştə gedilməyəcəyini açıqladı. Təxminən 20-22 il öncə də bu məsələ gündəmdə olub. O zaman Dağlıq Qarabağla Mehrinin dəyişdirilməsi təklifləri səsləndirilirdi. Amerikalı ekspert Pol Qoblun “ərazi mübadiləsi planı” ötən əsrin 90-cı illərində çox populyar idi, hətta danışıqların əsas tezisini, bazasını təşkil edirdi. İndi bu plan yenidən gündəmə gətirilir, mətbuatda bu tezislərin ətrafında müzakirələr aparılır. Söhbət təxminən eyni ölçüdə ərazini əhatə etməklə Laçın və Mehri dəhlizlərinin mübadiləsindən gedirdi.
İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bu məsələyə toxunarkən yazıb ki, Ermənistan Mehrini Azərbaycana verməz. Onun sözlərinə görə, Mehrini vermək o deməkdir ki, Ermənistanın İranla sərhədi olmayacaq: “Ermənistan buna razı olarmı? İran, Rusiya necə? Olmaz. Avropa Birliyi, ABŞ, Çin, Ərəb ölkələri... heç biri buna razılıq verməz. Bu işə yalnız Türkiyə, Pakistan, Böyük Britaniya, İsrail yaşıl işıq yandıra bilər”.
Siyasət adamları isə yazırlar ki, bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə ziddir, torpaqlarımızın heç bir hissəsini heç bir şəkildə kimsəyə vermək hüququmuz yoxdur. Yalnız sərhəd dəyişdirilməsi referenduma çıxarıla bilər ki, bunun da hüquqi təfsiri ərazi mübadiləsi deyil. Sərhəd xəttinin çəkilməsi ilə ərazi mübadiləsi fərqli hüquqi terminlərdir. Ona görə də yolverilməz haldır. Bəs Azərbaycanın rəsmi kursu bu perspektivə adekvatdırmı? Xankəndinin ermənilərə verilməsi və müqabilində Mehrinin alınması məntiqlidirmi, yoxsa zərərli qərar ola bilər?
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, beynəlxalq hüquqda ərazi mübadiləsi var. Onun fikrincə, sadəcə, ermənilər razılaşmayacaq: “Prinsip etibarilə Azərbaycan üçün sərfəli variant saymaq olar. Zəngəzur dəhlizi öz yerində, Türkiyə ilə quru yolun əldə edilməsi ağıllı versiya olardı. Yəni beynəlxalq hüquq da buna icazə verir. Əgər nə zamansa baş tutsa, Azərbaycan üçün daha sərfəli olar. Amma bu gün baş tutacağını real görmürəm, buna nə Ermənistan, nə də İran razılaşar”.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qeyd etdi ki, bu təklif Azərbaycan üçün ziyanlıdır: “Xankəndini vermək o deməkdir ki, bizim ərazidən, yəni Laçından keçəcəklər. Belə çıxır ki, Laçını da güzəştə getməli olacağıq. Ona görə qarşıda bizi gözləyən işlər üçün qəti şəkildə uyğun deyil. Biz qarşıdakı aylarda 10 noyabr sənədinin bütün bəndlərinin icra ediləcəyini görəcəyik. Sənəddə qeyd olunub ki, erməni separatçı silahlı dəstələri ərazimizdən çıxmalıdır, biz bunun reallaşmasına şahid olacağıq, həmçinin nəqliyyat-kommunikasiyalar açılacaq”.
ALDP sədri hesab edir ki, belə vaxtda bu təklifi müsbət qiymətləndirmir: “Əlbəttə, siyasətçilərin fərqli baxışları, subyektiv yanaşmaları, təklifləri ola bilər. Amma yenə diqqət etməliyik ki, Xankəndini güzəştə getdiyimiz halda onlar Laçın dəhlizindən keçməklə ərazilərimizdən istifadə edəcəklər. Buna razılaşmaq olmaz və biz 10 noyabr sənədinin icrasını tam yekunlaşdırmağa nail olmalıyıq”.
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a söylədiyinə görə, torpaq dəyişməsi əvvəllər Saxarov, daha sonra Pol Qobl tərəfindən ideya kimi irəli sürülmüşdü. “Amma bu təkliflər alınmadı. Yəni ”Torpaq əvəzinə torpaq" şüarı altında iş aparıla bilmədi. O da var ki, torpaq dəyişməsi ermənilərin gözünü doyurmayacaq. Mənə elə gəlir ki, bu şəraitdə riskli nəticələrə gətirib çıxara bilər. Bu məsələləri sonra müzakirə etmək olar. İndi sərhədlərin delimitasiya və demarkasiyasına hazırlaşırıq, kommunikasiyaların açılması gündəmdədir. Ona görə torpaq dəyiş-düyüşü ərazi bütövlüyünün tanınmasından sonra bəlkə gündəmə gətirilə bilər, onun da bir faydası olacağını gözləmirəm", - deyə Q.Hüseynli vurğuladı. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Bu gün, 18:02 |
|
|
|
• AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Bu gün, 18:00 |
|
|
|
• YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Bu gün, 17:57 |
|
|
|
• Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Bu gün, 17:54 |
|
|
|
• Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Bu gün, 17:50 |
|
|
|
• Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33 |
|
|
|
• Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31 |
|
|
|
• Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27 |
|
|
|
• Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16 |
|
|
|
• “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03 |
|
|
|
• "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58 |
|
|
|
• Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56 |
|
|
|
• "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51 |
|
|
|
• Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48 |
|
|
|
• DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41 |
|
|
|
• Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38 |
|
|
|
• Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33 |
|
|
|
• “Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30 |
|
|
|
• “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26 |
|
|
|
• Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24 |
|
|
|
• Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19 |
|
|
|
• AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14 |
|
|
|
• Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09 |
|
|
|
• Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00 |
|
|
|
• Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55 |
|
|
|
• Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50 |
|
|
|
• Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48 |
|
|
|
• Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45 |
|
|
|
• Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44 |
|
|
|
• Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32 |
|
|
|
• Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28 |
|
|
|
• Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27 |
|
|
|
• “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25 |
|
|
|
• Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20 |
|
|
|
• Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18 |
|
|
|
• AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13 |
|
|
|
• Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10 |
|
|
|
• Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09 |
|
|
|
• Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07 |
|
|
|
• "Biz şokda idik" - İranlı general
Bu gün, 13:02 |
|
|
|
• Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45 |
|
|
|
• Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35 |
|
|
|
• 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29 |
|
|
|
• Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20 |
|
|
|
• SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18 |
|
|
|
• Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16 |
|
|
|
• Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13 |
|
|
|
|