"Əldə etdiyimiz tarixi qələbəyə kölgə salacaq fikirlər işlətmət doğru deyil" - Partiya sədri
Tarix: 25-12-2020, 10:14 | Çap et
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Reyting.az-a müsahibə verib. Azərbaycan Milli Azadlıq Hərəkatının əsas simalarından olmuş N. Pənahlının müsahibəsini təqdim edirik:
- Nemət bəy, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu düşməni diz çökdürdü. Sonradan üçtərəfli saziş imzalandı, Rusiya sülhməramlıları Qarabağa daxil oldu və nəticədə Ağdam, Kəlbəcər, Laçın Azərbaycana döyüşsüz qaytarıldı. Siz müharibə və onun nəticələrini necə qiymətləndirirsiniz?
- Azərbaycan tarixi qələbə qazanıb. Ordumuz dünya hərb tarixində misli görünməyən, bəşəriyyətə örnək olacaq bir səlnamə yazdı. Əlbəttə, müəyyən qüvvələr hay-küy salır ki, Azərbaycan işğal edildi, rus ordusu qayıtdı və s. Mən onlara sual verirəm: rus ordusu oradan çıxmışdı ki, qayıda da? Həmin əraziləri rus işğal edib erməniyə vermişdi. Yəni ərazinin 30 il müddətində erməninin işğalı altında olması ilə rusun nəzarəti altında olmasının fərqi yox idi. Faktiki olaraq Ermənistan özü Rusiyanın nəzarəti altındadır. Bu mənada əldə etdiyimiz tarixi qələbəyə kölgə salacaq fikirlər işlətmət doğru deyil. Bu tarixi qələbəni qiymətləndirmək lazımdır.
Zamanında Ələmşahı məhv etdilər ki, gedib Qarabağı alıb, sonra gəlib bizi yıxacaq. Eləcədə Sürəti arxadan vurdular və s. Bunlar bizim gözümüz qarşısında olub. Bu mənada mən tarixi qələbəmizə kölgə salmaq niyyəti ilə deyilən fikirlərə bəraət qazandıra bilmirəm.
Əlbəttə, Azərbaycanda bütün milli qüvvələr və xalqımız istəyər ki, Qarabağda rus ordusu olmasın, gedib Xankəndində bayrağımızı sancaq. Ancaq buna rəğmən biz tarixi uğur qazanmışıq. Bu, Azərbaycan xalqının yüz illərlə gözlədiyi uğurdur.
Azərbaycan Ordusu da özünü sözün əsl mənasında nümayiş etdirə bildi.
Açığı, biz hər zaman türk ordusu ilə fəxr etmişik, ona həsrətlə baxmışıq. İndi bizim ordumuza da hər kəs həsədlə baxır. Odur ki, Qarabağ uğrunda Vətən müharibəsində millətimizin göstərdiyi həmrəylik, mütəşəkkillik, dövlət-xalq-ordu vəhdəti ilə qazanılan zəfəri danmaq olmaz.
- Təmas xəttinə yerləşdirilən rus sülhməramlılarını gələcəkdə nə dərəcədə təhlükə hesab edirsiniz?
- Ən azı rus ordusu Qafqaza gələndə Azərbaycana faciə gətirib. Azərbaycanın bütün faciələri rus imperalizmi ilə bağlıdır. Bunu da unutmamalıyıq. Necə ki 1990-cı illərin əvvəlində Qarabağ Komitəsini yaratdılar, sonra Qarabağın idarəçiliyi Azərbaycandan alınaraq Moskvaya verildi, daha sonra o dövrün Rusiya siyasətinin nəticəsi olaraq rus hərbçiləri Qarabağı işğal edib ermənilərə verdilər. Biz bunu unutmamalıyıq. Amma indiki vəziyyət bəzilərinin dediyi qədər təhlükəli də deyil.
Rus ordusunun o ərazilərdən çıxdığı və indi qayıtdığı haqda fikirlərə də qatılmıram. Amma biz millət və dövlət olaraq ehtiyatlı olmalı, imkan verməməliyik ki, sülhməramlılar ərazimizdə at oynatsın.
Bizim həm də üstün tərəfimiz odur ki, hazırda Azərbaycan Ordusu 1990-cı illərin ordusu deyil. Kifayət qədər yüksək və peşəkar zabit kadrlarımız, yaxşı ordumuz var.
İkincisi, arxamızda dünyada sayılıb-seçilən Türkiyə kimi dövlət və onun ordusu durur. Ona görə də, məsələləri bədbinlik üzərində təqdim etmək düzgün deyil.
Qarabağ savaşı başlayandan gecə-gündüz həssaslıqla bu prosesi izləyirəm. Ananın övladı şəhid olub evinə gətirilir, amma ana deyir ki, Qarabağ alınıb və mənim övladımın qanı yerdə qalmadı. İndi kimlərsə “ay rus gəldi, Qarabağ işğal edildi”,- kimi fikirlər yayanda şəhid analarını nəzərə alırmı? Belə iddialar səsləndirənlər bir sıra məqamları nəzərə almalıdır.
- Türkiyədən 60 nəfərlik hərbi personal gəlib, onlar Ağdamda Monitorinq Mərkəzində prosesləri izləyəcək. Siz bu məsələyə necə yanaşırsınız?
- Bəli, türk ordusu burada olmalıdır. Əslində mən türk ordusu ilə bizim ordumuza heç zaman fərq qoymamışam. Biz millət və dövlət olaraq əsrin əvvəllərində milli dövlət quranda məhz türk ordusunun hesabına bunu etmişik. Ənvər Paşanın göstərişi, Nuru Paşanın rəhbərliyi olmasa və İslam ordusu Azərbaycana gəlməsəydi Bakı erməni daşnakların və rus bolşeviklərin əlində qalacaqdı.
Əsrin əvvəlində qurulan dövlətimizin təməlini də türk ordusu qoyub. Mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” sözü var. Mənsə hesab edirəm ki, biz Türkiyə ilə bir millət, bir dövlət kimi çıxış etməliyik. Onda dünyanın super gücünə çevriləcəyik.
Bu gün bəzi qüvvələr çalışır ki, Türkiyə ilə Rusiyanın arasını vursunlar. Mənim Rusiyaya münasibətimi Azərbaycan xalqı, dünya bilir. Mən heç vaxt ruspərəst olmamışam. Ancaq erməni rusdan istifadə edərək ərazilərimizi işğal edib, bizə faciələr yaşadıb. İndi ən azı Rusiyanın neytrallaşdırılması və Türkiyə ilə əməkdaşlığı bizim xeyrimizədir. Burada ən çox udan bizik.
- Demək istəyirsiniz ki, Azərbaycanda türk ordusu olmalıdır?
- Bəli, olmalıdır. Burada türk ordusunun olması Azərbaycanın dövlətçiliyinə, müstəqilliyimizin əbədiliyinə qarantdır.
- Zəngəzur dəhlizi haqqında müxtəlif fikirlər və yanaşmalar irəli sürülür. Sizcə, bu dəhliz açılacaqmı?
- Qarabağ savaşı başlamazdan əvvəl demişəm ki, yeganə çıxış yolu müharibədir, müharibəyə başlasaq qalib gələcəyik. Əlavə etmişəm ki, Rusiya, Amerika, Fransa boş şeydir, müharibənin başlaması bizim qələbəmizdir. Qarabağın işğaldan azad edilməsinə mənim heç vaxt zərrə qədər də şübhəm olmayıb. Ancaq qeyd etmişəm ki, əsas qələbəmiz Zəngəzur məsələsinin həll edilməsidir. Çünki Zəngəzur məsələsi türk-turan yoludur. Yəni türk dünyasının bütövləşməsidir, Naxçıvanla Azərbaycanın bütövləşməsidir, gələcəkdə vahid Azərbaycan dövlətinin qurulması üçün atılan addımdır. Yəni Zəngəzur yolunun aıçılması, müharibədəki qələbəmizdən az əhəmiyyət kəsb etmir.
- Sizcə, bu dəhliz açılacaq?
- Mütləq açılacaq. İnşallah, Zəngəzur da tam şəkildə Azərbaycana qaytarılacaq. Biz Zəngəzuru da, Göyçəni də geri qaytaracağıq. Mənim buna inamım böyükdür. Fakt budur ki, qərar qəbul edilib və bu yol açılacaq.
- Biz Zəngəzur və Göyçəni necə ala bilərik, yenidən müharibə edəcəyik?
- Birincisi, beynəlxalq hüquq normalarına əsasən referendum keçirmədən bir dövlətin ərazisi başqa dövlətə verilə bilməz. Biz müstəqillik əldə etdikdə özümüzü Demokratik Respublikanın varisi elan etmişik. Bütün dünya dövlətləri, BMT başda olmaqla beynəlxalq qurumlar da Azərbaycanı Milli Demokratik Respublikanın varisi kimi tanıyıb. Milli Demokratik Respublikanın isə 129 min kvadrat kilometr ərazisi olub. Ermənistanla bizim sərhədimiz Göyçə gölünün ortasına düşür. Bu baxımdan beynəlxalq hüquq normlarına görə Zəngəzur, Göyçə Azərbaycanın ərazisidir. Azərbaycan SSRİ-nin tərkibinə daxil olduğu zaman da bu ərazilər bizim olub, amma SSRİ dağıldıqda bu ərazilər bizdə olmayıb. Çoxları elə bilir ki, Azərbaycan SSRİ-nin tərkibinə daxil olduğu zaman bu ərazilər ermənilərə verilib. Bu, yanlışdır. Bu ərazilər 1929-cu ildə Ermənistana verilib, özü də bir erməninin imzası ilə. Həm də, heç bir hüquqi və qanuni əsası olmadan Zəngəzur Ermənistana verilib.
Hələ müharibə başlamazdan bir müddət əvvəl Putinin məşhur bir çıxışı var idi. Açıq deyirdi ki, hansı respublika SSRİ tərkibinə hansı ərazi ilə daxil olubsa, həmin ərazi ilə də çıxmalı idi. Azərbaycan SSRİ tərkibinə Zəngəzurla daxil olub, amma Zəngəzursuz çıxıb...
- Biz bu əraziləri necə geri ala bilərik?
- Mənim qeyd etdiyim işin hüquqi tərəfidir. Gələk faktiki tərəfinə. Beynəlxalq hüquq normaları əsasında Ermənistana qarşı təzminat qaldıra bilərik. Bizim viran qoyulan kəndlərimiz, şəhərlərimiz, tar-mar edilən milli sərvətlərimiz, on illər boyu bizsiz əkilən 100 min hektarlarla əkin sahələrimiz var. Bunun kompensasiyasını tələb edə bilərik. İlkin hesablamalara görə, ermənilər bizə 10 milyardlarla ziyan vurub. Bəziləri 50, bəziləri 70 milyard dollarlıq zərər vurulduğunu deyir. Mən hesab edirəm ki, ermənilərin bizə vurduğu ziyan 100 milyarddan çoxdur. Bu mənada, Ermənistan 500 ilə də bu kompensasiyanı ödəyə bilməz. Bu halda biz təzminat əvəzinə torpaqlarımızı geri qaytara bilərik. İstənilən variantda - beynəlxalq hüquq norması, ilahi ədalət, tarixi ədalət bizim tərəfimizdədir.
Mənim Qarabağda, Xankəndində dövlət bayrağımızın dalğalanmasına, Dağlıq Qarabağın Azərbaycanın siyasi hakimiyyətinə qayıdacağına zərrə qədər şübhəm yoxdur. Odur ki, cəmiyyət olaraq əsas hədəfimiz Zəngəzurun, Dərələyəzin və Göyçənin qaytarılması olmalıdır. Bunların da geri qaytarılmasının bir yolu Ermənistana qarşı beynəlxalq təzminat davası açmaq, onu qazanmaq və təzminatın əvəzinə bu əraziləri əldə etməkdir. Hesab edirəm ki, Zəngəzurun geri qaytarılması xülya, xəyalpərəstlik deyil, reallıqdır. Biz bunu edə bilərik. Bunun üçün bizim dövlətimizin, xalqımızın güclü olması, millətimizin birliyi lazımdır. Əminəm ki, Türkiyənin də dəstəyi sona qədər olacaq.
- Rusiya-Türkiyə yaxınlaşması müşahidə edilir. Bəs, bu iki ölkə arasında günün birində qarşıdurma ola bilərmi?
- Türkiyə ilə Rusiya əməkdaşlığının güclü olmasından biz qazanacağıq. Bizdə Jrinovskinin dedikləri diqqətlə izlənilir. Jurnalistlər, siyasətçilər, ictimai-siyasi xadimlər təbii olaraq Rusiyada və digər ölkələrdə Azərbaycanla bağlı fikirləri izləyirlər. Bizim bəzi Jrinovski sayağı siyasətçilər də gərək, fitnəkarlıqla məşğul olmasınlar.
Bu saat Rusiya ilə Türkiyənin arasını vurmaq ancaq erməninin marağındadır. Erməni heç vaxt bizə qalib gəlməyib və bu iqtidarda da olmayıb. Erməni rusun əli ilə bizə qalib gəlib. İndi erməninin bütün oyunu odur ki, yenidən rusa yaltaqlanmaqla özünü bərpa etsin. Təəssüflər olsun ki, bizim öz jirinovskilərimiz də bəzən buna xidmət edirlər. Mən bunu deyərkən hay-küy salanları nəzərdə tuturam. Hansılar ki, deyirlər, rusu buradan çıxarmaq lazımdır, bizim düşmənimizdir. Amma elə şeylər var ki, siyasətdə deyilməməlidir. Məncə, bunu bildikləri halda, bilərəkdən deyənlər ermənilərin maraqlarına xidmət edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
|