“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                 

“Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır” - GƏLİŞMƏ
Tarix: 11-08-2020, 09:02 | Çap et
“Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır”
Azərbaycanda icra başçılarının fəaliyyəti hər zaman müşahidə olunub. Hamısına aid edilməsə də, onların əksərinin savadsız olmaları, rüşvətxorluq, korrupsiya hallarına yol vermələri barədə fikirlərə tez-tez rast gəlirik. Son aylarda bir neçə rayonun icra başçısının həbs olunmasının da şahidi olduq.

Reallıq budur ki, rəhbərlik etdikləri rayonları özlərinin şəxsi mülkləri sayan “kiçik padşahlar” kifayət qədər çoxdur. Yerlərdən gələn informasiyalar da onu göstərir ki, hələ də cəzalandırılan həmkarlarının taleyindən nəticə çıxarmayan, köhnə qaydalarla çalışan icra başçıları mövcuddur. Məsələn, bu günlərdə deputat Fazil Mustafa bununla bağlı parlamentdə bir açıqlama ilə çıxış etdi. Fazil Mustafanın Milli Məclisdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısını tənqid etməsi daha sonra skandala çevrildi və o, facebook səhifəsində açıqlama ilə çıxış etdi.

Sitat: “Milli Məclisin iclasında sahibkarlara divan tutan, məhkəmə qərarlarını heçə sayan Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin əməllərini tənqid etmişdim. Üzərindən heç bir gün keçməmiş guya Göyçay sakinlərinin bu tənqiddən qəzəblənib İcra Hakimiyyətinə gələrək mənim çıxışımla bağlı öz narazılıqlarını bildirməsi barədə mediada Göyçay Rayon İcra Hakimiyyəti adından bir açıqlama yer aldı. Açığı mənim üçün sürpriz oldu, çünki belə anlaşılır ki, Göyçay sakinləri öz rayonlarının icra başçılarını o qədər çox sevirlər ki, onun barəsində kiçik bir tənqid eşitdiklərində çox ciddi əsəb keçirirlər. Maraqlıdır ki, hazırda xeyli sayda Göyçay sakinindən də icra başçısının yarıtmaz əməlləri barədə müraciətlər ünvanıma daxil olur və oxuduqca anlayırsan ki, bu cür ”təmiz, dürüst, korrupsiyaya bulaşmamış bir müqəddəs" məmur haqqında bəzi göyçaylılar heç də ədalətli mövqedə deyillərmiş.

Həmin sakinlərdən biri olan Göyçay rayonu Hacalıkəndində yaşayan sahibkar xanım Xəlilova Məhluqə Rəhman qızı bir millət vəkili kimi şəxsimə müraciət edərək Göyçay bələdiyyəsi tərəfindən hüquqlarının pozulmasını bildirmiş və məndən pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərməyi xahiş etmişdir. Məsələnin məğzi budur ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin balansında olan 5 ha torpaq sahəsi “əsaslı və ya müvəqqəti tikilinin inşasına yol verilməməsi” şərti ilə abadlaşdırılması və yaşıllığın salınması məqsədi ilə rəsmi qaydada sahibkar Xəlilovanın istifadəsinə verilmiş və burada təyinatına uyğun olaraq sahibkar tərəfindən yaşıllaşdırma və abadlaşdırma işləri aparılmışdır. Lakin az sonra Göyçay bələdiyyəsi özünə heç bir aidiyyatı olmayan, yəni bələdiyyənin mülkiyyətində olmayan həmin torpaq sahəsi barədə qanunsuz qərar çıxarmış və dərhal zəbt olunduğunu iddia etdikləri 2,7 ha torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Bələdiyyənin bu qərarından sahibkar Xəlilova Şəki İnzibati Məhkəməsinə şikayət etmiş və məhkəmə bələdiyyənin qanunsuz qərarının icrasını dayandırmaq barədə qərardad qəbul etmişdir. Məhkəmənin qərardadına əhəmiyyət verməyən icra başçısı sahibkarın torpaq sahəsinin əlindən zorla alınması üçün icra hakimiyyətinin və bələdiyyənin işçilərinə göstəriş vermiş, torpaq sahəsinin hasarları ağır texnika ilə uçurulmuşdur. Biz, bir millət vəkili olaraq bütün vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasına çalışdığımız kimi bu məsələyə də həssas yanaşmış və icra hakimiyyətinin özbaşınalığı barədə Milli Məclisin 07 avqust 2020-ci il tarixli iclasında tənqidi fikirlərimizi səsləndirmişik. Bu çıxışdan nəticə çıxarmaq əvəzinə özünü rayonun kiçik padşahı kimi aparan icra başçısının göstərişi ilə media orqanlarında əleyhimizə əsassız ittihamlar səsləndirilmişdir. Diqqət edirsinizsə, ölkə başçısının korrupsiya və özbaşınalığa qarşı apardığı qətiyyətli mübarizə nəticəsində ötən aylarda bir neçə rayon icra hakimiyyət başçısı öz otağında həbs olundu.

Həmin şəxslərin hər birinin yüksək hakimiyyət eşalonunda himayəçiləri olmasına rağmən prezident xalqı incitdiklərinə və etimadı doğrultmadıqlarına görə onları bağışlamadı. Onların yerinə də korrupsiyaya bulaşmamış nisbətən gənc kadrları təyin etməklə həmin rayonlarda özbaşınalığa son qoydu və bu addım əksər vətəndaşlar, xüsusilə də sahibkarlar tərəfindən də yüksək dəstək qazandı. Həmin rayonlarda baş verənlərin spesifik cəhətlərindən biri də yerli hüquq-mühafizə orqanlarının və məhkəmə orqanının icra başçısının qanunsuz tapşırıqlarını icra etməsi ilə bağlı idi. İndi həmin problem Göyçay rayonunda da özünü qabarıq göstərir. Rayon icra başçısı dövlətə meydan oxuyur ki, mən Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını saymıram, özüm rayonun həm məhkəməsiyəm, həm də sahibiyəm. Doğrudanmı bu cür vəzifəli şəxslər digər rayonlarda baş verənlərdən, korrupsioner, sahibkarları, vətəndaşları incidən icra başçıları ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin sərt və ədalətli çıxışlarını izləyib nəticə çıxarmayıblar? Necə ola bilər ki, məhkəmə sahibkarın hüququnu qoruyan qərar çıxarır, məhkəmə icraçıları bu qərarın icra olunması üçün qətiyyətli mövqe göstərir, rayonun icra başçısı isə Azərbaycan dövləti adından çıxarılan məhkəmənin qərarına qarşı öz hikkəsi ilə dirəniş göstərir. Halbuki məhkəmə qərarlarına ilk növbədə ölkə prezidenti tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunmuş vəzifəli şəxslər dəqiq və tərəddüdsüz əməl etməklə başqalarına nümunə olmalıdırlar.

Hüququ pozulmuş şəxs kim olursa olsun, istər sahibkar Məhluqə Xəlilova, istər keçmiş millət vəkili Elxan Süleymanov, istər istənilən Azərbaycan vətəndaşı, istərsə də rayon icra hakimiyyətinin başçısı olsun, bir millət vəkili olaraq bizim üçün fərq etməz, hər birinin hüquqlarını qorumaq bizim borcumuzdur. Bir rayonun icra başçısının Azərbaycan dövləti adından məhkəmənin çıxardığı qərara əhəmiyyət verməməsi, yalnız bu qərarı çıxaran məhkəməyə deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. Azərbaycan dövlətinə qarşı hörmətsizlik göstərən hər bir şəxs kimliyindən, vəzifəsindən, himayədarlarının kimliyindən asılı olmayaraq bundan sonra da tərəfimizdən ən sərt mövqe ilə qarşılaşacaq"...

Deputatların da çıxışları göstərir ki, yerlərdə narazılıq yaradan, yenə də öz ənənəvi metodlarından çəkilməyən icra başçıları qalmaqdadır.

Belə halda suallar yaranır ki, köhnə məmurlar aparılan islahatlara uyuşmaq istəmir. Belə olduğu təqdirdə təkliflər səslənir ki, icra başçıları gənc, perspektlivli kadrlarla əvəzlənsin.

Onlara bu qədər dözümlü yanaşılmasının səbəbləri barədə də müzakirələr gedir, suallar verilir.

Bu müzakirələrdə hakimiyyətin gənc kadrlarla bağlı qıtlıq yaşadığını düşünənlər də var, bunun əksini deyənlər də...

Bəs müxalifətin bu istiqamətdə təklifi varmı? Onlar nə cür düşünür?

AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyət islahatlarda səmimi olarsa, əməkdaşlığa hazır olduqlarını dedi: “Təəssüf ki, deyilənlər həqiqətdir. Hələ də rayonlarda icra başçılarının böyük əksəriyyəti geri qafalı və sovet təfəkkürlü insanlardır. Baxmayaraq ki, hakimiyyət islahatlar kursu elan edib və dövlət idarəçiliyində dəyişikliklər edib. Doğrudur ki, 4-5 rayonun icra başçısı dəyişdirilib gənc kadrlarla əvəzləndi. Ancaq ümumən götürdükdə böyük əksəriyyət dəyişdirilmədən saxlanılıb”.

Tural Abbaslı hesab edir ki, hakimiyyətdaxili bəzi qüvvələr bu prosesin sürətli getməsinin qarşısını almağa çalışa bilər: “Lakin dəyişim prosesinin ağrılarına baxmayaraq bu mərhələ tez bir zamanda tamamlanmalıdır. Müxalifət olaraq biz hakimiyyət səmimi islahatlar edəcəyi halda onunla əməkdaşlıq etməyə hazırıq. İstər kadr məsələlərində, istərsə də islahatlar paketi təqdim etmək mövzusunda təkliflər verməyə hazırıq. Biz zatən proseslərin demokratikləşməsinin tərəfdarıyıq və bunun üçün çalışırıq”.

Partiya sədri deyir ki, hakimiyyət bu prosesləri sürətləndirmək məqsədi ilə müxalifətlə birgə addımlamaq üçün ortaya siyasi iradə qoyarsa, onlar buna hazırdırlar.

ALDP rəhbəri Fuad Əliyev kadr üçün iqtidarın müxalifətə müraciətini vacib sayır: “Hakimiyyət iki ildir ki, kadr islahatı aparır, artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər. Onların da hardasa 30-40 yaşları var. Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxu xaricdə təhsil alıblar. Nəzərə alsaq ki, xaricdə oxuyanların əksəri varlı ailələrin uşaqlarıdırlar, onların da bir çoxunda normal savad yoxdur. Bir də xaricdə təhsil almaq, hələ o demək deyil ki, onlar idarəçiliyi bilirlər. İdarəçilik böyük bir məktəbdir. Sovet sistemində hansısa vəzifəyə təyinata öncə kadrın idarəetmə təcrübəsi əsas götürülürdü, idarəetmə qabiliyyətinə, təşkilatçılıq amillərinə üstünlük verilirdi. Düzdür, bu gün o sistem deyil, kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipi əsas götürülür. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər. Hakimiyyətin bilikli ehtiyat kadrları yoxdur. İllər boyu icra strukturlarında yerdəyişmə olub. Məmur üçün 5-7 il bəs edir ki, öz iş potensialını ortalığa qoysun. Bu illərdə o çalışır ki, bir iş görsün. Əgər 5-7 ildən sonra o vəzifədə qalırsa, artıq öz maraqlarına xidmət edir. Bizdə isə 20 ildən çox vəzifədə olanlar var. Hətta 20 il parlamentə gedib-gələn deputatlar var. Fikrimcə, kadrın təyinatında onun idarəetmə qabiliyyəti və təcrübəsi əsas götürməlidir. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. Məmurlar başa düşməlidirlər ki, onlar dövlət qulluqçularıdırlar. Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir. Öz xalqını və dövlətini sevən adam rüşvət və korrupsiyadan uzaq olar. Dəfələrlə təklif vermişəm ki, müxalifət daxilində savadlı, idarəçiliyi və işini bilən mütəxəssis kadrlar var. Müraciət etsinlər, biz də kadrlarımızı verək. Bu dövlət hamımızındır”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, hər kəs öz bildiyi sahəyə gətirilməlidir: “Fikrimcə, bu sual daha çox hakimiyyətə yönləndirilməlidir ki, niyə rüşvətxor, korrupsioner icra başçıları hələ də vəzifədə saxlanılır. Düzdür, bir sıra icra başçıları barədə sərt tədbirlər görüldü, cəmiyyət də bunu xoş qarşıladı. Nədənsə proses bir qədər dayandı. Amma bütün gücü ilə davam etdirilməlidir. Rüşvət, korrupsiya xərçəng kimi, ölkəni içdən yeyir, odur ki, ona qarşı fundamental tədbir görülməlidir. O ki, qaldı yeni kadrların vəzifəyə gətirilməsinə - biz bunu o halda dəstəkləyirik ki, hərə öz yerində, öz bildiyi sahədə vəzifəyə gətirilsin. Ümumiyyətlə, götürüldükdə isə bizdəki mövcud idarəetmə, o cümlədən də, yerli idarəçilik və özünüidarəetmə ciddi dəyişiklik, islahat tələb edir. Mövcud idarəetməmiz aşağıdan yuxarıya daha çox mərkəzləşmiş və inzibatçılığa söykənən idarəetmədir. Demokratik olması üçün yerli özünüidarəetməni gücləndirib, mərkəzin təmsilçisi olan yerli icra hakimiyyətinin səlahiyyətlərini və işçilərinin sayını azaltmalıyıq”.

AMİP katibi Əli Orucov: “Kadr məsələsi bütün hakimiyyətlərin uzunömürlülüyündə və keyfiyyətli fəaliyyətində başlıca faktorlardan biridir. Odur ki, iqtidarlar kadr seçimində diqqətli olurlar. Azərbaycanda isə əksinə kadr seçimində peşəkarlığa, işgüzarlığa və bu kimi müsbət keyfiyyətlərə görə deyil, əksər hallarda sadiqliyə, qohumluq əlaqələrinə və digər amillərə görə təyin edirlər. Bu da nəticə etibarı ilə kadrların iş prinsipinə və fəaliyyətinə mənfi təsir göstərir. Özbaşınalıq və arxayınçılıq yaradır. Doğrudur, son dövrlər prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır. Həm yerli, həm də mərkəzi hakimiyyət orqanlarına gənclər təyinatlar alıblar. Lakin bu yetərli deyil. Həm də ona görə ki, gənc kadrlar köhnə idarəçilik metodları ilə fəaliyyət göstərmək məcburiyyətindədirlər. Onların sərbəstliyinə və təşəbbüskarlığına imkan verilmir. Yenə də sərt mərkəzləşdirilmiş idarəçilikdə qalırlar. Eyni zamanda, harasa bağlılıq, sadiqlik, qanunlarda boşluqlar və bir sıra neqativ hallar müasirliyi və yeni idarəçilik texnologiyalarının tətbiqini mümkünsüz edir. Üstəlik də korrupsiya və rüşvətxorluq halları müxtəlif formalarda qalır. Şəffaflıq yoxdur, ona görə də bəzən gənc kadrlar özlərini doğrulda bilmirlər. Müxalifət olaraq hesab edirik ki, kadrların seçimində ayrı-seçkilik hallarına, hakimiyyətə sadiqliyinə, qohumluq və yaxınlıq əlaqələrinə görə, maddi maraqlara görə deyil, peşəkarlığa, işgüzarlığa, insanlarla işləmək bacarığına və bu kimi keyfiyyətlərinə görə seçildilər. Eyni zamanda, burada siyasi baxışlar və ideologiya ciddi rol oynamamalıdır. Tutaq ki, hansısa sahə üzrə hazırlıqlı kadr hakim partiyanın ideologiyası daşımır, lakın onun potensialından istifadəyə fayda var. Biz dəfələrlə bu istiqamətdə təkliflərimizi vermişik. Ümid edirik ki, hakimiyyətin kadr islahatı imitasiya xarakteri daşımayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru