“Virusun yayılmasına sevinmək anormallıqdır” - Sərdar Cəlaloğlu
Tarix: 6-08-2020, 09:48 | Çap et
 “Elə situasiyalar var ki, orada iki pis variant olursa, o zaman həmin variantlardan mümkün qədər az zərərli olanını seçmək məcburiyyətində qalırsan. Koronavirusla mübarizədə də belə situasiya yaranıb. Yəni bütün dünyada olduğu kimi bizdə də koronavirus infeksiyasının yaratdığı məlum iqtisadi və sosial çətinliklərlə bağlı həm insanların maddi durumu geri düşüb, həm də bu virus təhlükəli düşmən kimi milli varlığımızı təhdid etməkdə davam edir”. Bunu Azvision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, Milli Şuranın “zoom toplantısı”nda həmkarlarının koronavirusun vətəndaşlarda yaratdığı iqtisadi çətinliklərin müxalifətə sərf edən amil olmasını demələri və insanların həyatlarını itirmələrinə səbəb olan infeksiyanın hələ uzun müddət davam etməsinə sevinmələrini anormal hal kimi qiymətləndirib.
“Təəssüf ki, virus kütləvi qırğınlara gətirib çıxara biləcək xəstəlik kimi hələ də ortalıqda dolaşır. Belə olan halda iki situasiyadan birini - ya həyatımızı, ya da karantini ləğv edib həyat şəraitimizi seçməli idik. Amma Milli Şuranın toplantısında karantin və koronavirusla mübarizəylə bağlı məsələyə o formada yanaşılıbsa, bu, düzgün mövqe deyil. Ümumiyyətlə, son zamanlar o qurumda olanların fikirlərini anlaya bilmirəm. Bir tərəfdən haray çəkib deyirlər ki, “ura”, yaxşı oldu ki, neftin qiyməti 14 dollara qədər düşdü. Əhalinin güzəranı pisləşəcək, insanların var-dövləti azalacaq və vətəndaşlar hökumətə qarşı üsyana qalxacaq. Digər tərəfdən hökumətin hansısa siyasətində insanlar sosial-iqtisadi çətinliyə düşürsə, deyirlər ki, bu, düzgün iqtisadi siyasət deyildi və s. Yəni, bu adamların doğrudan da məntiqini tutmaq olmur ki, nə istəyirlər? Əgər həqiqətən də ölkədə vətəndaşlarımızın, əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi Milli Şuranın maraqlarına uyğundursa, hökumət özü-özünə "qəbirqazan" hazırlamaz axı. İnsanların sosial-iqtisadi vəziyyətinin pisləşməsi siyasi proseslərə belə təsir edirdisə, o zaman niyə dedikləri düz çıxmadı ki, “neftin qiymətinin daha da aşağı düşməsini gözləyək, onda bizim üçün hər şey daha yaxşı olacaq”. Bu baxımdan şəxsən mən bu qurumun hansı məntiqlə hərəkət etməsini anlaya bilmirəm. Əlbəttə, mən də etiraf edirəm ki, hər iki variant ürəkaçan deyil. Həm vətəndaşlarımızın sağlıq durumuna heç vaxt olmayacaq qədər ciddi təhdid olan virusun tüğyan etməsi, həm də bundan irəli gələrək sərt karantin rejimi şəraitində geriləyən iqtisadi durumumuz”.
Virusun, karantinin kiminsə sevincinə səbəb olmasını absurd sayan ADP sədri bu durumun yalnız bizdə yaranmadığını, koronavirusun dünyanın bir çox ölkələrində dəhşətli fəsadlar törətdiyini, inanılmaz səviyyədə itkilərə səbəb olduğunu xatırladıb. O, Milli Şuradakılara ortaya normal konsepsiya, təklif və iradlar qoymağın da mümkün olduğunu göstərib:
“Dövlətin imkanı var ki, digər ölkələr kimi qarşıdakı aylarda koronavirusa qarşı effektiv mübarizə aparıla bilməsə, insanların sosial durumunun daha da yaxşılaşdırılması ilə bağlı daha ciddi işlər görsün. Məsələn, ehtiyacı olan ailələrin təminatı, iş adamlarına yeni dəstəklər baxımından bizim hökumətin imkanlarını geniş görürəm ki, yeni proqramlar həyata keçirə bilərlər və s. Amma koronavirus da elə bir bəlaya çevrilib ki, hökumət istəsə belə, trilyonları da olsa, tezliklə nə dərman tapa, nə də vaksin hazırlada bilər. Yəni, infeksiyanın qarşısının alınması üçün effektiv üsul hazırda karantin və izolyasiyadır. Ona görə də, düşünürəm ki, koronavirus təhlükəsini nəzərə almaq şərti ilə lazım gəldiyi qədər sərt karantin rejimi saxlanmalıdır. Amma bir daha deyirəm ki, ehtiyacı olan ailələr, o cümlədən iqtisadiyyatımızın əsas dayağı olan iş adamları dövlət tərəfindən çox ciddi dəstəklər almalıdır. Dövlətin sosial-iqtisadi kursu daha geniş təbəqəni əhatə etməli, yardımların miqyası genişlənməlidir. Bunu mən də qəbul edirəm ki, vətəndaşların həyat səviyyəsi virusa, karantin rejiminin qaydalarına görə aşağı düşüb. Buna daha çox diqqət ayrılmalıdır. Bütünlükdə koronovirus kimi ağır bir təhlükə qala-qala “camaatın sosial-iqtisadi vəziyyəti pisləşir, bu, bizə sərf edir” deyib əhalini hansısa siyasi proseslərə cəlb etməklə kütləvi qırğına aparmaq olmaz!”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54 |
|
|
|
• Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52 |
|
|
|
• Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43 |
|
|
|
• Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39 |
|
|
|
• AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27 |
|
|
|
• BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23 |
|
|
|
• “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01 |
|
|
|
• Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58 |
|
|
|
• “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05 |
|
|
|
• ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03 |
|
|
|
• Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02 |
|
|
|
• Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53 |
|
|
|
• Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52 |
|
|
|
• Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48 |
|
|
|
• Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46 |
|
|
|
• “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40 |
|
|
|
• Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23 |
|
|
|
• NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16 |
|
|
|
• Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10 |
|
|
|
• Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09 |
|
|
|
• Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07 |
|
|
|
• “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05 |
|
|
|
• Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02 |
|
|
|
• “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00 |
|
|
|
• Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52 |
|
|
|
• Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41 |
|
|
|
• Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40 |
|
|
|
• Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32 |
|
|
|
• Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30 |
|
|
|
• Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24 |
|
|
|
• Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12 |
|
|
|
• NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07 |
|
|
|
• Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03 |
|
|
|
• Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03 |
|
|
|
• “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01 |
|
|
|
• Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56 |
|
|
|
• Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
• Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48 |
|
|
|
|