“Rəhim Qazıyevi bağışlaya bilmərəm” - Hüquq müdafiəçisi
Tarix: 5-08-2020, 08:53 | Çap et
 Məlum olduğu kimi, ötən ayın 13-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş sabiq müdafiə naziri Rəhim Qazıyev quru aclıq aksiyasına başlamışdı. Bu barədə Rəhim Qazıyevin ailəsi “Amerikanın səsi”nə bildirmişdi.
Bəs hazırda Rəhim Qazıyevin vəziyyəti necədir? Aclıq aksiyasına davam edirmi? Hüquq müdafiəçilərindən kimlər onunla maraqlanıb?
İlk öncə xatırladaq ki, Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.
Rəhm Qazıyevin aclıq aksiyasına davam edib-etmədiyini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hazırda Penitensiar Xidmətinin tabeliyində olan qurumların heç birində həbs edilmiş şəxs və ya məhkum aclıq aksiyası keçirmir”.
Hüquq müdafiəçilərindən Novella Cəfəroğlu isə bildirdi ki, bu müddət ərzində Rəhim Qazıyevlə bağlı maraqlanmayıb və onu heç vaxt müdafiə etməyi düşünmür: “Mən onunla heç maraqlanmamamışam. Qoy onunla digər hüquq müdafiəçiləri maraqlansın. Ola bilər ki, hüquq müdafiəçisi kimi düzgün hərəkət etmirəm, buna görə məni tənqid edə bilərlər. Lakin Rəhim Qazıyev mənim üçün yoxdur. Heç vaxt da onu müdafiə etmərəm. Doğrudur, zamanında onu çox müdafiə etmişəm. Amma indi düşünürəm ki, çox nahaq etmişəm. Amma qoca adamdır, qoy başqa hüquq müdafiəçiləri onun müdafiəsinə qalxsın. Düşünürəm ki, onu müdafiə etmək istəyən çox adam var. Onlardan biri də Leyla Yunusdur. Amma mən etməyəcəm. Çünki Rəhim Qazıyevdir, Surət Hüseynovdur, onların ucbatından Qarabağda çoxlu sayda ölən gənclərimiz var. Buna görə onları bağışlamaq olmaz”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43 |
|
|
|
• Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39 |
|
|
|
• AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27 |
|
|
|
• BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23 |
|
|
|
• “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01 |
|
|
|
• Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58 |
|
|
|
• “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05 |
|
|
|
• ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03 |
|
|
|
• Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02 |
|
|
|
• Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53 |
|
|
|
• Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52 |
|
|
|
• Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48 |
|
|
|
• Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46 |
|
|
|
• “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40 |
|
|
|
• Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23 |
|
|
|
• NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16 |
|
|
|
• Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10 |
|
|
|
• Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09 |
|
|
|
• Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07 |
|
|
|
• “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05 |
|
|
|
• Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02 |
|
|
|
• “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00 |
|
|
|
• Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52 |
|
|
|
• Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41 |
|
|
|
• Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40 |
|
|
|
• Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32 |
|
|
|
• Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30 |
|
|
|
• Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24 |
|
|
|
• Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12 |
|
|
|
• NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07 |
|
|
|
• Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03 |
|
|
|
• Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03 |
|
|
|
• “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01 |
|
|
|
• Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56 |
|
|
|
• Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
• Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48 |
|
|
|
• Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40 |
|
|
|
• YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34 |
|
|
|
• Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31 |
|
|
|
|