“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                 

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik” – AXCP-yə ağır ittihamlar
Tarix: 3-08-2020, 11:28 | Çap et
Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”
Tanınmış jurnalist Elxan Şükürlü dostu, AXCP-nin keçmiş sədr müavini, orduya dəstək aksiyasına görə saxlanılan və işgəncələrə məruz qaldığı bildirilən Fuad Qəhrəmanlı ilə bağlı maraqlı yazı yazıb. O, F. Qəhrəmanlının işgəncələrə məruz qalması və hətta öldürülməsi ilə bağlı yayılan yalan məlumatların arxasında siyasi maraqların dayandığını bildirib və buna görə də AXCP rəhbərliyini ittiham edib. Jurnalist iddia edib ki, vaxtilə Qəhrəmanlının ailəsində ciddi problemlər olduğu bir vaxtda AXCP rəhbərliyi onu partiyadakı vəzifəsindən uzaqlaşdırmaqla ona çox böyük zərbə vurub. Yazı müəllifinin iddiasına görə, F.Qəhrəmanlı bu zərbələrdən dərin depressiyaya düşərək intihara cəhd edib: “Biz onu son anda xilas etdik”.

Mövzunun aktuallığını nəzərə alaraq Elxan Şükürlünin həmin yazısını olduğu kimi təqdim edirik:

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”

İki gün əvvəl Azərbaycan cəmiyyəti xaricdən ölkənin informasiya mühitinə ötürülən növbəti dezinformasiyanın şokunu yaşamalı oldu: guya, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı həbsxanada işgəncələrə dözməyərək, dünyasını dəyişib!

Jurnalist həmkarlarımız Fuadın qardaşlarının nömrəsini tapmaq niyyətiylə zəng vurub bu “faciəvi ölüm” xəbərini verəndə, ani olaraq özümü başına ildırım düşmüş quru ağac kimi hiss etsəm də, ağzımdan çıxan ilk söz bu olmuşdu: “Ola bilməz, inanmıram!”

Ona görə yox ki, özümü itirmişdim, yox, belə qəfil ölüm xəbərləri almağa artıq alışqanam mən, sadəcə, Allahını tanıyan və Onun ədalətinə, mərhəmətinə əminliyi olan, hər insanı da bir missiya ilə yaratdığı düşüncəsiylə yaşayan biri kimi, Fuad Qəhrəmanlının bu cür “faciəvi ölüm”ü haqq etmədiyinə, bir növ, ilahi missiyasını tamamlamadan Allahın onun bu dünyadan köçməsinə razılıq verməyəcəyinə daha çox inanırdım...

Budur, şükür ki, artıq zaman bu inamımda da məni peşiman etmədi və həmişəki kimi, haqlı çıxardı: Fuad sağdır, ölməyib və ona yad olmayan həbsxana divarları arasında yenidən qeyri-müəyyən müddətə dustaq həyatını yaşayır!

Baxmayaraq ki, Fuadın polad iradəli və polad dəyanətli qardaşı Poladla birgə həmin an axtarışlarımızla yayılan xəbərin arxasında konkret siyasi məqsədlər yatan dezinformasiya olduğunu tezcə müəyyənləşdirmişdik, hətta bunun doğma Şahbuzumuza - ürəyi xəstə anasına və yaşlı atasına gedib çatmaması üçün onu yayanlardan bu dezinformasiyanı səhifələrindən dərhal yığışdırmalarını da xahiş etmişdik.

Ancaq kimə deyirsən?! Aşkar görünürdü ki, “Fuad həbsxanada öldürülüb!” dezinformasiyası və bu dezinformasiya üzərində də yaradılan siyasi gurultu bir əli xarici kəşfiyyatın, bir əli hakimiyyət içərisindəki “köhnələr”in ətəyində olan bir şəbəkəyə hədsiz dərəcədə gərəklidir!

Biz onlara “Yalandır, yığşdırın!” deyirik, onlarsa israrla “Hakimiyyətin içindəki mötəbər mənbəmiz öldürüldüyünü deyir” inadında davam edir, üstəlik, bunu daha geniş miqyasda tirajlamağa da cəhd göstərirlər...

Di yaxşı, bir halda ki indi hər şey dəqiqləşib, heç soruşdunuzmu o“hakimiyyətdəki etibarlı mənbələriniz”dən sizə bu cür dezinformasiyaları niyə soxuşdurduqlarını?! Di açın də sizi bu cür gülünc və axmaq vəziyyətdə qoyan əlaqələrinizi, niyə açmırsınız?! Bəs başqa vaxt deyirsiniz ki, hakimiyyətlə heç bir əlaqəniz yoxdur?! Bəlkə, deyəsiniz, cəmiyyət də görsün, tanısın “siyasi perespektivinizə inanaraq” istintaq təcridxanalarından sizə belə “səhih xəbərlər”lə yatırım qoyan o “mötəbər köstəbəklər”inizi?!

Heç utanırsınızmı?! İllərlə xalqa yalan sırıyan və indi bu yalanları ucbatından “Yalançı çoban” nağılındakı çobanın gününə düşən və hər gün söydüyünüz hakimiyyətdən sizin bir fərqiniz varmı?! Görmürsünüz ki, illərlə siyasi maraqları naminə cəmiyyətə, xalqa yalan dediklərindən indi söylədikləri həqiqətlərə də inanan tapılmır?! O halda niyə siz də onların yolunu gedirsiniz?! Fərqiniz varmı, sizin tənqid etdiyiniz bu hakimiyyətdən?!

Başqası tanımasa da, mən sizi yaxşı tanıyıram: yoxdur fərqiniz, eyni ağacın ayrı-ayrı budaqlarısınız! Sizin toxumunuzu torpağa əksək, yenə də cücərib-böyüyüb bu hakimiyyət, hətta ondan daha betəri olacaqsınız!

Bunlar yalançıdırsa, saxtakardırsa, siz onlardan da betər yalançı və saxtakarsınız!

Hakimiyyət illərlə öz maraqları naminə adamları qurban verdiyi kimi, siz də öz ətrafınızı – illərlə cani-dildən sizə xidmət etmiş insanları, bax, beləcə, heç nədən, bir balaca canınıza qorxu, vəlvələ düşən kimi, o dəqiqə satır, qurban verir, ölümünə çalışır, hətta öldürür və üstəlik, o ölümü üzərində də siyasi oyun qurursunuz!

“Fuad işgəncə altında öldü” xəbərini yayarkən, heç ani olaraq fikirləşdinizmi onun yorğan-döşəkdə öz ölümünü gözləyən anasının, atasının halını; Fuadın yaşadığı həyat ucbatından ürəyi xəstə olmuş bacısının, saçları bir gecədə ağarmış qardaşlarının halını?! Qoydunuzmu özünüzü, doğmalarınızı o atanın, o ananın, o qardaşın, o bacının yerinə?!

Başqası bilməsə də, mən bilirəm: yox! Çünki siz Fuadı ilk dəfə deyil ki, öldürürsünüz!

Bir neçə ay əvvəl Fuad doğma evinin içindən xəyanət zərbəsi alıb büdrəyəndə, yıxılanda, siz onun əlindən tutmadınız, saxlamadınız! Ömrünü, bütün gənclik illərini, ailəsini uğunda qurban verdiyi partiyasında tutduğu vəzifəsindən çox rahatca uzaqlaşdırdınız – siyasi baxımdan öldürdünüz onsuz da dərddən və həbsxana divarları arasındakı nəmişlikdən ciyərləri parçalanıb çürüyən, vərəmləyən bu adamı!

Halbuki məhz onda, indi efirlərdən kükrəyən sinənizi və uzanan boyunuzu qabağa verib, Fuada mənəvi dayaq durmaq, onun əlindən tutub saxlamaq, qaldırmaq və düşmənlərinizə, rəqiblərinizə “Mən öz əsgərimi meydanda heç bir halda tək qoymaram, sonadək qoruyacam onu!” mesajını vermək gərəkdi!

Sizsə “Amandır, feministlər, LGBT-çilər üstümüzə gəlir, Qərb bizdən küsər” təlaşıyla onu tək-tənha, yalnız buraxıb, Mehdiabaddakı həyətində intihar ağacının altına itələdiniz!

Və nə yaxşı ki, yenə də qüdrətli Allahın mərhəməti və hikməti sayəsində, Poladla birgə, son anda Fuadı boynuna keçirdiyi kəndirdən xilas edə, həyata qaytara bildik, özünü öldürmək fikrindən birdəfəlik daşındırdıq! O kəndirin izləri hələ də qalır Fuadın boynunda!

Fuad onda da ölmədisə, demək ki, Allah onun qədərinə bu cür – izi başqasının üzərində qalacaq “naməlum şərait”də ölümü yazmayıb hələ!

Tanıyanlar yaxşı bilir: mən Fuadın siyasi mövqeyini bölüşməsəm də, onu bir partiya çərçivəsindən daha böyük görmüşəm, ideallarına sayğı duymuşam həmişə! Çünki Fuadı təmənnasız olaraq bu millətin davasını aparacaq, ömrünü milli davaya həsr etmiş azsaylı yetkin siyasət adamlarımızdan biri kimi tanımışam! Dönməzliyinə, yoluna və düşərgəsinə sadiqliyinə, sadəliyinə və səmimiyyətinə heyrət və pərəstiş etmişəm: dəfələrlə “yanlış yolda” olduğuna inandırmaq istəsəm də, etiraf edim ki, tutarlı arqumentləriylə o məni haqsız çıxarıb, qınayıb, suçlayıb həmişə!

O, düşərgəsinin, partiyadaşlarının səhv hərəkətlərini, “yanlış yolda” olmasını ifrat təəssüb hissiylə yaxın buraxmasa da, təəssüf ki, düşərgədaşları ona adekvat olmayıblar - həmişə ən çətin anlarında onu müdafiəsiz və yalqız qoyublar, seçdirmək, fərqləndirmək istəməyiblər. Halbuki Fuad seçilən, fərqlənən idi...

Son günlərin “Fuad öldürüldü!” xəbəri də bir daha bunu sübuta yetirdi - adamlar özlərinə indidən alibi yaratmaq, gələcəkdə hansısa proseslərdən sığortalanmaq üçün məhz Fuadın adı üzərində ictimai diqqəti fokuslamaq, oyun qurmaq qərarı veriblər!

“Fuaddan işgəncə yoluyla sədrinin əleyinə ifadə almaq istəyiblər” arqumentini dövriyyəyə buraxsalar da, unutdular ki, Fuad 23 yaşında “Müxalifətin mitinq taktikası”nı yazmaq üstə tutulanda da, 40 yaşında “Nardaran işi”ndə həbsə atılanda da, o, kimsənin əleyhinə ifadə verməyibsə, 45 yaşında bunu heç etməz!

Fuadın üzünə durmağa isə nə çox adam – o, artıq qətiyyən buna təəccüblənməz...

Təqsiri Fuadda yox, özünüzdə, öz əməllərinizdə axtarın, cənablar, mərd adamları isə ləkələməyin!

Məncə, hakimiyyət dairələri də kimlərinsə Fuadın həyatı üzərində hansısa oyunlar qurduğunun fərqində olmalı və onun içəridə qorunmasını mütləq şəkildə təmin etməlidirlər! Çünki bu “kimlərsə” kimdirlərsə, bu ölkənin gerçək düşmənləridir – onu içdən və kənardan əlbir olub, qarışdırmağı planlayanlardır...

Allah Səni qorusun, əziz Dost! Allahdan qüdrətli heç kim yoxdur! Sənin ölümünü arzulayanları, ona çalışanları bu dəfə də Allah özü məyus edəcək, əmin ol!
//bakupost.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru