“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                 

“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm” - deputat
Tarix: 30-07-2020, 09:00 | Çap et
“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm”
İctimaiyyət nümayəndələrinin, ekspertlərin yeni təhsil naziri haqda rəyləri necədir? “Yeni Müsavat”ın bu sualına cavab verən millət vəkili Fazil Mustafa “Təbii ki, ölkə prezidentinin bu təyinata dair öz mülahizələri, məqsədləri var və onlarla kadrın arasından Emin bəy üzərində dayanıbsa, bu, o deməkdir, onun kimliyi, peşəkarlığı, siyasi yetkinliyi və bilgi tutumu üzərində ciddi araşdırma aparılıb və yekun nəticəyə gəlinib”, - deyə qeyd etdi: “Bu təyinatdan sonra insanlar standart ifadələri bir-birinin ardınca həmişəki kimi işlədirlər, sevindiklərini büruzə verən statuslar yazırlar, cəmiyyətə ümidverici mesajlar verirlər ki, təhsilimizdə hər şey yaxşıya doğru dəyişəcək.

Təbiidir ki, illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən nisbətən gənc bir məmurun bu vəzifəyə təyinatı ümidverici aura yaratmalıdır".

Fazil Mustafa yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Mənim anlayışıma görə, Təhsil Nazirliyi ölkənin Müdafiə Nazirliyindən də önəmli bir dövlət qurumudur. Məhz təhsil siyasəti sağlam zəmində aparılmayan bir ölkənin müdafiə sistemi də arzulanan səviyyədə ola bilməz. Bu, yeganə sahədir ki, inqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm. Toplumumuzun indiki təhsil anlayışını və sistemini söküb yenidən və həm də böyük sürətlə yenidən yığmaq lazımdır. Təhsilin mənası, hədəfi dəyişməlidir. Təcili elm sahələri ilə birləşdirilmiş təhsil infrastrukturu yaradılmalıdır.

Əslində bizim günümüzün təhsili elmlə arasında uçurum yaradılmış təhsildir. Uşaq bağçasından, məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər dəyərlər və hədəflər doğru müəyyən olunmalıdır.

Xüsusilə də üç sahədə köklü dəyişikliklər vacibdir: Pedaqoji, tibb və hüquq. Tədqiqat universiteti modelini qurmaq zəruridir. Müharibə şəraitində yaşamağa məhkum olmuş dövlətin xarakterinə uyğun olaraq orta məktəblərdə bütün oğlanlar və qızlar üçün hərbi dərslər bərpa olunmalıdır. Obyektivliyi ilə tanınan mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmalıdır. Xaricdə ölkəmiz üçün vacib ixtisaslarda təhsil alan xüsusi istedadlı bakalavr, magistr və doktorantlar müəyyənləşdirilib dövlət dəstəyi ilə təmin olunmalıdırlar".

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında yeni naziri yaxından tanıdığını deyib:

“Emin Əmrullayevi 6 ildir ki, tanıyıram. Kifayət qədər təhsil bilicisidir, təhsildəki proseslərdən xəbərdardır. İnanıram ki, vətəndaşların müraciətlərinin cavablandırılması qısa müddətdə həyata keçiriləcək”.

Kamran Əsədov yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Məsələn, 1 ştat dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet layihələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa yerləri dəyişdirilməlidir”.

Təhsil eksperti Məlahət Mürşüdlü də qeyd etdi ki, yeni təhsil naziri Emin Əmrullayevi yaxından tanıyır:

“Onunla 2013-cü ildə bir layihədə işləmişik. Çox müasir düşüncəli gənc, islahatçıdır. 2013-cü ildə həyata keçirilən istər struktur dəyişikliklərdə, istərsə də şagird biliklərinin qiymətləndirilməsi, layihələrin verilib-işlənməsi və digər məsələlərdə Emin Əmrullayev çox mühüm, hətta deyərdim aparıcı rol oynayıb. O, təhsil problemlərini çox gözəl bilir. Həmçinin araşdırmalar, müqayisəli təhlillər, təqdimatlar ona xas olan keyfiyyətlərdir.

Beləliklə də Emin Əmrullayevin təhsil naziri təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, bu, yerində olan bir təyinatdır. Dinamik, mobil, çevik hərəkət edən təşkilatçıdır.

Əlbəttə ki, Təhsil Nazirliyində görüləcək, yarımçıq qalmış xeyli işlər, islahatlar var. Xüsusən də təhsilin keyfiyyəti, dərsliklərin yenidən işlənməsi, müəllim kadrlarının daha da inkişafı, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər var. Düşünürəm ki, Emin Əmrullayev bütün bu işlərin öhdəsindən gələcək, çünki özü də həmin islahatların başlamasında fəal iştirak edib".

Məlahət Mürşüdlü Təhsil Nazirliyində yarımçıq qalmış və öz həllini tapmalı olan məsələləri bir daha vurğulayıb:

“Məsələn, 2014-cü ildə Regional Təhsil Şöbəsinin yaradılması ilə bağlı qərar verilmişdi, lakin nədənsə bu qərarın icrası dayandırıldı. Düşünürəm ki, Pedaqoji Universitetin nəzdində müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün inkişaf mərkəzinin açılması zəruridir. Sirr deyil ki, müəllimlərimiz məktəbə hazır vəziyyətdə gələ bilmirlər. Yəni, valideynlərlə işləyə, ünsiyyət yarada bilmirlər. Yəni müəllimlərə bilik verilsə də, sosial bacarıqlar kifayət qədər verilmir. Düşünürəm ki, qeyd etdiyim mərkəzlər açılsa, müəllimlərin bir növ pedaqoji internatı da dəyişər.

Daha sonra dərsliklərin, xüsusən də humanitar, ədəbiyyat, tarix dərslikləri artıq müasir standartlara cavab verən dərsliklər olmalıdır. Məsələn, ədəbiyyat fənnindən “Leyli və Məcnun”u götürək. Axı şagirdlər nə qədər Leyli və Məcnunun nakam eşqinə şahidlik edib, qəm çəkməlidirlər? Nizaminin, Nəsiminin əsərlərinə baxış dəyişməlidir və sairə".

İctimai fəal Bəxtiyar Hacıyev isə qeyd edib ki, yeni təhsil naziri 15 ildən artıqdır ki, gənclər və təhsil sektorundadır. O, bir çox gənclə birlikdə müxtəlif layihələrdə, o cümlədən təhsil sahəsindəki layihələrdə birgə çalışıb, hər zaman ətrafında onu tanıyanlar tərəfindən müsbət insan kimi xarakterizə edilir: “Mən də onu bu günə qədər yaxşı insan kimi, vətənimizi və vətəndaşlarımızı sevən bir gənc kimi tanımışam. Bu baxımdan onun nazir təyin olunmasına insan olaraq sevindim və bunu təqdir edirəm.

Ancaq bu barədə yazdıqda sosial şəbəkə istifadəçiləri əvvəllər də gənc kadrların təyin edildiklərini, lakin ciddi dəyişikliklər baş vermədiyini bildirib, bu təyinata müsbət yanaşanları, o cümlədən məni də tənqid etdilər. Onları da anlayıram. Keçmişdə bəzi ümidlər həqiqətən də puç olub. Ümumilikdə vətəndaşların hakimiyyətə və sistemə etibarsızlığı var və bu da yeni nazirin üzərinə daha böyük bir məsuliyyət qoyur. Yeni nazir bu ümidləri doğrultmaq istiqamətində səlahiyyətləri çərçivəsində bütün imkanlardan istifadə etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Bu gün, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Bu gün, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Bu gün, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru