İqtidar və müxalifətin Lökbatan dirənişi - Nə baş verir?..
Tarix: 8-11-2019, 09:23 | Çap et
 Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının da mitinqlə bağlı müraciətinə Lökbatandakı futbol stadionunu ayırmaqla cavab verib. Müsavat Partiyası isə BŞİH-in bu cavabını qanunsuz sayıb və buna etiraz olaraq 12 noyabrda paytaxt meriyasının qarşısında piket keçirəcəklərini bəyan edib.
Beləliklə, iqtidar Lökbatanda təkid edir, müxalifət isə ora getməməkdə dirənir. Belə bir durum nədən yaranır? İqtidar nə üçün bu qədər təkid edir? Müxalifət sınaq üçün bir dəfə Lökbatanda keçirə bilməzmi mitinqi? İddialara görə, həmin ərazi əsasən narazı elektoratın çoxluq təşkil etdiyi ərazidir. Bunu nəzərə alıb mitinqi orada keçirmək olmazmı?
AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, mitinq, yürüş, piket, nümayiş və sair kütləvi aksiyalar keçirmək hər bir vətəndaşın konstitusiya ilə qorunan hüququdur. BŞİH müxtəlif bəhanələr və texniki manevrlərlə faktiki olaraq bu hüququ məhdudlaşdırıb. BŞİH təşkilatçılara kütləvi aksiyalar keçirmək üçün elə şərtlər irəli sürür ki, bu, qadağa anlamına gəlir. Əslində son bir neçə ayda müxalifətin mitinq müraciətlərinə şəhərin mərkəzindən xeyli aralıda olan Lökbatan ərazisindəki meydanı göstərmək bunun ən bariz nümunəsidir: “İqtidarın nədən bu Lökbatan üzərində dirənməsinin səbəbləri var. Birinci səbəb, mərkəzdə keçiriləcək mitinqdən ehtiyatlanmaqdır. İkincisi, heç kəsə sirr deyil ki, hazırda iqtidar öz daxilində kadr dəyişikliyinə başlayıb və köhnə komanda ilə vidalaşma gedir. O da məlumdur ki, artıq on illərlə yüksək vəzifələr daşımış və bu müddət ərzində əllərində milyardlarla sərmayə toplamış oliqarx məmur elitasından qurtulmaq fəsadsız ötüşməz.
Onlar ya mövqelərini qorumaq, ya da ki, iqtidardan uzaqlaşdırıldıqları üçün qisas almaq üçün hansısa addımlar ata bilər. Bu addımlardan ən populyarı və effektlisi əllərindəki maddi və insan resurslarından istifadə edərək hazırkı iqtidarın müxaliflərinə dəstək verməkdir. Bu yolla onlar həm qisaslarını almış olarlar, həm də yeni yaranacaq şəraitdə özlərinə də yeni imkanlar yaratmış olacaqlar. Mən düşünürəm ki, hakimiyyət məhz bu faktoru nəzərə alaraq illərdir mitinq keçirilməsinə razılıq verdiyi ”Məhsul"u təmirə bağladı və mitinqlərin məkanını da şəhərdən çox uzaqda olan yerə təyin etdi. Onlar ehtiyat edirlər ki, vəzifələrini itirmiş oliqarx məmurlarla müxalifət arasında gizli razılıq əldə edilər, hakimiyyətə real təhlükə yaranar".
Müxalifətin dirəniş göstərməsinə gəlincə, partiya sədri hesab edir ki, burada həm siyasi, həm də nisbətən mənəvi məsələlər var: “Belə ki, hamımız gözəl bilirik ki, iqtidarın uzun illərdir yürütdüyü sərt siyasət nəticəsində, eyni zamanda müxalifətin özünün zaman-zaman buraxdıqları səhvlər nəticəsində bu gün Azərbaycanda müxalifətin real imkanları xeyli zəifləyib. Yəni müxalifət həm maddi-texniki, həm də sosial baza cəhətdən bu gün şəhərdən xeyli kənarda normal kütləvi aksiya təşkil edə biləcək gücdə deyil. Orada təşkil edəcəyi zəif mitinqdən alacağı zərbə, mitinq keçirməkdən imtina zamanı alacağından qat-qat çoxdur. Odur ki, heç bir müxalif partiya oraya getmək istəmir. Bu addımın ikinci və nisbətən mənəvi deyə biləcəyimiz səbəbi isə heç bir müxalifət partiyasının bu qədər əlverişsiz bir məkanda ilk aksiya keçirərək pis nümunə olmaq istəməməsidir. Çünki hansısa partiya Lökbatanda aksiya keçirsə, iqtidar bu faktı nümunə göstərərək digərlərinə də məhz o məkanı təklif edəcək. Dolayısıyla da orada ilk mitinq keçirmiş partiya uzun müddət qınaq obyektinə çevriləcək. Lökbatanda daha çox narazı elektoratın olduğu iddialarına gəlincə, ölkənin hər yerində bu məsələdə durum necədirsə, Lökbatanda da elədir. Lökbatanı əlahiddə saymaq yanlışdır”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27 |
|
|
|
• "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24 |
|
|
|
• Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22 |
|
|
|
• İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18 |
|
|
|
• Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43 |
|
|
|
• Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41 |
|
|
|
• Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37 |
|
|
|
• Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12 |
|
|
|
• “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17 |
|
|
|
• Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15 |
|
|
|
• Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10 |
|
|
|
• "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05 |
|
|
|
• "Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30 |
|
|
|
• Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12 |
|
|
|
• Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05 |
|
|
|
• "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03 |
|
|
|
• UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00 |
|
|
|
• “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57 |
|
|
|
• Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55 |
|
|
|
• Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48 |
|
|
|
• Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36 |
|
|
|
• FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20 |
|
|
|
• Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18 |
|
|
|
• Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05 |
|
|
|
• "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03 |
|
|
|
• Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58 |
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40 |
|
|
|
• Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36 |
|
|
|
• Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29 |
|
|
|
• Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25 |
|
|
|
• Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21 |
|
|
|
• Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
2-08-2025, 15:18 |
|
|
|
• Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
2-08-2025, 12:54 |
|
|
|
• Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
2-08-2025, 12:51 |
|
|
|
• Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
2-08-2025, 12:48 |
|
|
|
• “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
2-08-2025, 12:32 |
|
|
|
• ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
2-08-2025, 12:28 |
|
|
|
• Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
2-08-2025, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
2-08-2025, 12:19 |
|
|
|
• Ənvər Seyidov vəfat etdi
2-08-2025, 12:16 |
|
|
|
|