Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                 

“Mən ayaqyalın Naxçıvan çöllərində YAP-ı yaradanda onlar başqa partiyalarda idilər” - ETİRAZ
Tarix: 30-10-2019, 08:25 | Çap et
“Mən ayaqyalın Naxçıvan çöllərində YAP-ı yaradanda onlar başqa partiyalarda idilər”
Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat, iqtisadi elmlər doktoru Əli Əlirzayev “Yeni Müsavat”a geniş müsahibə verib. İqtidardakı kadr islahatlarını dəyərləndirən həmsöhbətimiz bir sıra diqqətçəkən təkliflərlə çıxış edib, eyni zamanda narazılığını da dilə gətirib.

- Əli müəllim, qocaman YAP-çı kimi hakim partiyada həyata keçirilən kadr islahatlarını, verilən qərarları necə qarşıladınız?

- Vallah mən nə deyim ki? Dövlətin kadrları həmişə dəyişilməlidir. Mən hər zaman demişəm ki, nazirliklərin sayı azaldılmalıdır. Onu da həmişə demişəm ki, 20, 25 il işləyən nazir olmamalıdır. İndi də islahatlar həyata keçirilir, qarşıda ciddi islahatlar dayanır. Bu islahatları da həyata keçirmək üçün təbii ki, daha çevik, daha cavan, səmərəli fəaliyyət göstərən yeni kadrlara ehtiyac var. Kimsə ömürlük nazir olmayacaq, yaxud ömürlük vəzifədə qalmayacaq ki... Təbii ki, dəyişiklik olmalıdır. Sovet vaxtı “raykom” katiblərini, digərlərini üç ildən bir dəyişdirirdilər. Həm də şəffaflığı təmin etmək üçün bu, zəruridir. Düzdür, müəyyən mənada peşəkarlıq ayrı şeydir. Amma idarəetmə məsələsində həm peşəkar, həm də çevik olmalıdır. Yəni ətalət prinsipi ilə davranan yox, xarici təsirlərlə, daxildə baş verən hadisələrlə bağlı adekvat olaraq qərar qəbul etməyi bacaran kadrlar lazımdır.

- Nazirlərin sayının neçəyə endirilməsi məqsədəuyğundur?

- Mən o vaxt da demişdim ki, maksimum 13 nazir olmalıdır. Bəzi nazirliklər birləşməlidir. Məqsədləri eyni olan, oxşar nazirliklər birləşdirilə bilər. Məsələn, AMEA ilə Təhsil Nazirliyi birləşə, bunun da əsasında Elm və Təhsil Nazirliyi yaradıla bilər. Xarici ölkələrdə də var. Ekologiya ilə kənd təsərrüfatının birləşməsi mümkündür. Komitələrin də bəzilərinin funksiya və vəzifələrinə baxmaq lazımdır. Gənclər və İdman Nazirliyi də hansısa qurumla birləşdirilə bilər.

- Bu halda kadrların işsiz qalması təhlükəsi yarana bilərmi?

- Ömürlük kadr olmaz ki. Mən də vaxtilə deputat olmuşam, vəzifədə işləmişəm. 18 il komissiya sədrinin müavini kimi çalışmışam. Niyə kənarda qaldım? İndi elmlə məşğulam. Kadr o demək deyil ki, anadangəlmə nazir olmalıdır, hamı onun ətrafında fırlanmalıdır, hər şeyi olmalıdır. Getsin bir az da müəllim işləsin. Yox, əgər pensiyaya çıxsa, yaxşı pensiyası olacaq. Yaxud əlavə gəlir istəyirsə, əlavə iş tapsın.

- Birləşdirilmə dövlət büdcəsində qənaətə imkan verəcək, eləmi?

- Dövlət büdcəsinə də qənaət olunur. Həmçinin işi, funksiyanı, vəzifəni, əlaqələri genişləndirmək lazımdır. Qərar verən 1-2 nəfər olsa, kifayətdir. Kimsə 6-7 min manat pensiya alırsa, onun işləməsi çox da vacib deyil. Düzdür, mən də pensiyaçıyam, amma elmlə məşğulam.

Mənim də problemlərim, dərdim çoxdur. Amma 70 il yaşamağın özü böyük fərəhdir. 50 yaşında kiminsə gəlib 70-75 yaşında olan kişiyə meydan oxumasının mənası yoxdur. Sən də qocalacaqsan axı. İnsan şükür etməlidir ki, 70-80 il yaşayır. Ancaq bu, o demək deyil ki, ömrünü vəzifədə başa vurmalıdır.

- Əli müəllim, sizin də 73 yaşınız var. Bəziləri mandatsız, vəzifəsiz qalmağa həyatın sonu kimi baxır. Belələrinə nə sözünüz var?

- Onlara sözüm budur ki, qorxmaq lazım deyil. Bunu təbii qəbul etmək lazımdır ki, hər şeyin sonu var. Ömrün də axırı var. Mənim dədəm 105 il yaşadı, ömrünün son günlərində də özünü idarə edirdi. Amma özünü idarə edə bilməyən adam auditoriya qarşısına çıxmamalıdır, xalqın qabağına çıxmamalıdır. Əgər sən yarım saat danışdığın zaman dörd dəfə su içirsənsə, necə nazir ola bilərsən? Deməli, sənin şəkərin, təzyiqin var, qan damarların işləmir. Ona görə də bu reallığı qəbul etmək lazımdır. Elə adam var ki, yaşlıdır, amma doğrudan da işləyə bilir. Ola bilər ki, müəyyən çətinlikləri olsun. Amma bu adam yaxşı musiqişünasdır, alimdir. Həmin şəxs saatlarla mühazirə oxuya bilirsə, monoqrafiyalar yazırsa, dissertasiyalara başçılıq edirsə, nə olar, onu elm, təhsil, mədəniyyət sahələrinə qoymaq lazımdır. Yaxud yaxşı cərrahdırsa, hökmən deyil ki, özü kəssin. Durur digər həkimlərin başının üstündə, deyir bunu belə elə... Yəni işləmək qabiliyyəti olan işləsin. Ancaq heç kimdə bu dərd olmamalıdır ki, məni niyə çıxartdılar, mən ölməliyəm. İnsan hər bir şeylə hesablaşmalıdır.

- Yəni komandadakı yaşlı insanların, necə deyərlər, nəvə-nəticələri ilə oynamaq vaxtıdır?

- Əşi, bu da bir sözdür deyirlər. Nəvə-nəticə üçün bağça var, məktəb var. Hansı babanın 70 yaşından sonra gedib nəvə ilə oynamağa səbri çatar? Deyir uşaqları böyütmüşəm, indi də nəvəni böyüdüm? Bir az obyektiv, real olmaq lazımdır. Nəvə-nəticəyə pul, yemək-içmək lazımdır. Onlar köhnəlmiş sözlərdir və millətin cılız xasiyyətidir. Necə yəni, get, nəvə-nəticənlə oyna?! Xaricdə uşağını 18 yaşına çatdırır, deyir get, həyatını yaşa! Nə nəvə-nəticə? Deyir, mənim 70 yaşım ar, Qarabağ uğrunda vuruşaram. Adam doğrudan da vuruşar. 70 yaş nədir ki? Adamlara fərdi yanaşmaq lazımdır.

- Bəs özünüz haqda nə deyə bilərsiniz?

- Mənim 73 yaşım var. İqtisad elmlər doktoruyam, professoram, əməkdar elm xadimiyəm, Moskvada müdafiə etmişəm. Bəlkə də respublikamızda 2-3 nəfər var ki, həm namizədliyi, həm də doktorluğu Moskvada müdafiə edir. Özü də Şatalin kimi adamın tələbəsiyəm. Fəxr edirəm ki, belə adamlarla ötürüb-durmuşam, çörək kəsmişəm, onlardan təhsil almışam, məktəb keçmişəm. Məktəb keçən adamı götürüb bayıra atanda təbii ki, narazı da ola bilər. Belə adamın xeyri var, ziyanı yoxdur. Amma təbii ki, mən xəstə olsam, əsa ilə gəlib-getsəm, ya dərs deyəndə on dəfə öskürsəm, onda bu, yaxşı deyil. O halda gedib oturaram evdə, memuar yazaram. Ona görə də fiziki cəhətdən individual yanaşmaq lazımdır. Brejnev Anatoli Aleksandrovu 72 yaşında akademiyanın prezidenti təyin etdi. Aleksandrov 20 il akademiyada prezident işlədi. Hətta Brejnevə medal verdi, dedi, Leonid İliç, elmin inkişafında sizin xidmətləriniz olub, ona görə də sizə medal verirəm! Brejnevsə dedi ki, gələn dəfə də mən sənə medal verəcəyəm. Yəni belə məsələlər var. Ona görə də fərdi yanaşma lazımdır. İnsan kapitalına dəyər vermək lazımdır. Yaş özü sərvətdir. Yaşlı adamın ağlı varsa, başı işləyirsə, o, böyük sərvətdir. Bu, hər adamda olmur. Mən indi kitab yazıram, onlardan da bəhs edəcəyəm. akademiyanın prezidenti Həsən Abdullayevin 75 yaşı var idi, bütün Akademiyanı yenidən qurdu. Qurban Əliyev var idi, təhsil sistemini təzədən qurdu.

- Bəzən deyilir ki, gəncləri vəzifələrə cəlb eləmək fəsadlar yarada bilər. Siz hansı yaşda olan şəxslərin vəzifələrə irəli çəkilməsinin tərəfdarısınız?

- Yox, o da düz deyil. Gənclər var ki, 40 yaşı var, ağlı başında deyil. Yaxud adam var, 50 yaşına çatıb, hələ ağıllanmayıb. 70 yaşında kişi var ki... 70 nədir ki? Elə də çox yaş deyil. 65 yaşında doktorluğu müdafiə edirlər. Adamın başı işləyirsə, müəyyən məsləhətlər verə bilirsə... Ola bilsin o qədər də çevik deyil, ətalətlidir. 70 çox azdır. 80 yaşında ola bilər. Amma nazir mədəni olmalıdır, geyiminə fikir verməlidir, camaatla danışmağı bacarmalıdır. Cavanlarda bəzən nitq olmur. İkincisi də mentalitet məsələsi var. Deyir ki, əşi, filankəsi qoyacaqlar, o da gələcək, yığacaq, yeyəcək, dağıdacaq. Belə bir söz var e, bu yeyib, doyub, daha niyə dəyişsin? Əslində cavan adam çalışmamalıdır ki, gələn kimi var-dövlət yığsın, villa tiksin. Birini, ikisini, üçünü tikir. Hərislik var axı. Cavanlığın da bu xasiyyəti var da. Amma yaşlı adam deyir ki, insaflı olmaq lazımdır. Vəzifə yaxşı şeydir, amma gərək özün üçün istifadə eləməyəsən, xalqına xidmət edəsən.

- Şəxsən siz bu yaşda özünüzü necə hiss edirsiniz?

- Kafedramda bilsəm ki, bir nəfər məndən narazıdır, elə bu gün ərizəmi yazıb gedərəm. Bir gündə bir neçə məqalə yaza bilərəm. Ağlım da başımdadır. Dedim sizə, dədəm 105 il yaşadı. Öləndə də dedim kaş dədəmin ağlı məndə olardı.

- Gələn il seçki ilidir, siz də gümrahsınız. Deməli...

- Mən bir neçə dəfə namizədliyimi vermişəm. Demək olar ki, seçkiyə məndən çox gedən olmayıb. Axırıncı dəfə artıq mənə pis təsir elədi. Ən az səs mənə verdilər. Təsəvvür edin ki, bir bina tikən “prorab”a məndən çox səs verdilər. Hamı da məni tanıyır, görəndə salam verirlər, “Əli müəllim, sənə səs verdim!” Bəs nə təhər oldu, mən axırıncı yerdə oldum? Xalqın istəyinə qalsa, mən seçilərəm. Xalq istəsə, əlbəttə, seçkiyə gedərəm və seçilərəm də. Özü də mən YAP-çıyam, YAP-ı yaradanlardan biriyəm. YAP-ın yolunda canımı qoymuşam. YAP zəhmət çəkib deməlidir ki, Əli müəllim gəlsin, seçkiyə qatılsın. Mənim deputat olmağım üçün elə indi ən yaxşı vaxtdır. Mən Milli Məclisdə otursaydım, dövlət xətrinə çox şeyləri qaldıracaqdım. Dövləti, Heydər Əliyevi məndən çox istəyən yoxdur. Amma gəl ki, bəzi adamlar... İlk növbədə həmin paxıl adamlar getməlidir. Vəzifədə heç vaxt qısqanclıq olmamalıdır. Kimsə səndən istedadlıdırsa, ona hörmət elə, qabağa çək, daha məhv eləmə!

- Sizin nəzərinizcə, parlamentin tərkibinin neçə faizi yenilənməlidir?

- Ən aşağısı 50 faizi dəyişilməlidir. Köhnə tərkibdən 20 faiz qalsa, bəsdir. Qalanları hamısı getməlidir! Aktivlər, yazıb, pozanlar, danışanlar, müəyyən məsələləri qaldıranlar təbii ki, qalmalıdır.

- Sabiq deputat Musa Musayev deyib ki, YAP-da kadr və struktur islahatları aparmaq lazımdır. Hakim partiyanın yaradılmasında iştirak edən şəxs olaraq partiyadaşınızla razısınız?

- YAP əldən-ələ keçdi, dəyişildi. Təsəvvür elə ki, YAP-ın iclaslarına məni çağırmırlar. Bütün YAP-çılar bilməlidir ki, bunlara da bu cür yanaşa bilərlər. Sən niyə məni çağırmırsan? Mən ayaqyalın, başıaçıq Şahbuzun, Babəkin, Naxçıvanın çöllərində YAP-ı yaradanda, o kəndə, bu kəndə gedib YAP-ın kim olduğunu izah edəndə onlar heç YAP-da yox idilər, başqa partiyalarda idilər. İndi gəliblər, keçiblər qabağa. Eybi yoxdur, keçsinlər, canlarına sağlıq. YAP-ın ideyasını qəbul ediblər. Amma daha bu deməməlidir ki, sən yox idin, sən məhv olmalısan. Niyə mən məhv olmalıyam? Ona görə də bu narazılıqlar təbii ki, var.

- YAP-ın Siyasi Şurasının üzvüsünüzmü?

- 20 il Siyasi Şuranın üzvü olmuşam. 20 il! Yaradılan gündən! Heydər Əliyevin özünün imzası ilə! Zalda oturmuşdum, qabaqda, 3-cü cərgədə. Yerdən dedilər, Heydər Əliyev dedi “mən Əli Əlirzayevin adını yazmışam”. Mən o vaxtdan üzv olmuşam. Sonuncu qurultayda, 20 ildən sonra məni Siyasi Şuradan çıxartdılar. İndi Səbael Siyasi Şurasının üzvüyəm. Heç oradakı iclaslara da çağırmırlar. Yaxın günlərdə, noyabrda YAP-ın ildönümü olacaq, amma məni çağırmırlar. Bilmirəm ehtiyat edirlər, ya ümumiyyətlə, məni istəmirlər? Amma mən YAP-ı yaradanlardan biriyəm, bununla fəxr edirəm. Ömrüm gedib, 40 yaşımda çöllərdə, kəndlərdə, meydanlarda iclasları birinci mən keçirmişəm. Azərbaycan tarixində YAP-ın rayon təşkilatının tədbirini birinci mən keçirmişəm, özü də sədarətdə oturmuşdum.

Düşünmək lazım deyil ki, məni vəzifədən çıxartdılarsa, demək öləcəyəm. Bu dərd deyil. Lakin o da düzgün deyil ki, 70-dən yuxarı hamı ucdantutma vəzifədən çıxarılmalıdır və gənclər gəlməlidir. Cavan adam elə səhv edə bilər ki, ömür boyu düzəlməz. Yaşlı adam səhv eləsə, onu asmaq lazımdır ki, sən bu yaşına çatmısan, bu səhvi edibsən. Deyir, cavan səhv edəndə onu bağışla, amma böyük səhv edəndə onu bağışlamaq olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
2-08-2025, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
2-08-2025, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
2-08-2025, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
2-08-2025, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
2-08-2025, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
2-08-2025, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
2-08-2025, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
2-08-2025, 12:19
Ənvər Seyidov vəfat etdi
2-08-2025, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru