Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                 

Müxalifətin ixtiyarları siyasətdən getmək istəmir - “Çoxdan arzulayıram ki, yerimə iddialı bir gənc olsun”
Tarix: 26-10-2019, 09:55 | Çap et
Müxalifətin ixtiyarları siyasətdən getmək istəmir
Ölkə iqtidarı yaşlı məmurlarla vidalaşmağa başlayıb. Yaşı əsasən 70-i keçmiş məmurlar bir-birilərinin ardınca postlarını tərk edirlər.

Hazırda Azərbaycan müxalifətində də təqaüd yaşını keçən çoxsaylı siyasətçilər var. Onlar ya partiya sədri, ya da düşərgənin öndə gedən partiya funksionerləri kimi fəaliyyət göstərirlər. Doğrudur, onlar arasında yaşı 70-i ötənlər barmaqla sayılacaq qədərdir. Məsələn, istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun 81 yaşı var. VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı isə 73 yaşının içərisindədir. Sabiq daxili işlər naziri İsgəndər Həmidovu da bu sıraya daxili etmək olar. Onun 71 yaşı bu ilin aprelində tamam olub. Bu sıraya nə qədər qəribə görünsə də, 2005-ci ilə qədər iqtidarın “vuran əllərindən” biri sayılan sabiq səhiyyə naziri Əli İnsanovu da daxil etmək olar. Çünki o, 14 illik həbsdən sonra əsas müxalif siyasətçilərdən birinə çevrilib. Sabiq nazirin 73 yaşı var.

60-70 yaş arası müxalif liderlər daha çoxdur. Sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyevanın gələn ay 68 yaşı tamam olacaq. MSDM rəhbəri, Müsavatın keçmiş başqanı İsa Qəmbər isə 62 yaşındadır. KXCP sədri Mirmahmud Mirəlioğlunun ötən ay 63 yaşı tamam olub. Milli Şuranın sədri Cəmil Həsənlinin 67 yaşı var. AXP sədri, sabiq baş nazir Pənah Hüseynin isə oktyabrın 28-də 62 yaşı tamam olacaq. AMİP lideri Etibar Məmmədovun gələn ilin aprelində 65 yaşı tamam olur. Onu da qeyd edək ki, müxalifətin qocamanlarının da gənclərin önünü kəsdiyi yönündə fikirlərə rast gəlirik.

S.Rüstəmxanlı yaş məsələsi ilə razı deyil: “Dövlət idarəçiliyi ilə siyasi partiyaları bir-biri ilə qarışdırmaq lazım deyil. Siyasi partiyalar dövlət idarəçiliyi ilə məşğul deyillər. Müəyyən ideoloji xəttin üstündə, müəyyən bir ideya ətrafında birləşmiş insanlardır. Orada təcrübəli adamlara hər zaman ehtiyac var. Partiya sədri yaşından asılı olmayaraq, o ideyanın daşıyıcısıdırsa, o ideyaya sağlam, gənc insanlar kimi xidmət edirsə, üzərinə düşən işləri həyata keçirməyi bacarırsa, partiya üzvlərinin özləri onun getməsini istəməzlər. Dünyada bunun təcrübəsi az deyil. Hər gün 10 milyon insanın həyatı, yaşayışı, yeməyindən tutmuş geyiminə, iqtisadiyyatından tutmuş mədəniyyətinə, Dağlıq Qarabağın azad edilməsinə qədər hər şey iqtidarın boynunda olan məsələlərdir. Zənn edin ki, ailənin məsuliyyətini o boynuna götürüb. Bu işləri o görməlidir. Ona görə də iqtidarda səhərdən axşama qədər işləyə bilən, yorulmayan, fiziki və mənəvi cəhətdən güclü olan insanların olması çox vacibdir. Burada yaş məsələsindən söhbət getməməlidir. Ümumiyyətlə, yaş məsələsinə o qədər də önəm vermirəm. Elə yaşlı adamlar var ki, normal işləyirlər.

Gənclər də var ki, dövlətçilikdən anlayışları yoxdur. Son vaxtlar dəbə minib ki, filan gənc xarici dilləri bilir. İnsan əsas öz dilini, mədəniyyətini, tarixini bilməlidir. Beynəlxalq aləmi, xarici bilmək Azərbaycanı bilmək demək deyil. İndiki gənclər hansı idarəyə işləməyə gedirlərsə, ”filan dilləri bilirsənmi" kimi suallar verilir. Yaş məsələsi önəmli olmamalıdır. Əsas olan seçkili orqanların olmasıdır. Dünyada qəbul olunmuş müəyyən limitlər mövcuddur. Bir insan neçə il nazir işləyə bilər? Həmin nazir öz davamçılarını yetişdirməlidir. Nəzərə almalıdır ki, arxadan gələnlər var. Burada əsas olan keyfiyyətdir. Təbii ki, yaşın da müəyyən ölçü-biçisi var. Yaş 80-ə çatırsa, o insan səhərdən-axşama qədər dövlət işində verimli şəkildə işləyə bilməz. Əgər kiminsə sözü, dövlətçiliklə bağlı nəsə fikirləri olarsa, onu kənardan demək də mümkündür. Dövlətin qanunları, konstitusiyası, ən əsası, dövlətçilik ənənələri var.

Buna uyğun hərəkət etmək lazımdır. Siyasi partiyalarda mənzərə bir az fərqlidir. Bir partiyada dövlətə və hakimiyyətə heç bir zərəri olmayan, yaşlı və ya gənc birinin rəhbər olmasının hökumətə az təsiri var. Amma istənilən halda, partiyalarda yeni simalar yetişməlidir. Hər kəs ölümünə qədər bir yerdə otura bilməz. Bunu hamımız başa düşürük. Mən də çoxdan arzulayıram ki, yerimə iddialı bir gənc olsun, orta nəslin də nümayəndəsi ola bilər. Hətta yaşıdımın olması da mümkündür. Çıxsınlar ortaya desinlər ki, bundan sonra Vətəndaş Həmrəyliyi Partiyasını mən idarə edəcəm. Böyük məmnuniyyətlə yerimi verməyə və üzv kimi qalıb kənardan köməklik göstərməyə hazıram. Amma təəssüf ki, çevrəmdəki adamlar hələ ki buna imkan vermirlər. Partiya seçkili bir təşkilatdır. Burada hökmən səs çoxluğu qazanılmalıdır. Bunu mən özüm təklif edəndə yaxın qoymadılar. Amma güman edirəm ki, növbəti qurultayda bu məsələyə baxacağıq".
Nisbətən gənc siyasətçilərdən sayılan AĞ Partiya başqanı Tural Abbaslı görünən mənzərəyə bu cür şərh verdi: “Ümumən götürdükdə Azərbaycan siyasi səhnəsi xeyli yaşlanıb. Yəni bu gün iqtidar və müxalifətdə öndə olanların bir çoxları 1989-90-cı illərin siyasi aktivliyi zamanı meydana çıxanlardır. Və demək olar ki, 25 ildən artıq müddətdir ki, siyasi səhnəyə yeni simalar ya çıxmır, ya da çıxa bilmirlər. Bunun da nəticəsidir ki, bu gün iqtidarla yanaşı həm də müxalifət vitrini xeyli yaşlaşıb. Ancaq burada müxalifət arenasındakı yaşlaşmanın tam başqa səbəbləri var. Belə ki, uzun illərlə iqtidarın müxalifətə sərt mövqe bəsləməsi, onlara bu və ya digər formada müxtəlif təzyiq, təqib və sıxışdırma siyasəti aparması buraya gənclərin axınının qarşısını alıb. Çünki heç bir gənc həbs olunmaq, təhsil aldığı müəssisədən qovulmaq, işdən çıxarılmaq, təqiblərə məruz qalmaq təhlükəsinin olduğu yerə gəlmək istəməz və gəlmirdi də. Bu da öz növbəsində müxalifətə, müxalif partiyalara yeni axının qarşısını kəsdi”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
2-08-2025, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
2-08-2025, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
2-08-2025, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
2-08-2025, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
2-08-2025, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
2-08-2025, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
2-08-2025, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
2-08-2025, 12:19
Ənvər Seyidov vəfat etdi
2-08-2025, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru