Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                 

“Bizdə çətin ki, İmamoğlu çıxsın”
Tarix: 26-10-2019, 09:43 | Çap et
 “Bizdə çətin ki, İmamoğlu çıxsın”
Azərbaycanda bələdiyyə seçkiləri heç vaxt Türkiyədə olduğu kimi coşqulu, həyəcanla, siyasi partiyalar arasında ölüm-dirim mübarizəsi kimi keçməyib. Hətta cəmiyyətin apolitik təbəqəsi bu seçkilərin nə zaman olacağından bixəbərdir. Çünki prezident və parlament seçkilərindən fərqli olaraq, bələdiyyə seçkilərinə maraq olmayıb.

Siyasətçilər bunu bələdiyyələrin səlahiyyətlərinin məhdud olması ilə əlaqələndirirlər. Hazırda bələdiyyələr icra hakimiyyətlərinin az qala filialı statusunu daşıyırlar.

Bu baxımdan dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə təxminən iki ay qalsa da, hər hansı dinamizm müşahidə olunmur. Hərçənd Türkiyədə bələdiyyə seçkilərinin nəticələrini azərbaycanlılar entuziazmla izləyirdilər.

CHP-dən Əkrəm İmamoğlunun İstanbulun bələdiyyə başqanı seçilməsi Azərbaycanda ona simpatiyası olanlar tərəfindən bayram edilirdi.

Lakin bizim niyə İmamoğlumuz yoxdur və niyə də olmasın? Hansı səbəblər ölkənin bələdiyyə seçkilərini əhəmiyyətsizləşdirib?

ADP sədri Sərdar Cəlaloğlu sualımızı cavablandırarkən “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın İmamoğlusunun olması üçün ilk növbədə bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir.

Onun sözlərinə görə, partiyanın bələdiyyə seçkisində iştirak qərarı olmasa da, üzvlərinə fərdi şəkildə qoşulmaq sərbəstliyi verilib.

ADP sədri hesab edir ki, icra hakimiyyətləri ləğv edilərək səlahiyyətləri bələdiyyəyə verilməlidir. Onun fikrincə, bu gün bələdiyyələrin heç bir səlahiyyəti yoxdur: “İnanmıram ki, bu bələdiyyə seçkilərindən sonra da nəsə dəyişsin. İlk növbədə köklü islahat aparılmalıdır, kompleks tədbirlər görülməlidir. Ona görə də bu seçkidə də büdcədən boş yerə pul xərclənəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd etdi ki, oktyabrın 26-da Məclisin toplantısı olacaq və bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı müzakirə aparılacaq. İ.Ağazadə hesab edir ki, böyük şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin səlahiyyətləri genişlənməlidir. Bu gün bələdiyyələrin qəbiristanlıqda torpaq ayrılmasına sərəncam verməkdən başqa səlahiyyəti yoxdur. Bu, zarafat deyil, reallıqdır. Qarşıdakı seçkidən sonra dəyişiklik gözləmirəm. Bunun üçün referenduma gedilməlidir, struktur dəyişikliyi olmalıdır. Azərbaycanın Avropa Şurasının qarşısında böyük şəhər bələdiyyələri yaradılması ilə bağlı öhdəliyi var”.

AĞ Partiya başqanı Tural Abbaslı seçkilərdə iştirak etməyəcəklərini açıqladı. Onun dediyinə görə, bələdiyyələr səlahiyyətləri olmayan, icra hakimiyyətlərinin “5-ci təkəri” rolunu yerinə yetirən institutudur.

“Ona görə bu seçkiyə xüsusi hazırlaşmırıq. Amma boykot da etmirik. Çünki istənilən seçkidə boykota qarşıyıq. Odur ki, üzvlərimizə, əsasən gənclərə tövsiyyəmiz olub, kim istəsə seçki təcrübəsi toplamaq üçün qoşula bilər. Bu, bacarıqlarını formalaşdırmaq üçün faydalıır. Amma Azərbaycanda bələdiyyə institutu əhəmiyyətsizdir”, - deyə T.Abbaslı vurğuladı.

Partiya sədri hesab edir ki, Türkiyədə bələdiyyələrin siyasi həyatda çəkisi ilə Azərbaycandakı bələdiyyələr eyni deyil: “Onların böyük şəhərlərində mer seçkisi olur, bizdə isə olmur. Bu gün bələdiyyələr icra hakimiyyətlərində olan səlahiyyətlərin heç 10 faizinə malik deyil. O baxımdan Azərbaycandan Ərdoğanların, İmamoğluların çıxması çətin məsələdir. İki yol var: ya bələdiyyələr ləğv edilməlidir, büdcə artıq yükdən xilas olsun, ya da icralar ləğv edilib səlahiyyətləri bələdiyyələrə verilməlidir. İkincisi baş verərsə, o zaman bələdiyyə seçkisinə maraq artacaq, aktivliyi görəcəksiniz”.

REAL Partiyası isə dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Partiya sədri İlqar Məmmədov seçkidə iştirak etmələrinin məqsədini də açıqlayıb: “Seçkilərdə iştirak etməyimiz yerli idarəetmənin əslində necə qurulmalı olduğunu bütün xalqa danışmaq və gələn il keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədi daşıyır”.

Yeni Azərbaycan Partiyası (YAP) isə bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. MSK-ya ünvanlanmış məktubda qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilikdə bələdiyyələr yerli idarəetmə orqanlarına söykənir. Lakin adi vətəndaşlar onları torpaq satan orqanlar kimi tanıyır, bəs əslində bələdiyyələrin funksiyaları nədir?

Konstitusiyada və bələdiyyələr haqqında qanunda da göstərilir ki, bələdiyyə elə bir qurumdur ki, o, hakimiyyətlə vətəndaşlar arasında yerli özünü idarə etməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə maraqlanmalı, əhatə etdiyi ərazidə infrasturukturun qurulmasını təhsil, səhiyyə, rabitə müəssiəslərinin, park və yolların təmir-bərpasını vaxtlı-vaxtında təmin etməlidir. Hazırda ölkə üzrə 1718 bələdiyyə fəaliyyət göstərir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
2-08-2025, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
2-08-2025, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
2-08-2025, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
2-08-2025, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
2-08-2025, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
2-08-2025, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
2-08-2025, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
2-08-2025, 12:19
Ənvər Seyidov vəfat etdi
2-08-2025, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru