“Yaşı 70-in üstündə olan icra başçıları, 10 ildən çox nazir işləyənlər də yola salınmalıdır”
Tarix: 23-10-2019, 08:36 | Çap et
 Məlum olduğu kimi, prezident baş nazirin müavini Hacıbala Abutalıbovun istefa ərizəsini qəbul edən zaman, onun bu addımını yüksək qiymətləndirdiyini bildirib və iqtidarda təmsil olunan, yaşı 70-i ötən şəxslərin də onun bu addımından nümunə götürməsinin arzuedilən olduğunu vurğulayıb. Ölkə başçısı qeyd edib ki, yaşlı nəslin nümayəndələrinin bu addımı gənc nəslə yol vermək baxımından da mühüm əhəmiyyətə malikdir.
Maraqlıdır, ölkəmizdə yüksək vəzifələrdə təmsil olunan və yaşı 70-i keçən şəxslərin vəzifədən öz xoşları ilə ayrılacaqları ehtimalı varmı? Həqiqətənmi Hacıbala Abutalıbovun məlum addımı digər məmurlar tərəfindən təkrarlana bilər?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu ehtimalın kiayət qədər zəif olduğunu bildirdi:
“Azərbaycan üçün bu, bir qədər qeyri-adi səslənir. Çünki bizdə vəzifədən sadəcə ikiəlli deyil, həm də ikiayaqlı yapışırlar. Bu, yəqin ki, Şərq psixologiyasıdnan doğan bir şeydir. Amma bütün hallarda nəsil dəyişikliyi mütləq olmalıdır. Dünyada da bu proses gedir.
Məncə bu, sadəcə, 70 yaşın üstündə olan insanlara aid olmalı deyil. Dünyada adətən nazirlər bir və ya iki seçki dövrü üçün vəzifədə olurlar. Yəni bu göstərici 8-10 ildən artıq olmur. Bu müddətədn sonra onların heç biri yerində qalmır. Düşünürəm ki, istefa məsələsi 10 ildən artıq nazir olan şəxslərə də şamil olunmalıdır. Yaşları 70-in altında olsalar belə, onlar da istefa verməlidir. Yəni istefa mədəniyyəti formalaşmalıdır. Birdən-birə bütün yaşlı nəslin dəyişilməsinin əleyhinəyəm. Çünki gənc nəsil kifayət qədər təcrübə toplaya bilmirlər. Buna görə də onlar bir müddət yaşlı nəslin nümayəndələri ilə bir yerdə işləsələr yaxşı olar. Əgər nazir cavandırsa, onun müavinlərindən biri və ya ikisi bir qədər yaşlı adam olmalıdır. Çünki gənc nəsil özünü doğrultmur. Azərbaycanda bunun bəzi nümunələri var. Düzdür, bizdəki bəzi gənc nazirlər işləmək istəyir. Lakin onlar işin meneceri kimi çıxış edirlər. Halbuki, menecer həm də bu sahənin yaxşı bilicisi olmalıdır. Ola bilər ki, nazir cavan olsun, o zaman onun müavinlərindən kimsə bu sahənin bilicisi olmalıdır.
Rotasiya parlamentə də, yerli icra hakimiyyəti orqanlarına şamil olunmalıdır. Cənab prezident öz mövqeyini ortaya qoysa da, inanmıram ki, hazırda yaşı 70-nin üstündə olan icra başçıları, hansı ki, onların sayı 10-dan çoxdur, onlarda bu addımı atmağa təpər olsun. Bunu onlardan gözləmirəm. Amma onları yola salmaq lazımdır. Çünki rayonlarda ciddi problemlər yaradırlar. Bizdə məmurlar həddindən artıq narazılıq yaradır. 19 oktyabr mitinqində də çoxu Əli Kərimlini dəstəkləməyə yox, məmurlardan olan şikayətini bildirmək üçün gəlmişdilər. Bu insanları hər yerdə dışlayırlar, onlar məcbur olub belə addım atırlar.
Bu mənada millətini və dövlətini sevən insanların hakimiyyətə cəlb olunması yaxşıdır. Bunlar dövlətin mənafeyinə xidmət edir. Gənclərin bu prosesə cəlb edilməsi həm idarəetmənin səmərəliliyini artırır, həm idarəetmə prinsiplərinə yenilik gətirir və s. Lakin müasirlik həm də keçmiş ənənələrə söykənməlidir. Avropa dövlətlərini bizə nümunə gətirməsinlər. Çünki onların hamısının 200-300 illik təcrübəsi var. Məsələn, İngiltərədə əgər nazir dəyişirsə, yeni nazirin müavinləri və heyəti dəyişməyə ixtiyarı yoxdur. Birinci müavin daima qalır. Türkiyədə də əvvəl belə idi. Fransada da, Almaniyada da belədir. Nazir siyasi vəzifədir. Amma onun məmurları peşəkarlardır. Bizdə isə nazir gələn kimi bütün qohum-əqrabasını, dostunu yığır yanına. Dövlət yaddan çıxır. Buna görə də prezidentin bu təklifi gözəl bir şeydir. Hesab edirəm ki, bu, hamıya şamil olunsa daha faydalı olar”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27 |
|
|
|
• "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24 |
|
|
|
• Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22 |
|
|
|
• İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18 |
|
|
|
• Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43 |
|
|
|
• Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41 |
|
|
|
• Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37 |
|
|
|
• Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12 |
|
|
|
• “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17 |
|
|
|
• Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15 |
|
|
|
• Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10 |
|
|
|
• "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05 |
|
|
|
• "Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30 |
|
|
|
• Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12 |
|
|
|
• Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05 |
|
|
|
• "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03 |
|
|
|
• UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00 |
|
|
|
• “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57 |
|
|
|
• Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55 |
|
|
|
• Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48 |
|
|
|
• Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36 |
|
|
|
• FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20 |
|
|
|
• Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18 |
|
|
|
• Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05 |
|
|
|
• "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03 |
|
|
|
• Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58 |
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40 |
|
|
|
• Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36 |
|
|
|
• Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29 |
|
|
|
• Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25 |
|
|
|
• Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21 |
|
|
|
• Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
2-08-2025, 15:18 |
|
|
|
• Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
2-08-2025, 12:54 |
|
|
|
• Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
2-08-2025, 12:51 |
|
|
|
• Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
2-08-2025, 12:48 |
|
|
|
• “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
2-08-2025, 12:32 |
|
|
|
• ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
2-08-2025, 12:28 |
|
|
|
• Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
2-08-2025, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
2-08-2025, 12:19 |
|
|
|
• Ənvər Seyidov vəfat etdi
2-08-2025, 12:16 |
|
|
|
|