"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar" .....                     Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                     Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur .....                     "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." .....                     Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR .....                     Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir .....                     Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb .....                     Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb .....                     Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir .....                     “Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” .....                     "Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                 

“Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər var”
Tarix: 19-03-2019, 09:48 | Çap et
“Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər var”
Bu ilin əvvəlindən başlayaraq ölkə prezidenti İlham Əliyev tərəfindən ən müxtəlif sahələr üzrə mühüm sərəncamlar verilir, iqtisadi-sosial, ictimai-siyasi sferada müsbət addımlar atılır. İnqilabi xarakterli islahatlar tamamilə yeni bir atmosfer yaradır.

Son iki ay ərzində ölkə rəhbəri şəhid ailələri ilə görüşdü və birdəfəlik müavinət ala bilməyən bu ailələrin problemi həll olundu. Problemli kreditlər barədə də prezidentin cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanan qərarı oldu və həmin qərardan sonra bu problem aradan qalxmaq üzrədir. Pensiyalar, minimum əməkhaqları, sosial müavinətlər qaldırıldı. Ölkə başçısının bir sıra rayonlara da səfərləri oldu, xalqla yaxından təmas quran prezident onların problemləri ilə maraqlandı, şəxsən özü şikayətçilərin əllərindən onların ərizələrini aldı. Bu cür faktlardan ibarət siyahını uzatmaq da olar.

Habelə, bloger Mehman Hüseynovun işi, iki gün öncə isə geniş miqyaslı əfv sərəncamının imzalanması da böyük rezonans doğurub. Sərəncamla həbsdəki 55 siyasi fəal da azad edildi, bütövlükdə əfv 431 nəfərə şamil olundu. Novruz əfvi təkcə ölkə daxilində deyil, beynəlxalq qurumlar tərəfindən də alqışlarla qarşılandı.

Son olaraq, martın 18-də sərəncam imzalayan ölkə rəhbəri 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayırıb.

Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatına yönəldiləcək.

Bütün bunların fonunda ölkədə tam yeni bir siyasi mühit formalaşdığı və bunun növbədənkənar parlament seçkilərinə də zəmin yaratdığı ekspertlər tərəfindən vurğulanır. Qeyd edək ki, hələ bir müddət öncə bu haqda ilkin informasiyalar “Yeni Müsavat”a daxil olmuşdu.

İlkin xəbərdə parlament seçkilərinin bu ilin aprel-may aylarında baş tutacağı iddia olunurdu. “Yeni Müsavat”a daxil olan son məlumatda isə bildirilir ki, növbədənkənar seçkilərin keçirilməsi üçün konstitusiyada dəyişikliklər edilməsi zərurəti olduğundan proses sentyabr-oktyabr aylarınadək uzana bilər.

Ekspertlər bütün hallarda bu islahatların məntiqi davamı kimi qanunverici orqanda da dəyişikliklərin ola biləcəyini ehtimal edirlər. Hətta hökumət daxilində artıq seçkilərə hazırlıqların getdiyi də gələn xəbərlər sırasındadır. Belə iddialar da səslənir ki, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə parlament seçkiləri eyni günə təsadüf edə bilər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli parlament seçkilərinin keçirilməsi üçün zərurətin yarandığını düşünür. “Yeni Müsavat”a açıqlamasında sabiq müşavir bunları dedi: “Aparılan struktur islahatlarının davamı mütləqdir. Yəni idarəetmə aparatı sadələşdirilir, artıq lüzumsuz, bürokratik aparatdan imtina edilir, daha çevik və mobil idarəetmə sistemləri tətbiq edilir. Bunun hesabına idarəetmə çevik olmaqla yanaşı, həm də asanlaşır. İdarəetmədə bürokratik əngəllər yaradan, rüşvətə, korrupsiyaya yol açan sahələrin bəziləri “ASAN Xidmət“ə verilir. Beləliklə də dövlət orqanları xeyli şəffaflaşır. Məmur özbaşınalığına tədricən olsa da, son qoyulmağa başlanılıb. Sıravi insanları incitməyi özlərinin peşələri sayanlar idarəetmədən uzaqlaşdırılır. Bununla da idarəetmə humanist xarakter daşımağa başlayıb. Düşünürəm ki, idarəetmənin qolları arasında əlaqələrin yaradılmasına ciddi ehtiyac duyulur. Yəni hakimiyyətin icraedici orqanları ilə qanunverici orqanları, eləcə də məhkəmə orqanları arasında bölgünün dəqiqləşdirilməsi, ”hakimiyyətin üç qol prinsipi"nə dünya praktikasına uyğun olaraq əməl edilməsi məsələsi də gündəmə gəlir. Bu gün bəzi məsələlərlə bağlı etiraf etmək lazımdır ki, qanunverici hakimiyyətin rolu bəzən icraedici hakimiyyətin rolu ilə qarışdırılır. Məhkəmə orqanlarında ciddi siyasi islahatlara ehtiyac var. Bu orqanların müstəqilliyi xeyli artırılmalı, onun işinə ictimai nəzarətin gücləndirilməsi xeyli vacib görünür. Çünki bu gün hüquq-mühafizə orqanlarındakı özbaşınalıq, rüşvət və korrupsiya halları hələ ki durdurula bilməyib, bu proses davam etməkdədir. Məhkəmə hüquq islahatları köklü aparılmalıdır. Elə edilməlidir ki, məhkəmə sisteminə hakimiyyətin digər qolunun təsir etmək imkanı olmasın.

Nəticə etibarı ilə qəbul edilmiş qərarlar qanunvericiliyə söykənməlidir. Prezident bunların anonslarını verib, növbəti islahatların məhkəmə orqanlarını əhatə edəcəyi barədə fikirlər səsləndirib. Düşünürəm ki, bu kontekstdə qanunverici hakimiyyətin yenilənməsinə, işinin daha da səmərəli olmasına ehtiyac duyulur. Çünki vəzifələrindən istefa vermiş deputatlar var, dünyasını dəyişən deputat da var. Kifayət qədər passiv, qanunvericilik hakimiyyətinin səlahiyyətlərini bilməyən, qanunvericilik məsələsində səsi olmayan adamlar da az deyil. Parlament sözün həqiqi mənasında peşəkar olmalıdır. Milli Məclis peşəkar adamlardan, özü də qanunvericilik məsələlərini dərindən bilənlərdən təşkil olunmalıdır. Bu məsələdə iş təcrübəsinə önəm verilməlidir ki, qanunverici hakimiyyət ölkədə möhkəmlənsin, digər proseslərə təsir etmək imkanları olsun. Düşünürəm ki, parlament seçkilərinin qabağa çəkilməsində heç bir qəbahət yoxdur. Bunun üçün hətta kifayət qədər zərurət yaranıb. Üstəlik də islahatlar dərinləşdikcə daha da radikal əhəmiyyət kəsb edir. Bunun fonunda hakimiyyətin hər üç qolunda islahatlar başa çatmalıdır. Kadr islahatları artıq davamlı xarakter daşımağa başlayıb. Məhkəmə islahatlarının başlanılması haqqında rəylər var. Qanunverici orqanın yenidən seçilməsi, qanunvericiliyə edilən dəyişikliklərlə struktur dəyişikliklərinin də əsası qoyula bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Dünən, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Dünən, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru