Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                 

“Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir?”
Tarix: 19-01-2019, 10:27 | Çap et
“Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir?”
Yanvarın 17-də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə ciddi narazılıqla qarşılanıb. Bu qərarın daha çox mart ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanması gözlənilən əməkdaşlıq sazişinin baş tutmaması üçün xaricdəki maraqlı qüvvələrin vasitəsilə qəbul edildiyi deyilir.

Qətnamənin əsasını həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılması və onun qeyri-şərtsiz azadlığa buraxılması təşkil edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qətnaməyə bu cür yanaşır: “Mehman haqqında əvvəlcədən fikirlərimi bildirmişdim. Eyni zamanda, media kapitanlarının, deputatların, ziyalıların və digər tanınmış simaların müraciətləri əsasında onun azadlığa çıxmasının uyğun olduğunu qeyd etmişdim. Avropa təsisatlarının belə reaksiyaları tam qərəzlidir. Bu heç bir halda doğru yanaşma sayıla bilməz. Bir dəfə demişəm, bir daha təkrar edirəm. Mən özüm Avronestin tərkibində dəfələrlə Belçika, Fransa, İspaniya, hətta Ermənistanın özündə belə komitə və plenar iclaslarda məsələ qaldırmışam ki, Kəlbəcərdən girov götürülən azərbaycanlı qadınlar Zod qızıl mədənlərində qul kimi işlədilir. Onların hüquqlarını müdafiə etməyə çağırışlar etmişəm, onların geri qaytarılmasını tələb etmişəm. Bizim xüsusi komissiyamız müəyyən edib ki, nə qədər girov götürülən adamlar var.

Bu gün Azərbaycan ərazilərindən qovulmuş insanlar var ki, onların əmlakı müsadirə olunub, hüquqları kobud şəkildə pozulub. Bu insanlara tamamən barmaqarası baxılır, heç bir reaksiya verilmir. Amma Mehman məsələsində çox sərt reaksiya sərgilənir. Siyasi motivlərlə Azərbaycana dost olmayan ölkələrin davranışları və ölkəmiz daxilində onlara donoslar ötürən, dəstək verən Milli Şura tipli, eləcə də, bəzi QHT-lərin verdikləri sənədlər əsasında belə qərarlar qəbul olunur. Bu siyasi təzyiqdən başqa bir şey deyil. Prezident də öz çıxışında bildirdi ki, Avropa İttifaqı ilə münasibətləri ən yüksək səviyyədə saxlamaq istəyirik, amma ikilistandartlara son qoyulmalıdır. Mən münasibətlərin sahmana salınmasının tərəfdarıyam. Bizim Avropa Parlamentində təmsil olunan parlamentarilərimiz məsələ qaldırmalıdırlar ki, belə yanaşma olmasın. Bu heç bir mənada heç bir tərəfin xeyrinə işləyən məsələ deyil”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bu qərarı Azərbaycana təzyiq göstərmək cəhdi kimi qiymətləndirir: “Hüquq dövlət və onun məhkəmələri var. Dünyada məhkəmə qərarlarına hörmətlə yanaşılır. Amma nədənsə Azərbaycana gələndə Avropa Parlamenti və digər beynəlxalq qurumlar sanki unudurlar ki, Azərbaycanda hüquqi dövlət qurulub, bu ölkənin məhkəmə qərarlarına hörmətlə yanaşılmalıdır. Bütün bunlar onların qərəzli olmasından irəli gəlir. Mehman Hüseynovun hərəkətləri hüquqi cəhətdən qiymətləndirilib. Onun yanına ölkəmizin hüquq müdafiəçiləri getdilər, səfirliklərin nümayəndələri də orada oldular. Onunla bağlı rəsmi açıqlama da yayılıb. Onun öz açıqlamasında da göründü ki, ona qarşı nəinki təzyiqlər var, hətta aclıq aksiyası belə keçirmir. Azərbaycanda yaranmış ”Beşinci kolon" var. Anti-azərbaycançı şəbəkə də bu kolona xüsusi diqqət ayırır. Görünür onlara böyük ümidlər bəsləyirlər. Onlar hesab edirlər ki, nə vaxtsa “Beşinci kolon” ölkəmizdə sabitliyin pozulmasında xüsusi rol oynaya bilər, təzyiqlər edərlər. Amma çox yanılırlar. Ölkəmizdə möhkəm sabitlik mövcuddur. Bu iqtidarla xalqın birliyindən doğur. Xalqımız iqtidarın yeritdiyi siyasətlə razıdır. Davamlı iqtisadi inkişafımız var. Prezidentimiz qətiyyətli islahatlar aparır. Bu da Azərbaycanın güclənməsinə xidmət edən addımlardandır. Ona görə də, Avropa Parlamenti və digər qurumlar düşünməsinlər ki, Azərbaycana təsir edə bilərlər. Onlar Azərbaycan prezidentinin xalqın milli mənafeyinə yönələn yürütdüyü siyasəti dəyişə bilməzlər. Azərbaycan düzgün yolla gedir. Atılan qərəzli addımlara ciddi şəkildə fikir verməyimiz lazım deyil. Çünki nəticəsinin olmayacağı əvvəlcədən məlumdur. Ölkəmiz iqtisadi cəhətdən güclənməkdə davam etməlidir. Bunun üçün xalqın iqtidara dəstəyi də davamlı olmalıdır. Əminəm ki, belə də olacaq".

Xocalıdan olan deputat Elman Məmmədov bildirdi ki, bu Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli, sifarişlə qəbul etdiyi ilk qətnamə ilk deyil: “Bu qurumda erməni pulu ilə, Azərbaycana düşmən kəsilən müxtəlif fondların yardımı ilə sifarişli qətnamələr hazırlayan, qərarlar qəbul edən bir dəstə çoxsaylı deputat mövcuddur. Bunlar muzdlu deputatlardır. Daim hazırkı əməlləri ilə məşğul olurlar. Avropa Parlamentinin qulağının dibində olan Fransada neçə aydır nümayişlər gedir, beş mindən artıq nümayişçi həbsə atılıb, yüzlərlə xəsarət alanlar var, həyatını itirənlər də var. Maraqlıdır ki, Avropa Parlamenti niyə bu barədə danışmır? Digər tərəfdən Avropa Parlamenti nə üçün Avropa ölkələrinin miqrantlarla bağlı atdığı sərt addımlar barədə niyə susur? Ən çox insan haqlarının pozulması halları Avropa ölkələrində baş verir. Avropa Parlamentinin belə sifarişli qətnamələr qəbul etməsi bu qurum tərəfindən müstəqil dövlətin daxili işlərinə qarışmaqdır. Belə deyək, səhəri gün Azərbaycan Parlamenti iclasında belə bir məsələ qoyur ki, Avropanın filan dövlətində bir nəfər həbs olunub, qətnamə qəbul edirik ki, o təcili həbsdən buraxılsın. Bu həmin dövlətin daxili işlərinə qarışmaq deyilmi? Təbii ki belədir. Azərbaycanda kimsə qanunazidd hərəkət edibsə, bunun üçün həbs edilibsə, araşdırma gedirsə, Avropanın hər hansı bir qurumu onun azadlığa buraxılmasını tələb edirsə, bu nə deməkdir? Azərbaycan sizin müstəmləkənizdir? Azərbaycan siz deyənlə oturub-durmalıdır? Azərbaycan öz qanunları ilə yaşayan ölkədir. Kim bu ölkədə qanunları pozursa, məsuliyyətə cəlb olunmalıdır. Demək kimsə qanunları pozacaq, beynəlxalq qurumlar kimlərinsə sifarişi ilə qərar qəbul edəcəklər ki, o şəxs azad edilsin. İnsan hüquqlarına görə Avropa Parlamenti bunları edirsə, 30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan tərəfindən pozulub. Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir? İndi nə üçün bir nəfərə görə belə canfəşanlıq edir? Azərbaycan ərazilərinin işğal altında olduğunu Avropa Parlamenti bilmir? Dediklərimin hamısından belə nəticə çıxır ki, Azərbaycana qarşı olan qətnamələr, qərarlar başqa nələr varsa, hamısı qərəzli, məqsədlidir. Bu birbaşa ölkəmizə qarşı düşmənçilikdir. Dövlətçiliyimizə qarşı yönələn hərəkətlərdir. Hər zaman olduğu kimi indi də heç bir şeyə nail ola bilməyəcəklər. Belə qərarların bu ilin martında Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq əməkdaşlıq sazişinə maneçilik yaradacağını düşünmürəm. Bu yerdə bir misal çəkim. Vaxtı ilə Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində ulu öndərimiz Heydər Əliyevin belə bir fikri oldu. O zaman üzvlüyümüzə ermənilərin sifarişləri ilə xaricdəki anti-Azərbaycan qüvvələri maneələr yaradırdılar. Ulu öndər belə bir fikir söyləmişdi ki, Çin, Hindistan kimi ölkələr Avropa Şurasının üzvü deyillər, bu ölkələr yaşaya bilmirlər? Guya biz Avropa Şurası və ya Parlamentinin üzvü olmasaq, yaşaya bilməyəcəyik? Bunlar Azərbaycanın müstəqil siyasət yeritməsinə qarşıdırlar. Bu gün Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasına, regionda Azərbaycanın nail olduğu uğurlara görə Dağlıq Qarabağ məsələsində ciddi nəticələr gözlənilir. Həmin qətnamələrin bir məqsədi də bunları pozmaqdır. Yəni bunların hamısı sifarişli və qərəzli hərəkətlərdir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru