İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                 

“Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur” - deputat
Tarix: 11-01-2019, 08:33 | Çap et
“Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur”
Qardaş Türkiyə Azərbaycanın FETÖ qruplaşmasını terror təşkilatı kimi tanıyacağına ümid edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ayın sonlarında bununla bağlı dediyi fikirlər məsələni daha da aktuallaşdırıb.

Xatırlatma üçün bildirək ki, Ərdoğan həmin açıqlamaları Pakistanın FETÖ-nü terror təşkilatı kimi rəsmən tanıma qərarından sonra vermişdi.

Həmin fikirlərdən sitat: “FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi. Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır. Eyni zamanda Azərbaycanda da bəzi müsbət irəliləyişlər var. Ola bilsin ki, onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik”.

Qeyd edək ki, indiyə qədər Azərbaycanın hansı təşkilatları terror təşkilatı kimi tanıdığı yönündə müxtəlif fikirlər səslənir. Zaman-zaman PKK-nın terror təşkilatı kimi ölkəmizdə tanınmaması ciddi qınaq, tənqid obyekti olub. Hazırda da bu belədir. Sanki rəsmi Bakı təşkilatları terror təşkilatı kimi tanımağa risk etmir. FETÖ ilə bağlı yaranan buna bənzər situasiyanın davam edəcəyi ehtimal edilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a bunları dedi: “Azərbaycan hər zaman Türkiyənin yanında olub. Bu ölkənin düşməni düşmənimiz, dostu da dostumuzdur. Xatırlayırsınızsa, prezidentimiz toplantıların birində bildirmişdi ki, Türkiyə tərəfi yoxdur, mən buradayam. Taleyimiz, düşmənlərimiz eynidir. O mənada Türkiyəyə qarşı hər hansı bir formada mübarizə aparılırsa, bu bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı aparılan mübarizə sayılmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti tərəfindən bu məsələ müzakirə edilib, o çağırışa müsbət cavab verilə bilər. Hesab etmirəm ki, bu, qanunvericilik baxımından təsbit olunmalıdır. Amma təşəbbüs olaraq parlamentdə səsləndirilə bilər. Ehtiyac olarsa, təbii ki, bu məsələni qaldırarıq. Terror bir regiona, ölkəyə qarşı sərgilənən davranış deyil. Onun milləti, dövləti olmur.

Dünyanın harasında olursa-olsun, terror təşkilatı varsa, onun törətdiyi hadisələr istənilən dövlətdə görünə bilər, o cümlədən də Azərbaycanda. Başqa bir məsələ var ki, əgər Azərbaycan dost bir ölkənin müqəddəratı ilə bağlı bir addım atırsa, bununla əlaqədar ortada müəyyən risklər varsa, Azərbaycan heç bir tərəddüd etmədən belə riskləri göz önünə ala bilər. Azərbaycanın hüquq-mühafizə orqanları o gücdədir ki, belə təşkilatlar ölkəmizə zərər edə bilməyiblər. Azərbaycanın konkret olaraq hansı təşkilatları terror təşkilatı kimi tanıması ilə bağlı siyahının olmasının şahidi deyiləm. Amma hesab edirəm ki, Azərbaycan tərəfin o iradəsi var ki, dünyanın harasında olursa-olsun, terror törədən istənilən qrupa qarşı mübarizədə əməkdaşlıq edir, istər İnterpol, istərsə də digər başqa qurumlar daxilində olsun. Açığı, deyə bilmərəm ki, rəsmən tanıma düsturu lazımdır ya yox. Amma əgər bir təşkilat terror fəaliyyəti ilə məşğul olursa, Azərbaycan o təşkilata qarşı lazımi mübarizəsini aparır. Ölkəmizin terror təşkilatlarını rəsmən terror təşkilatı kimi tanımağa risk etmədiyi yönündə düşüncələr tamamilə yanlışdır. Əgər bir terror təşkilatı varsa, Azərbaycan və ya başqa bir dövlət bu təşkilatı qanuni qurum kimi tanıyırsa, bu qəbahət sayıla bilər. Amma terror təşkilatı varsa, mütləq bu terror təşkilatını tanıma haqqında qanun qəbul olunması və rəsmən tanınması bir zərurətdir kimi beynəlxalq hüquqda belə bir tələb yoxdur. Azərbaycan qanunçuluğunda terrora, hətta onu maliyyələşdirənlərə qarşı qanunlar var. Rusiyada indiyə qədər kürd terror təşkilatlarının ofisləri bağlanmayıb, bu təşkilatın rəhbərləri ilə Bəşər Əsəd rejiminin rəhbərliyi arasında vasitəçilik olub. Belə şeylər qəbahət sayıla bilər”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “PKK ilə bağlı da təqribi mövqeyimiz bu şəkildədir. Amma Xarici İşlər Nazirliyi onun giriş-çıxışı ilə əlaqədar terror təşkilatı ilə bağlı bəyanat verə və mövqeyini bildirə bilər. Bizdə daha çox bununla bağlı xüsusi qərarlar qəbul olunmur. Çünki xatırlayırsınızsa, vaxtilə PKK ilə bağlı ciddi tələb var idi. Amma bu tələb xüsusi bir parlament qərarı ilə həyata keçirilmədi. Lakin Xarici İşlər Nazirliyi terror təşkilatı kimi tanıya bilər. Həmçinin onun ölkədəki fəaliyyətinin qadağan olunması istiqamətində addımların atılması mümkündür. Əgər Türkiyə maraqlarına uyğun fəaliyyət göstərmirlərsə, hansısa bir problem varsa, bunu qaldırmaq olar. Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Çalışmalıyıq ki, Türkiyəyə qarşı hər hansı bir mübarizə varsa və qardaş ölkə bununla bağlı hər hansı bir addımlar atırsa, onun yanında olaq. Bizdə xüsusi qərarla tanınan terror təşkilatı yoxdur. Əgər beynəlxalq qurumlar tərəfindən terror təşkilatı kimi tanınırsa, Azərbaycan da müvafiq konvensiyaya uyğun şəkildə onlara münasibət sərgiləyə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru