Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                 

“Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib” - Əliməmməd Nuriyev
Tarix: 4-01-2019, 10:14 | Çap et
“Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib”
Avropada bəzi azərbaycanlı mühacirlərdən ibarət formalaşan “söyüş müxalifəti”nin fəaliyyəti dözülməz həddə çatıb. Azərbaycan dövlətinə rəhbərlik edən şəxsləri hədəfə olan bu insanlar konkret olaraq bəzi məmurları Avropanın hansı ölkəsində görsələr, öldürəcəkləri ilə hədələyirlər. Bunu sosial şəbəkələrdə etdikləri canlı yayımlarda açıq şəkildə bildirirlər.

Artıq “söyüş müxalifəti” ilə bağlı ciddi addımlar atılmağa başlayıb. Son olaraq, Fransada məskunlaşan mühacir Vidadi İsgəndərliyə qarşı petisiyanın başladılması buna misaldır. Azərbaycan dövlətçiliyini gözdən salan bu müxalifətlə bağlı əlavə hansı tədbirlərin görülməsi ilə bağlı fərqli mövqelər var.

Hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Təəssüf ki, Avropadakı ”söyüş müxalifəti" günü-gündən fəaliyyətini genişləndirir. Təkcə ayrı-ayrı şəxsləri, onların ailələrini təhqir etmirlər, eyni zamanda terrora çağırışlar edirlər. Bunlar mahiyyət etibarı ilə cinayət xarakterli çağırışlardır. Azərbaycan və ayrı-ayrı ölkələrin milli qanunvericiliyində terrora çağırışlarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Hədə-qorxularla, ölüm hədələri ilə bağlı cinayət məsuliyyəti var. Bunları həyata keçirməyin yolları var. İlk növbədə, həmin şəxslərin bu cür çağırışlarını olduqları ölkələrin müvafiq orqanlarına təqdim etmək lazımdır. Çünki burada açıq çağırışlardan söhbət gedir. Artıq əminliklə demək olar ki, Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib. Bunların arxasında duran qüvvələrin mövcudluğu heç kəsə sirr deyil. Onları təhrik edən qüvvələr var. Təəssüflər olsun ki, Azərbaycanın düşmənləri bəzi hallarda bu proseslərdə iştirak edərək, azərbaycanlılardan istifadə etməklə niyyətlərini həyata keçirməyə cəhd edirlər. Bununla həmin mühacir azərbaycanlıların Avropada qalmalarını təmin edirlər. Bu fəaliyyəti stimullaşdırmaq üçün maliyyə və digər yardımlar olunur. Bütün bunlarla bağlı Azərbaycan tərəfin görməli olduqları işlər kifayət qədər çoxdur. “Söyüş müxalifəti”nin üzvlərinin çağırışlarını screen-şot edib olduqları ölkələrin hüquq-mühafizə orqanlarına, səfirliklərinə təqdim etmək olar. Eyni zamanda, onların səs yazılarını təqdim etmək mümkündür. Bütün bunları tərcüməçilər vasitəsilə həyata keçirmək elə də çətin deyil. Dövlətlərarası hüquqi yardımlar da burada əsas rol oynaya bilər. Azərbaycan tərəfin hüquqi yardımlarla bağlı imzaladığı müqavilələr var ki, bunlardan istifadə etmək olar. Ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bu konvensiyalar terrora çağırışı qəti şəkildə rədd edir və məsuliyyət nəzərdə tutur. Eyni zamanda dövlətləri bu işdə birgə fəaliyyətə təşviq edir. Həmin şəxslərin olduqları ölkələrdə necə yaşadıqları, hansı maliyyənin hesabına yaşadıqları ilə bağlı ciddi araşdırmalara ehtiyac var. Heç şübhəsiz ki, onların çirkli pullar hesabına yaşamaları ehtimalları daha yüksəkdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, araşdırma aparmaq olar. Həmin mühacirlərin etnik qarşıdurmaya çağırışları da var. Bu və ya digər çağırışların hər biri üçün Avropa ölkələrinin qanunvericiliyində məsuliyyət nəzərdə tutur. İnternet üzərindən bu çağırışlar etməyin məsuliyyət daşıması yeni qanunvericiliklərdə nəzərdə tutulub. Azərbaycan tərəfi konkret yuxarıda qeyd etdiyim sübutları müvafiq yerlərə təqdim edib həmin şəxslərin cəzalandırılmalarına, yaxud ölkəmizə köçürülmələrinə nail ola bilər. Bütün mümkün kanalları işə salmaq lazımdır. Bu cür yollarla onların cinayətkar hərəkətlərinin qarşısını almaq mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu çox çətin bir prosesdir. Uzunmüddətli proses olduğu hər kəsə məlumdur. Onu da unutmaq olmaz ki, Azərbaycandan kənarda bir sıra mərkəzlər var ki, anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Həmin mərkəzlər “söyüş müxalifəti” ilə sinxronlaşdırılıb. Onların fəaliyyətinin əksər hissəsi o mərkəzlər tərəfindən maliyyələşdirilir".

Hüquqşünas “söyüş müxalifəti”nin fəaliyyətinin Azərbaycan üçün təhlükəli olmadığını düşünür: “Onlar, sadəcə, olaraq Azərbaycan dəyərlərinə, bütövlükdə ümumbəşəri dəyərlərə qarşı hücuma keçiblər. Bu dəyərlərin zədələnməsi prosesi gedir. Bunlar gələcəkdə xoşagəlməyən nəticələrə gətirib çıxara bilər. Bu barədə düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu şəxslərin ailə üzvləri də var. Onların ailələri də bunların hərəkətlərinin qarşısını almağa çalışmalıdır. Mübarizəni sivil yolla aparmaq lazımdır. Əgər fərqli fikirlər varsa, bunu ölkə daxilində də həyata keçirmək mümkündür. Ölkəmizdə hazırda xeyli sayda şəxslər var ki, tamam fərqli fikirdədirlər. Onların ifadələri hətta daha sərtdir. Ölkələrindən rahat şəkildə çıxıb, sonra da geri qayıdırlar. Hətta burada bizneslərini belə qura bilirlər. Mətbuat və sosial şəbəkələrdə də açıq şəkildə fikirlərini ifadə edirlər. Ölkə daxilindən onlara dəstək verənlər də var. Hökumətə yaxın saytlarda çıxışlar belə edirlər. Onlar üçün tam olaraq azadlıqlar mövcuddur. Bu azadlıqlardan gen-bol istifadə edirlər. Müxtəlif yollarla ölkədən çıxanlarla bağlı bildiyiniz kimi cinayət işi başlanılıb. Onların saxta sənədlər düzəltdikləri, və bu yolla ölkədən çıxdıqları məlumdur. Həmin sənədləri haradan aldıqları, bu sənədləri onlara kimlərin təqdim etdiyi araşdırılır. Artıq bu istiqamətdəki faktlardan xəbərsiz olan qalmayıb. Vidadi İsgəndərlinin çağırışları birmənalı şəkildə cinayət xarakteri daşıyır. Bu çağırışlara görə dərhal cinayət işi qaldırılmalıdır. Biz indiyə qədər çox şahidi olmuşuq ki, mətbuat səhifələrində müxtəlif ölkələrin rəhbərlərinə qarşı təhdidlər yer alanda dərhal cinayət işi qaldırılıb. O insanlar üfunətlidirlər. Bu şəxslər öz ailələrinə, yaxınlarına belə ziddirlər. Onlara ləkə gətirirlər. Bütövlükdə millətin adına ləkədirlər. Mübarizə aparmaq istəyirsən, bunun qanuni yolları var. İstənilən halda narahatçılığa gərək görmürəm. Onların çağırışları virtual xarakter daşıyır. İnsanlar sabit şəraitdə yaşamağa üstünlük verirlər. Ölkəmizin müstəqilliyini qazanmaq üçün ağır yollardan keçmişik, indinin özündə də keçməkdəyik. Bu cür şəxslər bəlli fəaliyyətləri ilə ölkədə normal cəmiyyətin yaradılmasına mane olur, demokrat proseslərin sürətlənməsinə maneçilik yaradırlar. Bunlar ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının əllərində vasitədirlər. Yalançı vətənpərvərliklə nəyəsə nail olmaq mümkün deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru