Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                 

“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
Tarix: 29-12-2018, 10:02 | Çap et
“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
AĞ Partiyanın sədri Tural Abbaslı son günlər müxalifət düşərgəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Müxalifət düşərgəsində ilin sonlarında bir canlanma, hərəkətlilik müşahidə olunur. Bu yaxınlarda Əli Kərimli qısamüddətli həbsdən çıxandan sonra bir sıra siyasi partiyalarla danışıqlar apardı. İsgəndər Həmidov böyük bir toplantı təşəbbüsünü irəli sürdü və reallaşdırdı. Artıq xeyli vaxtdır Qarabağ Komitəsi aktiv fəaliyyət göstərir. Bütün bu baş verənlər nədən xəbər verir?

- Son illərdə Azərbaycanda siyasət meydanında bir sakitlik hökm sürürdü. Hətta aprel ayında keçirilən prezident seçkiləri belə, müxalifət düşərgəsini lazımi səviyyədə tərpədə bilmədi, müxalifət xalqı proseslərə qoşa bilmədi. Bir prosesdəki xalq iştirak eləmir, orada heç bir ciddi fəaliyyətdən, canlanmadan söhbət gedə bilməz. Ona görə də seçkilər dövründə hakimiyyət prosesləri istədiyi tərəfə yönləndirə bilmişdi və istədiyi nəticələri də əldə edə bildi. Müxalifət düşərgəsinin bir hissəsi isə mübarizə aparmaq əvəzinə, boykot adlı lazımsız, təsir imkanı olmayan bir yolu seçdilər. Biz AĞ Partiya olaraq seçkiyə qatıldıq, çalışdıq ki, cəmiyyətdə bir siyasi canlanma olsun. Siz də razılaşarsınız ki, bir çiçəklə bahar olmur. Bizi seçkiyə buraxmadılar. Yəni ilin əvvəlindən hər şey hakimiyyətin istədiyi kimi getdi. Milli Şuranın və AXCP-nin keçirdiyi bir neçə uğursuz mitinqlər də heç bir siyasi canlanma yarada bilmədi. O mitinqlər əks effekt verdi. Mübarizəyə olan-qalan ümidləri də Milli Şuranın keçirdiyi mitinqlər öldürdü. “Talana yox!” şüarı ilə keçirdikləri mitinq olan-qalan ümidləri də öldürdü. Həmin mitinqlərdən müxalifət yox, hakimiyyət yararlandı. Belə bir vəziyyətin hökm sürdüyü vaxtda, nəhayət, ilin ikinci yarısından siyasi qüvvələrin bir hissəsində hərəkətlənmə başlaması müsbət qiymətləndirilməlidir.

- Müsavat və AXCP-nin Qarabağ Komitəsində və müxalifətin zirvə toplantısında iştirak etməməsinə münasibətiniz necədir?

- Müxalifətdə bir inhisarçılıq var idi. Bəziləri tarixi adların altında, bəziləri isə xalq hərəkatından qalan adın arxasında gizlənərək müxalifətdə bütün öncüllüyün onlara məxsus olduğunu qeyd edirdilər, bu sahəni inhisarda saxlayırdılar. Amma liderliyin, öncüllüyün gətirdiyi öhdəlikləri də icra eləmirdilər. Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər. Cəmiyyətdən gələn sifarişləri qulaqardına vururdular və bu gün də belədir. Ona görə də cəmiyyətdə, müxalifətdə bir toparlanma, həm də inhisarçılardan qurtulma gərək idi. İlk və ən lazımlı toparlanma Qarabağ Komitəsi formuludur - baxmayaraq ki, Qarabağ Komitəsi siyasi təşkilat deyil, siyasi hədəfləri yoxdur. Qarabağla bağlı təhlükəli tendensiyanın müşahidə edilməsi bir çox partiyaları, ictimai təşkilatları və şəxsləri bir araya gətirdi və Qarabağ Komitəsi yarandı. Qarabağ Komitəsinin yaranması, aktiv fəaliyyəti və 29 sentyabrda keçirdiyi mitinq ölkənin ictimai-siyasi gündəmində bir canlanma yaratdı. Bu, ənənəvi köhnə müxalifət düşərgəsində də bir silkələnmə, ajiotaj yaratdı. Onlar artıq özlərinin müxalifət mövqelərinə sanki bir təhlükə yarandığını düşünməyə başladılar. İllərdir süni şəkildə qoruyub saxladıqları mövqelərin əldən gedəcəyi düşüncəsinə qapıldılar. Hələ də bu düşüncədədirlər. Qarabağ Komitəsinin yaranmasında əvvəllər Müsavat Partiyasının nümayəndəsi iştirak edirdi. Amma bir müddət həmin nümayəndə çəkildi kənara və bəyan elədilər ki, biz orada yoxuq. Elə bil ki, Müsavat və AXCP Qarabağ Komitəsinin uğurlu olmasını istəmirlər. Çünki onlar inhisarçılığı əldən vermək istəmirlər. İstənilən aktivlik göstərən quruma, birliyə onlar təhlükə kimi baxırlar. Məhz 29 sentyabr mitinqindən sonra başladılar Qarabağ Komitəsinə sosial şəbəkələrdə, saytlarda söz atmağa. Sonra da başladılar Qarabağ Komitəsinin tədbirlərinə paralel tədbirlər keçirməyə. Rəqabət canlanma yaratdı. Belə vəziyyətdə isə cəmiyyətdə Qarabağ Komitəsinə şüuraltı bir siyasi qurum kimi baxılmağa başlandı. Bunun da qarşısını almaq üçün ənənəvi metodlara əl atıldı. İnhisarçı tərəflərdən birinin lideri süni şəkildə guya həbs olundu, onun barəsində əzabkeş obrazı yaradılmaq cəhdi edildi və cəmiyyətə “əsas müxalifət budur” fikrini qəbul etdirməyə çalışdılar. Amma Əli Kərimlinin üzərində qurulan bu yeni oyun nəzərdə tutulan effekti vermədi. Süni şounun təsiri qısa bir zamanda itib getdi. Bundan sonra isə Əli Kərimli bəzi təşkilatlarla birlik yaratmaq istiqamətində təşəbbüslərə başladı. Bunun da effekti olmadı və Qarabağ Komitəsini kölgədə qoya bilmədi. İsgəndər Həmidov isə Qarabağ Komitəsində olanlar da daxil daha böyük spektrin iştirakını özündə ehtiva edən toplantı təşəbbüsü irəli sürdü. Qısa zamanda da bu təşəbbüs həyata keçdi. Çox yaxşı bir və geniş əhatəli bir toplantı oldu. Lakin AXCP və Müsavat, eləcə də özünü təzə müxalifət elan edən REAL bu toplantıya gəlmədi. Hətta bu toplantını onlar hakimiyyətdəkilərdən daha çox hədəfə aldılar, təhqir də etdilər. Toplantının alınmaması üçün əllərindən gələni etdilər. Amma istəklərinə yenə nail ola bilmədilər. Özlərinə “böyük” deyənlər iş görmürsə qoy özlərinə “kiçik” deyənlər bir araya gəlsinlər və çıxış yolları aransın. İlk addım kimi çox uğurlu addım saymaq olar. İnşallah, bu zirvə toplantısının ikinci mərhələsi yanvarın 5-də olacaq. Prosesin növbəti mərhələlərini yaradılan İşçi Qrup həll edəcək. Yanvarın 5-də olacaq müzakirələrdə daha konkret qərarlar qəbul ediləcək və proses davam edəcək.

Bu aktivlikdə ölkədə ehtimalı olunan hansısa seçkilərin gözləntisi amili rol oynamır. Yaranmış canlanmanı biz əgər məqsədyönlü şəkildə doğru düzgün addımlar ata bilsək daha effektli prosesə çevirmək mümkün olacaq. Nəhayət ölkədə real müxalifət hərəkatı ortada olacaq. 2019-cu ilin bu baxımdan cəmiyyətimiz və dövlətimiz üçün faydalı il olacağını düşünürəm.

- İsgəndər Həmidovun adını çəkdiyiniz iki partiya ilə də yaxın münasibətləri var. Sizcə, İsgəndər Həmidovun təşəbbüsünə qeyd etdiyiniz münasibət nədəndir? İsgəndər Həmidovu aşağı səviyyəli adamlarla dəyirmi masa keçirməkdə belə qınayırlar.

- İsgəndər bəy bunlarla yan-yana olanda ona “cənab general” deyə müraciət edirlər, özlərinə fəxr bilirlər ki, İsgəndər Həmidovla birlikdədirlər. Elə ki, İsgəndər bəy onların yanından bir addım aralandı dərhal ona, onun təşkil etdiyi tədbirə münasibət sərtləşdirilir. Təəssüf ki, bax. Bu cür cılızlıqlarını bir daha nümayiş etdirdilər. Onların bu cür yarıtmaz, korafəhm davranışları Müsavatı da, AXCP-ni də müttəfiqsiz qoyub, elektoratlarını dağıdıb. Müsavat və AXCP sonuncu qurultaylarından sonra məhvə doğru yol seçib. Arif Hacılı və Əli Kərimli bu yolda “uğurla” irəliləyirlər. Onlar bir-birini də qəbul etmirlər. Əli Kərimli Müsavat başqanı Arif Hacılının dəfələrlə etdiyi müraciəti saya salmadı, onu qəbul etmədi. Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın. Yəni bunların “mənəm-mənəmliyi” elə bir vəziyyətə gətirib çıxarıb ki, rəhbərlik etdikləri partiyalar təklənmiş vəziyyətdə qalıblar.

Belə bir vəziyyətdə İsgəndər Həmidov kimi şəxsləri də özlərindən incik salırlarsa, artıq deməyə söz qalmır. O iki partiyanın davası nə olur olsun, hədəf müxalifətin hakimiyyəti olmaqdır. Bu, isə xalq üçün qətiyyən maraqlı deyil. İsgəndər Həmidovun təşəbbüsü ilə keçirilən zirvə toplantısında iştirak edənlərin sırasına baxsanız görəcəksiniz ki, həmin adamların və təşkilatların əksəriyyəti zaman-zaman Müsavatla, AXCP ilə bir yerdə olub. Belə çıxır ki, onlarla müttəfiqlik edəndə həmin qüvvələr müxalifət idilər, böyük idilər, indi onlarla bir yerdə deyillərsə müxalifət ola bilməzlər? Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu? Tural Abbaslı Müsavatın aparıcı funksionerlərindən idi. İndi Tural Abbaslını aşağılayırlar öz aləmlərində. Sözügedən zirvə toplantısında masanın ətrafında Əbülfəz Elçibəy iqtidarının nazirləri, baş prokuroru, böyük vəzifə tutmuş şəxsləri əyləşmişdilər. İndi nə oldu ki, Elçibəy yolunu getdiklərini elan edənlər indi Elçibəyin komandasını aşağılayırlar. Bunlar özlərini Elçibəydən də böyük lider hesab edirlər ki, Elçibəyin bir masa ətrafında oturduğu insanlarla bir masa ətrafında oturmağı özlərinə rəva bilmirlər?! Zamanında Qarabağ Komitəsinə də bu cür ironiya eləmişdilər. Lakin xalq gördü ki, kim hansı yolu tutub. Əgər müxalifətin zirvə toplantısındakıları bəyənmirlərsə, aşağılamasınlar. Özləri-Müsavat və AXCP bir araya gəlsin, əməkdaşlıq müqaviləsi imzalasınlar. Görək imzalaya bilirlər? Bunlar öz aralarında bir araya gələ bilmir və bir araya gələnləri isə gözdən salmaqla məşğuldurlar. Bu isə artıq başqa şübhələrə də yol açır. Sanki bazarlarının ölə biləcəyindən qorxurlar. Amma arxayın olsunlar biz heç kimlə bazarlığa gedən deyilik. Onlar öz bazarlıqlarında olsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru