Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                 

“Müxalifət daxilində durumunun bu qədər bərbad olduğunu təxmin etmirdim” - İsgəndər Həmidov
Tarix: 25-12-2018, 08:40 | Çap et
“Müxalifət daxilində durumunun bu qədər bərbad olduğunu təxmin etmirdim”
Dekabrın 25-də saat 12:00-da KXCP qərargahında “Müxalifətin zirvəsi” keçiriləcək. Görüşün mövzusu “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri”dir. Dəyirmi masaya 37 partiya sədri dəvət olunub.

Artıq dəvətlilərdən AXCP, REAL və Azad Demokratlar Partiyasının tədbirdə iştirak etməyəcəyi dəqiqləşib. Bəzi siyasətçilərin hətta siyahıda adlarının yer aldığı sıradan narazı qaldıqları üçün zirvə görüşündə iştirak etməyəcəkləri barədə xəbərlər yayılıb. Gənc siyasətçilərin, yeni qüvvələrin tədbirə dəvət olunmalarından narazı qalanların da olduğu bildirilir.

“Müxalifətin zirvəsi”nin təşəbbüskarı olan AMDP sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında dəyirmi masada təxminən 30 dəvətlinin iştirak edəcəyini söylədi: “Zirvə görüşü ilə bağlı görüşlərimiz normal keçdi. Dəvətə yox deyənlər normal şəkildə bunu bildirdilər. Qalanları çox razılıqla iştirak edəcəklərini söylədilər. İlk vaxtlar çoxlu suallar ortaya çıxdı. Birinci sual ondan ibarət idi ki, gözlənilən növbədənkənar parlament seçkiləri ilə bağlıdırmı. Mən də qəti şəkildə bunun seçkiyə heç bir aidiyyətinin olmadığını söylədim. Seçki mühitini dəyişmək üçün dəyirmi masada müzakirələr gedə bilər. Amma birmənalı şəkildə bəyan edirəm ki, burada nə parlament seçkiləri, nə də gələcəkdə prezident seçkiləri ilə bağlı birlik yaradılacaq. Sadəcə, yaranmış durum və müxalifətin bundan çıxış yollarını müzakirə edəcəyik. Gələn ilin ilk yarısında parlament seçkilərinin keçirilə biləcəyi barədə xəbərlər dolaşır və kimsə düşünürsə ki, o seçkilərdə iştirak edəcək və bu kampaniya ilə ona dəstək verəcəyik, çox yanlış fikirdədir. Biz ondan ötrü yaranmırıq. İndiyə qədər çoxsaylı seçki blokları olub və onların taleyi ortadadır. Dəyirmi masaya 30 partiyanın qatılacağını gözləyirəm. Ədalət Partiyasının sədri İlyas İsmayılov xəstədir, ona şəfalar diləyirəm. Özü xəstə olsa da, onun partiyasının nümayəndəsi görüşdə iştirak edəcək. İlyas müəllim öz böyüklüyünü, ağsaqqallığını göstərdi, xeyir-duasını da verdi. Tədbirdə iştiraka yox deyən üç partiya var. Qalanları müsbət cavab veriblər və dəyirmi masada iştirak edəcəklərini düşünürük. Müsavat Partiyasından hələ yekun cavab almamışıq. AXCP sədri Əli Kərimli açıqlama verərək iştirak etməyəcəklərini söylədi. Onun mövqeyinə hörmətlə yanaşırıq. REAL-la əlaqə yaratmaq istədik, amma əlaqəyə çıxmaq istəmədilər. Əlaqə yaratmaq istəməməkləri yox cavabıdır, mən belə düşünürəm. Sülhəddin Əkbər də iştirak etməyəcəyini bildirib”.

Sabiq nazir müxalifət daxilindəki durumdan da gileyləndi: “Açığı, əvvəlcədən bilirdim ki, vəziyyətimiz elə də yaxşı deyil. Amma bu dərəcədə bərbad olduğunu bilmirdim. Diqqət edin, görün necə xırda söhbətlər gedir, filankəs niyə siyahıda var, filankəs niyə beşincidir, mən 27-ciyəm. Onlara başa sala bilmədim ki, biz müxalifətin geniş dəyirmi masasını keçirmək istəyirik. Burada yaxşı da, pis də olacaq. Sənin də, mənim də bəyənmədiyim ola bilər. Bütün bunların hamısını bir kənara qoyub, müzakirələri birlikdə aparmağı dəfələrlə təklif etdim. Çox gərgin danışıqlar keçdi. Təsəvvür edin ki, 5 saat danışıq aparmışam, evə gəlmişəm, namazımı qılmışam, həmin adamlar məni təzədən müzakirəyə çağırıblar. Gedib təzədən 4 saat da müzakirə aparmışıq. Bu ay mənim üçün çox gərgin oldu. Mənə xəstəliyimlə əlaqədar çox danışmaq olmazdı. Amma day buna məcbur idim. Əvəz Zeynallının qəsdən belə siyahı hazırladığı yönündə xoşagəlməyən fikirlər səslənir. Bunlar tamamilə yanlışdır. Oturmuşuq çayxanada, çay içə-içə kimlər yada düşdükcə yazmışıq. Keçirdiyim görüşlərdə dedim ki, əgər günahkar varsa, o da İsgəndər Həmidovdur. Bütün məsuliyyəti boynuma götürdüm. Açığı, fikirləşməzdim ki, kimsə siyahıda neçənci yerdə olduğunun söhbətini apara bilər. Hətta görüşlərin birində siyahını necə hazırlamaqla bağlı fikirləri soruşdum. Biri dedi ki, əlifba sırası ilə hazırlayaq. Dedim ki, o zaman əlifbada ilk gələn A hərfidir və filankəsi ora yaz. Buna etiraz edərək dedi ki, o sovetdən qalan, familiya öndə yazılan əlifba sırasıdır. Dedim ki, o zaman adla siyahı hazırlayaq. Kimin birinci olacağını dedim. Buna da etiraz etdi. Mən də əsəbləşib dedim ki, indi siz nə istəyirsiniz? Belə xırda söhbətlər çox oldu”.

İ.Həmidov müxalifət daxilindəki yeni qüvvələrin, gənclərin dəvəti normal qarşıladıqlarını bildirdi: “Yaşlı nəsil gəncləri qəbul etmir. Onu dedim ki, əvvəl-axır meydan gənclərə veriləcək. Onlar qabağa getməlidirlər. 70-80 yaşında ikiəlli yapışıb siyasətin qarşısında durmağın nə mənası var ki? Onsuz da heç nə edə bilmirsən. Hər zaman demişəm, yenə də deyirəm. Siyasətçi öz yerinə gənc kadr hazırlaya bilmirsə, o, siyasətçi deyil. Bu onu xatırladır ki, filankəs olmasa, dövlət və ya təşkilat batar. Gənclərə qarşı hazırda qısqanclıq var. Bir şeyi deyim ki, ”Müxalifətin zirvəsi" ilə bağlı gənclərin heç biri yaşlılara qısqanclıq etmədi. Məsələn, gənc siyasətçi, yeni qüvvə sayılan AĞ Partiya başqanı Tural Abbaslı oradadır. Həmçinin yeni qüvvələrdən Sahib Kərimli də orada var. Bunlar və orada olan digər gənc, yeni qüvvələrin heç biri yaşlılara qısqanclıqla yanaşmadılar, heç bir iddia ortaya qoymadılar. Açığı, mən istəyirəm ki, onların ideyası olsun. Ürəkdən istərdim ki, iddiaları böyük olsun və gələcəkdə bunu həyata keçirsinlər. Gənclərə qısqanclıqla yanaşmağın nə mənası var?"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru