Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                 

“Heç bir jurnalisti məhkəməyə verməmişəm” - deputat
Tarix: 24-12-2018, 09:44 | Çap et
“Heç bir jurnalisti məhkəməyə verməmişəm”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə müsahibəmiz nəhayət, baş tutdu. Məsələ burasındadır ki, hər dəfə müsahibə istəyimə sosial şəbəkədə, ayrı-ayrı media orqanlarında barəsində yer alan iddiaları, hətta təhqiramiz fikirləri əsas gətirərək yarı zarafat, yarı gerçək “həmkarlarım olsanız da, siz jurnalistlərlə danışmağa ehtiyat edirəm” deyirdi. Dediklərinin olduğu kimi dərc olunacağını əmin etdikdən sonra növbəti şərti oldu: “Mənim parlamentdəki çıxışlarımın videokadrlarına baxın, görün barəmdə səsləndirilənlərin əsası varmı?” Hətta müsahibədən öncəki ilk dəqiqələr iş otağında qoyulmuş kompüterindəki çıxışlarını dinləməyimizə sərf olundu. Hər çıxışdan sonra da “bax, görürsünüz mən nə demişəm, onlar nə yazırlar, yanlış, təhrif, iftira, elə isə məni niyə söyürlər” sualını verirdi. Bütün bu “prosedurları” qət edəndən sonra müsahibəyə başladıq.

-Hadı müəllim, 2019-cu ilə sayılı günlər qaldı. Sosial siyasət komitəsinin sədri olaraq büdcə müzakirələrinin yekunları barədə nə deyə bilərsiniz? Gələn il aztəminatlı ailələr sevinəcəkmi?

-Dünya ölkələrinin parlamentlərində noyabr, dekabr ayı bütövlükdə büdcənin müzakirəsi gedir, istək və arzular səslənir. Siz də deputatları dinlədiniz. Biri dedi kəndə yol çəkilsin, digəri dedi məktəb tikilsin. Hərə öz regionu ilə bağlı arzularını söylədi. Bizim komitənin iclasında bütün müzakirələrin mahiyyətində Azərbaycan vətəndaşı, vətəndaşın qayğıları dururdu. Azərbaycan əhalisinin yarısı sosial müdafiə və sosial təminat sistemi ilə əhatə olunan qruplardır. Bununla bağlı əlbəttə, biz çox maraqlı fikirlər səsləndirdik. Sevindirici hal odur ki, bu fikirlərin böyük bir qismi büdcədə öz əksini tapdı.

****

-Siz komitə sədri olaraq nəticədən razı qaldınızmı?

-Təbii ki, tam razı qala bilmərik. Nəyə görə? Biz bu gün reallıqdan, büdcənin imkanlarından, vəsaitin toplanmasından, o imkanlar daxilində büdcənin bölünməsindən çıxış etməliyik. Bizim o qədər böyük arzularımız var ki, onları həyata keçirmək üçün dörd belə büdcə lazımdır. Bu, olduqca çətin məsələdir. Biz nəyə sevindik? Büdcəmizin 33, 4 faizi, 9 milyarda yaxın məbləğ bilavasitə sosial məqsədlərə yönəlib. Sosial müdafiə sistemində artımlar nəzərdə tutulub. Şəhid ailələrinə verilən 11 min manatlıq vəsait gələn il üçün də nəzərdə tutulub. Qaçqın və məcburi köçkünlər üçün ev tikintisi var. Qarabağ əlilləri üçün mənzil tikintisi nəzərdə tutulub. 2019-cu ildə bu vəsait 2018-lə müqayisədə azalmayıb, artıb. Sosial Müdafiə Fondunun büdcəsində 400 milyona yaxın vəsait pensiyaların artımı üçün ayrılıb. Müzakirələrin gedişində bir sıra məqamların nəticəsi oldu ki, hardasa 2 milyarda yaxın əlavə olaraq vəsait büdcədən məxaricə artırıldı. Bunun kökü də əsaslandırıldı ki, bu vəsait haradan əldə olunacaq.

Yəni bunlar hamısı büdcənin sosialyönümlü olmasından, xalqa xidmət etməsindən xəbər verir. Büdcədə maraqlı məqamlar var. Məsələn, gələn ildən pensiya hesablanarkən DOST xidməti bu işlərə qoşulacaq, bürokratik əngəllər aradan qaldırılacaq. Bütün 124 növ sosial müdafiə sistemində elektronlaşma üçün əlavə vəsait ayrıldı. Tibbi sığortanın inkişafı ilə bağlı səhiyyəyə təxminən 70 faiz artıq vəsait yönəldildi. Yaşı çatmış vətəndaşların pensiyaya çıxması üçün 2006-cı ilin 1 yanvarına qədər 25 il staj güzəşti nəzərdə tutuldu. 70 minə qədər adamın pensiyasının artması gözlənilir. Minimum pensiyanın 121 manatdan 172 manata qaldırılması artıq reallaşır. Bütövlükdə gələn ilin büdcəsi mövcud imkanları ilə sosial müdafiəyönümlü və investisiya tutumlu büdcədir. Bu mənada vətəndaşların sevinməsinə yer və əsas var.

-Sizin pensiya yaşının artırılması ilə bağlı fikirləriniz çox hallarda aqressiv reaksiyalara səbəb olur. Məsələn, siz pensiyada olanların orta yaşının 77 olduğunu demişdiniz, amma həkim Rəşid Mahmudov israrla deyir ki, Azərbaycanda pensiyaçıların orta yaşı 59-dur...

-İndi Elşad müəllim beynəlxalq təşkilatların istinad etdiyi və inandığı bizim Dövlət Statistika Komitəsinə inanaq, yoxsa Rəşid Mahmudova? Xahiş edirəm, cavab verin!

-Məntiqlə rəsmi statistikaya inanmalıyıq, amma əks fikri də tam inkar etməyə əsasımız yoxdur...

-O, əks fikir deyil, təhrif olunmuş fikirdir. Gəlin biz təhrif olunmuş fikirlərə, populist söhbətlərə qulaq asmayaq. Bax, elə mənim həmişə mübahisə mövzum, cəmiyyətdə gərginlik yaradan fikrim budur ki, kütlə psixologiyası “göp da olsa, maraqlıdır” ideyası ilə çıxış edən adamlarımıza daha çox qulaq asır, nəinki rəsmi statistikaya və reallıqlara. Əlbəttə, tamamilə yanlış fikirdir. Bu gün Azərbaycanda bütövlükdə əhalinin orta yaşı 75,2-dir. Qadınlarda bu yaş 77-ni keçir, kişilərdə bir yaş aşağıdır. Yəni bütövlükdə bu rəqəm yaxşı göstəricidir. Əlbəttə, biz dünyaya inteqrasiya edirik, dünyəvi dövlətik. Bu gün dünya dövlətlərinə diqqət yetirəndə görürük ki, hər yerdə bu proseslər gedir. Gördünüz, Rusiyada pensiya yaşının artırılması prosesi getdi. Yəni pensiya yaşının artması qeyri-populyar addımdır. Xoşa gəlmək üçün nə demək lazımdır: pensiyanı 52 yaşa endirmək lazımdır. Xoşa gəldi, “ura”, əl çaldıq. Amma 52 yaşına çatan adam deyir ki, mənin əl-ayağım salamatdır, sağlamam, əmək qabiliyyətliyəm, məni niyə pensiyaya göndərirsiniz?

-Sovet vaxtı güzəştlər var idi. Məsələn, çoxuşaqlı analarla bağlı. Azərbaycanın imkanları indi qat-qat genişdir. Vətəndaşlara müəyyən güzəştlər edilə bilməzmi?

-Siz mənim Milli Məclisdəki çıxışlarıma baxdınız. Nə demişəm orda? Mən də demişəm. Bu gün bizdə çoxuşaqlı ailə 5-dən çox uşağı olan ailələrə deyilir. Hadı müəllim nə deyir: 3-dən çox uşağı olan ailələr çoxuşaqlı hesab edək.

-Yeri gəlmişkən, siz ölkədə doğumun səviyyəsinin aşağı düşməsi ilə bağlı da parlamentdə həyəcanlı çıxış etdiniz. Kifayət qədər ciddi məsələdir. Bu barədə nə deyə bilərsiniz?

-Ola bilər hardasa dediklərim qəbul olunmasın, amma mənim bununla bağlı ciddi narahatlığım var. Azərbaycanda 2011-ci illə müqayisədə illik doğuş azalıb. 177 min 600-dən keçən ildə təxminən 134 minə düşüb. Yəni ölkədə doğuş hissolunan dərəcədə azalıb. Ölümsə təxminən stabil qalıb. Yəni insanların ömrü uzanır, amma doğuş azalır. Bunun çoxlu səbəbləri var. Amma bu heç də bilavasitə sosial durumla bağlı deyil!

-Ailələrə uşaq pulunun verilməsi məsələsi bərpa oluna bilərmi?

-Yox. Fikir səsləndi ki, biz ünvanlı yardımı uşaq pulu ilə əvəz edək. Bu, populizmdir, düzgün fikir deyil. Dünyada da bu cür siyasət yoxdur. Ünvanlı yardımın məqsədi sosial durumu ağır olan ailələrə dəstək olmaqdır. Hamilə qadınlara və doğuşa görə ödəmələr isə başqa mövzudur.

-Hadı müəllim, bu istiqamətdəki qüsurlarla bağlı da vaxtaşırı yazılar dərc olunur. Deyək ki, vətəndaşlara arı pətəyi mal-qoyun alıb verirlər, ancaq bu proses də bəzi hallarda nöqsanlı şəkildə həyata keçirilib.

-Burda məsələ başqadır. Özünəməşğulluq deyilən siyasət var. Mətbuatda yazdılar, 3 il bundan qabaq Hadı Rəcəbli dedi ünvanlı yardım əvəzinə, vətəndaşlara qoyun alıb verək. Görün mənim nə qədər mütərəqqi, dünyəvi fikirlərimi dərk etməməkdən, yaxud lağa qoymaq üçün yanlış yerə yozdular. İndi nəyə gəlib çıxdıq? Özünəməşğulluğa. Nədir bu? Əl-ayağı üstündə olan, sağ-salamat adama niyə pul verək ki, get, xərclə! Deyirik ki, gəl sənə təsərrüfat yaradaq, o malı da sənə bağışlayaq. Bu yardım 7 min ailəyə verilib. Təsəvvür edin, minlərlə ailəyə həmin yardım edilir, ikisində problem yaranır, nöqsan olur. Məsələn, 20 dənə qoyun verirlər, deyir bunun ikisi doğar deyil. Mətbuata çıxır, ora-bura yazılır. Əlbəttə, mən də razıyam, ola bilər elə nöqsan olsun. Amma bu, o demək deyil ki, pis ideyadır. Axı, 7 min ailə bunu alacaq. 7 min ailə ilə bağlı görülən işi iki nəfər qaralayır. İndi o adamın xeyrini Allah kəsib e, onun içində naşükürlük var. 20 qoyun almısan, onun ikisi belə çıxıb da. Sən bunun üçün qırğın sal, bütün mətbuata çıx...Biz o boyda işi niyə kölgə altına alaq?

-Şəhid ailələrinə ayrılan birdəfəlik yardımın ödənilməsi ilə bağlı müzakirələr davam edir. Bu günlərdə prezident bir daha məsələdə ədalətli olmağı tövsiyə etdi. Siz şəhid ailələri ilə də görüşmüşdünüz və hökumətlə əlaqədar rəsmi şəxssiniz. 2019-cu ildə bu problem birdəfəlik həllini tapacaqmı?

- Biz niyə bunu məsələ kimi qoyuruq? Gəlin, məsələni belə qoymayaq. 9531 ailə, şəhidlərin varisləri həmin vəsaiti alırlar, elədirmi? Bunların içində problem yoxdur ki? Hansı qrupda problem var? İndi burda da xoşagəlimli danışıq da ola bilər, necə ki, parlamentdə danışdılar, həmçinin obyektiv danışıq da. Eyni zamanda burada məsələlərin müsbət həllinə kömək edən addımlar da atıla bilər. Mən o adamlarla görüşdüm. Yadınızdadır yəqin. Ancaq o görüş də təhrif olundu. Bəlkə də baxdınız, şəhid ailələri ilə görüşdən sonra mənim şəklimi qoyub saatımı müzakirəyə çıxartdılar. Qolumdakı saata 203 min avro qiymət qoydular. 203 min! Buyur, bu saat neçəyədir? (saatı göstərir - E.P.)

- Çətin sualdır. Cenevrə saatıdır...

- Adi saatdır. Bunun 500 dollar qiyməti var. Amma mətbuata çıxartdılar, hay-küy… Hansı ki, şəhid ailələri ilə çox səmimi söhbətim olmuşdu. Onlar da məni başa düşdülər.

- Amma söz-söhbət səngimir...

- Məsələnin mahiyyəti necədir? Əlbəttə, problemlər ola bilər. Siyahılarda 2800 ailə həmin vəsaiti almış kimi göstərilir. Bax, görürsünüz, biz gərək bu məsələni belə qoyaq. Məsələnin qoyuluşu düz deyil. Prezidentin fərmanında göstərilir ki, şəhid olmuş hərbi qulluqçular, 1997-ci ilə qədər bu yardımı almayanlar. Almayanlardan söhbət gedir. İndi bunların içində alanlar siyahısı var. Əlbəttə, bunların içərisində uyğunsuzluq da ola bilər, heç vaxt inkar eləmirik. Araşdırılıb, bəziləri hətta alıb da. Alan deyir ki, bu, nə puldur mən o vaxt almışam? Yəni burada obyektiv və subyektiv səbəblər var. Ola bilər bunların içərisində haqlı adamlar da var. Amma bunların gündə aksiyaya çıxmaları, şou düzəltmələri həm şəhidin adına hörmətsizlikdir, həm dövlətin gördüyü işlərə kölgə salır. Mən bunları başqa cür görmək istərdim. Gəlin, onların hərəsini şefliyə götürək, problemlərini araşdıraq , onlarla başqa yolla məşğul olaq, ayrı bir forma tapaq, sosial durumu ağır olanlara baxaq onlara dəstək olaq. Lap elə sahibkarlardan da bu işə cəlb edək.

-Hətta iş adamlarından biri yardım üçün müraciət etmək istədiyini bəyan etdi...

-Bəli, müraciətlər oldu. İndi baxın, görün nə olacaq: onu edən kimi, başqa mövzu çıxacaq ortaya. Ordakı 2800 adamın hamısı bu köməyi istəyəcək .Axı onların içərsində həqiqtən alanlar və razı olanlar da var.

-Hadı müəllim, sizin az qala hər sözünüz, fikriniz geniş müzakirələrə səbəb olur. Hətta özünüz çağırış etdiniz ki, “sosial şəbəkələrdə məni təhqir edirlər onları nəvələrim oxuyur, məni niyə təhqir edirlər, nə günahın sahibiyəm?” Bəlkə siz tənqidlərə çox dözümsüz yanaşırsınız, ona görə belə nəticə alınır? Sizin statusunuz elədir ki, əhalinin əksər hissəsinin durumu ilə birbaşa əlaqəli şəxssiniz və sizə bu qədər həssaslıq başadüşüləndir. Bəlkə siz barənizdə səslənən fikirlərə çox həssas olduğunuzdan qaynaqlanır məsələlər?

-İndi mən sizə sual verirəm: siz haçan parlament iclasında mənim dözümsüzlüyümü hiss etmisiniz? Olubmu?

-Xatırlamıram. Söhbət mətbuatdan gedir.

-Mətbuatda da, təkzib etmək mənim hüququmdur. Amma mən hansı jurnalisti məhkəməyə vermişəm, buyurun, deyin görüm.

-Onu da xatırlamıram.

- Belə bir şey olmayıb. Demək, mən dözümlülük nümunəsi göstərirəm. Amma həddi aşılanda... Sən də mənim həmkarımsan. Axı, mən də mətbuatda işləmişəm. Burada 30 parlament jurnalisti var. Görürlər ki, mən kiməm, nəçiyəm, özümü necə aparıram. İnsanların içərisindəyəm, sadə adamam, təvazökar deyirlər. İndi necə olur, onlar da bir reaksiya versinlər də. Mən gəlib görüşürəm, deyirəm ay oğul, bunu düzgün yazmamısan. Modern.az sağ olsun, təkziblərimi verir. Sizdə də bəzən mənim təkziblərim verilib. Jurnalistdir, görüşürəm, danışırıq. Mənim jurnalistə dediklərim qalır bir tərəfdə, onun içərisindən iki cümlə bu yandan, iki cümlə o yandan çıxarıb qoyurlar sayta.

-Siz sosial şəbəkələrdə də varsınız, eləmi?

-Bəli, mənim feysbuk səhifəm var. İzləyirəm və mənim gördüyüm işlər də orda əksini tapır. Ordakı çıxışlarıma baxın. Mənim kəskin əhalinin sosial müdafiəsiylə bağlı çıxışlarımın hansına mətbuat müsbət reaksiya verib? Dedik müavinət əvəzinə qoyun verilsin, buyurun, gəldik, çıxdıq ona? Hadı müəllim deyir ki, ələbaxan olmayaq. Gəldik, çıxdıq ona? Hadı müəllim deyir ki, qənaətcil olaq, burda nə pis şey var? Başqa bir məsələni deyim: mən çox təəssüf edirəm ki, bu gün feysbuk səhifələrində Azərbaycanın mentalitetinə uyğun olmayan təhqirlər yer alır. O adamlar ki təhqir yazır bilməlidirlər ki, söyüşlərin hamısı onlara ünvanlanır. Xalq, mənim qohum-əqrəbam, tanış-bilişim, o adamlara o söyüşü çox mədəni surətdə qaytarırlar ki, sən əgər kimisə təhqir edirsənsə, gözlə ki, səni də o cür təhqir edə bilərlər. Ona görə də mən adamlarımızı bir az loyal, şükranlı olmağa, cəmiyyətdəki proseslərdən yaxşı mənada nəticə çıxartmağa çağırıram. Qoy qara eynəyi gözlərindən çıxartsınlar.

-Müəllimlərlə bağlı dediklərinizdən hələ də danışılır. Baxmayaraq ki, təkzib verdiniz...

-Bu söhbət 6-7 il əvvəl olmuşdu. Mənim ailəmdə müəllimlərdir. Həyat yoldaşım Əməkdar müəllimdir. Anam əməkdar müəllim olub. İki bacım müəllimədir, qızımın biri dosentdir. Oğlumun biri fəlsəfə doktorudur, dərs deyir. Mən özüm İdarəçilik Akademiyasında professoram. Buyurun! Müəllimlərin içərisində olan, müəllimlərlə bilavasitə bağlı olan adam elə söz deyərdimi? Mənim müəllim haqqında o qədər xoş, qayğıkeş, dediklərimdən sonra sən necə bunu “KVN”-ə qoyursan? Belə şey olar? Hadı Rəcəbli deyibmi ki, müəllim daş daşısın?!

-Ciddi məsələ deyil ki, gülmək üçündür, yumordur.

-Gülməcə də elə olmaz. Gülməcə həqiqətə bir az yaxın olmalıdır da...

-Hadı müəllim, söhbətimiz dövlət başçısının doğum gününə təsadüf edir. Prezidentin ad gününə yəqin ki, parlamentin ən uzunömürlü deputatlarından biri, komitə sədri və YAP-ın siyasi şurasının üzvü olaraq özəl təbrikiniz və hədiyyəniz olacaq, eləmi?

-İlk növbədə mən özümü ulu öndərin, Heydər Əliyev dühasının yetişdirməsi hesab edirəm. Siz mənim tərcümeyi-halıma baxmısınızsa. 1971-ci ilin fevral ayından ulu öndərin tövsiyələri ilə, xarizması ilə, iş metodu ilə mən peşəkar siyasətə gəlmişəm və çətin həyat yolu keçmişəm. Kimsəsiz, arxası olmayan, zəhmət, sədaqət, qismət və məqsəd mənim həyat mənam olub. Biz ulu öndərin yetişdirməsiyik. Mənə qismət olub 1994-cü ildə İlham Əliyev cənabları ilə Kəbə evinin içərisinə girmişik. Mən indiki cənab prezidentimizi orda daha yaxından görmüşəm, hərəkətlərinə, yerişinə, duruşuna göz qoymuşam və ona xüsusi simpatiyam yaranıb. Sonradan tale qismət elədi ki, 1995-ci ildən deputat kimi İlham Əliyev cənabları da parlamentin üzvü oldu. Əgər baxmısınızsa, biz onunla 6-7 il çox yaxın oturmuşuq. Anar Məmmədxanov yanında otururdu, mən qarşıda. O mənə göz qoyub ki, mən iclası orda necə aparıram, tədbirlərdə necə çıxış edirəm, mən də ona sözün əsl mənasında iftixar hissi ilə göz qoymuşam. Təvazökar, işgüzar, ağıllı, dedikcə yerində olan lider kimi. Mən Şəkidə birinci katib olanda eşidəndə ki, İlham Əliyev cənabları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur, bundan iftixar hissi duyurdum. Sonra orda dərs deyəndə bununla qürrələnirdim. 90-cı ildə Heydər Əliyevlə bir yerdə Moskvada, Azərbaycan səfirliyinə gedəndə, cəsarət nümunəsi göstərəndə mən onunla fəxr elədim ki, belə kişilər, belə oğullar var.

Mənim onun haqqında 2003-cü ilin 3 avqustunda parlamentdə bir çıxışım var, orada bütün bu fikirlərimi səsləndirmişəm. Bu gün də İlham Əliyev dövlət quruculuğu modelində siyasi elmlər alimi, sosial-siyasətin nəzəriyyəsini bilən adam kimi məni sevindirən olduqca maraqlı və dünyada qəbul olunan məqamlar var. Biri nədir? İlham Əliyev dövlət quruculuğunda səbəblə mübarizə aparır, nəticə ilə yox. Məsələn, xəstəliklərin yaranma səbəbi nədir? Çirkli su içmək. Suyun təmizlənməsi, böyrək xəstəliklərinin qarşısını alır. Nikaha girənlərin hemofiliya və talassemiya ilə bağlı tibbi arayışın olması bu xəstəlikləri aradan qaldırır. Yəni ilk olaraq səbəblə mübarizə aparır. İkincisi, görülən işlərin hamısı dünyəvidir. Bu gün bizdə olimpiya oyunları, beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir. Burdakı beynəlxalq tədbirlər keçiriləndə xaricilər deyir biz neyləyəcəyik, bu şəkildə keçirə bilməyəcəyik. Xəstəxanalar da, məktəblər də dünyəvi tikilir. Üçüncü vacib məqamlardan biri sosial müdafiədə passiv müdafiədən aktiv müdafiəyə keçiddir. Məsələn, biz özünüməşğulluq dedik. Ünvanlı yardım verirdik, gedib yeyib-içirdi, yatırdı. Amma indi vətəndaşa təsərrüfat yaradırlar, sahibkarara çevrilirlər.Bu da yeni modeldir. Mən çox sadalaya bilərəm. Amma bunların ən başlıcası azərbaycançılıq ideologiyasıdır. Tolerantlıq, multikulturalizm, dünyəvilik İlham Əliyev dövlət quruculuğunun mahiyyətindədir. Baş məsələ nədən ibarətdir? Azərbaycanda terrorizm yox, sabitlikdir, yaşamaq üçün bütün şərait var, gecələr şəhərə rahat çıxıb gəzə bilirik. Biz daim neqativ axtarırıq. Cəmiyyət olan yerdə neqativlər, problemlər var. Problemlərin həll yolunu İlham Əliyev cənabları necə axtarır? ASAN Xidməti yaradır. İndi sosial müdafiə sistemində DOST xidmətini yaradıb. Bütün görülən işlər korrupsiyanın qarşısının alınmasına yönəlib. Kəskin addımlar atır. Nazirləri, icra başçılarını çıxartdı. Bizim xalqımız bunu bilsin, cəmiyyəti idarə etmək elə də rahat deyil. Bu gün möhtərəm prezidentimiz bu addımları atır. Baş məqsədi Azərbaycan vətəndaşıdır, onun güzəranının yaxşılaşmasıdır. Biz yolların çəkilməsini, məktəblərin tikilməsini, körpülərin salınmasını adi məsələ sayırıq, bunlar hamısı sosial müdafiə elementləridir və son nəticədə xalqa xidmət edən işlərdir. İlham Əliyev cənablarına mən ömrü boyu sədaqətlə xidmət etmişəm, həmişə sədaqətli olacağam. Məni parlamentə tövsiyə edən mənim partiyamdır, o da mənim partiyamın lideridir. Ona görə də mən daim İlham Əliyev dövlət quruculuğu modelinin xəttində duracağam. Onun da mahiyyətində Azərbaycan vətəndaşı dayanır. Deməli, mən mahiyyətcə Azərbaycan xalqına, vətəndaşına, bax, həmin o kişinin, o böyük şəxsiyyətin apardığı siyasət xəttilə xalqa xidmət edəcəyəm.

Mən Vyetnamdan təzə gəlmişəm. Keçən il Fransada olmuşdum. Azərbaycan həm Parislə, həm Hanoyla müqayisədə çox-çox yuxarıda duran bir məkandır, bir sıra səbəblərə görə. Azərbaycan 20 il bundan qabaqkı dövrlə müqayisəolunmaz dərəcədə inkişaf edib. İlham Əliyev dövlət quruculuğunun da özəllikləri var. Bu özəlliklərin son nəticəsi xalqa xidmət etməkdir.

Təbrikə gəldikdə, mən cənab prezidentə teleqram vuracağam. O, öz ad günlərini qaçqın şəhərciklərində, şəhid və əlil ailələrinin yanında keçirir. Biz də təbrikimizi ona ünvanlanan kiçik bir məktubla çatdırmağa çalışacağıq. Bizim ona hədiyyəmiz sədaqətimiz, zəhmətimizdir. Sən baxırsan, parlamentdə ən çox işləyən, ən çox ərizə-şikayət alan, ən çox vətəndaş qəbul edən, haqq-nahaqq ən çox danlaq sahibi olan kimdir? Mənim də ona töhfəm, xidmətim budur ki, bütün hallarda o xəttə, o dövlət quruculuğu modelinə, İlham Əliyev siyasətinə xidmət edirəm. Bütün bu söz-söhbət, söyüş-təhqirlərə baxmayaraq, mən o xətdən bir addım da o yana keçməyəcəyəm.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru