“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                 

“Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır” - deputat
Tarix: 10-12-2018, 09:44 | Çap et
“Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır”
“Qarabağ” futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsi son günlərin əsas xəbərlərindən biri oldu. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb. Onunla eyni vaxtda U-20 və U-21 millimizin baş məşqçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da istefaya göndərilib.

Azərbaycan millisinin yeni baş məşqçisinin adı qarşıdakı 1 ayda açıqlana bilər. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizdə nələrin baş verdiyi yönündə müxtəlif fikirlər səslənir. Q.Qurbanovun iki komandanı birdən çalışdırmasının çətin olduğunu düşünüb, onun gedişinə sevinənlər çoxluq təşkil edir. Təcrübəli çalışdırıcının “Qarabağ” üçün daha faydalı olduğu barədə fikirlər üstünlük təşkil edir. Onun gedişindən sonra millimizin yeni baş məşqçisinin kim olacağı, kimin olmalı olduğu barədə ən müxtəlif fikirlər səslənir.

Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, AFFA-da milli ilə bağlı müəmmalı proseslər gedir: “Müəmmalar olduğu üçün fikir bildirmək çətindir. Hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycan futbolu üçün zərərli addımların atılmasına çalışırlar, mənfəət götürmək üçün yanlış addımlar atırlar. Futbolumuzu belə bir primitiv yanşamaya məruz qoymaq olduqca təhlükəlidir. Bu gün futbolumuzun başında duran Rövnəq Abdullayev bilirəm ki, bu sahəyə kifayət qədər vəsait ayırır, böyük bir can yandırır, xeyli işlər də görür. Amma təəssüflər olsun ki, aşağı səviyyədə məmurların fəaliyyəti qaneedici deyil. Hər şey ölçüb-biçilib milliyə baş məşqçi gətirilir. Necə olur ki, bir il sonda yadımıza düşdü ki, klubla millini eyni vaxtda çalışdırmaq çətin olar? Milli çempionatımızın potensialı çox zəifdir. Qurban Qurbanov getdi, indi əvvəlki illərdə olduğu kimi, baha qiymətə əcnəbi bir məşqçini gətirməklə nələrsə dəyişəsi deyil ki. Hesab edirəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Futbolumuzun bu günə düşməsinin əsas səbəblərindən biri də bir sıra klublarımızın sıradan çıxarılması oldu. Məsələn, ”Xəzər Lənkəran" klubunun sıradan çıxarılmasının heç bir məntiqi əsası yox idi. Gəncənin komandasının olmaması çox ciddi problemdir. Hamısı əslində özəl sektorun inkişafının dayanmasından doğan problemlərdir. Futbola pullar ayrılmır. Nə qədər SOCAR vəsait ayırıb, futbolu dirçəltməyə çalışacaq? Bir qurumun səyləri ilə məsələni həll etmək mümkün deyil. Vaxtilə İmişlidə futbol inkişaf edəndə situasiya fərqli idi. İndi Tovuzun “Turan” komandasından əsər-əlamət yoxdur. Heç bir komanda formalaşıb ortaya çıxa bilmir. Nəticədə futbolun inkişafının qarşısı alınır. Bir məşqçinin gedişi məsələnin həlli mənasına gəlmir. Hesab edirəm ki, kim milliyə gəlir-gəlsin, indiki şərtlərdə futbolumuzu inkişaf etdirmək çox çətindir".

Qol.az saytının redaktoru Aydın Bağırov bildirdi ki, Qurban Qurbanovun istefaya göndərilməsində millimizin Millətlər Liqasındakı çıxışı müəyyən qədər rol oynadı: “AFFA rəhbərliyi ilə Qurban Qurbanovun arasında fikir ayrılıqları var idi. Mənə elə gəlir ki, onun vaxtından əvvəl istefaya göndərilməsində bu amil başlıca rol oynayıb. Çünki Qurban Qurbanovla 6 illik müqavilə imzalanmışdı. Cəmi bir il çalışmadan onun istefaya göndərilməsi ciddi suallar yaradır. Bu da normaldır. Təəssüf doğuran odur ki, Qurban Qurbanovdan əvvəl millimizin baş məşqçiləri olan Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 2 il vaxtı verildiyi halda Azərbaycan futbolu üçün tarix yazan, unudulmaz nəticələr əldə edən bir şəxsə bir il belə imkan verilmədi. Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək üçün ona şans belə tanınmadı. Adını da belə qoydular ki, o iki komandada işləyir. Bunlar sadəcə bəhanələrdir. Onu da deyim ki, Qurban Qurbanovun özü istefa verməyib, istefaya göndərilib. Bəzi insanların dedikləri yanlışdır. Qurban Qurbanovun istefa vermək fikri olmayıb. Onun istefaya göndərilməsinin heç bir məntiqi əsası yoxdur. Rəşid Sadıqovun da istefaya göndərilməsi təsadüfi deyil. O, Qurban Qurbanov gedəndən sonra mənəvi tərəfdən orada qala bilməzdi. Çünki onlar yaxın dostdurlar, bir-birinə bağlılıqları var. Futbolumuzda məsələləri artıq şəxslər həll etmir. Məsələ kiminsə gətirilməsində deyil. Problemlər daha dərindir. Bizdə futbol sistemi çat verib. Dərin bir böhran keçirir. Ən çox da bizdə uşaq futbol məktəbləri bərbad vəziyyətdədir. Bu məktəblər düzəlməyincə millimizə keyfiyyətli oyunçular gəlməyəcək. Bu problemləri yaradan həm AFFA olub, həm də klublar. Klubların özü belə uşaq futboluna diqqət ayırmırlar. Bu fikirlərim bütün klublara aiddir. AFFA da bu sahəyə ciddi diqqət ayırmır. Bölgələrimizdə futbol demək olar yoxdur. Problemlərimiz bundan sonra da davam edəcək. İdeal bir məşqçisinin Azərbaycana gətirilməsi belə, yaxın 5-10 ildə bu problemləri həll etməyəcək. Problemin yeganə həlli yolu uşaq futbol məktəblərini qurmaq, infrastruktur yaratmaq, normal məşqçilər gətirməkdir. Bunlar olmadığı sürəcdə nəyəsə ümid etmək olmaz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru