Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                 

Əli Kərimli müxalifəti sevdiyi üçün deyil, boğmaq istədiyi üçün qucaqlayır
Tarix: 8-12-2018, 10:17 | Çap et
Əli Kərimli müxalifəti sevdiyi üçün deyil, boğmaq istədiyi üçün qucaqlayır
“Yeni Müsavat”ın ötən sayında müxalifət düşərgəsində bir gəlişmə haqda yazmışdıq. AXCP sədri Əli Kərimlinin müxalifətə birləşmək təklifi barədə məqaləmizdə bunun pərdəarxası məqamlarına aydınlıq gətirməyə çalışmışdıq. Linki təqdim edirik: http://musavat.com/news/eli-kerimlinin-gizli-gorusleri-qarabag-komitesine-qarsi-boyuk-qesd-hazirlanir_575913.html

Qeyd etmişdik ki, Ə.Kərimli siyasi karyerası boyunca təmsil olunduğu düşərgədə daim dağıdıcılıq fəaliyyəti ilə tanınıb. Bütün ittifaqları dağıtmağa çalışıb. Bəzən buna nail olub.

Bu məqalədə Ə.Kərimlinin son 20-25 ildə müxalifət daxilindəki dağıdıcı, pozucu fəaliyyətinin bəzi məqamlarından bəhs edəcəyik.

1995-in payızında vahid siyahı niyə baş tutmadı?

1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər 1993-cü ilin iyun qiyamından sonra xeyli zəiflədilmiş və dağınıq hala düşmüş müxalifətin dirçəlmək şansına çevrilmişdi. Mərhum Əbülfəz Elçibəy təşkilatına - AXC(P)-ə Kələkidən tam nəzarət edə bilmirdi. Əli Kərimli və onun “Yurd” təşkilatı Cəbhəni sarmaşıq kimi hər tərəfdən əhatəyə almışdı. Rəyasət Heyəti, Məclis, digər seçkili orqanlar “Yurd”çuların, dolayısı ilə hakimiyyətin nəzarətində idi. “Azadlıq” qəzeti də, demək olar ki, “Yurd”laşdırılmış, nəzarət paketi Ə.Kərimlinin əlinə keçmişdi. Bütün bunların fərqində olan Elçibəy seçkiyə Müsavat Partiyası ilə ittifaq quraraq getmək istəyirdi.

Təklifə İsa Qəmbər də isti yanaşırdı. Müsavatla AXCP-nin həmin dövrdə seçkiyə vahid siyahı ilə getməsi hakimiyyəti rahatsız etməyə bilməzdi. Bu, Milli Azadlıq Hərəkatından çıxmış iki nəhəng siyasi təşkilatın faktiki birləşməsi demək idi. Lakin hər iki partiyadan namizədlərin vahid siyahısının tərtib edilməsi mərhələsində Əli Kərimli prosesə pəl vurdu. Siyahıda 1-ci özünün adının yazılmasını tələb edirdi. İlk beşlikdə də “Yurd”çu heyətin adı yazılmalı idi onun tələbinə görə. Onun bu istəyi, davranışı açıq provokasiya idi. Müsavat bu cür aşağılayıcı təklifə razı ola bilməzdi. Ona görə də imtina etmək məcburiyyətində qaldı. Və seçkiyə tək qatılmaq qərarı verdi. İqtidar İsa Qəmbərin partiyasını parlamentə buraxmadı - barajı keçə bilməmək bəhanəsi ilə. Bunun müqabilində AXCP-dən 10-a yaxın adam deputat mandatı qazandı. Bu, müxalifətdə pozuluculuq fəaliyyətinə görə Əli Kərimliyə hakimiyyətin verdiyi ilk ən böyük hədiyyələrdən idi.

Bundan 3 il sonra da müxalifət düşərgəsində kritik danışıqlar başlamışdı. Əbülfəz Elçibəy 1997-ci ilin oktyabrında Bakıya dönüşü ilə lideri olduğu düşərgədə ciddi hərəkətlilik yarada bilmişdi. 1998-ci ilin əvvəllərində düşərgə ideoloqlarının (xüsusilə də Pənah Hüseynin- A.A.) ideya müəllifliyi və təşkilatçılığı ilə qurulan SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) müxalif düşərgənin lokomotivinə çevrilmişdi. Bununla paralel, prezidentliyə iddialı olan şəxslərin (Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev, İlyas İsmayılov və Lalə Şövkət Hacıyeva) “Beşlər” formatında birliyi də yaradılmışdı.

1998-ci ilin sentyabr ayına kimi hər şey yaxşı gedirdi. Sentyabr ayından iki liderin - Ə.Elçibəylə İ.Qəmbərin vahid namizəd məsələsində anlaşması məsələsi gündəmə gəldi. Əvvəldən əldə edilmiş razılığa görə, bu iki liderdən biri vahid namizəd olsaydı, yerdə qalan prezidentliyə iddialılar da həmin şəxsi dəstəkləyəcəkdi. Şans müxalifətin, onun liderlərinin ayağına gəlmişdi. Vahid namizəd anlaşması baş tutsaydı, seçkidə qalib gəlmək ehtimalı yüksək sayılırdı. Hakimiyyət də bunun fərqində olduğundan müxalifətdəki diversiya qrupunu - “Yurd”u və onun rəhbəri Əli Kərimlini dövriyyəyə buraxdı.

Bir yandan iki liderin kaprizləri, bir-birinə güzəştə getməmələri, digər yandan da Əli Kərimlinin təxribatları bu böyük anlaşmanın yaranmasına ciddi mane oldu. Gündüz müxalifətə yaxın olan ziyalılar, düşərgənin hörmətli ağsaqqalları, söz sahibləri Elçibəylə, İsa Qəmbərlə görüşüb, onları razı salmağa yaxınlaşırdı, axşam Əli Kərimli başının dəstəsi ilə Əbülfəz bəyin evinə gedib, İsa Qəmbərə güzəştə getməyin yolverilməz olduğu haqda “arqumentlər” gətirirdi. Liderlərin ən kritik qərarlar qəbul etməsində yaxın çevrələrinin, komandalarının rəylərini nəzərə almaları danılmazdı. Həm məsuliyyəti bölüşürlər, həm də “məsləhətli don gen olar” prinsipindən çıxış edirlər.

Proses dalana dirənəndə, iki liderin arasında razılaşma alınmayanda, ən uyğun variant kimi boykot qərarı seçildi. Bu qərar 1993-cü ilin iyunundakı yol verilmiş səhv qədər bağışlanmaz və yanlış idi...

Qiyamı dəstəkləyən partiya sədrinin namizədliyini dəstəkləmək - xəyanətə bərabər əməl

Bundan sonra da Əli Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslərinə sarsıdıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqe yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə vahid siyahı ilə getmələri təşəbbüsü Ə.Kərimli tərəfindən “vuruldu”. Seçkidən sonra isə müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmaqla Əli Kərimli növbəti missiyasını yerinə yetirmiş oldu. Yenə də Müsavat Milli Məclisə buraxılmadı, əvəzində Əli Kərimli başda olmaqla “Yurd”a 7-8 deputat mandatı hədiyyə verildi.

2003-cü ilin prezident seçkisi də müxalifətin yaxaladığı ciddi şanslardan idi. O vaxtlar düşərgənin şəriksiz lideri, ən şanslı namizədi İsa Qəmbərin ətrafında böyük fəallaşma və təşkilatlanma prosesinə start verilmişdi. “Bizim Azərbaycan” seçki bloku yaradılmışdı. Müxalifətin irili-xırdalı bütün partiyaları demək olar ki, İsa Qəmbərin namizədliyini dəstəkləyirdi. Gözlər Elçibəydən sonra AXCP-nin faktiki və hüquqi rəhbərinə çevrilmiş Əli Kərimlidə ikən o, yenə də ənənəvi yoluna sadiq qaldı: 1993-cü ilin iyununda Surət Hüseynovun hərbi qiyamına açıq və birmənalı dəstək vermiş, Milli Məclisdə bu qiyama hüquqdan paltar biçmək üçün əlindən gələni əsirgəməmiş Etibar Məmmədovun yanında yer aldı. AMİP sədrinin prezidentliyə namizədliyini dəstəklədi. Bununla da anti-birlikçi və anti-müxalifətçi olduğunu tam və birmənalı ortaya qoymuş oldu.

Ə.Kərimlinin özünə görə hesablaması da vardı: güman edirdi ki, seçkidən sonra İsa Qəmbərin siyasətdə və müxalifətdə boşalacaq yerinə ən şanslı namizəd bu olacaq. Özünü və partiyasını seçki qasırğasından qoruyub, İlham Əliyevlə rəqabətə girəcək tək namizəd kimi boy və iddia göstərəcək. Gözləntilərinin əksi baş verdi. Fərqində olmadı ki, İlham Əliyevlə, onun iqtidarı ilə dirəşmək üçün arxanda güclü təşkilat, sağlam qüvvə və ləkəsiz siyasi tərcümeyi-hal lazımdı.

2005, 2010, 2013 - hansı birini deyəsən...

Gürcüstanda, Ukraynada və Qırğızıstanda bir-birinin ardınca baş verən inqilablar ümidsizləşmiş, həyata küsmüş və siyasi şansını qeyb etməkdə olan Azərbaycan müxalifətini xeyli dirçəltdi. “Eynisini biz də yaparıq” iddiası ilə 2005-ci ilin yazından başlayaraq birlik çabaları göstərildi. Yenə ənənəvi ritorika və ənənəvi taktika işə düşmüşdü.

İsa Qəmbərin, Əli Kərimlinin və Sərdar Cəlaloğlunun (sonuncu Rəsul Quliyevin dublyorluğunu icra edirdi - A.A.) iştirakı ilə “Üçlər” şərti adı ilə birlik təsis edildi (sonradan "Azadlıq" Seçki Blokuna çevrildi-A.A.) Məqsəd 2005-ci ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlaşmaq idi. Bəxtlərindən siyasi proseslər elə sürətlə inkişaf edirdi ki, elektorat tam inanırdı ki, liderlər onları bu dəfə gerçəkdən “Qələbə”dən qələbəyə aparacaq, Bayıl türməsinə deyil...

Seçki oldu, xeyli müxalifətçiyə mandat haqqı tanındı, deyəsən, hətta Əli Kərimliyə də. Amma Ə.Kərimlinin siyasi tamahkarlığı, “asqırım, irəli düşüm” hərisliyi seçkidən sonra başlamış və gün-gündən şiddətlənən etiraz dalğasını bitirdi. 26 noyabrda “Qələbə” meydanındakı avantürası son oldu... “Azadlıq” bloku dağıldı, düşərgə yenidən bir-birinə girdi.

2010-cu ildə - beş ildən sonra da adamın siyasi ağlında irəliləyiş müşahidə etmədik. Yenə də həmin yanlışlar, həmin yersiz iddialar, güzəştsiz mövqe... Təsəvvür edin, qurulacaq seçki blokunun adının “Müsavat-AXCP” yox, “AXCP-Müsavat” olması uğrunda mənasız mübahisələrə əsas verdi Kərimli. Az qalırdı, özünü ülgüclə doğrasın. Axırda Müsavat Partiyası bu mənasız mübahisələrdən geri çəkildi. Əli Kərimlinin adqoyma “qələbəsi” tanındı.

Gəldik çıxdıq 2013-cü ilə. Müxalifət illərdən bəri təklif olunan modelə - kənardan birinin vahid namizədliyi modelinə razılıq vermişdi. Rüstəm İbrahimbəyovu qabağa verib, iqtidara gəlmək planlaşdırılırdı. Prosesi aparmaq üçün qurulan təşkilata kifayət qədər cəlbedici ad da seçilmişdi: Milli Şura. Əslində isə tam anti-milli birlik idi. Bu haqda dəfələrlə yazdığımız üçün, vaxt və yer almaq istəmirik. Seçkiyə az qalmış R.İbrahimbəyov oyundan çıxdı. Milli Şurada ilk böyük parçalanma yaşandı. İttihamlar, təhqirlər havada uçuşdu. Bu cür rəzil bir durumda iqtidarla siyasi savaşa - seçkiyə gedib, nəinki qələbə, heç məğlubiyyət qazanmaq da mümkün deyildi.

Seçki bitər-bitməz qurulan büsat da sonlandı. Milli Şuradan istefalar, qopmalar ard-arda düzüldü. Biabırçı son bu dəfə daha miqyaslı idi. Ardınca da Əli Kərimli əlində olan resurslardan - həm sosial şəbəkə üzərindən, həm də “Azadlıq” qəzetinin səhifələrindən onunla eyni cür düşünməyən həmkarlarına, keçmiş müttəfiqlərinə, koalisiya ortaqlarına şər-böhtan atmağa başladı. Adamın siyasi tərcümeyi-halında birləşdiricilik, barışdırıcılıq adına heç nə yoxdur. Tam əksinə, əlinə düşən hər fürsətdə müxalifət daxilində təfriqə salıb, yaradılan ittifaqları parçalayıb, oyunpozanlıq edib.

Bir siyasətçinin ki tərcümeyi-halında öz düşərgəsi ilə bağlı bu qədər qara ləkələr olsun, onun müxalifətin birliyində maraqlı və səmimi mövqe tutması, sizcə, mümkündümü?

Tələyə düşən varmı?

Əli Kərimli onu açıq dəstəkləməyənlərə heç vaxt tribuna verməyib. Vaxtilə “Azadlıq” qəzetində də belə olub. Yalnız ona tutuquşuluq edən siyasətçilərin mövqeyi gedərdi həmin qəzetdə. Başqalarına yer və haqq tanınmazdı. Məsələn, Müsavat Partiyası rəhbərliyinin hər hansı müsahibəsi, açıqlaması, görüşləri haqda xəbər “Azadlıq”ın səhifələrində dərc edilə bilməzdi. Ə.Kərimli siyasətini və təbliğatını virtual məkana köçürdükdən sonra ona bağlı internet layihələrində bu pis ənənə davam etdirilirdi. “Azərbaycan saatı”nda, başqa proqramlarda Müsavat rəhbərlərindən kimsəni görmək mümkün olmazdı. AXCP-nin Avropaya sığınmış media təmsilçilərinin sosial şəbəkələrdən apardıqları canlı yayın proqramlarında da köhnə ənənəyə sadiq qalındı.

Amma son günlər bu verilişlərə Müsavat başqanı Arif Hacılı müsahib kimi dəvət edilir. Qoyulan mövzular da maraqlıdır. Məsələn, Müsavatın həbs edilən və ya həbs təhlükəsi altında olan fəalları barədə geniş müsahibə alınır A.Hacılıdan. Halbuki Ə.Kərimli açıq-aşkar deyir ki, siyasi məhbuslar yalnız onun təşkilatındandır. Yerdə qalanlar elə-belə, baş qatmaq üçün həbs edilib. Bir sözlə, Ə.Kərimli özünü siyasi məhbus bazarının şəriksiz monopolisti elan edib. İndi isə özünün köhnə bazarına yeni şərik qoşur?

Ötən yazıda da qeyd etmişdik, bütün bunlar ona görə edilir ki, adamın ənənəvi müxalifətə işi düşüb. Yeni hərəkat yaratmaq istəyir. Milli Azadlıq Hərəkatından çıxmış siyasətçiləri, nüfuzlu şəxsləri bu şəkildə tovlayıb, tora salmağa cəhd edir. O Allah saxlamışlar da sanki himə bənddirlər, həmən gedib özlərini təslim edirlər bu siyasi kələkbaza.

Əli Kərimli kimlərəsə, məsələn, Arif Hacılıya, İsgəndər Həmidova və digər əski hərəkat adamlarına boşuna qucaq açmır. “Gəlin, umu-küsüləri, qarşılıqlı ittihamları kənara qoyub, hakimiyyətə qarşı birləşək” sözləri də səmimi deyil. Məşhur bir aforizmdə deyildiyi kimi, onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır. Ki, bağrına basıb, elə möhkəm sıxsın ki, boğulsunlar...

Dünən günün sonunda Əli Kərimlinin REAL sədri İlqar Məmmədovla da görüşü haqda xəbər və fotolar yayıldı. AXCP sədri İ.Məmmədovla ikincinin ofisində görüşüb. Belə deyək, İlqar bəyin ayağına gedib. REAL-la AXCP-nin münasibətləri zatən hər kəsə məlumdur. Vaxtaşırı Kərimlinin trolları sosial şəbəkələrdə REAL-çıları və İlqar Məmmədovu ən müxtəlif bəhanələrlə ittiham edir. Qarşılıqlı ittihamlar zamanı bu iki partiyanın nümayəndələri bir-biri ilə çox ağır dildə danışırlar. Ona görə də, İlqar Məmmədovun Əli Kərimli üçün asan ov olmayacağı və AXCP sədrinin "birləşmə" təkliflərinə tezliklə müsbət cavab verməyəcəyi aydındır.

Ə.Kərimlinin birləşmə ideyası ilə ortaya düşüb partiya sədrlərini tək-tək ziyarət etməsinin digər və əslində gerçək səbəbləri haqda bəzi bilgilər əldə etmişik. Növbəti yazılarda bu bilgiləri oxucularla bölüşəcəyik.

Əli Kərimlinin yanında olmaq, ona inanmaq, güvənmək minalanmış ərazi ilə yol getmək qədər riskli və təhlükəlidi. Çalışın, minaya düşməyin...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Dünən, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru