Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                     “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” .....                     “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” .....                     Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb .....                     “Buna görə razılıq vermirəm” .....                     Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU .....                     Ələsgər Məmmədli ilə bağlı qərar verildi .....                     Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Prezidentdən qəti mövqe: .....                     ABŞ Lukaşenkonu araqla razı saldı .....                     Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır .....                     Rus politoloqların isterikasının isti dövrü .....                     TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq .....                     “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? .....                     Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR .....                     Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? .....                     Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı .....                     “O qədər şey vəd etdilər, heç nə olmadı” .....                     Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. .....                     Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... .....                     "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" .....                     Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... .....                     Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək .....                     "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." .....                     Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! .....                     Rusiya ilə böyük müharibə anonsu .....                     Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU .....                     Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır .....                 

“Bu adam milli ordunun qurulmasına mane olurdu” - QALMAQAL
Tarix: 25-10-2018, 08:24 | Çap et
“Bu adam milli ordunun qurulmasına mane olurdu”
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov moderator.az-a müsahibəsində Xalq Cəbhəsinin 1992-ci ildə Xocalını azad etməyə ona imkan vermədiyini bildirib. O deyib ki, 1992-ci ilin 15 mayında hakimiyyətdən devrilməsəydi Şuşanı azad etməyə nail olacaqdı.

Bu istiqamətdə çalışmaları olacaqdı və çox güman ki, buna nail olacaqdır: “Çünki biz bu istiqamətdə əvvəl də işəyirdik. Əgər 6 mart (Ayaz Mütəllibovun istefaya məcbur edilməsi.red.) olmasaydı və AXC imkan versəydi, biz hərbi-siyasi və diplomatik yollarla Xocalını da azad etməyə nail olacaqdıq. Onun ardınca da bütün Qarabağ qanunsuz erməni birləşmələrindən azad ediləcəkdi.

Azərbaycanda qalan Rusiya hərbi hissələrinin vasitəsilə bunu etmək mümkün idi. Bilirsiniz, bunu Yeltsinin ətrafındakı demokrat ruslarla danışıqlar aparan cəbhəçilər xəyanət kimi yozurdular. Amma söhbət başqa cür idi. Həmin vaxt gerçəklik belə idi ki, SSRİ dağıldıqdan sonra digər müttəfiq respublikalardakı rus hərbçiləri kimi Azərbaycandakılar da dağınıq, başsız vəziyyətdə qalmışdılar. Təsəvvür edirsiz, buradakı rus hərbçilər yeməyə çörək tapmırdı. Vəziyyətləri ağır idi. Çünki aylarla maaş almırdılar. Bizdən yardım diləyirdilər. Hələ 1991-ci ilin payızında bir dəfə rus zabitlərin yığıncağında Qorbaçovun əleyhinə xeyli çıxış etdim. Dedim ki, hələ aydınlaşdırmaq lazımdır ki, Qorbaçov Kremldə nə iş görür. Belə çıxışlarımdan əksəriyyəti sovet əqidəli olan rus zabitlər həvəslənir və onları aciz maddi və mənəvi durumda buraxmış Moskvadakı hakimiyyətə qarşı nifrətləri artırdı. Odur ki, o vaxt Azərbaycandakı rus hərbçilərə bir az pul verməklə Qarabağ məsələsini qısa müddətdə həll etmək olardı. Məlum qüvvələr imkan vermədi bizə".

Eks-prezidentin AXC-yə qarşı dedikləri AXC-nin liderlərindən biri olmuş deputat Fərəc Quliyevin etirazı ilə qarşılanıb. Fərəc Quliyev “Yeni Müsavat”a bildirib ki, Ayaz Mütəllibov hələ də Xalq Cəbhəsinə qarşı qarayaxma ilə məşğuldur, eyni zamanda tamamilə qeyri-ciddiliyə yuvarlanıb: “Ayaz Mütəllibov qeyri-ciddi açıqlamalar verməklə məşğuldur. Hər dəfə verdiyi müsahibələrdə hadisələri tamamilə təhrif edərək özünə sərf edən formada danışır və çalışır ki, özünə xalqın gözündə bəraət qazansın. Mən 1992-ci ildə Ali Sovetdə demokratik blokun üzvü idim. Ordu yaranması ilə bağlı bir konsepsiya ilə çıxış elədim. Kürsüdə olan prezident Ayaz Mütəllibov mənim çıxışımdan sonra dərhal reaksiya verdi ki, nə ordu yaratmaqdan danışırsız, buna ehtiyac yoxdur, bizim şanlı ordumuz var idi, bizə indi Prezident Qvardiyasından başqa heç nə lazım deyil. Bu adamın qvardiya yaradıb özünü müdafiə eləməkdən başqa heç bir düşüncəsi yox idi. O dönəmdə Xalq Cəbhəsinin üzvləri bütün cəbhə bölgələrində düşmənə qarşı döyüşürdülər, minlərlə şəhidimiz var idi. Bütün cəbhə boyu müdafiəni də məhz Xalq Cəbhəsi könüllü batalyonları vasitəsilə qurmuşdu. Ayaz Mütəllibov özü neçə nəfəri döyüşə göndərmişdi? Ayaz Mütəllibov Bakıda Xalq Cəbhəsinə qarşı döyüşürdü, ermənilərə qarşı döyüşmürdü. QKÇP oldu və postsovet məkanında yalnız Ayaz Mütəllibov onu müdafiə elədi. Yəni bu adam və onun ətrafında olanlar SSRİ-nin qalmasını, onun tərkibində olmağımızı istəyirdilər. Qondarma referendum keçirdi. Belə bir adamın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, minlərlə şəhid vermiş AXC-yə ittiham yağdırması gülüncdür”.

F.Quliyev qeyd etdi ki, Ayaz Mütəllibovun Xocalını azad eləmək imkanı və istəyi yox idi: “Bu adam ölkənin hər yerində milli ordu qurulmasına, xalqın silahlanıb öz torpaqlarını qorumasına mane olurdu. Əhalidən ov tüfənglərinə qədər bütün silahları Mütəllibovun əmri ilə yığırdılar, xalqı faktiki olaraq düşmənin qarşısında əliyalın qoyurdular. Yəni bütün bunları edən adam torpaqların müdafiəsinə təşkil edə, Xocalını azad eləyə bilməzdi. Xalq Cəbhəsinin yaratdığı birliklər Xocalının qisasını almaq üçün döyüş əməliyyatları təşkil etmişdilər, Ayaz Mütəllibov isə bu əməliyyatların qarşısını almağa çalışırdı. Ayaz Mütəllibov düşmənə müqaviməti təşkil etmək əvəzinə, ancaq və ancaq özünün hakimiyyətini qorumaqla məşğul idi. Torpaqlar qalmışdı düşmənlə üz-üzə, işğal təhlükəsi altında Mütəllibov müdafiəni təşkil eləmirdi, sarayda özünü qorumaqla məşğul idi. Bu faktlar ola-ola bu adam Xocalını azad edə biləcəyindən danışır. Tarixi bu qədər saxtalaşdırmaq təsəvvür edilməyəcək həddə qeyri-ciddiliyin və qərəzin nümayişidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57
Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54
Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43
Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40
Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36
Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31
“O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28
Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27
Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21
"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14
Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08
Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44
Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38
Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35
Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32
Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru