“Mən bilən ABŞ-da Hitlerin, Mussolininin adını daşıyan küçələr yoxdur”
Tarix: 17-10-2018, 08:35 | Çap et
 ABŞ-ın Qlendeyl şəhərində küçələrdən birinə “Arsax” adının verilməsinə etiraz olaraq bir qrup azərbaycanlı bloger tərəfindən petisiya başladılıb. “Change.org” saytında yaradılan petisiyada bildirilir ki, “Arsax” sözü Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin alternativ adıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycan Respublikasının ərazisinin təxminən 20 faizini təşkil edir.
Petisiyada qeyd olunur ki, Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma rejim yaradılıb və dünyada heç bir dövlət, heç bir beynəlxalq təşkilat bu oyuncaq rejimi tanımır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni silahlı birləşmələrinin qeyd-şərtsiz həmin ərazini tərk etməli olduqları bildirilib.
Petisiyada ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmətlə yanaşdığı və Dağlıq Qarabağda yaradılmış qondarma rejimi tanımadığı xüsusi olaraq vurğulanıb.
Sonda Qlendeyl şəhəri bələdiyyəsinə çağırış edilir: “İllərdir erməni işğalından əziyyət çəkən Azərbaycan xalqı Qlendeyl şəhərindəki prospektlərdən birinə “Arsax” adının verilməsinə görə çox narahatdır. Biz bu petisiyanı imzalamaqla Qlendeyl bələdiyyəsindən “Arsax” adından imtina etməyi xahiş edirik”.
ABŞ-ın atdığı bu addımı necə izah etmək olar və bu cür etirazlarla həmin küçənin adının dəyişdirilməsi mümkündürmü? Bizə lazım olan nəticəni əldə etmək üçün daha hansı vasitələrdən istifadə edə bilərik?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı olunan bütün etirazlar təqdir edilməlidir: “Biz bu məsələ ilə bağlı hələ bir müddət əvvəl etirazlara başlamışıq. Bizimlə yanaşı, bəzi media orqanları da bu məsələni diqqətdə saxladı. Həmin etirazların fonunda, ABŞ-ın Azərbaycandakı Səfirliyinin maraqlı münasibəti ilə rastlaşdıq. Nə qədər qəribə olsa da, həmin açıqlamada bildirilirdi ki, ABŞ-da yeni bir küçəyə ad verilməsi və ya mövcud bir küçənin adının dəyişdirilməsi, ümumiyyətlə, yerli hökumət orqanlarının səlahiyyətlərinə aiddir və bunun mərkəzi hökumətə heç bir aidiyyəti yoxdur. Olduqca qəribə bir məntiq və yanaşmadır. Son illər məhz Dağlıq Qarabağ mövzusunda biz belə hallarla tez-tez rastlaşmalı oluruq. Məsələn, hansısa ölkədən bir nümayəndə heyəti Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edir və Azərbaycan buna rəsmi səviyyədə etiraz edəndə biz ABŞ Səfirliyinin verdiyi cavaba uyğun məzmunlu cavablar alırıq. Onda da deyirlər ki, bu, yerli hakimiyyət orqanlarının müstəqil işidir. Şəxsən mən bunu qəbul etmirəm. Elə prinsipial məsələlər var ki, orada yerli hakimiyyətin qəbul etdiyi qərarlar ləğv edilməlidir. Əgər nüfuzlu bir ölkənin hansısa əyaləti mərkəzi hakimiyyətin siyasətilə uzlaşmayan, tam qanunsuz qərarlar verirsə, ona elə mərkəzi hakimiyyət səviyyəsində də etiraz olunmalıdır. Hesab edirəm ki, bu cür hallar pis və zərərli olan presedentin əsasını qoymuş olur. Bu da iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə bilər. Təbii ki, biz bunu təsadüf saymırıq. Çünki hadisə erməni diasporunun yuvası olan Kaliforniya ştatında baş verib. Burada erməni diasporunun xidməti böyük olub. Bu hərəkət Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətsizlik nümunəsi sayılmalıdır.
Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın ABŞ-a etdiyi səfərdən sonra verib. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota da təqdim etdi. Bizim apardığımız araşdırmadan sonra məlum olub ki, artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.
ABŞ, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. İstənilən halda, belə hadisələrin baş verməsi həmin ölkənin obyektivliyinə şübhə yaradır”.
Samir Adıgözəllinin sözlərinə görə, bu məsələdə ABŞ-ın rəsmi mövqeyi çox qüsurludur: “Maraqlıdır, onda ABŞ-ın yerli bələdiyyələri bəşəriyyətdə qəbul olunmayan şəxslərin adını küçələrə verir? Məsələn, mən bilən ABŞ-da Hitlerin, Mussolininin adını daşıyan küçələr yoxdur. Arsax adı isə mənaca adları çəkilənlərdən də təhlükəlidir. Petisiya və müxtəlif formalı etirazlar davam etməlidir. Qoy bu cür ictimai qınaqdan nəticə çıxarsınlar və görsünlər ki, hansı qanunsuzluqlara imza atıblar. Hesab edirəm ki, bu küçənin adının dəyişdirilməsi Azərbaycan-ABŞ münasibətlərində olan inam və səmimiyyətə də təsirsiz ötüşmür. Mənə elə gəlir ki, etirazların çoxalması həmin ştatı geriyə addım atmağa vadar edə bilər”. \\azinforum.az\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22 |
|
|
|
• İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19 |
|
|
|
• İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13 |
|
|
|
• Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07 |
|
|
|
• İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05 |
|
|
|
• 323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58 |
|
|
|
• Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50 |
|
|
|
• Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47 |
|
|
|
• Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13 |
|
|
|
• 55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11 |
|
|
|
• Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08 |
|
|
|
• Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01 |
|
|
|
• Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07 |
|
|
|
• “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59 |
|
|
|
• “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57 |
|
|
|
• Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52 |
|
|
|
• “Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47 |
|
|
|
• Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23 |
|
|
|
• Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16 |
|
|
|
• Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01 |
|
|
|
• ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57 |
|
|
|
• Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54 |
|
|
|
• Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52 |
|
|
|
• TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46 |
|
|
|
• “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43 |
|
|
|
• Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40 |
|
|
|
• Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36 |
|
|
|
• Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
• “O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28 |
|
|
|
• Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14 |
|
|
|
• Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08 |
|
|
|
• Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48 |
|
|
|
• "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44 |
|
|
|
• Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35 |
|
|
|
• Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32 |
|
|
|
• Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19 |
|
|
|
• Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16 |
|
|
|
• Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03 |
|
|
|
• Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01 |
|
|
|
• VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58 |
|
|
|
• Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53 |
|
|
|
• Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52 |
|
|
|
|