"Rus dilinin süni təbliğatı yığışdırılmalıdır” - deputat
Tarix: 16-10-2018, 08:53 | Çap et
 Keçmiş sovet imperiyasının tərkibində olan bəzi ölkələrdə rus dili artıq xarici dil kimi rəsmiləşdirilib. 2014-cü ildə Ukraynada rus dili qadağan olunmuşdu. Belə ki, ölkə ərazisində rus dilinə rəsmi status verməyə icazə verən “Dövlət dili haqqında” qanun ləğv edilmişdi. Ötən ildən başlayaraq Ukrayna məktəblərində 5-ci sinifdən sonra rus dilinin tədrisi ləğv olundu. Məlumata görə, 2020-ci ildən artıq ibtidai siniflərdə də rus dili qadağan olunacaq.
Hətta Rusiyanın forpostu kimi tanınan Ermənistanda da indiki hakimiyyət Rusiyaya qarşı daha bir demarş həyata keçirməyə hazırlaşır. Belə ki, bu ölkədə Rus Dram Teatrının bağlanması üçün hazırlıqlara başladılıb. Bildirilib ki, Rus Dram Teatrının binasında hansısa rus teatrı deyil, sadəcə olaraq, teatr yerləşməlidir. Teatr ta bağlanılmalı, ya da ki erməniləşdirilməlidir.
Xatırladaq ki, ötən il Ermənistanda rus dili xarici dil statusunu almışdı. Qeyd olunmuşdu ki, Ermənistanda yeganə rəsmi dövlət dili erməni dilidir, digər dillər isə xarici dil hesab olunur...
Danılmaz faktdır ki, Azərbaycanda xeyli sayda azərbaycanlı bu gün də rus dilində danışır. Son illər dünyada rus dilində danışanların sayı azaldıqca, ölkəmizdə, əksinə, artmağa doğru gedir. Hətta yenidən valideynlər övladlarının daha çox rusdilli siniflərdə təhsil almasına maraq göstərməyə başlayıb. Məsələ ilə bağlı artıq bir neçə gündür ki, millət vəkilləri arasında da müzakirələr davam etməkdədir. Bir qisim millət vəkilləri düşünür ki, valideynlərin heç bir ehtiyac olmadan uşaqlarını rusdilli bölmələrə qoyması doğru deyil, həmçinin gələcəkdə milli düşüncə üçün təhlükədir, bir qismi isə bu fikrə tolerant yanaşmaq lazım olduğunu vurğulayır.
Millət vəkili Tahir Kərimli isə məsələ ilə bağlı mövqeyini “Yeni Müsavat”a açıqlayıb. Millət vəkili vurğulayıb ki, ölkəmizdə məsələnin həm çoxlu tərəfdarları, həm də əleyhdarları var:
“Mövqe bildirəndə digər tərəf narazı qalır. Rus dilinin Azərbaycanda məhdudlaşdırılmasının tərəfdarı olanlar müstəmləkənin bərpası istiqamətində və yaxud keçmişdə Azərbaycanın müstəmləkə sisteminin bir razılığı kimi dərk edirlər, ona görə rus dilinə qarşı çıxırlar. Düşünürəm ki, bunu tələbatla uyğunlaşdırmaq lazımdır.
Ola bilər ki, Ermənistanda ruslar və yaxud rusdillilər yaşamır, Rus Dram Teatrına ehtiyac yoxdur, tamaşalarını izləmirlər, amma Azərbaycanda bu var. Azərbaycanda nəinki ruslar, slavyanlar, hətta rus dilində təhsil almış azərbaycanlılar var. Məsələn, Qandi dünyanın ən böyük məxməri inqilabının əsasını qoyan ustadlardan biridir. O, ingilisdilli idi və ingilis dillilər istiqlaliyyətin yaradılmasında mühüm rol oynadılar. Ona görə də düşünmürəm ki, rus dilində danışan azərbaycanlılar ölkəmizin istiqlaliyyətini istəmir, ruspərəstdir. Ola bilsin ki, dilləri o cürdür, amma milli ruhları yüksək səviyyədədir. Bu məsələni, sadəcə, süniləşdirmək lazım deyil. Yəni süni olaraq yeni rusdilli məktəblərin yaradılması, rus dili faktorunun gücləndirilməsi, süni ruslaşdırma yaratmaq olmaz. Doğrudur, son zamanlar Rusiyanın Azərbaycana meyli güclənib, ölkəmizdə rusdilli məktəblərin, rus ab-havasının olmasını dəyərləndirirlər. Lakin hazırda Ermənistanda hakimiyyətə gələn qüvvələr Rusiyaya birmənalı münasibət bəsləmir, bunun üçün də oradakı rusdilli teatrların olmasını istəmirlər. Lakin biz bilirik ki, bizim düşmənlərimiz olan erməniləri ölkəmizə gətirən elə ruslar olub, torpaqlarımızda onlar üçün dövlət düzəldiblər və sairə. Beləliklə, düşünürəm ki, rus dili ilə bağlı məsələ təbii proses kimi həll olunmalıdır.
Bu günlərdə Gədəbəydə İvanovka kəndində oldum. Orada rusların rəhbərliyi və digərləri ilə görüşdüm. Düşünürəm ki, onların orada yaşaması çox mühüm məsələdir. Çünki bildiyiniz kimi, həmin yer Ermənistanla çox yaxın sərhəddə yerləşir. Ermənilər istədikləri an oranı top atəşinə tuta bilər. Amma bunu etmirlər, çünki kənddə ruslar olduğu üçün buna cürət edə bilmirlər.
Biz bilirik ki, əslində tarixən həmişə bizə düşmənçilik edən Rusiya indi regionda ciddi faktordur, xüsusən Qafqazda özünü qoruyub saxlaya bilib, onun Qafqazdan çıxması özünün məhvi deməkdir. Bəli, özünün mənafeyi üçün ölkəmizdə rus məktəblərini qiymətləndirə bilər.
Onun tərəfdarıyam ki, qorxmaq lazım deyil, rus dilini də bilmək bizim üçün çox vacibdir. Məsələn, yaşlı nəsil rus ədəbiyyatını, rus dilində fəlsəfi-elmi kitablarını oxuyub. Yəni bildikləri dil bu dildir. İndi bunu inkar, rədd etməklə nə qazanırıq? Bizim daxilimizdə milli ruh var. Biz öz dilimizi, vətənimizin bir qaşığını Rusiyaya dəyişmərik. Ona görə də insanlar nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Adi rus dilini bilməklə çexlərin və yaxud bu tip başqa xalqların da dilini anlayırıq. Bunun üçün də bir daha qeyd edirəm ki, sadəcə, rus dilinin süni təbliğatı yığışdırılmalıdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13 |
|
|
|
• Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07 |
|
|
|
• İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05 |
|
|
|
• 323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58 |
|
|
|
• Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50 |
|
|
|
• Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47 |
|
|
|
• Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13 |
|
|
|
• 55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11 |
|
|
|
• Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08 |
|
|
|
• Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01 |
|
|
|
• Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07 |
|
|
|
• “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59 |
|
|
|
• “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57 |
|
|
|
• Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52 |
|
|
|
• “Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47 |
|
|
|
• Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23 |
|
|
|
• Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16 |
|
|
|
• Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01 |
|
|
|
• ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57 |
|
|
|
• Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54 |
|
|
|
• Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52 |
|
|
|
• TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46 |
|
|
|
• “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43 |
|
|
|
• Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40 |
|
|
|
• Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36 |
|
|
|
• Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
• “O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28 |
|
|
|
• Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14 |
|
|
|
• Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08 |
|
|
|
• Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48 |
|
|
|
• "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44 |
|
|
|
• Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35 |
|
|
|
• Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32 |
|
|
|
• Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19 |
|
|
|
• Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16 |
|
|
|
• Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03 |
|
|
|
• Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01 |
|
|
|
• VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58 |
|
|
|
• Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53 |
|
|
|
• Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52 |
|
|
|
• Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45 |
|
|
|
• Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43 |
|
|
|
|