Bakıda daha bir MTK ÖZBAŞINALIĞI .....                     Türk düşməni yenə Azərbaycanı hədəf aldı .....                     Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir .....                     Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! .....                     Azərbaycanda test üsulu ləğv olunur? .....                     Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... .....                     "Özümü yaşlı adam hiss etmirəm" .....                     Göyçay sakinləri niyə narazılıq edir .....                     Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                     Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... .....                     “Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                     İlham Əliyevdən YENİ İSMARICLAR .....                     Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI .....                     İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                 

"İlham Əliyev Azərbaycanı yoxsullar ölkəsindən imkanlılar ölkəsinə çevirib" - deputat
Tarix: 15-10-2018, 08:18 | Çap et
"İlham Əliyev Azərbaycanı yoxsullar ölkəsindən imkanlılar ölkəsinə çevirib"
2003-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni keyfiyyət mərhələsi başladı. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Musa Qasımlı deyib.

M.Qasımlı qeyd edib ki, ötən 15 il Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti bir sıra özünəməxsusluqlarla və tariximizdə yaradılan bir sıra ilklərlə əlamətdar olub: "2003-cü ildən sonrakı illər Azərbaycanın inkişafında varisliyin, böyük dövlət və siyasət adamı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin davam etdirilməsi, ölkəmizin müasirləşməsi, çağdaşlaşması, onun tərkib hissəsi kimi modernləşməsi illəridir. Hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının Prezidenti ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu. Məlum olduğu kimi, uzun tarix boyu mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, ona uyğunlaşa bilmədikləri üçün hazırda dünyanın siyasi səhnəsində mövcud deyillər. Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə uymayan və özü yaşayış şərtlərini irəli sürməyən xalqların çoxu hazırda söz sahibi deyillər. Zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqları üçün, həm də xarici güclərin təsiri altında zəifləyiblər, bəziləri isə dağılıblar".

Onun sözlərinə görə, ötən 15 il tarix baxımından qısa olsa da, inkişaf və həyata keçirilən islahatlar baxımından bir sıra ölkələrin keçdikləri yüz illərə bərabərdir: "Bunu dərk etmək üçün hər şeydən əvvəl Azərbaycanın daxili həyatında baş verən əsaslı dəyişikliklərə müqayisəli nəzər yetirmək faydalı olardı. Belə ki, bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və bundan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulub. Ərazisi baxımından kiçik, əhalisinin sayına görə bir çox ölkələrdən az olmasına baxmayaraq, Azərbaycan Respublikasının ölkənin qaz təchizatını nəinki təmin edən, eyni zamanda Avropa ölkələrinin tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilib".

M.Qasımlı bildirib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan kəmərlərdir: "Cənub Qaz Dəhlizi Azərbaycanın rolunu artıran böyük bir layihədir. Böyük İpək yolu, Şərq-Qərb və ya Bakı-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolları Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən biri halına gətirir. Azərbaycan Fars körfəzindən başlayaraq Fin körfəzinə qədər ərazidə dəmir yolu vasitəsilə hərəkət edə bilir, tranzit funksiyasını yerinə yetirir. Azərbaycan artıq nəqliyyat təhlükəsizliyini təmin edən bir ölkədir. Bu yollar ölkənin qüdrətini artırır, beynəlxalq mövqelərini möhkəmləndirir, özü ilə bərabər yeni iş yerlərinin açılmasını və vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını gətirir. Bir zamanlar Azərbaycan qonşu və bəzi uzaq ölkələrin ucuz kənd təsərrüfatı malları üçün əlverişli satış bazarına çevrilmişdi. Heç şübhəsiz, dünya ölkələri ticarətsiz inkişaf edə bilməz. Dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri xalqın ticarəti bacarıb-bacarmamasıdır. Ötən illər ərzində Azərbaycan uğurlu xarici ticarət siyasəti həyata keçirərək nəinki ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi addımlar atan bir ölkəyə çevrilib, eyni zamanda xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edir. Azərbaycan ənənəvi bazarlardan başqa yeni bazarlarda da yer tutub".

Millət vəkili vurğulayıb ki, Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizi Azərbaycanın payına düşür: "Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azalmasına yönələn siyasət genişləndirilib. Turizm, kənd təsərrüfatı, yeni texnologiyaların tətbiqi, nəqliyyat və başqa sahələrdə mühüm işlər görülüb. Ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, Azərbaycan tikinti-quruculuq meydanına çevrilib. Başqa hər hansı bir ölkə belə vəziyyətdə olsaydı, o, bərbad hala düşərdi. Ölkədə geniş inşaat işləri aparılıb, yeni iş yerləri açılıb, qaçqın və məcburi köçkünlər üçün evlər tikilib, şəhərciklər salınıb. Ötən illər ərzində Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilib. Azərbaycan dövləti ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradıb. Azərbaycan Ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan beynəlxalq silah sərgilərində özünəməxsus yer tutur".

Professor deyib ki, Azərbaycanda ictimai həyatın bütün sahələrində geniş islahatlar həyata keçirilib: "Vətəndaşın daha yaxşı yaşayışını təmin etməyə yönələn qanunlar qəbul edilib və reallaşdırılıb. Sosial dövlətin qurulması üçün qısa müddətdə başlanan islahatlar dərinləşdirilib. Bərabər imkanların yaradılması üçün ciddi tədbirlər həyata keçirilib. Xalqın həyat şəraiti daim yaxşılaşır. Azərbaycan yoxsullar ölkəsindən imkanlılar ölkəsinə çevrilib. Xalqın milli ruhu yüksəlib və özünəinamı artıb. Xalqla dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulub.Ölkədə təbii sabitlik hökm sürür".

M.Qasımlı bildirib ki, demokratikləşmə, vətəndaş cəmiyyətinin qurulması məqsədilə geniş islahatlar həyata keçirilir: "Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azad mətbuat formalaşıb. Azərbaycan bütün postsovet məkanında islahatların ən geniş və uğurla aparıldığı bir ölkədir. Beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzu və təsiri genişlənib, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostları çoxalıb. Ötən illər göstərdi ki, Azərbaycan sözü ilə işi bir olan, ləyaqətli bir dövlətdir".

Tarixçi qeyd edib ki, ötən illər ərzində cənab İlham Əliyev möcüzə yaradıb, dünyaya yeni bir model verib: "Bu, Azərbaycan modelidir. Sual olunur: bəs bütün bunlara necə nail olunub? Axı Azərbaycanın coğrafiyası, təbii sərvətləri və insanı əvvəlki illərdəki kimi idi. Heç şübhəsiz, bütün bunlar göydəndüşmə, birdən-birə olmayıb. İndiki vəziyyətə gətirən yol asan və rahat olmayıb, ona nail olmaq üçün böyük səylər sərf edilib. Bu səviyyəyə yalnız təbii sərvətlərin hesabına deyil, onların milli sərvətə çevrilməsi və səmərəli istifadə edilməsi nəticəsində nail olunub. Bunlar isə bilavasitə dövlət idarəçiliyi ilə bağlı məsələlərdir. Ölkənin indiki inkişaf səviyyəsinə gəlib çıxması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin, ona məxsus olan yaradıcı iş üslubunun nəticəsidir. İlham Əliyevin fəaliyyəti göstərir ki, o, milli-mənəvi köklərə dayanaraq ölkəsinin müasir dünya ilə ayaqlaşması üçün ən səmərəli və faydalı tədbirləri düşünən və həyata keçirən yenilikçi, dərin islahatçı dövlət xadimidir. Ölkə həyatının inkişafdan geri qalan, onunla ayaqlaşmayan sahələrinin olduğunu təkcə mükəmməl deyil, eyni zamanda onların inkişaf yollarını, problemlərin həlli üsullarını dəqiqliklə bilən İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanı rəqabətə davamlı bir ölkəyə çevrilib".

Deputatın sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, daxili siyasət sahəsində Azərbaycan Prezidentinin başlıca məqsədlərindən biri xalqının daha yaxşı yaşaması üçün bərabər imkanlar yaratmaqdır: "Dövlət başçısının verdiyi göstərişlərin və apardığı islahatların başlıca məqsədi xalqın daha yaxşı yaşaması, dövlətin güclü olması niyyətlərini güdür. Tələbkarlıq, ciddiyyət və qayğıkeşlik Azərbaycan Prezidentinin iş üslübunun tərkib hissələrindən biridir. Dövlət rəhbəri məmurlara qarşı nə qədər tələbkar və ciddidirsə, sadə xalqa münasibətdə bir o qədər sadə və təvazökardır. O, əsl xalq adamıdır. Qurucu Prezident olan İlham Əliyevin başlıca məqsədlərindən biri böyük Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarmaqdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti kosmos klubunun üzvü olub. Prezidentin siyasəti nəticəsində Azərbaycan dövləti özündən böyük olan qonşu dövlətlərə təsir edən bir güc halına gəlib. Bir çox dövlətlər məhz Azərbaycanla yaxınlaşaraq özlərinin bir sıra problemlərini həll etməkdə maraqlıdırlar".

AMEA-nın müxbir üzvü əlavə edib ki, Prezident İlham Əliyevin hakimiyyətinin ilk 15 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlib: "Azərbaycan maddi və qeyri-maddi irsinin bəzi nümunələri YUNESKO-nun irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir xalq olduğunu bir daha sübut edərək ona böyük imkanlar yaradıb. Bu illər Azərbaycan mədəni irsinin qorunması və mədəniyyətinin çiçəklənməsi illəridir".

Azərbaycan Prezidentinin mövqeyi açıq və siyasəti çevik olan bir dövlət xadimi olduğunu bildirən M.Qasımlı qeyd edib ki, o, ölkəsini digər dövlətlər üçün qarşıdurmalar, intriqalar deyil, əməkdaşlıq meydanına çevirib, bununla da bir-biri ilə əsrlər boyu didişən ölkələri yenidən bir araya gətirib: "Azərbaycan rəhbəri ölkəsinin müttəfiqləri üçün problem yaratmayaraq, onları başqaları ilə üzbəüz qoymayaraq digər qonşu ölkələrə bir nümunə verib. Yorulmazlıq Azərbaycanın dövlət rəhbərinə xas olan başlıca keyfiyyətlərdən biridir. Azərbaycan Prezidentinin dəfələrlə Bakıda beynəlxalq tədbirdə iştirak etdikdən və nitq söylədikdən sonra rayonlara səfər etməsinin, yeni sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrini açmasının, xalqla görüşlərinin şahidi olmuşuq. Ana dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyət sahələrindən biri kimi əhəmiyyətlidir. Azərbaycan Prezidenti ölkəmizin və millətimizin birliyinin rəmzi olan dinimizə xüsusi qayğı göstərməsi rəğbətlə qarşılanır. Dinimizə və dini adət-ənənələrimizə qayğı dövlət rəhbərinin fəaliyyətinin mühüm sahələrindən biridir. Din və dövlət işlərini qarışdırmadan onlar arasında qızıl ortanı müəyyənləşdirərək hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin böyük uğurlarından biridir".

Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinə yeni siyasi mədəniyyət və nəfəs gətirdiyini deyən deputat bildirib ki, məhz onun hakimiyyətinin ilk 15 ilində keçmiş prezidentlər haqqında qanun qəbul olunub: "Azərbaycan Prezidentinin iş üslubundakı özünəməxsusluqlar özünü xarici siyasət fəaliyyətində də aydın şəkildə özünü göstərir. Onun hakimiyyətinin ilk 15 ilində ölkənin xarici siyasəti daha da mükəmməl olub. Azərbaycan Prezidentinin dünya işlərini həm tarixi, həm nəzəri, həm də praktik baxımdan mükəmməl bilməsi ölkənin xarici siyasətinə uğurlar gətirib. Azərbaycan dövləti bloklara qoşulmayan ölkələr hərəkatına üzv olub. Məhz bu uğurlu addımların nəticəsində 2011-ci ildə Azərbaycan Respublikası BMT-nin 193 üzvündən 155-nin səsini alaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biri olub. Ötən 15 ilin təcrübəsi göstərir ki, Azərbaycanda xalqın maraqlarına cavab verən bu davamlı sabit inkişaf yolunun alternativi yoxdur. Ölkə və xalq xaos, anarxiya, sarsıntılar, inqilablar deyil, islahatlar, təkamül yolu ilə inkişaf etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01
Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59
Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57
Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53
Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49
"Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22
Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00
Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24
"Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
19-07-2025, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
19-07-2025, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
19-07-2025, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru