"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                     "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" .....                     ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb .....                     Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır .....                     "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" .....                     Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib .....                     ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                 

"Siyasi məqsədəuyğunluq olarsa, əlbəttə, seçki vaxtından qabaq da keçirilə bilər" - deputat
Tarix: 7-09-2018, 08:32 | Çap et
"Siyasi məqsədəuyğunluq olarsa, əlbəttə, seçki vaxtından qabaq da keçirilə bilər"
REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. O bildirib ki, hazırkı vəziyyət parlamentin buraxılması və yeni demokratik seçkilərlə parlamentin formalaşdırılması zərurətini yaradır.

İlqar Məmmədovun bu təklifinin siyasi partiyalar tərəfindən necə qarşılandığına gəlincə, birmənalı münasibət yoxdur. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib: “Referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir”.

İlqar Məmmədovun irəli sürdüyü fikrin bundan əvvəl də dəfələrlə səsləndirildiyini vurğulayan Sərdar Cəlaloğluna görə, təklifdən asılı olmayaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir: “İlqar Məmmədovun irəli sürdüyü fikir yeni deyil. Referendum keçirildikdən və yeni konstitusiya maddələri qəbul ediləndən dərhal sonra biz bəyanat vermişdik ki, referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Vaxtilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi”.

Deputat Fazil Mustafa isə “Yeni Müsavat”a bildirdi ki, konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkiləri parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır. Növbədənkənar parlament seçkiləri keçirilməsinin vacibliyini söyləyənlərin mövqeyi əslində siyasi istəklərin reallaşdırılması arzusundan doğan siyasi məsələdir: “Siyasətlə həvəskar kimi məşğul olan insanlar hər dəfə bir mövzu üzərində fikir bildirməyə çalışırlar. Amma bir fikir bildirəndə onu konstitusiya ilə əsaslandırmağa əslində əsası olmayan cəhdlər edirlər. Konstitusiyada dəyişikliklərdə Milli Məclislə bağlı hər hansı bir dəyişikliyi nəzərdə tutan yeni müddəalar qoyulmayıb. Deputatın ”Etik qaydaları haqqında" Qanun qəbul olunması məsələsi qoyulmuşdu. Həmin qanun da qəbul olundu. Parlamentlə bağlı başqa bir məsələ nəzərdə tutulmayıb ki, təcili parlament seçkiləri keçirilməsi zərurətini yaratmış olsun. Milli Məclisin buraxılıb, yeni seçkilərin keçirilməsini əsaslandıracaq bir hüquqi və siyasi situasiya yoxdur. Konstitusiya dəyişikliyi də bunu ehtiva eləmir. Sadəcə ara-sıra bəzi şəxslər arzu etdikləri məsələni konstitusion tələb kimi göstərməyə çalışırlar. Fikrimcə, bu, doğru deyil".

F.Mustafa xatırlatdı ki, Milli Məclis üzvlərindən bir neçəsi başqa vəzifələrə gediblər, bir nəfər vəfat edib. Cəmi 6 deputat yeri hazırda boşdur: “Bu da çox sayı əhatə eləmir. O baxımdan da növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yoxdur. Amma siyasi məqsədəuyğunluq olarsa, əlbəttə, seçki vaxtından qabaq da keçirilə bilər. İndiki halda isə bunu zəruri edən hansısa konstitusion şərt yoxdur. Konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konseptual yenilik gətirməyib. Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb, ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkilərinin də irəli çəkilə biləcəyi, növbədənkənar parlament və bələdiyyə seçkilərinin eyni vaxtda keçiriləcəyi barədə indiyə qədər mediada xəbərlər yayılıb.

Bu barədə aprelin sonlarında məlumatlar yayılan zaman hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəyan etmişdi ki, hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil: “Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməlidir. Bunun üçün də ümumxalq səsverməsi keçirilməlidir. Konstitusiyada parlamentin hansı müddətdə fəaliyyəti ilə bağlı maddə var. Hətta parlament seçkilərinin hansı gün keçirilməsi də konstitusiya ilə müəyyənləşir. İkincisi, 2016-cı ilin sentyabrın 26-da keçirilən səsvermə ilə konstitusiyaya dəyişiklik edilib. Dəyişikliyə əsasən, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və qanunda nəzərdə tutulmuş digər məsələlərin öhdəsindən gələ bilmədikdə prezident Milli Məclisi buraxır. Amma hazırda gündəmdə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələ yoxdur. Yəqin ki, kimsə deputat olunmaq istəyir, ona görə də bu məsələni ortaya atıb”.

Hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildir. Ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru