"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib .....                     İşçinin maaşını verməyən deputat görün, nə etdi... .....                     "Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" .....                     Əmircan qəsəbəsi susuz səhraya dönüb .....                     Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR .....                     Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                     "Paşinyan tamamilə düzgün mövqe seçib" .....                     “Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” .....                     "Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır" .....                     Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                 

“Dövlət başçısının yürütdüyü xarici siyasət strategiyası Azərbaycana qəti tələb kimi məsələlərin qarşısını alır” - deputat
Tarix: 28-08-2018, 09:01 | Çap et
“Dövlət başçısının yürütdüyü xarici siyasət strategiyası Azərbaycana qəti tələb kimi məsələlərin qarşısını alır”
Azərbaycanın yerləşdiyi bölgə və onun ətrafında geosiyasi mübarizə artıq xeyli vaxtdır kəskin fazaya keçib. ABŞ-İran qarşıdurması, ABŞ-Rusiya münasibətlərindəki gərginlik, Türkiyə-Amerika münasibətləri bölgəni dünyanın siyasi müharibə gedən bölgəsinə çevirib. Bir çox siyasətçilər hələ bu prosesin ilk vaxtlarında həyəcanlı şəkildə bildirirdilər ki, Azərbaycana seçim etmək şərti qəti şəkildə qoyulacaq-məsələn, Rusiya Azərbaycan qarşısında qəti tələb qoyacaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi Birliyinə qoşulsun. Yaxud da ABŞ Azərbaycandan İrana qarşı proseslərdə aktiv iştirak tələbini edəcək və sair. Sevindiricidir ki, hələ bu proqnozlar reallaşmayıb-Azərbaycan qarşısında qəti tələb qoyulduğu müşahidə edilmir. Azərbaycan bütün tərəflərlə normal münasibətlərdədir. Bəs, Azərbaycan prezidenti bölgədəki bu qədər gərgin geosiyasi münasibətlərin hökm sürdüyü bir vəziyyətdə buna necə nail ola bilib?

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, bu gün bizim yerləşdiyimiz məkana Türkiyə-Amerika münasibətlərindən, İran-Amerika münasibətlərindən, Rusiya ilə Qərb arasındakı savaşdan və yaxud da postsovet məkanındakı qarşıdurmalardan böyük təhlükələr ixrac olunur. Bunu görməmək mümkün deyil: “Təbii ki, Moskva da istəyərdi biz onun səngərində Qərbə doğru atəş açaq, iqtisadi partnyorluğumuzu yalnız Kreml periferiyasında quraq, onun hərbi, siyasi birliklərində yer alaq. Türkiyə də oxşar istəklərdə bulunardı və öz arqumentlərinə görə haqlı olardı, tarixi səbəblər, milli və digər amillərdən çıxış edərək böyük bir türk qovşağının yaradılması üzərində addımlar atıla bilərdi. Eləcə də İran müxtəlif tarixi səbəblərdən Azərbaycanı öz cəbhəsində görməyə çalışardı və yəqin ki, bu yöndə də bağlı qapılar arxasında dövlət rəhbərinə təkliflər, müraciətlər edilməkdədir. Lakin İlham Əliyevi bir dövlət başçısı kimi, ondan da bir az irəli bölgədəki prosesləri diqqət mərkəzində saxlayan lider kimi xarakterizə edən başlıca keyfiyyətlər ondan ibarətdir ki, o, həmişə çalışıb ki, münasibətlərdə etibarlılığı əsas götürsün, müxtəlif ittifaqlara və bloklara qoşulmadan Azərbaycanın maraqlarını sürdürsün. Burdan başqa bir nəticə də doğa bilərdi ki, biz əgər həqiqətən də yalnız bir qütbə yuvarlanmış olsaq, məsələn, hətta hamının arzuladığı Türkiyə ilə vahid ittifaq qurulsa biz bölgədəki daşları necə yerindən tərpətdiyimizin fərqində olmalıyıq. Ona görə də obrazlı şəkildə mən belə deyərdim ki, Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb, Rusiya-Ermənistan münasibətləri heç vaxt indiki qədər pis olmayıb. Türkiyə-Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb. İran-Azərbaycan münasibətləri heç vaxt indiki qədər normallaşma səviyyəsinə gəlib çatmayıb. Bütün bunlar İlham Əliyevin xarici siyasət uğurlarıdır. Bütün bunlarla yanaşı bizim Qərblə də münasibətlərimiz inkişaf eləməkdədir. Almaniya kansleri Angela Merkelin İlham Əliyevin prezidentliyinin dördüncü dönəmində Cənubi Qafqaza səfərində Azərbaycanı Almaniyanın ən mühüm iqtisadi tərəfdaşı adlandırması da üzərində xüsusi vurğu ediləcək bir bəyanatdır”.

Deputat qeyd etdi ki, bizə təzyiqlər, tələblər hər gün edilir. Ancaq Azərbaycan dövlətinin başçısının tutduğu xətt, yürütdüyü xarici siyasət strategiyası Azərbaycana münasibətdə qəti tələb kimi məsələlərin ortaya qoyulmasının qarşısını alır: “Bizim ölkəmizi satellit kimi təsəvvür eləmək mümkün deyil. Azərbaycan hər hansı bir dövlətin forpostuna çevrilməyi ağlına gətirmir. Azərbaycan öz mənafeləri üçün yarada bildiyi qövsü əldə hər zaman qoruyub saxlamalıdır. Hazırda İlham Əliyevdən başqa heç bir siyasi qüvvənin imkanları yoxdur ki, bu şəraiti təmin edə bilsin. 1993-cü ilə qədərki hakimiyyətlərin nümayəndələri tez-tez qeyd edirlər ki, onlara qarşı xaricdən təxribatlar, geopolitik seçim təzyiqləri mövcud idi və hətta bu təzyiqləri hərbi formada da həyata keçirirdilər, bu üzdən onların iqtidarları uzunömürlü olmadı. Burada sualı olunur ki, bəs 1993-cü ildən sonrakı dönəmlərdə hərbi çevriliş cəhdləri, təxribatlar dayanmışdı məgər? Cavab bundan ibarətdir ki, şübhəsiz hər bir hakimiyyətin gücü həm də regional maraqların beynəlxalq siyasi axınlarla uzlaşmasını tapmaqdır. Başqa tərəfdən də əgər müxtəlif dövlətlər arasında qlobal savaş gedirsə, burada impulsları dəqiq əldə saxlamağı bacarmaqdır. O cəhətdən cənab İlham Əliyev sözün həqiqi mənasında böyük bir regional liderdir. Ən azı həm də ona görə ki, bu bölgədən sabitlik digər məkanlara transformasiya olunur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24
İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13
"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - AXI NİYƏ?..
Bu gün, 05:05
Əmircan qəsəbəsi susuz səhraya dönüb - sakinlər HARAY ÇƏKİR
Bu gün, 05:01
Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR - həyat yoldaşı ilə əlbir olaraq...
Bu gün, 04:56
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Dünən, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Dünən, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Dünən, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Dünən, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Dünən, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Dünən, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Dünən, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Dünən, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Dünən, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Dünən, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Dünən, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Dünən, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Dünən, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru