Paşinyan erməni hiyləgərliyi ilə Ermənistanın təcavüzkarlığına Rusiyanı da şərik qoşmaq istəyir - deputat
Tarix: 28-07-2018, 10:51 | Çap et
 "Nikol Paşinyan erməni hiyləgərliyi ilə Ermənistanın təcavüzkarlığına Rusiyanı da şərik qoşmaq istəyir. Hesab edir ki, işğal faktı Rusiyanın himayəsi altında davam etməlidir. Əslində isə etiraf edir ki, Rusiya olmasa, Ermənistan darmadağın edilər. Onun dedikləri bir daha təsdiq edir ki, Ermənistan müstəqil deyil, oyuncaqdır. Bu müsahibə Ermənistanın rəzil vəziyyətdə olduğunu göstərir".
Bu sözləri Trend-ə Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı Ermənistanın baş naziri N.Paşınyanın "Exo Moskvı" radiosuna müsahibəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, münaqişənin dinc vasitələrlə həllindən ötrü Ermənistan ilk növbədə qoşunlarını Azərbaycanın işğal altında olan bütün ərazilərindən çıxarmalı və təcavüz faktı aradan qaldırılmalıdır:
"Azərbaycanın ən böyük güzəşti indiyədək Ermənistan rəhbərlərinin düzgün addım atacaqlarını gözləməsidir. Azərbaycan Ermənistandan dəfələrlə güclüdür və hərb meydanında qısa müddətdə onu məhv edə bilər, daşı daş üstündə qalmaz".
M.Qasımlı bildirib ki, Azərbaycan işğalla barışmayacaq və torpağının bir qarışını da güzəştə getməyəcək. Buna görə də işğal faktı aradan qaldırılmalıdır:
"Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edən ermənilər Azərbaycanda yaşamaqda davam edə bilərlər. Əks təqdirdə baş verənlər üçün bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşəcək".
Bu müsahibənin bir neçə baxımdan da diqqəti cəlb etdiyini deyən M.Qasımlı qeyd edib ki, müsahibə həm Ermənistan cəmiyyətinin hansı səviyyədə və necə idarəçi yetişdirdiyinin, həm də əsl erməni riyakarlığının göstəricisidir:
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ regionunu və ətraf rayonlarımızı işğal etməsi faktının üstündən sükutla keçən bu şəxsin bütün müsahibəsi onun düşüncə tərzinin və dünyagörüşünün hansı səviyyədə olmasının təsdiqidir. O, oğlunu başqa ölkənin işğal edilmiş ərazisində hərbi xidmətə göndərdiyini deməklə Ermənistanın təcavüzkar olduğunu birbaşa təsdiq edir. Bu şəxs bir tərəfdən deyir ki, münaqişəni Azərbaycan qondarma rejimlə danışıb həll etsin, o biri tərəfdən də oğlunu başqa bir ölkənin ərazisində hərbi xidmətə göndərir. Adamdan soruşarlar: əgər Azərbaycan qondarma rejimlə danşacaqsa, onda Ermənistan vətəndaşı olan oğlunu Azərbaycan ərazisində hərbi xidmətə göndərməsinin adı nədir? Bu, Ermənistanın təcavüzkar ölkə olmasının birbaşa etiraf edilməsidir".
M.Qasımlı vurğulayıb ki, N.Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərində qondarma rejimin yaradılmasının tarixini saxtalaşdırır.
Qondarma rejim elan edilməmişdən əvvəl Azərbaycanın artıq özünün suverenliyi haqqında qanun qəbul etdiyini xatırladan tarixçi bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Azərbaycanın tərkib hissəsi idi. Qondarma rejim Azərbaycan, SSRİ və beynəlxalq hüquqa zidd elan edildiyi üçün Sovet İttifaqının ali qanunverici orqanı Ermənistanın və DQMV-nin bütün müvafiq qanunsuz qərarlarını ləğv etmişdi:
"Ermənistanın baş naziri bunları bilmirsə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sənədlərinə baxsın. SSRİ dağıldıqdan sonra dünya birliyi Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıyıb, ölkəmiz beynəlxalq təşkilatlara həmin sərhədləri ilə üzv olub. Bu şəxs bilməmiş deyil ki, Sumqayıt hadisəsi Mərkəzin və erməni xüsusi xidmət orqanlarının azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasının mümkün olmadığını göstərmək, Azərbaycana təzyiq etmək məqsədilə törədilmiş təxribatı idi. Bu hadisənin əsas iştirakçısı erməni Eduard Qriqoryan idi. Onun öldürdüyü ermənilər "Krunk", "Qarabağ" terrorçu-ekstremist təşkilatlarına pul ödəməyən şəxslər idi. İstintaq nəticəsində bu, artıq təsdiq edilib. Sumqayıtdan danışan baş nazir Ermənistanda Spitakda zəlzələ zamanı fransız xilasedicilərin tapdıqları qaz borularına doldurularaq öldürülmüş 30-dan çox azərbaycanlı uşağı, dağlarda soyuqda, şaxtada ölən, Ermənistandan qovulan 210 mindən çox azərbaycanlını, Sumqayıt hadisəsindən əvvəl Əsgəranda öldürlümüş iki azərbaycanlı gənci nə üçün xatırlamır? Axı münaqişənin dinc yolla həlini istəyən şəxs hər şeydən əvvəl səmimi olmalı və etibar qazanmaılıdır. Saxtakara necə etibar etmək olar?"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11 |
|
|
|
• “Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08 |
|
|
|
• İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03 |
|
|
|
• AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59 |
|
|
|
• Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57 |
|
|
|
• Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40 |
|
|
|
• Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35 |
|
|
|
• Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31 |
|
|
|
• Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29 |
|
|
|
• Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25 |
|
|
|
• “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19 |
|
|
|
• Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16 |
|
|
|
• “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11 |
|
|
|
• Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04 |
|
|
|
• ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02 |
|
|
|
• Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52 |
|
|
|
• “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46 |
|
|
|
• Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41 |
|
|
|
• Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32 |
|
|
|
• Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29 |
|
|
|
• Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14 |
|
|
|
• Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12 |
|
|
|
• Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49 |
|
|
|
• SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29 |
|
|
|
• “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19 |
|
|
|
• Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07 |
|
|
|
• Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57 |
|
|
|
• Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54 |
|
|
|
• Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08 |
|
|
|
• Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05 |
|
|
|
• UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03 |
|
|
|
• "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56 |
|
|
|
• Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52 |
|
|
|
• Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36 |
|
|
|
• Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27 |
|
|
|
• Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25 |
|
|
|
• Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16 |
|
|
|
• Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08 |
|
|
|
• Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02 |
|
|
|
• Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
• Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46 |
|
|
|
• "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44 |
|
|
|
• ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40 |
|
|
|
• Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37 |
|
|
|
• "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21 |
|
|
|
|