Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. .....                     Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı .....                     Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır .....                     Etibar Məmmədov aktiv siyasətə qayıda bilər .....                     Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... .....                     Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… .....                     Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR .....                     İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... .....                     İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı .....                     Qubanın yollarını 2,1 milyon manata bu şirkət .....                     “Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” .....                     Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... .....                     Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı .....                     211 saylı məktəbdə ibtidai siniflər risk altında... .....                     Tramp geciksə, Putin qazanacaq... .....                     Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! .....                     Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK .....                     Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Rabitəbank”la bağlı “cashback” qalmaqalı .....                     Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? .....                     Göygöldə vakant müəllim yerləri gizlədilir .....                     "Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" .....                     “Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA .....                     Bir qrup adam ölkəyə gizli yolla mal gətirir .....                     Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! .....                     Zaur Mikayılovun bundan xəbəri varmı? .....                     "Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb .....                     "Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! .....                     Sərnişinlərin 202 saylı BƏLASI... .....                     Yekun sülh sazişi gələn il imzalana bilər... .....                     “Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” .....                     "Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..." .....                     Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq .....                     Metroda gedişhaqqı BAHALAŞIR .....                     NHMT ailəsinə ağır itki .....                     Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür .....                     Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? .....                     Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb .....                     Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia .....                     Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                 

“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm” - deputat
Tarix: 3-03-2018, 09:58 | Çap et
“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm”
Prezidentliyə iddiaçı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə imzatoplama kampaniyasını başa vurub. Artıq onun imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. A.Əlizadə ilə seçki və digər məsələlərlə bağlı söhbət etdik. Partiya sədri öncə imzatoplama kampaniyasını başa vuraraq, imzaları MSK-ya təqdim etdiklərini dedi.

- Hazırkı seçki mühitini necə dəyərləndirirsiz?

- Normal seçki mühitidir.

- Özünü əsas favorit namizədlərdən sayırsınız?

- Bu seçkinin şəksiz favoriti cənab prezidentdir. Amma bizim də deməyə sözümüz var.

- Sizdən əlavə, 10-dan çox namizəd var...

- Onların hər birinin işini Allah avand eləsin.

- Siz də şahidi oldunuz ki, Azərbaycan müxalifəti iki hissəyə parçalandı, seçkidə iştirak edən və etməyənlər, eləcə də, boykotçular. Sizcə, seçkidə iştirak etməyənlərin proseslərə hər hansı təsirləri olacaqmı?

- 1988-ci ildən Azərbaycan siyasətinin içərisindəyəm. Heç vaxt boykot baş tutmayıb. Boykotu həyata keçirmək üçün siyasi qüvvələrin gücü olmalıdır. İndiyə qədər cəmi bir dəfə boykot baş tuta bilərdi, o da 2003-cü ilin seçkilərində. O zaman 22 siyasi partiya bir araya gəlmişdi, boykot haqqında qərar vermişdi. O zaman demişdim ki, əgər bu dəfə boykotdan imtina edib seçkiyə gedəcəksinizsə, gələcəkdə bu silahı unudun. Amma imza qoyulan günün səhəri Müsavat, AXCP, ADP və digərləri seçkiyə getdilər. Yalnız boykotu davam etdirən biz və Vəhdət partiyası oldu. Ona görə də, bunların hamısı boş şeylərdir. İndi boykota gedənlər bunu acizliklərindən edirlər. Bilirlər ki, qalib gəlmək şansları yoxdur, imza toplaya bilməyəcəklər.

- Martın 10-da birləşmiş müxalifət mitinq keçirəcək. Bunun hər hansı bir təsirləri gözlənilirmi?

- Son prezident seçkilərində 98 ictimai təşkilatı, partiyanı və QHT-ləri birləşdirən Milli Şura nə etdi ki, indi də nəsə edə bilsin? İndi əvvəlkindən daha zəifdirlər.

- Güc yoxdursa, bu mitinqləri keçirməkdə məqsəd nədir?

- Göstərmək istəyirlər ki, biz də varıq.

- Zəif mitinqlərlə daha çox itirdiklərinin fərqində deyillər?

- Bu, əsas deyil. Onları himayə edən qüvvələrə göstərirlər ki, biz əlimizdən gələni edirik, maliyyə dəstəyinizi bizdən əsirgəməyin.

- Sizin özünüz necə, təbliğat-təşviqat dönəmində aksiyalar keçirməyi planlaşdırırsız?

- Seçicilərlə görüşlərim olacaq. Amma mitinq keçirmək fikrim yoxdur. 2013-cü ildə də mitinqlər keçirməmişdim.

- Seçkinin müəyyən dönəmində geri çəkilmək fikriniz varmı?

- Xeyr. Heç vaxt mübarizədən qaçmamışam. Məğlub olmuşam, amma mübarizəmi dayandırmamışam.

- Mübarizədən danışırsınız, seçkinin favoritinin kim olduğunu deyirsiniz, o zaman hansı mübarizədən söz açırsınız?

- Futbol Üzrə Dünya Çempionatı keçirilir. Orada hamı bilir ki, bu çempionatın favoriti Braziliya, Almaniya, Argentina və digər ölkələrdir. Amma bu çempionatda favorit olmayanlar da iştirak edirlər. Bir də görürsünüz ki, gözlənilməz nəticələr də baş verir, sürprizlər yaşanır.

- Futboldakı sürprizi siyasətə gətirəcəyinizə deyəsən çox ümidlisiniz...

- Siyasi mübarizə də mübarizədir. Yadınıza salım ki, ABŞ-da son prezident seçkiləri keçiriləndə hamı deyirdi ki, Hillari Klinton qalib gələcək. Azərbaycan siyasətçiləri arasında yeganə mən idim ki, Donald Trampın qalib gələcəyini deyirdim. Buna görə məni çox təhqir edirdilər, dolayırdılar. Nəticə göz önündədir.

- Trampa nə üçün bu qədər inanırdınız?

- Mən ona inanmırdım, amma Hillari Klintonun məğlub olacağına inanırdım. Düşünmürdüm ki, Amerika xalqı o qədər axmaq olsun ki, dünyanı III Dünya Müharibəsinə gətirib çıxaracaq, seksual cəhətdən öz ambisiyalarını təmin edə bilməyən və buna görə də siyasətdə radikal addımlar atan bir xanıma səs versin. Onun təşəbbüsü ilə həyata keçirilən “Ərəb baharı”nı bütün dünya gördü. Bu baxımdan bilirdim ki, Allah bilib dəvəyə qanad verməyəcək.

- Özünüzü Azərbaycanın Donald Trampı sayırsınız?

- Xeyr. Mən Azərbaycanın Araz Əlizadəsiyəm. Heç vaxt heç kəsə bənzəmək istəməmişəm... 1992-ci ildə məni seçkiyə buraxsaydılar, böyük qələbə qazanmaq şansım var idi. Sevinclə bunu Azadlıq meydanında Əbülfəz Əliyev elan etdi ki, şad xəbərim var, Araz Əlizadəni seçkiyə buraxmadılar.

- 1992-ci ildə özünü favorit sayan bir siyasətçi nədən sonradan Azərbaycan siyasətinin ən zəifləri sırasında yer alır?

- Çünki Araz Əlizadə üç il mühacirətdə oldu. İnsan üç il siyasətdə olmayanda onu unudurlar. Siz hər hansı bir siyasətçini mətbəxdə gizlətmək istəyirsinizsə, bunun asan bir yolu var. Onun haqqında mətbuat yazmasın, o heç yerdə görünməsin.

- Xaricdə mühacir həyatı yaşayıb ölkə daxilində nüfuzunu qoruyanlar da var, məsələn, sabiq spiker Rəsul Quliyev və başqaları...

- Rəsul Quliyevin Azərbaycan cəmiyyətində nəsə bir nüfuzu var? Onun reytinqi bu dəqiqə mənfidir, heç sıfıra da bərabər deyil.

- 1992-ci ildəki nüfuzunu nə zamansa qaytarmağa ümid edirsinizmi?

- Bunun üçün kifayət qədər imkanlarım yoxdur. O zamanın ab-havası ilə indiki bir-birinə daban-dabana ziddir.

- Bir-birinə zidd olan nədir?

- O zaman meydanlarda, telekanallarda siyasi mübarizə gedirdi. Araz Əlizadəni bütün SSRİ məkanı tanıyırdı. İndi tamam ayrı bir vaxtdır. Çinlilərin bir gözəl misalı var, “İki dəfə eyni suya girmək mümkün deyil”.

- Bu seçkilərdə özünüzü müxalifət, yoxsa iqtidar namizəd sayırsınız?

- Hər zaman özümü müxalifət sanmışam. Müxalifət kimi də qalacam. 1990-95-ci illərin parlamentində həm Xalq Cəbhəsinə, həm də kommunistlərə qarşı müxalif idim.

- 11 apreldən sonrakı Azərbaycanı necə görürsünüz?

- Həyat davam edəcək. Ən əsası odur ki, güclü ordumuz artıq var. Qətiyyətlə Qarabağın işğaldan azad olunmasını hərbi yolla təmin etməliyik. Bu mənim ən böyük arzumdur.

- Seçkilər oktyabrda keçirilsəydi...

- Heç bir şey olası deyildi. Müxalifətin yenə şansı olmayacaqdı. Onlar artıq yalançı çoban vəziyyətindədirlər. 1988-ci ilin dekabrını, 1990-cı ilin yanvarını, 1992-cü ilin dövlət çevrilişini, bundan bir il sonra vətəndaş müharibəsi qarşısında xalqı qoyub qaçmalarını, 2003-cü ilin seçkilərindən sonra yenə də xalqı qoyub qaçmalarını yada salın. İnsanları nə qədər güdaza vermək olar?

- Açıqlamalarınızda sanki bilərəkdən “dövlət çevrilişi” ifadəsini işlədirsiniz ki, bu da ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrin əsas “fenomen”inə çevrilirsiniz...

- Heç vaxt həqiqətdən başqa heç nə demərəm. Sosial şəbəkələrdəkilər isə məni maraqlandırmır. Artıq bir dəfə demişəm ki, əsasən işi-gücü olmayan yaxud hər hansı bir qüvvələrdən pul alıb kimisə söymək istəyənlər sosial şəbəkələrdədirlər. Məni sosial şəbəkələrdə söyəcəklər deyə, niyə yalan danışmalıyam? 1992-ci il martın 5-indən 6-na keçən gecə hamı durub demokratiyanın təntənəsindən danışanda orada durub çıxış etdim və dedim ki, gəlin özümüzü aldatmayaq, bu, demokratiyanın təntənəsi deyil, dövlət çevrilişidir. O zamandan çoxsaylı təhlillərimiz nəticəsində tam əmin olmuşam ki, o, dövlət çevrilişi idi. Bu baxımdan sosial şəbəkələrə görə fikrimi dəyişən deyiləm.

- Əgər bu, dövlət çevrilişi idisə, o dövrün hakimiyyəti o qədərmi zəif idi ki, bunun qarşısından qaçdı?

- Bəli elə idi. O zaman Azərbaycanda nə ordu, nə də normal Daxili İşlər Nazirliyi var idi. Prezident də qətiyyətsiz idi...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21
Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19
Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR - NƏ ETMƏLİ?
Bu gün, 09:18
İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... - AMMA...
Bu gün, 09:16
İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı – Ermənistan detalı
Bu gün, 09:15
Qubanın yollarını 2,1 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 09:11
“Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” - Başqa cür ola da bilməz...
Bu gün, 09:09
Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... - Ramiz Mehdiyevin əmrindədir?
Bu gün, 09:02
Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
211 saylı məktəbdə ibtidai siniflər risk altında... - direktor müavini heç kimi eşitmir
Bu gün, 08:50
Tramp geciksə, Putin qazanacaq... - BU FAKTDIR...
Bu gün, 08:43
Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48
Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK - İLK DƏFƏ
Bu gün, 07:45
Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 07:30
“Rabitəbank”la bağlı “cashback” qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 07:27
Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? - FOTO
Bu gün, 07:25
Göygöldə vakant müəllim yerləri gizlədilir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" - ÇAĞIRIŞ
Bu gün, 07:16
“Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Bu gün, 07:06
Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:02
Zaur Mikayılovun bundan xəbəri varmı? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb - FOTO
Bu gün, 06:51
"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...
Bu gün, 06:47
Sərnişinlərin 202 saylı BƏLASI... - GİLEY
Bu gün, 06:43
Yekun sülh sazişi gələn il imzalana bilər... - ŞƏRH
Bu gün, 06:38
“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” - Xalq artistinə LAQEYD münasibət
Bu gün, 06:35
"Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..."
Bu gün, 06:28
Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq - ÇÜNKİ...
Bu gün, 06:22
Metroda gedişhaqqı BAHALAŞIR - Görünəni odur ki...
Bu gün, 06:20
NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30
Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35
Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru