Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

“Müxalifət hava proqnozu ilə işləyir” - YAP-çı deputat
Tarix: 27-02-2018, 09:08 | Çap et
“Müxalifət hava proqnozu ilə işləyir”
11 apreldə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir. Hakim Yeni Azərbaycan Partiyası artıq günlər öncədən 50 min imza toplayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edib. Seçki hazırlığı və digər məsələlərlə bağlı YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovla söhbət etdik.

- Siyavuş müəllim, hazırda hakim partiyanın seçki hazırlığı necə gedir?

- Seçkilərlə bağlı, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, partiyamız verilmiş təqvim planına uyğun öz addımlarını atır. Buna qədər də biz seçkiyə hazırlıq işlərini görmüşdük. Bu istiqamətdə işlərimiz davam edir. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası imzaları toplayıb və digər müvafiq sənədlərlə birlikdə MSK-ya təqdim edib. Hazırda imzalara baxılır. Müəyyən olunmuş qanunvericiliyin müddətinə görə MSK öz rəyini qeyd edəcək. Biz bu mərhələdə olan bütün işlərimizi başa çatdırmışıq. Növbəti mərhələ təbliğat-təşviqat mərhələsinə hazırlıq işləridir. Namizədimiz tam qeydiyyatdan keçdikdən sonra hər dairə və məntəqəyə bir nəfər məşvərət səs hüquqlu üzv, bir nəfər də müşahidəçi təyin etmək səlahiyyətimiz var. Bildiyiniz kimi, Azərbaycanda 5 mindən yuxarı məntəqə, 125 dairə var. Təbliğatçılarımız iki qrupa bölünür, yerli və mərkəzdən gedəcək təbliğatçılar. Bunlarla bağlı da artıq hazırlıq işləri görülür. Çalışacağıq ki, təbliğatın bütün növlərindən istifadə edək. Çox yüksək səviyyədə təbliğat-təşviqat kampaniyasını başa çatdıracağıq.

- İmzatoplama mərhələsini çox qısa müddətdə başa çatdırdınız, amma digər iddiaçılar bu mərhələnin çox ağır keçdiyindən şikayətlənirlər, hətta toplaya bilməmə ehtimallarından da söz açırlar...

- Partiyamızın 700 mindən çox üzvü var. Hər dairə üzrə Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı minlərlədir. Hələ təəssübkeşlər və tərəfdarları demirəm. Biz bir milyon da imza toplaya bilərdik, lakin qanunvericiliyə uyğun olaraq, hər bir namizəd üçün bərabər şərait yaradılır. 45 min imza vərəqəsi hər bir namizədə verilir. 900 vərəq imzanı bir neçə günün içərisində topladıq. Elə dairənin ərazisi var idi ki, yarım günün içərisində imzalar toplanıb çatdırıldı. Seçki üzrə mütəxəssislərimiz yetişib. Onlar aktiv şəkildə bu proseduranı bilirlər. Bu prosesdə 900 nəfər iştirak etdi, yəni hər biri bir imza vərəqəsi götürdü və təhvil verdi. Onlara biz çıxarışlar verdik ki, harada imza toplaya, kimlərdən imza ala bilərlər, bu hansı formada olmalıdır. Burada nələrə fikir vermələrini də göstərdik. Bu mərhələ Yeni Azərbaycan Partiyası üçün adi bir haldır. Hər siyasi partiya üçün əslində bu belə olmalıdır. Siyasi partiyanın əsas funksiyalarından biri də seçkilərdə iştirak etmək, namizəd irəli sürməkdir. Azərbaycanda beş milyondan artıq seçici var. O seçicilərin cüzi hissəsinin, yəni 40 mininin imzası tələb olunur. Prezidentliyə iddiaçı olan hər bir şəxs ilk növbədə, bu imzaları toplamalıdır. Bunun üçün də hər bir namizədə bərabər şərait yaradılıb. 40 min imza 60 dairədən ən azı 50 imzadan az olmamaq şərti ilə yığılmalıdır. Seçkiyə 30 gün qalmışa qədər imzalar toplanıb müvafiq sənədlərlə birlikdə MSK-ya təqdim olunmalıdır. Bu da elə qısa zaman deyil. Hər kəs şahiddir ki, bu günləri imza toplayan bir nəfərə qarşı belə təzyiq yoxdur. Tam sərbəstlikdir, istənilən adam istənilən yerdən o imzaları toplaya bilər.

- Necə düşünürsünüz, iddiasını irəli sürənlər bu mərhələnin öhdəsindən gəlib, namizəd ola biləcəklər?

- Ayrı-ayrı ölkələrdə bir sıra təcrübələr var. Bu bizim qanunvericilikdə də var. Namizədlər seçkilərlə məşğul olan firmalarla müqavilə bağlayır. Əgər iddiaçının siyasi təşkilatı yoxdursa, sosial bazası elektorat cəhətdən zəifdirsə, müqavilə əsasında bu firmalar imzatoplamada kömək edirlər. Bu da müəyyən pul müqabilində olur. Əgər siyasi təşkilat varsa, o zaman bu təşkilat bütünlüklə səfərbər olmalıdır ki, namizədinə lazım olan imzaları yığsın, digər proseduraları həyata keçirsin. Açığı hələ rast gəlməmişəm ki, hansısa hüquqi bir şəxslə müqavilə bağlansın və belə imzalar toplansın. Amma bütün hallarda bu cür mexanizm fəaliyyət göstərir.

- Qeydə alınıb-alınmayacaqları məlum olmasa da, kağız üzərində iddiaçı olanlardan hakimiyyətə ciddi rəqib görürsünüz?

- YAP-ın namizədinin nəinki ölkə daxilində, xaricdə belə alternativi yoxdur. Cənab prezident tərəfindən görülən işlər, atılan addımlar, Azərbaycanın qısa müddət inkişafı və digər bu kimi ortada reallıqlar var. İnsanlar real işə səs verirlər. İndi hər bir insan özünü bu proseslərdə sınayır.

- Müxalif qurumlardan seçkiləri boykot edənlər elə də az olmadı. Bunun seçkilərə ciddi təsiri olacaqmı?

- Belə təşkilatlar kifayət qədər olmadılar. Bir neçə partiya seçkilərdə iştirakdan imtina etdi. Boykot tamam başqa bir anlayışdır. Boykotda insanlar yığışır, böyük tədbirlər keçirilir, etirazlar olur. Buraya, sadəcə olaraq, xaricdən maliyyə alan bir neçə siyasi partiya daxil oldu. 1998-ci ildən bu yana nə Müsavat, nə də AXCP ümumilikdə, prezident seçkilərində iştirak etməyiblər. Bunun da səbəbləri bəllidir, onlar məğlub olacaqlarını əvvəlcədən bilirlər. Sosial bazalarının, elektoratlarının olmadığını görüblər. Bu baxımdan iştirakdan imtina edirlər. Dünya təcrübəsində adətən belə görürük, seçkilərdə bir dəfə məğlub olan namizədi sonrakı seçkilərdə başqası əvəzləyir, yəni yeni bir şəxsin namizədliyi irəli sürülür. Amma bunlarda namizəd qıtlığı var. Bir nəfər uduzur, yenə də arxa-arxaya onun namizədliyini irəli sürürlər. Bir dəfə İsa Qəmbərin namizədliyi 2003-cü ildə irəli sürüldü, ondan sonra onun üzərində ilişib qalıblar. İsa Qəmbər 2003-cü ildə seçki marafonunda uduzdu. O, tez-tez Amerikadan misal gətirir. Unutmayaq ki, Albert Qor ilə Corc Buşun seçkisində Qor cüzi səslə seçkiləri uduzmasına baxmayaraq, növbəti seçkilərdə onun namizədliyini irəli sürmədilər. Bu təcrübələri onlar öyrənməlidirlər. İstər Müsavatda, istərsə də AXCP-nin daxilində elə bir şəxs yoxdur ki, onun namizədliyini daxilin özü dəstəkləsin, hələ kənarı belə demirəm. Biz Müsavatın son qurultayında çox şeylərin şahidi olduq. Hansı biabırçılıqların, saxtakarlıqların olduğunu sadalamağa gərək görmürəm. AXCP-də də hər şey aydındır. Kim Əli Kərimliyə qarşı demokratik fikir söyləyirsə, o, dərhal qeyri-qanuni olaraq partiyadan uzaqlaşdırılır. Bu da antidemokratiyanın bir nümunəsidir. Bu baxımdan onların özlərinin daxillərində bir vahidlik yoxdur. Daxillərində ədalətli bir seçki keçirə bilmirlərsə, ədalətli mühit yaratmırlarsa, bu qlobal seçkidə nə edə bilərlər? Bu gün Azərbaycanda namizədliyini verə biləcək onlarla partiya sədri var ki, hər birinin hörməti və nüfuzu onlardan qat-qat üstündür. Burada müxalifətdə, mərkəzçi, sosialyönlü olanlar var. Ona görə də bunlar iştirak etmirlər deyə seçkilərə hansısa bir təsirlərin olacağını demək düzgün deyil. Kim istəyirsə, buyursun iştirak etsin. Kimsə qorxub iştirak etmirsə, bu da onun öz işidir. Yaxud kimsə erməni lobbisinin və xarici qüvvələrin təhriki ilə fəaliyyət göstərirsə, onlar insanlar üçün bəllidirlər.

- Maraqlıdır ki, seçkiöncəsi mitinqlər daha çox boykotçular, yaxud seçkilərdə iştirakdan imtina edənlər tərəfindən keçiriləcək. Adətən belə aksiyalar iştirakçılar tərəfindən olur...

- Onlar hava şəraiti ilə oturub durublar. Bunlar özlərinə tərəfdar yığmırlar. Hava proqnozu ilə işləyirlər. Hava soyuq və ya isti oldu mitinqlər dayanır. Bunlar hava normal olsun mitinqlər keçirək düşüncəsindədirlər. Sərbəst toplaşma azadlığını həyata keçirmək üçün istənilən şərait yaradılıb. Bu şəraitə baxmayaraq, il ərzində bunlar cəmi iki mitinq təşkil edə bilirlər. O mitinqlərdə də qohum-əqrabələri iştirak edirlər. Demək mümkün olmur ki, onlar hansısa əqidənin daşıyıcısıdırlar. Orada islamçısı da, millətçisi də, işsizi də, banka borcu olan da var. Ora hərə bir arzu-istəklə gəlir. Əqidə ilə olan mitinq keçirilmir. Bunların sərbəst toplaşmalarına heç kim qoşulmur, çünki bunlara inanmırlar.

- Seçkiöncəsi keçiriləcək mitinqlər beynəlxalq qurumların Azərbaycana qarşı əllərinə fürsət verə bilərmi?

- Bütün beynəlxalq təşkilatlar seçkiləri müşahidə etmək üçün dəvət olunub. Gəlib istənilən yerdə öz müşahidələrini aparsınlar. Kim seçkidə iştirak edir, yaxud etmir, bunlar bizim üçün üçüncü dərəcəlidir. Beynəlxalq təşkilatlar obyektiv olsalar, görərlər ki, hər cür şərait yaradılıb.

- Martın 1-də REAL sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsi tərəfindən Azərbaycana göndərilən sorğuya cavab verilməsi üçün qoyulan vaxt bitir. Cavab verilməzsə, Avropa Şurası başda olmaqla beynəlxalq qurumlar seçkiöncəsi bu faktordan yararlana bilərlər?
- Müəyyən bəhanələr var ki, hər zaman bundan istifadə edirlər. Daim Azərbaycanda ədalətli, demokratik seçkilər keçirilib. Dünya ölkələrinin təcrübəsindən görmüşük ki, onların heç biri Azərbaycan qədər demokratik seçki keçirməyiblər. Lakin ədalətsiz şəkildə ayrı-ayrı dövlətlərin, müxtəlif lobbilərin təhriki ilə seçki haqqında düzgün olmayan informasiya verməklə təzyiq metodu kimi bundan istifadə edirlər. Azərbaycanın təbii sərvətindən bəhrələnmək istəyənlər var. Bu seçkilərdə də təbii ki, bu qüvvələr çalışacaqlar öz çirkin niyyətlərini həyata keçirsinlər. Müxtəlif rəylər formalaşdırmağa cəhdlər olacaq. Amma “elin gözü tərəzidir”. Ona görə də onların verdikləri rəylərin önəmi yoxdur, əsas seçim xalqındır.

- Seçkidən sonrakı Azərbaycanı necə görürsünüz? İqtidarda ciddi kadr dəyişikliklərinin olacağı deyilir...

- İnşallah, seçkini keçirək, ondan sonra bu barədə danışa bilərik. Bütün suallara o zaman cavab verəcəyik.

- Bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialar səslənir. Azərbaycan gələn il növbədənkənar seçkiyə gedə bilərmi?

- Parlamentin səlahiyyət müddəti konstitusiyamızda göstərilib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ilk növbədə, referendum keçirilməli və dəyişikliklər olunmalıdır. Hansısa bir naşı fikirləşmədən belə bir iddia ortaya atıb. Belə bir zərurət duyulacaqsa, parlament seçkilərinin keçirilməsi zərurəti yaranacaqsa, o zaman öncəliklə konstitusiyada dəyişikliklər olmalıdır. Bu dəyişiklik isə yalnız referendumla mümkündür.

- Siz demək istədiniz ki, yeni seçiləcək prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur?

- Bəli, belə bir səlahiyyət yoxdur. Parlament bir neçə halda buraxıla bilər ki, bu da son referendumda göstərilib.

- Son günlərdə amnistiyanın qəbulu ilə bağlı parlamentdə verdiyiniz təkliflə daha çox gündəmdəsiniz. Sizin əvvəl siyasi məhbus ifadəsi işlədib, ardınca siyasi məhbusların Azərbaycanda olmadığı barədə fikirləriniz geniş müzakirələrə səbəb olub...

- Belə bir ifadə işlətməmişəm. Mətbuat səhv vermişdi. Mən orada bu cür ifadə etmişəm ki, bu gün Azərbaycanı istəməyən qüvvələr, ayrı-ayrı beynəlxalq təşkilatlar ölkəmizdə siyasi məhbus adı altında müxtəlif tələblər irəli sürürlər. Azərbaycanda siyasi baxışlarına, fəaliyyətinə görə heç kim həbs olunmayıb. Kimin hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir.

- Sizin amnistiya təklifinizin nəticəsi olacaqmı?

- Hər bir deputatın təklifi var. Bununla əlaqədar da yəqin ki, hər hansı bir addımlar atılacaq. Yaxınlarda bilirsiniz ki, cəzaların yüngülləşdirilməsi ilə bağlı bir addım atıldı. Bu, 1500-dən artıq insanı əhatə edir. Mart ayında əfv gözlənilir. Yəqin ki, Cümhuriyyətin yüz illiyi və ümummilli liderin 95 illiyi ilə bağlı da hər hansı bir addımlar atılacaq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru