Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! .....                     Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK .....                     Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Rabitəbank”la bağlı “cashback” qalmaqalı .....                     Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? .....                     Göygöldə vakant müəllim yerləri gizlədilir .....                     "Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" .....                     “Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA .....                     Bir qrup adam ölkəyə gizli yolla mal gətirir .....                     Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! .....                     Zaur Mikayılovun bundan xəbəri varmı? .....                     "Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb .....                     "Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! .....                     Sərnişinlərin 202 saylı BƏLASI... .....                     Yekun sülh sazişi gələn il imzalana bilər... .....                     “Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” .....                     "Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..." .....                     Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq .....                     Metroda gedişhaqqı BAHALAŞIR .....                     NHMT ailəsinə ağır itki .....                     Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür .....                     Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? .....                     Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb .....                     Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia .....                     Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                 

Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə: - “Kimləri yığıb boykot edəcəksən?”
Tarix: 13-02-2018, 08:57 | Çap et
 Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə:
Deputat, YAP icra katibinin müavini, prezidentin üç səlahiyyətli nümayəndəsindən biri olan Siyavuş Novruzov prezident seçkisi mövzusunda “Yeni Müsavat”a müsahibə verib, maraqlı fikirlər səsləndirib. Müxalifətin boykot qərarına özünəməxsus mövqe nümayiş etdirən YAP funksioneri ilə müsahibəni təqdim edirik:

- Siyavuş bəy, budəfəki seçkidə də prezidentin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilmisiniz. Hər halda, maraqlıdır, niyə məhz maliyyə məsələləri?

- (Gülür). Mən 25 ildir ki, o işə baxıram. 1993-cü ildən bu tərəfə, istər ümummilli liderin, istərsə də cənab prezidentin seçkilərində, o cümlədən parlament seçkilərində partiyanın səlahiyyətli nümayəndəsi olmuşam, özü də bu sahə üzrə. Yəqin ki, etimadı o sahədə doğrultmuşuq ki, bizə maliyyə məsələlərini həvalə edirlər.

- Aparıcı müxalifət partiyalarının seçkini boykot qərarını necə qiymətləndirirsiniz?

- Birinci onu qeyd edim ki, Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirmək üçün bütün mühit və şərait var. O şəxslər ki, boykot qərarını qəbul edirlər, onların heç bir sosial bazası yoxdur. Bilirlər ki, burada 40 mindən artıq seçici imzasını toplamaq lazımdır, böyük bir seçki kampaniyasını həyata keçirmək üçün tərəfdarlar tələb olunur. Bu adamlarda bunların heç biri yoxdur. O baxımdan da bunların belə qərar verməsi bəlli idi və mövqe bildirməsi. İkincisi, bu gün onlar bütün müxalifət partiyalarını təmsil etmir. Müxtəlif kateqoriyaya aid olan müxalifət var. Burada da qərar verənlər ancaq xaricdən maliyyə dəstəyi alan, onların maliyyəsi, tapşırığı əsasında qərar qəbul edən partiyalardır. Bu, nə onların üzvlərinin, nə də rəhbər strukturların qərarı deyil. Bu, sadəcə olaraq, hansısa bir ölkənin səfirinin, hansısa beynəlxalq təşkilatın, yaxud QHT-nin bunlara tapşırığının əsasında olan məsələdir. Bu, birinci dəfə deyil ki. Biz Azərbaycanda əvvəllər də belə halların şahidi olmuşuq. Onlar yaddan çıxarırlar ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan Konstitusiyasında da göstərilib ki, hakimiyyətin mənbəyi xaldır. O baxımdan da xalq kimi seçəcək, kimə dəstək verəcək, o da seçiləcək. Belə olan təqdirdə artıq hansısa ölkənin, təşkilatın deyil, xalqın rəyi əsasdır və seçkidə rol oynayır.

- Hakim partiya seçkidə iştirak etmək üçün ölkə müxalifətinə, boykot və iştirak etməmək qərarı vermiş qüvvələrə çağırış edə bilərmi ki, onlar da seçki prosesinə qatılsın?

- Xatırlayırsınızsa, vaxtilə də belə hallar olub. 1998-ci ildə də mən cənab prezidentin səlahiyyətli nümayəndəsi idim. Onda hətta müddət keçməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev öz prezident səlahiyyətlərindən istifadə edib, seçkinin müddətini 3 ay da uzatdı. Elçibəy başda olmaqla, digərlərinə də rəsmi qaydada müraciət yazdı ki, demirdiniz müddətin azlığı sizə imkan verməyəcək? Əlavə edirəm, gəlin, açıq mübarizədə iştirak edək, seçkiyə qatılaq! Ancaq yenə də müxtəlif bəhanələr başlandı. Yox, onda icazə verin, Azadlıq meydanında tədbir keçirək, nə bilim daha nələr. Ancaq bəhanələr səsləndirdilər ki, açıq mübarizədən qaçırlar. Aydın məsələdir ki, bunlar bu gün bizim namizədə heç cür alternativ ola bilməzlər, bunu əzbər bilirlər. Azərbaycanda o adamlar yarım faiz, bəlkə ondan da az səs toplasalar, böyük şeydir. Heç qohum-əqrəbaları da onlara səs verməyəcəkdi, onlar bizim namizədə səs verəcəkdi, dəfələrlə biz bunu görmüşük. O baxımdan da hansı şərtləri ortaya qoysan belə, yenə başqa bəhanə tapacaqlar. Çünki onlara “ordan” göstəriş verilməyib. “Ordan” göstəriş verilsə, sabah qaça-qaça MSK-nın qabağında onlar duracaqlar.

- Ötən həftə ABŞ diplomatı Bakıda həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşdü. Belə görünür ki, Vaşinqton vaxtın dəyişdirilməsində problem görmür, sadəcə, azad, ədalətli seçki keçirilməsini istəyir. Yuxarıda dediyiniz kimi, 98-ci il təcrübəsindən istifadə oluna bilərmi? Yəni seçkinin iki ay sonraya salınması mümkündürmü?

- Yox. Yenə deyirəm ki, bu barədə deyilənlər hamısı bəhanədir. Bunların heç bir şansı yoxdur. O baxımdan da bu addımı atırlar. Əgər keçmiş tarixə nəzər salsaq, 1905-1907-ci il rus inqilabı dövründə Leninin bir şüarı var idi. İnqilaba qədər o deyirdi ki, seçkini boykot edək, 1905-1907-ci ildən sonrakı Duma seçkilərində deyirdi “Qatılın!” Sual olunurdu ki, biz indi niyə Dumaya seçkilərə qatılmalıyıq? Deyirdi artıq burjua inqilabı olub. Ona görə də biz hər hansı seçkini boykot etməkdə acizik. Seçkini boykot edən qurumlar o qədər güclü olmalıdırlar ki, onu boykot edə bilsinlər, xalq səfərbər olunsun. Bu gün xalqın buna ehtiyacı yoxdur. Xalq özü deyir ki, günü bu gün seçki olsun, biz gələk, cənab prezidentə səs verək! Sən kimi boykot edəcəksən? Kimləri yığıb boykot edəcəksən? Hansı təşkilatla, hansı qurumla? Bunların siyasi təşkilatları artıq dərnək səviyyəsindədir.

- Seçkinin müxalifətin iştirakı olmadan keçirilməsi onun legitimliyinə xələl gətirə bilərmi?

- Heç bir xələl gətirməyəcək. Elə bir şey yoxdur. Bunlar ancaq baş aldatmaqdır ki, əgər müxalifət iştirak etmirsə, demək seçki legitim deyil. Qanunda söhbət ondan gedir ki, alternativ olmalıdır. Vəssalam. Alternativ də kim namizədliyini irəli sürəcəksə, onlar olacaq. İki nəfər də iştirak edəcəksə, artıq kifayət edəcək. Bu seçki azad, demokratik, ədalətli hesab olunacaq və keçiriləcək. Hansı dünya ölkəsində olub ki, hansısa partiya iştirak etməyibsə, o seçki qeyri-demokratik adlandırılıb? Görürsünüz ki, Türkiyədə 3-4 partiya seçkilərdə iştirak edir. Məgər Türkiyədə ancaq bu qədər partiya var. Yaxud ABŞ-da 100-ə yaxın siyasi partiya qeydiyyatdan keçib, fəaliyyət göstərir. Lakin iki partiya seçkidə iştirak edir. Burada da kimsə özünün seçkiyə demokratik imici qazandıracağını düşünürsə, yanılır.

- Azərbaycandan öncə Ermənistanda da prezident seçkiləri keçiriləcək. Qarabağ məsələsi bizi istər-istəməz düşmən ölkədəki proseslərə diqqət yetirməyə vadar edir. Siz işğalçı ölkədəki seçkilərdən nə gözləyirsiniz?

- Biz dəfələrlə görmüşük ki, Ermənistanda həmişə antidemokratik seçkilər keçirilib. Birincisi, Ermənistanda hərbi xunta, hərbi rejim hakimiyyətdədir. Ona görə də bu ölkədə hər hansı azad seçkidən söhbət gedə bilməz. Keçmiş prezident seçkilərində biz dəfələrlə şahidi olmuşuq ki, namizədləri güllələyiblər, seçkidə iştirak etmək istəyən şəxslər həbsxanaya atılıb, sərbəst toplaşma azadlığını pozublar, heç bir şərait yaratmayıblar və s. Biz Avropanın ayrı-ayrı dövlətlərində də görürük ki, atlarla, itlərlə sərbəst toplaşma azadlığına qarşı çıxırlar. Ermənistanda heç vaxt azad seçki olmayıb ki, biz onlardan bir nümunə götürək. Sadəcə olaraq, orada öyrədilmiş müəyyən müxalifət var ki, bəzi məsələlərdə hakimiyyətin dediyi ilə fəaliyyət göstərir. İkinci də Ermənistan özü də müstəqil dövlət deyil. Müstəqil dövlət olmaya-olmaya bu ölkə necə seçki keçirə bilər və orada bütün partiyalar iştirak edə bilər? Biz ATƏT və müxtəlif ölkələr qarşısında həmişə məsələ qoyuruq ki, bu, müstəqil ölkə deyil, Ermənistan tamam başqa bir ölkənin tapşırıqlarını yerinə yetirir, burada hansı azad seçkidən, mətbuat azadlığından, sərbəst toplaşma azadlığından söhbət gedə bilər? Ona görə də Ermənistandakı seçkilər bizim üçün maraqlı deyil. Biz bütün dünya ölkələrindəki seçkiləri müşahidə etmişik, Ukraynadan başlamış, bütün Şərq və Qərbdə keçirilən seçkilərdə həm müşahidəçi kimi, həm onların seçki texnologiyalarını öyrənməklə əlaqədar olaraq. Mən Azərbaycan qədər azad, ədalətli, demokratik seçki keçirən ölkə görməmişəm...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48
Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK - İLK DƏFƏ
Bu gün, 07:45
Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 07:30
“Rabitəbank”la bağlı “cashback” qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 07:27
Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? - FOTO
Bu gün, 07:25
Göygöldə vakant müəllim yerləri gizlədilir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" - ÇAĞIRIŞ
Bu gün, 07:16
“Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Bu gün, 07:06
Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:02
Zaur Mikayılovun bundan xəbəri varmı? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb - FOTO
Bu gün, 06:51
"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...
Bu gün, 06:47
Sərnişinlərin 202 saylı BƏLASI... - GİLEY
Bu gün, 06:43
Yekun sülh sazişi gələn il imzalana bilər... - ŞƏRH
Bu gün, 06:38
“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” - Xalq artistinə LAQEYD münasibət
Bu gün, 06:35
"Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..."
Bu gün, 06:28
Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq - ÇÜNKİ...
Bu gün, 06:22
Metroda gedişhaqqı BAHALAŞIR - Görünəni odur ki...
Bu gün, 06:20
NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30
Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35
Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Dünən, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Dünən, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Dünən, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru