Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                 

“Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir” - deputat
Tarix: 23-02-2017, 07:42 | Çap et
“Birinci vitse-prezident təyinatı Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir”
Azərbaycan prezidenti İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsinə hakimiyyət düşərgəsindən ancaq müsbət mövqelər ifadə olunmaqdadır. Buna baxmayaraq, sosial şəbəkədə və bəzi saytlarda müxalifyönlü şəxslər müxtəlif iddialar irəli sürməkdədirlər.

İddiaların birində deyilir ki, bu təyinat hakimiyyət daxilindəki iki nəhəng qrupun gələcəkdə qarşıdurmasına səbəb ola bilər. Daha bir iddiaya görə isə Novruz bayramına qədər vitse-prezidentlərin də təyinatı barədə sərəncam olacaq və bundan sonra Nazirlər Kabinetinə ehtiyac qalmayacaq. Bunun ardınca da Nazirlər Kabineti ya ləğv ediləcək, ya da səlahiyyətləri daha da azaldılaraq kiçik bir struktura çevriləcək.

Sosial şəbəkələrdə və bəzi saytlarda irəli sürülən bu iddialarla bağlı YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlama verib. Siyavuş Novruzov bildirdi ki, kimlərinsə bu cür fikirləri, iddiaları irəli sürməsi əsassızdır. Azərbaycanda demokratik idarəçilikdir və hakimiyyət seçki ilə, xalqın rəyi ilə formalaşır: “Azərbaycan xalqı keçən il referendumda yekdilliklə konstitusiya dəyişikliyinə səs verdi. İndi həmin dəyişiklikdə nəzərdə tutulan konstitusiya tələbinə görə addımlar atılır. Keçənilki referendumda xalq dövlət strukturunda müvafiq dəyişikliklərin olunması ilə əlaqədar yeniliklərə səs verdi. Həmin qərar ondan ibarətdir ki, dövlətin idarəetmə strukturunda 1-ci vitse-prezidentlik və vitse-prezidentlik institutu yaradıldı. Ölkə ərazisində hər hansı bir seçki və ya referendum keçirəndə, hansısa təyinat olanda ancaq Azərbaycan xalqının maraqları nəzərə alınır. Biz hansısa bir cırtdan dövlət deyilik ki, hansısa ölkə və ya ölkələrlə bu cür məsələləri razılaşdıraq, onların rəyini dinləyək.

“Bu çox primitiv bir düşüncənin məhsuludur ki, kiminsə təyinatı hansısa ölkələrlə razılaşdırılmalıdır”

Bu baxımdan, birinci vitse-prezident təyinatı da Azərbaycan xalqının rəyidir, arzusudur, istəyidir. Buna uyğun olaraq da cənab prezident öz səlahiyyətindən istifadə edib qərar verib. Prezident istənilən şəxsi istənilən vəzifəyə təyin edə bilər. Burada başqa hansısa məqamlar, kənar rəylərin olduğunu iddia eləməyə heç bir əsas yoxdur. Bilirsiniz, bu, çox primitiv bir düşüncənin məhsuludur ki, kiminsə təyinatı hansısa ölkələrlə razılaşdırılmalıdır. Hansısa ölkə bizim üçün dövlətçilik baxımından hansısa rol oynayır ki, biz onlarla nəyisə razılaşdıraq və ya onların rəyini alaq? Guya onların rəyini almasaq nə olacaq? Avropada seçkilər keçirilir və yaxud müvafiq insanlar təyin olunur, onlar məgər bizdən soruşurlar. Soruşmağa da borclu deyillər. Hansısa təyinatlarla bağlı hansısa xarici ölkələrin rəyini, razılığını almaq iddiaları gülüş doğurur. Bu cür fikirlər 1992-ci ildə Xalq Cəbhəsi yeni hakimiyyətə gələn zaman Ali Sovetdə işlədilmişdi. Çıxıb edib demişdilər ki, 8 ölkə ilə razılaşmışıq. Belə razılaşmaların axırının necə qurtardığı göz qabağındadır. İndi isə Azərbaycanda hər hansı bir təyinat, seçki, atılan addım ancaq Azərbaycan xalqının maraqları ilə bağlı olur, Azərbaycan xalqının istəyinə uyğun edilir.

Qeyd olunan digər iddialar da tamamilə əsassızdır. Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü var, Mehriban xanım Əliyeva bu partiyanın sədr müavinidir və onun 1-ci vitse-prezident olması bütün Yeni Azərbaycan Partiyası üzvlərinin, həmçinin Azərbaycan xalqının arzusundan irəli gələn məsələdir. Cənab prezident də bu istəyi nəzərə alaraq belə bir təyinatla bağlı sərəncam imzaladı".

S.Novruzov konstitusiyanın tələbinə görə, vitse-prezidentlərin də təyin olunacağını söylədi. Lakin qeyd etdi ki, bu təyinatların dəqiq vaxtını ölkə prezidenti bilir: “Bəziləri deyirdi ki, birinci vitse-prezident və vitse-prezidentlər martda təyin olunacaq, bəziləri adlar da çəkirdilər. Mən dəfələrlə demişəm ki, bu məsələlər birbaşa cənab prezidentin səlahiyyətinə aiddir. Prezident bilir ki, kim və nə vaxt təyin olunacaq”.

“Nazirlər Kabinetinin istər ləğvi, istərsə də səlahiyyətlərinin azaldılması üçün gərək referendum keçirilə”

1-ci vitse-prezidentin təyin olunmasından sonra Nazirlər Kabinetinə, baş nazirə ehtiyac qalmadığı, Nazirlər Kabinetinin buraxılacağı barədə deyilənlərə gəldikdə, S.Novruzov bəyan etdi ki, bu cür fikirləri irəli sürənlərin konstitusiyadan xəbəri yoxdur: “Keçən il konstitusiyaya edilən düzəlişlərə görə ölkənin ikinci şəxsi baş nazir yox, 1-ci vitse-prezidentdir. Nazirlər Kabinetinin səlahiyyətləri isə tamam başqa şeydir. Tez-tez mediada oxuyuram ki, konstitusiyadan məlumatlı olmayan insanlar iddia edirlər ki, Nazirlər Kabineti ləğv olunacaq. Nazirlər Kabineti konstitusion strukturdur. Nazirlər Kabinetinin səlahiyyətləri də konstitusiya ilə təsbit olunur. Nazirlər Kabinetinin istər ləğvi, istərsə də səlahiyyətlərinin azaldılması üçün gərək referendum keçirilə. Yalnız referenduma çıxarıldıqdan və xalqın səsverməsindən sonra bu baş verə bilər”.

Qeyd edək ki, 1-ci vitse-prezident təyinatından sonra belə məlumatlar da yayılıb ki, baş nazir Artur Rasi-zadə vəzifədən təntənəli surətdə yola salınır. 1-ci vitse-prezident təyinatı baş nazirlik funksiyalarını arxa plana keçirir.

Hətta mümkündür ki, baş nazirin müavinləri postu ləğv edilsin. Vitse-prezidentlik təsisatı tam formalaşdıqdan sonra Nazirlər Kabinetinin indiki statusunun da dəyişdiriləcəyi qeyd edilir. Bu formatda baş nazirin müavini postlarının ləğv ediləcəyi, onların funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi, yalnız baş nazir və onun köməkçiləri ştatlarının saxlanılacağı da yayılan xəbərlər sırasındadır. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsinin də nəzərdə tutulduğu deyilir.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru