Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                 

“İcra başçısı apteki olmayan Xızıda özünə 3 villa tikdirib; o, prezidentə xəyanət edir”
Tarix: 24-12-2016, 09:43 | Çap et
“İcra başçısı apteki olmayan Xızıda özünə 3 villa tikdirib; o, prezidentə xəyanət edir”
17min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı. Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Rayonun icra başçısı Xəzər Aslanov və yeni deputat Hacı Salayevin problemlərə biganə qalmaları etiraz doğurur.

Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayevlə bu və ya digər məsələlərlə bağlı söhbət etdik.

- Vaxtı ilə icra başçısı olduğunuz rayonun bugünkü vəziyyəti ilə tanışsınızmı?

- Sizin qəzet vasitəsilə iki ay öncə bu barədə bəzi məlumatlar vermişdim. Mənim danışmağımın səbəbi o olmuşdu ki, yaşadığımız Xızı rayonunda nəvələrim üçün idman zalı tikmişdim. İcra başçısı şəxsən gəlib oranı sökdü. O məsələ ilə bağlı danışarkən rayon haqda da ümumi problemlərdən söz açmışdım. Xızının problemləri ilə bağlı zəngin məlumatlara malikəm. O rayonu qurub-yaradan mənəm. 15 il o rayonun deputatı, daha əvvəl icra başçısı və o rayonla əlaqələrim geniş olduğu üçün məlumatım da çoxdur. Xızını öz övladlarımdan biri sayıram. O rayonu yaradanda elə vaxt olub ki, çadırda yaşamışam. Məcburi köçkünlər gələn vaxt 5-6 ailəni tövlədə bir yerdə yerləşdirmişdilər. Məni Ayaz Mütəllimov çağırdı və dedi ki, gedib rayonu bərpa etməlisən. Ora gedəndə nə qədər ciddi problemlərin olduğunu gördüm. Ayaz Mütəllimovun özü də bir neçə dəfə gəlib rayonun vəziyyəti ilə tanış oldu, qaçqınların vəziyyətini öyrəndi. O yaxşı gördü ki, orada necə əziyyətlər çəkirəm. Onun tapşırığı ilə rayona işıq, su, elektrik xətti çəkdik. Heç bir il keçmədi ki, kadr çatışmazlığına baxmayaraq, o rayonu düzəldə bildik. Onun qaçqın-məcburi köçkün rayonuna doğmacasına, səmimiyyətlə diqqət verməsinin şahidiyəm və gec də olsa, bu sahədə mənə etdiyi kömək üçün ona razılığımı bildirirəm. Təsəvvür edin ki, uşaq bağçası tikmişdik, indi o da yoxdur. Həqiqətdir ki, orada aptek yoxdur. Rayonun mərkəzində mağazalar var idi, sökdülər. Mənə çox ağır gəlir ki, alın təri tökdüyüm o rayonda problemlər başdan aşır. 20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Azərbaycanda Bakıya belə yaxın olan Xızı kimi cənnət guşəsi yer yoxdur. “Xızı XX əsr”də kitabım var, orada hər şeyi yazmışam. Məndən sonra rayonda 8 icra başçısı dəyişib. Düzdür, hərəsi özünə uyğun işlər görüblər. Aptekin olmaması ilə bağlı sakinlər mənə də müraciət ediblər. Orada xəstəxana tikiblər və mən bilən yaxşı fəaliyyət göstərir, camaat bundan razıdır. Xəstəxananın içində aptek ola bilər. Xızıya şəhər statusu veriblər, büdcəsi xeyli çoxalıb. Amma küçələrin əksəriyyəti gecələr işıqsızdır. 90-ci illərdə biz oranın hamısını çıl-çıraq etmişdik. Hazırda Xızı şəhərində mal-qara küçələrdə “kef çəkir”.

- Hətta bir yanacaqdoldurma məntəqəsinin belə olmadığı deyilir...

“O deputatların da, məmurların da yerinə utanıram”


- Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm. Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Əhali artıq buna öyrəşib. Sovet dövründə müharibədən sonra benzini necə satırdılarsa, indi Xızı o dövrün taleyini bu sahədə yaşayır. İndi Altıağaca gedin görəcəksiniz, 700-ə yaxın yaşayış binası var, onun 500-ə yaxını villadır. O villalarda da demək olar ki, adam yaşamır. Hətta rayonda təkər yamayan yer də yoxdur. Orada tikinti aparanda qapı-pəncərə düzəltdirmək üçün yer tapmadım. Bakıda düzəltdirib apardım. Xızının mərkəzində tikinti malları mağazası belə yoxdur. Bu sahələrə ümumiyyətlə, fikir verilmir. Vaxtı ilə rayon mərkəzində 35 satış yeri olan bazar tikmişdik, onu da sökdülər. Azərbaycanda bazarsız bir rayon varsa, o da Xızıdır. İstəsən bazar tikəsən, icra başçısı onu da dağıdacaq.

- İcra başçısı bu problemləri görmür?

- Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb.

Ən qəddar müavinlərindən biri Arzu adlı məmurdur. Onu da əfsuslar olsun ki, hələ o zaman icra başçısı olarkən mən işə götürmüşəm və bu sahədə özümün günahımı boynuma alıram. Məcburi köçkün idi, qalmışdı işsiz. Onu işlə təmin etdim. İndi onu Xəzər Aslanov özünə müavin götürüb, dağıdan qüvvə də odur. Heç cür razılaşa bilmirəm ki, icra hakimiyyətinin rəhbərləri içərisində hər üçü də kənardan gəlmələrdir. Yerli əhalinin nümayəndələri Xızı rəhbərliyində təmsil olunmurlar. Bu balans pozulub, bir rayonu yaradanda yerli əhalinin kadrlarına, Gürcüstandan qaçıb gələnlərə və Orta Asiyada qovulan məhsəti türklərinə də vəzifə vermişdik. Hansı kafedə bir köməkçi bina tikilirsə, Xəzər Aslanov dərhal oraya çökür.

Soruşan da yoxdur ki, bu nə iş prinsipidir? Anti-demokratiya, özbaşınalıq hökm sürür. İki ay öncə mənim də obyektim söküldü, hələ də bir söz deyən yoxdur. Özbaşınalıq rayonda günü-gündən artır. Qorxusundan heç kim dillənmir. Kimsə nəsə deyən kimi sıxışdırılır. Əlisəfa adlı sosialist əməyi qəhrəmanı var idi. Heydər Əliyev ona bu adı verib. 15 il Ali Sovetin deputatı olub. Ona müstəqillik dövründə 800 hektar torpaq vermişdim, sahibkarlıqla məşğul idi. İki gün öncə onun həyat yoldaşı Ziynət Yaqubova mənə zəng etmişdi. Əsə-əsə mənə deyir ki, icra başçısı həmin sahəni dağıdır, onu necə saxlayım. Nə istəyirlər edirlər, kimsəni veclərinə almırlar.

Əlisəfa hələ ölməmişdi, 2008-2014-cü illərdə cənab prezident İlham Əliyev Xızıya gedəndə birinci bu zəhmətkeş insanın əlini sıxmışdı, onu bütün keçmiş SSRİ-də tanıyırdılar, məşhurlaşmışdı. İndi həmin Əlisəfanın obyektini dağıdırlar. Onun yoldaşına deyirəm ki, mənim də obyektimi Altıağacda dağıdıblar. Deyir eşitmişik, amma hələ də inanmırıq. Nə edəcəklərini soruşur, çarəsiz qalıb heç nə deyə bilməyəcəyimi söylədim. Xızıda olan özbaşınalıq Azərbaycanda heç yerdə yoxdur. Xəzər Aslanov Azərbaycan üçün bir ləkədir, o, kobud, söyüşkən biridir. Onun kim tərəfindən himayə olunduğu rayonda yaxşı bilirlər. Bu hərəkətləri edən Xəzər Aslanov belə əməlləri ilə İlham Əliyevə ona xəyanət edir.

- Bəs deputat hara baxır?

“Vaxtı ilə ermənilər qovaladılar, indi də ədalətsiz əməllər məni qovalasın?”


- O deputatla tanış deyiləm. Məndən sonra orada Zeynəb Xanlarova deputat oldu. Rəhmətlik Heydər Əliyev o vaxt tapşırıq vermişdi ki, hər icra hakimiyyətinin binasında deputatlar üçün yer ayrılsın. Deputatlar orada seçicilərini qəbul edir, özlərinə aid olan işlərlə məşğul olurdular. Mən də zamanında seçicilərimi qəbul edirdim. Xızı, Qobustan və Siyəzən rayonlarının deputatı idim. Hər rayonda da iş otağım var idi. Hətta camaatın evlərinə gedir, problemləri ilə yerində maraqlanırdım. İndi deputatların hansı işlərlə məşğul olduqları göz önündədir. Onlar daha çox sahibkarlıq işləri ilə məşğul olurlar. Halbuki, konstitusiya ilə bu qadağan olunub. Əgər deputat konstitusiyanı pozursa, o zaman məmurlar nə etməlidirlər? Belə olan halda məmurlar bundan da betərini edəcəklər. Problemin həlli məhz buradan başlanmalıdır.

Bu müsahibəmdən sonra onlar yenə də mənə zəng edəcəklər, ay Maksim müəllim, sən Allah sakit dur, otur yerində, niyə qoymursan öz işimizlə məşğul olaq və s. bu kimi kimi sözlər deyəcəklər. İndi xətaya yol vermişəm ki, qanunları dərindən bilirəm. İndi nə edim, deyirsiniz, susum? Bunu da nədənsə bacara bilmirəm. Ölkədən çıxım gedim? Ölkəmi necə qoyub gedə bilərəm? Vaxtı ilə ermənilər qovaladılar, indi də ədalətsiz əməllər məni qovalasın? Heç bir yerə gedən deyiləm. Dərk etməlidirlər ki, hamımız qanunla işləməliyik. Qanun olan yerdə hər şey qaydasında olur. O ölkə inkişaf edir ki, orada deputat da, məmur da, kimliyindən asılı olmayaraq, hər kəs qanuna tabedir. Məmurların övladları indi meydan sulayırlar. Necə olur ki, Naxçıvanda qanun-qayda, intizam yüksək səviyyədədir? Vasif Talıbovun özü yol-hərəkət qaydalarına yüksək əməl edir, başqalarından da bunu tələb edir. Onun özü intizama uyğun iş metodunu qurur, digərlərindən də buna əməl etməyi tələb edir. İstərdim ki, şuluqluq edən icra başçılarını bir müddət göndərələr Naxçıvana Talıbovun tabeliyinə, onun iş rejiminin məngəsində işləməyə, o zaman belələri düzələr. Mən xaricə getmirəm, gedəndə də xaric əvəzi Naxçıvana gedirəm, 3-4 gün dincəlirəm, elə bilirəm ki, xaricdəyəm, özü də ən gözəl ölkədə. Bura gələndə isə biabırçılıqlarla rastlaşıram. 2 aydır Xızıya getmirəm, gedən kimi camaat üstümə tökülür ki, ay Maksim müəllim, axı deputatımız olmusunuz, bu rayonu siz yaratmısınız, görün nə pis gündəyik. Onlardan qaçıram. Xızıya gecə gedib, gecə də qayıdıram. Nəvələrim deyəndə ki, Xızıya niyə getmirik, onlara bəzən cavab verə bilmirəm. Çünki camaat içinə çıxa da bilmirəm. O deputatların da, məmurların da yerinə utanıram. Getsinlər camaatla görüşsünlər, niyə gizlənirlər? Kim camaatdan gizlənirsə, demək qorxaq adamdır, yarasadır. Nöqsan deyən kimi, deyirlər ki, müxalifətdəsən? Halbuki, bu yazıq müxalifətçilərin qeybətdən, tənqiddən, danışıqdan başqa heç nəyi yoxdur. Əlləri boş, vəzifələri də yoxdur. Amma elə məmurlar var ki, danışmaya-danışmaya, susa-susa elə əməllər törədirlər ki, insanlar onların əməllərinə nifrət edirlər.

- Sizin vaxtınızda Azərbaycanın çətin dönəmləri idi, müstəqillik yeni qazanılmışdı. Amma indi başqa dövrdür. Nə üçün indi də bu cür problemlər qalır?

“Şuluqluq edən icra başçılarını bir müddət göndərələr Naxçıvana Talıbovun tabeliyinə...”


- Xızıda problemlər ona görə qalır ki, icra başçısı qanunlarla hərəkət etmir. Məmurlar özbaşınalıq edirlər. Yeni Azərbaycan Partiyasını ona görə yaratdıq ki, respublikamız ağır vəziyyətdə, müstəqilliyimiz tük üstündə idi. İndi baxın görün, mənim kimi insanlar haradadır və nə pis vəziyyətə qoyulublar, çoxu bir çox zərbələrlə susdurulublar. O vaxt bizlər sinəmizi qabağa vermişdik. İndi məmurlar səlahiyyətlərindən başqa bütün işlərlə məşğuldurlar. Elə məmur var ki, idarəsinin telefonlarına cavab verməmək tapşırığı verib. Problemlərdən namərdcəsinıə qaçırlar. Elə məmur da var ki, kabinetinə arxa qapıdan girib-çıxır ki, vətəndaşlarla görüşməsin. Bugünkü vəziyyət ona görə belədir ki, biz öz prezidentimizə layiqincə xidmət göstərmirik. Eyni zamanda, tamahkar, saxta, ikiüzlü məmurları vaxtında yerindəcə ifşa etmirik. Ölkə başçısını daimi müdafiə edən şəxsəm, bundan sonra da müdafiə edəcəm. Baxın görün, prezident sutkanın necə saatını işləyir, məmurlar neçə saatını işləyirlər. Bu kütləvi informasiya vasitələrində də açıq-aşkar görünür. Hər yerdə cinayətə cəza olmalıdır. Amma Azərbaycanda nədənsə cinayətə cəza olduqca zəifdir, ona görə də bu cür problemlərlə üz-üzəyik. Görürlər ki, Xəzər Aslanov qanunsuzluq etdi, amma ona dəyib-dolaşan olmadı, dərhal o birisi də bundan bəhrələnir. Son zamanlar görməmişəm və eşitməmişəm ki, hər hansı bir icra başçısı yaramaz işlərinə görə vəzifəsindən qovulsun və cəzalansın. Niyə onlar cəzalandırılmamalıdır? Bizim vaxtımızda hansısa nöqsan buraxanda buna görə də ciddi cəza alırdıq. Xəcalət çəkib ərizə yazmaq istəyirdik. Amma indi bu məmurların dünya vecinə deyil. Onların bu cür yaramaz əməllərini dövlətçiliyimizə, xalqımıza və prezidentimizə xəyanət kimi qiymətləndirirəm.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru