İqtisadi çətinliklər siyasi partiyaları “vurub”
Tarix: 16-12-2016, 09:04 | Çap et
 Devalvasiya, kommunal xidmətlər və digər sahələrdə qiymət artımı əhalinin iqtisadi vəziyyətinə pis təsir edib. Böhranın siyasi partiyalara təsiri nələr olub? Partiya nümayəndələri Modern.az-a iqtisadi böhranın təsirindən danışıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, devalvasiya partiyaya deyil, partiyanın üzvlərinə təsir edib. “O da təbii ki, siyasi fəallığın aşağı düşməsinə, narazılığın artmasına, gərginliyin çoxalmasına səbəb olur. Əvvəllər loyal bir mövqe istəyən partiya üzvləri indi tələb edir ki, partiya radikal mövqe sərgiləsin, hadisələrə əvvəlki kimi təşkilatçılığı üzərinə götürsün. Aktiv siyasi mövqe dönəminə keçməyi tələb edirlər. Bizim partiyanın maliyyə vəziyyəti əvvəl də pis olub, indi də pisdir. Olmayan maliyyə vəziyyətinə devalvasiya təsir edə bilməz. Maliyyə olmadığı üçün, biz işçilərimizin təşəbbüskarlığı ilə fəaliyyət göstəririk”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, devalvasiya hər bir insanın həyatına bilavasitə təsir göstərib. “Partiyanı da insanlar təşkil etdiyi üçün insanların da həyatına təsir edir. Partiyaların qərargahı olduğu üçün devalvasiya və qiymət artımı partiyaya bilavasitə təsir edir. Qərargahın kommunal xərcləri və digər məsrəfləri var. Qiymətlər artdığı üçün müəyyən çətinliklər yaranıb. Hamı necə biz də elə, fərqli bir situasiya yoxdur”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, partiya cəmiyyətin tərkib hissəsidir. “Təbii ki, devalvasiya və qiymət artımı hamıya təsir etdiyi kimi bizə də təsir edib. Biz bu məsələlərə hamıdan əvvəl reaksiya veririk, hamıdan öncə təsirlərini hiss edirik. İllərdir bu çətinliklərlə yaşayırıq. Hakimiyyət elə düşünürdü ki, böhran Azərbaycandan yan keçəcək. Böhran Azərbaycana elə təsir edib ki, çıxılmaz vəziyyətdə qalıb. Azərbaycan bu böhrana hazırlıqlı olmadı. KXCP də cəmiyyətin tərkib hissəsi olduğuna görə, hamı kimi bizə də kəskin şəkildə təsir etdi. Partiyanın uzun müddətdir maliyyəsi yoxdur, buna görə də öyrəncəliyik bu məsələlərə. Bu problemlərlə bağlı uzun müddətdir mübarizə aparırıq, amma heç bir nəticəsi yoxdur”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib ki, devalvasiyanın partiyaya təsirindən danışmağın bir mənası yoxdur. “Ümumiyyətlə, devalvasiyanın ölkə vətəndaşlarına təsiri nələr olubsa, partiyaya da təsirləri elə olub. Onsuz da bizim partiyamızın hansısa bir hesabı, maliyyəsi yoxdur. Devalvasiya bizə bir vətəndaş olaraq təsir edib, partiyaya başqa hər hansı bir təsiri yoxdur”.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı devalvasiyanın Azərbaycanın hər bir sahəsinə təsirinin hiss olunan qədər olduğunu bildirib. “Devalvasiyanın təsirləri ilə qiymətlər bahalaşıb. Amma bunun müqabilində əhalinin əməkhaqıları artırılmayıb. Bu da manatla əməkhaqqı alanların vəziyyətinə təsirsiz ötüşmür. Müsavat Partiyasının üzvləri əsasən təqüdçülərdən və işsizlərdən ibarətdir. Vəziyyət o hədə çatıb ki, adi üzvlük haqqının ödənilməsində problemlər yaradır. Üzvlük haqqının yığılmasına problem yaranırsa, partiyanın ödəmələrində də öz təsirini göstərir. Bir tərəfdən də kommunal xərclərin qiymətinin artması vəziyyəti pisləşdirib”. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, devalvasiya hər sahəyə təsir etdiyi kimi, partiyalara da təsir edib. “Parlamentdə təmsil olunan partiyalara dövlət tərəfindən yardım göstərilir. Amma bu yardım əvvəlki illərdəkindən xeyli azalıb. Manatla verildiyinə görə devalvasiyanın və qiymət artımının təsirindən tələbatları ödəməyə çatmır. Digər tərəfdən də partiya üzvlərinin həyat şəraitinə təsir edib. Özəl müəssisələrin çoxu bağlanır, işsizlərin sayı artır. Bunun da partiyaya təsirləri olur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44 |
|
|
|
• Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42 |
|
|
|
• Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37 |
|
|
|
• “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23 |
|
|
|
• Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19 |
|
|
|
• İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
• Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12 |
|
|
|
• Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07 |
|
|
|
• "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05 |
|
|
|
• Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03 |
|
|
|
• Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59 |
|
|
|
• Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51 |
|
|
|
• BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42 |
|
|
|
• Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40 |
|
|
|
• Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38 |
|
|
|
• Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36 |
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
• Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29 |
|
|
|
|