Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                 

“Buraxılmış səhvləri xatırlamadan dövlətçiliyi inkişaf etdirmək olmaz” - deputat
Tarix: 29-09-2016, 08:53 | Çap et
“Buraxılmış səhvləri xatırlamadan dövlətçiliyi inkişaf etdirmək olmaz”
“1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi. İlk iki il xalqımız, dövlətimiz üçün çox ağır, faciəvi olub. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı”.

Prezident İlham Əliyev Sumqayıtdakı çıxışında belə deyib. 23 il öncəki hakimiyyəti kəskin tənqid edən ölkə başçısı bildirib ki, Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözüb.

“Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə cəmi bir il dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir”, deyən prezident vurğulayıb. İ.Əliyev daha sonra Azərbaycanla təzyiq dilində danışanlara da mesaj verib: “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir. Müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil”.

Ölkə rəhbəri onun hakimiyyətini tənqid edənlərə aşağıdakı cavabı verib: “Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir”.

Üstündən 23 ildən artıq bir zaman keçdiyi halda İ.Əliyevin keçmişə qayıtmasının, müxalifəti nə səbəbə xatırlatması barədə müxtəlif fikirlər səslənir. Hətta belə iddialar var ki, dövlət başçısı bununla referendumöncəsi aksiyalar keçirən, daha sonra isə referendumun nəticələrini tanımayan qüvvələrə cavab verib. Elçibəy hakimiyyəti zamanı baş nazir vəzifəsində çalışmış AXP sədri Pənah Hüseyn AzadlıqRadiosuna açıqlamasından bunları deyib: “Ölkəyə azadlıq, müstəqillik qazandırmış qüvvələrə qarşı indiki dövlət başçısının zaman-zaman bu mövqedən çıxış etməsi onun əsas siyasi rəqibinin yenə də həmin qüvvələr olduğunu göstərir. Ölkənin demokratiyanın əksi istiqamətində inkişafı, hakimiyyət strukturlarındakı korrupsiya və respublikanın inkişafını, təhlükəsizliyini təhdid edən məsələlərlə mübarizədə yük yenə həmin qüvvələrin üzərinə düşür. Çünki bu qüvvələr Azərbaycan kimi ölkələrdə siyasi xarakter daşıyır. O baxımdan, həm indiki hakimiyyətin, həm də bizim demokratik qüvvələrin, daha doğrusu, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki qüvvələrin daxili mahiyyətini, siyasi xarakterini və hansının gələcəyə doğru istiqamətləndiyini seçməyə xalqın gözəl imkanı var”.

P.Hüseyn təmsil olunduğu hakimiyyətin ölkəni dağıtmaqda ittiham olunmasına da reaksiya verib: “Bu dəlilsiz-sübutsuz ittihamlar sözdən başqa bir şey deyil. Çünki konkret olaraq, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir ildə inqilabi islahatlar həyata keçirildi. SSRİ-nin süqutundan sonra Azərbaycan həqiqətən ciddi böhran yaşayırdı. Amma biz ölkənin toparlanmasına nail olduq. Ən əsası isə erməni işğalına qarşı ciddi dirəniş davam etdi. Təsadüfi deyil ki, artıq 1993-cü ilin yayında Kəlbəcərin də azad edilməsi şərti daxil olmaqla, sülh müqaviləsi imzalanırdı və faktiki olaraq, müharibə qurtarırdı. Bundan əlavə, ölkənin inkişafında çox mühüm əhəmiyyətə malik neft müqavilələri 1993-cü il iyulun 1-də bağlanmalı idi, artıq müqavilələr hazırlanmışdı. Və ya 1993-cü ilin yayına yaxın iqtisadi sahədə çöküş artıq dayanmışdı, hətta 12 faiz iqtisadi artım əldə edilmişdi. Manatın o dövrdə rus rubluna və dollara olan dəyərinə baxsaq, bir ildə inflyasiya, demək olar ki, sabit qalmışdı. Özəlləşdirmə proqramının həyata keçirilməsi, 5 il ərzində olmayan dövlət büdcəsi haqda qanunun və büdcənin qəbulu, daha sonra torpaq islahatına başlanması, postsovet məkanında ilk dəfə təhsildə test sisteminə keçid, milli valyutanın rus rublunu əvəzləməsi və s. sistem xarakterli islahatlar idi. Bu da ölkənin inkişafından ötrü çox vacib işlər idi. Təkrar edirəm, İlham Əliyevin dedikləri, sadəcə, sözdür. Məhz indiki hakimiyyətin özünün də iştirakçısı olduğu 1993-cü ilin qiyamı ölkəni inkişafdan saxladı. Az əvvəl dediyim kimi, sülh müqaviləsi bağlanmadı, beş rayon işğal edildi, təslimçi atəşkəs müqaviləsi imzalandı, neft müqavilələrinin imzalanması ilyarım yubandı. Nəticədə ölkədə avtoritar rejim formalaşdı. Onun ağır nəticələrini indi də hiss edirik”.

AVP sədri, deputat Fəzail Ağamalı isə hesab edir ki, əslində ölkə prezidenti məsələnin mahiyyətinə tamamilə doğru yanaşır: “Gərək zamanında baş verən hər şeyi olduğu kimi deyəsən ki, həm tarixilik, həm də dövlətçilik baxımından əhəmiyyətli olsun. Buraxılmış səhvləri xatırlamadan dövləti, dövlətçiliyi inkişaf etdirmək olmaz. Bu baxımdan, cənab prezidentin dedikləri tamamilə doğrudur. Həmin dövrdə yaşamış insanlardan biri də mənəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm Ayaz Mütəllibov, həm də Əbülfəz Elçibəy iqtidarı dövrü Azərbaycanın itirilmiş illəri sayılmalıdır. Ayaz Mütəllibovun Moskvaya bütün tellərlə bağlı olması, səriştəsizliyi, vassallıq təfəkkürü ilə yaşaması heç şübhəsiz ki, Azərbaycana böyük zərbə vurdu. Ondan sonra meydandan hakimiyyətə gələn qüvvələr də səriştəsizliyi, bacarıqsızlığı ilə seçildilər. Onların bəzilərində çoxlu pul ələ keçirmək kimi meyllər də var idi. Odur ki, ölkə tamamilə idarəolunmaz vəziyyətlə üzləşmişdi. Əlbəttə, Elçibəy təmiz adam idi, onu korrupsiya və rüşvətlə bağlamaq ədalətsizlik olardı. Amma o, təcrübəsiz olduğuna, ciddi iradə sahibi, komandası üzərində söz sahibi olmadığına görə Azərbaycan idarəolunmaz vəziyyətə çatmışdı. Daha sonra Müsavat Partiyası bərpa olundu və İsa Qəmbər rayonlarda öz adamlarını yerləşdirdi. Həmçinin Prezident Administrasiyasında dövlət katibi postuna yüksələn Əli Kərmli də ”Yurd"çları öz ətrafında birləşdirirdi. Beləliklə, Krılovun məşhur təmsilində olduğu kimi, dövləti hərə bir tərəfə çəkirdi". F.Ağamalı qəti şəkildə əmindir ki, prezident Əliyevin Elçibəy iqtidarını tənqid etməsi AXCP və Müsavatın referendumöncəsi fəallığı ilə bağlı deyil: “Əslində İlham Əliyev prezident olaraq tarixə ekskursiya etdi. Azərbaycanın 1993-cü ildə Heydər Əliyevin müdrik siyasəti ilə əsası uğura söykəndiyini xatırlatdı. Odur ki, bu fikirlərdə başqa kontyukturalar axtarmaq lazım deyil. Prezident Azərbaycanın itirilmiş zamanını önə çəkməklə ölkəmizin bugünkü uğurlarını ortalığa qoydu. Həmin dövrdə hakimiyyətdə olanlara gəldikdə, onlar bu gün Bakıda ofis partiyalarına çevrilib. Belə olan halda hansı fəallıqdan danışmaq olar?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru